Məhkəmə qərarları › İş №e-2-2(117)-578/2023

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-578/2023

05.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-578/2023 05.06.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10 və Cavabdeh11 qarşı “Cavabdeh9, Cavabdeh6, Cavabdeh4 və Cavabdeh2 xx.xx.2020-ci il tarixli RB/KF-004 nömrəli kredit müqaviləsi üzrə əsas borca görə 26503 manat, faiz borcuna görə 2926,81 manat, cərimə borcuna görə 863,61 manat olmaqla cəmi 30293,42 manat məbləğində borcun, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Yevlax rayon Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş cəmi 126 manat rüsumun, 200 manat məbləğində mediasiya xidmətinə ödənilmiş vəsaitin, cəmi 30619,42 manat pulun tutulması, tələbin tam mülkiyyət hüququ ilə Cavabdeh9 məxsus olan Yevlax şəhəri, M.S.ünvan 1 ünvanında xüsusi mülkiyyətdə olan 0,0437 ha torpaq sahəsindən, 155,2 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə, Cavabdeh4 məxsus olan ünvan 2 ünvanında xüsusi mülkiyyətdə olan 0,03 ha torpaq sahəsindən 255,40 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə və Cavabdeh2 məxsus olan Yevlax şəhəri, Fikrət Əmirov küçəsi,ev 24 ünvanında xüsusi mülkiyyətdə olan 0,0584 ha torpaq sahəsindən, 116,3 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyən edilməklə, bu əmlakların hərracda satılması və onların satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehlərin xx.xx.2020-ci il tarixli RB/KF-004 nömrəli kredit müqaviləsi üzrə cəmi 30293,42 manat borcunun və 326 manat məbləğində rüsumların ödənilməsi, ipoteka predmeti olan əmlaklara tutma yönəldikdən və onlar satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər Cavabdeh10, Cavabdeh3, Cavabdeh11 və Cavabdeh7 ipoteka predmetindən çıxarılması və əmlakların boşaldılmış vəziyyətdə təhvil verilməsi, ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan borcun ödənilməsi üçün yetərli olmazsa qalan borcun cavabdehlər Cavabdeh9, Cavabdeh6, Cavabdeh4 və Cavabdeh2 tutulması” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10 və Cavabdeh11 qarşı “Cavabdeh9, Cavabdeh6, Cavabdeh4 və Cavabdeh2 xx.xx.2020-ci il tarixli RB/KF-004 nömrəli kredit müqaviləsi üzrə əsas borca görə 26503 manat, faiz borcuna görə 2926,81 manat, cərimə borcuna görə 863,61 manat olmaqla cəmi 30293,42 manat məbləğində borcun, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Yevlax rayon Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş cəmi 126 manat rüsumun, 200 manat məbləğində mediasiya xidmətinə ödənilmiş vəsaitin, cəmi 30619,42 manat pulun tutulması, tələbin tam mülkiyyət hüququ ilə Cavabdeh9 məxsus olan Yevlax şəhəri, M.S.ünvan 1 ünvanında xüsusi mülkiyyətdə olan 0,0437 ha torpaq sahəsindən, 155,2 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə, Cavabdeh4 məxsus olan ünvan 2 ünvanında xüsusi mülkiyyətdə olan 0,03 ha torpaq sahəsindən 255,40 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə və Cavabdeh2 məxsus olan Yevlax şəhəri, Fikrət Əmirov küçəsi,ev 24 ünvanında xüsusi mülkiyyətdə olan 0,0584 ha torpaq sahəsindən, 116,3 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyən edilməklə, bu əmlakların hərracda satılması və onların satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehlərin xx.xx.2020-ci il tarixli RB/KF- 004 nömrəli kredit müqaviləsi üzrə cəmi 30293,42 manat borcunun və 326 manat məbləğində rüsumların ödənilməsi, ipoteka predmeti olan əmlaklara tutma yönəldikdən və onlar satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər Cavabdeh10, Cavabdeh3, Cavabdeh11 və Cavabdeh7 ipoteka predmetindən çıxarılması və əmlakların boşaldılmış vəziyyətdə təhvil verilməsi, ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan borcun ödənilməsi üçün yetərli olmazsa qalan borcun cavabdehlər Cavabdeh9, Cavabdeh6, Cavabdeh4 və Cavabdeh2 tutulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş iddia ərizəsinin formasına və məzmununa dair tələblərə iddiaçı tərəfindən riayət edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinə əsasən iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları), iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Hazırki iş üzrə elektron imzalanmış iddia ərizəsində cavabdehlərin faktiki ünvanları qeyd edilməmişdir ki, xüsusən Cavabdeh5 qeydiyyat ünvanı ünvan 4i göstərilmişdir. Məlum olduğu kimi ünvan 4ində hazırki vaxtda yaşayış mövud deyildir ki, qeyd olunan cavabdehə münasibətdə məhkəmə sənədlərinin hansı ünvana çatdırılmalı olması sual doğurur və sonuncunun qeyd olunan qeydiyyat ünvanı onun faktiki yaşadığı ünvan deyildir. İddiaçı isə elektron imzalanmış iddia ərizəsində Cavabdeh5 faktiki yaşadığı ünvanı qeyd etməmiş və bu barədə müvafiq sənədləri məhkəməyə təqdim etməmuişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarılır. Qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra iddiaçı ümumi qaydada yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10 və Cavabdeh11 qarşı “Cavabdeh9, Cavabdeh6, Cavabdeh4 və Cavabdeh2 xx.xx.2020-ci il tarixli RB/KF-004 nömrəli kredit müqaviləsi üzrə əsas borca görə 26503 manat, faiz borcuna görə 2926,81 manat, cərimə borcuna görə 863,61 manat olmaqla cəmi 30293,42 manat məbləğində borcun, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Yevlax rayon Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş cəmi 126 manat rüsumun, 200 manat məbləğində mediasiya xidmətinə ödənilmiş vəsaitin, cəmi 30619,42 manat pulun tutulması, tələbin tam mülkiyyət hüququ ilə Cavabdeh9 məxsus olan Yevlax şəhəri, M.S.ünvan 1 ünvanında xüsusi mülkiyyətdə olan 0,0437 ha torpaq sahəsindən, 155,2 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə, Cavabdeh4 məxsus olan ünvan 2 ünvanında xüsusi mülkiyyətdə olan 0,03 ha torpaq sahəsindən 255,40 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə və Cavabdeh2 məxsus olan Yevlax şəhəri, Fikrət Əmirov küçəsi,ev 24 ünvanında xüsusi mülkiyyətdə olan 0,0584 ha torpaq sahəsindən, 116,3 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyən edilməklə, bu əmlakların hərracda satılması və onların satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehlərin xx.xx.2020-ci il tarixli RB/KF- 004 nömrəli kredit müqaviləsi üzrə cəmi 30293,42 manat borcunun və 326 manat məbləğində rüsumların ödənilməsi, ipoteka predmeti olan əmlaklara tutma yönəldikdən və onlar satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər Cavabdeh10, Cavabdeh3, Cavabdeh11 və Cavabdeh7 ipoteka predmetindən çıxarılması və əmlakların boşaldılmış vəziyyətdə təhvil verilməsi, ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan borcun ödənilməsi üçün yetərli olmazsa qalan borcun cavabdehlər Cavabdeh9, Cavabdeh6, Cavabdeh4 və Cavabdeh2 tutulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar