Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-570/2023 01.06.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “xx.xx.2022-ci il tarixli SKM-2221/3 saylı kredit müqaviləsi üzrə əsas borca görə 5187,08 manat, faiz borcuna görə 812,74 manat, dəbbə borcuna görə 1200 manat, cəmi 7199,82 manat pulun, 200 manat mediasiya xərcinin və 92 manat ödənilmiş dövlət rüsumunun tutulması, tələblərin həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədilə bağlanmış xx.xx.2022-ci il tarixli SKM-2221/3 saylı saxlanc girov müqaviləsi üzrə girov qoyulmuş qızıl-zinət əşyalarına yönəldilməsi, həmin qızıl-zinət əşyalarının açıq hərracdan satılması və satılaraq əldə edilmiş vəsait hesabına kredit müqaviləsi üzrə borcun, mediasiya xərcinin və dövlət rüsumunun ödənilməsinə yetərli olmadığı halda qalan borcun cavabdehlərdən ümumi qaydada tutulması” barədə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “xx.xx.2022-ci il tarixli SKM-2221/3 saylı kredit müqaviləsi üzrə əsas borca görə 5187,08 manat, faiz borcuna görə 812,74 manat, dəbbə borcuna görə 1200 manat, cəmi 7199,82 manat pulun, 200 manat mediasiya xərcinin və 92 manat ödənilmiş dövlət rüsumunun tutulması, tələblərin həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədilə bağlanmış xx.xx.2022-ci il tarixli SKM-2221/3 saylı saxlanc girov müqaviləsi üzrə girov qoyulmuş qızıl-zinət əşyalarına yönəldilməsi, həmin qızıl-zinət əşyalarının açıq hərracdan satılması və satılaraq əldə edilmiş vəsait hesabına kredit müqaviləsi üzrə borcun, mediasiya xərcinin və dövlət rüsumunun ödənilməsinə yetərli olmadığı halda qalan borcun cavabdehlərdən ümumi qaydada tutulması” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM): 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, məhkəmə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 153.5-ci maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 153.6-cı maddəsinə əsasən, iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Hazırki iş üzrə tərəflər arasında mediasiya mərhələsində barışıq sazişi bağlanmış və onlar razılığa gələrək aralarındakı mübahisəni həll etmişlər. İddiaçı iddia ərizəsi ilə müraciət edərək kommersiya mübahisəsi açmışdır. Lakin iş materiallarından müəyyən edilən odur ki, tərəflər arasında barışıq sazişi bağlandığından mübahisə mövcud deyildir. MPM-in 305.1.17-ci bəndinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Ona görə də tərəflər arasında barışıq sazişi bağlandığı təqdirdə həmin işə hansı tələb əsasında hansı icraat qaydasında baxılmasının hədləri qanunvericilik konkret müəyyən edilmişdir. Belə ki, məhkəmədə hazırki işlə bağlı yalnız barışıq sazişinin təsdiq edilməsi barədə ərizə verildiyi halda kommersiya məhkəməsi tərəfindən xüsusi icraat qaydasında baxılması mümkündür. İddia icraatı qaydasında hazırki tələbin mübahisələndirilməsi istisna edilir. O halda iddia qaydasında mübahisələndirilə bilər ki, həmin bağlanmış saziş ləğv edilsin və ya ona xitam verilsin. Ona görə də iddiaçı MPM-in 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “xx.xx.2022-ci il tarixli SKM-2221/3 saylı kredit müqaviləsi üzrə əsas borca görə 5187,08 manat, faiz borcuna görə 812,74 manat, dəbbə borcuna görə 1200 manat , cəmi 7199,82 manat pulun, 200 manat mediasiya xərcinin və 92 manat ödənilmiş dövlət rüsumunun tutulması, tələblərin həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədilə bağlanmış xx.xx.2022-ci il tarixli SKM-2221/3 saylı saxlanc girov müqaviləsi üzrə girov qoyulmuş qızıl-zinət əşyalarına yönəldilməsi, həmin qızıl-zinət əşyalarının açıq hərracdan satılması və satılaraq əldə edilmiş vəsait hesabına kredit müqaviləsi üzrə borcun, mediasiya xərcinin və dövlət rüsumunun ödənilməsinə yetərli olmadığı halda qalan borcun cavabdehlərdən ümumi qaydada tutulması” tələbinə dair iddia ərizəsi məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-570/2023
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-570/2023
01.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver