Məhkəmə qərarları › İş №e-2-2(117)-574/2025

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-574/2025

02.05.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-574/2025 02.05.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızı, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən 7510 manat əsas borcun, 2251,80 manat ƏDV borcunun, 118 manat dövlət rüsumunun əvəzinin tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən hazırki iş üzrə ödənilməli olan dövlət rüsumu ödənilməmişdir. Hazırki iş üzrə iddianın qiymətinə uyğun olaraq ödənilmiş dövlət rüsumu xx.xx.2021ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 117,61 manat təşkil edir. İddiaçı tərəfindən qeyd olunan rüsumun ödənilməsini təsdiq edən sübut qismində “Kapital Banka” məxsus “Wc8tc1” nömrəli qəbz təqdim edilmişdir. Lakin həmin qəbzdə qəbz nömrəsi olmadığından qəbzin həqiqiliyini müəyyən etmək mümkün olmamışdır. Həmçinin qəbz Elektron Məhkəmə İnformasiyaları Sisteminə də əlavə edilməmiş, əvəzində iddia ərizəsi verilən zaman “müəlliflik mübahisələri üzrə müəlliflər, müəlliflik hüququ, ixtiralar, faydalı modellər, sənaye nümunələri, habelə əqli mülkiyyətin digər növlərinə dair hüquqlardan irəli gələn iddialar üzrə - iddiaçılar” seçimi ilə iddiaçının rüsumdan azad olunduğu qeyd olunmuşdur. Göründüyü kimi, qeyd olunan qəbz məlumatları Elektron Məhkəmə İnformasiyaları Sisteminə daxil edilmədiyindən, onun həqiqiliyini müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, “Kapital Banka” məxsus “Wc8tc1” nömrəli qəbz məhkəmə tərəfindən dövlət rüsumunun ödənilməsini təsdiq edən sübut kimi qəbul edilməməli və iddia ərizəsi və ona əlavə olunan sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 108.3-cü maddəsinə əsasən dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçının diqqətinə çatdırılır ki, yuxarıda qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada Mülki Prosessual Məcəllənin hazırda qüvvədə olan normalarının tələblərinə riayət edilməklə yenidən iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Elnarə Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar