Məhkəmə qərarları › İş №e-2-2(117)-587/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-587/2024

04.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-587/2024 04.06.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, Mövsümova Günel Namizət qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “5022.18 manat əsas borc, 347.75 manat faiz borcu, 9540.77 manat cərimə borcu, AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1523.20 manat faiz borcu və 139.40 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “5022.18 manat əsas borc, 347.75 manat faiz borcu, 9540.77 manat cərimə borcu, AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1523.20 manat faiz borcu və 139.40 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 115.LN.2004.210115.00002 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 36 ay müddətinə, illik 6% faiz dərəcəsi ilə 15000 manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən kredit cədvəl üzrə nəzərdə tutulan şəkildə ödənilmədiyi halda, borcalan bu müqavilədə nəzərdə tutulmuş kreditin qaytarılması tarixindən kreditin faktiki qaytarılma tarixinədək olan dövr ərzində illik 50% faiz məbləğində artırılmış faizləri kreditora ödəməlidir. Müqavilənin 5.1-ci bəndinə əsasən borcalan aldığı krediti bu müqavilənin 1 saylı əlavəsində göstərilmiş cədvələ uyğun ödəməyə borcludur. Birinci ödəniş xx.xx.2015-ci il tarixində, sonuncu ödəniş isə xx.xx.2018-ci il tarixində həyata keçirilməlidir. Müqavilənin 7.1-ci bəndinə əsasən kreditor tərəfindən müəyyənləşdirilən bu müqavilənin 1 nömrəli əlavəsində göstərilən kreditin ödənilmə cədvəlinə uyğun olaraq borcalan krediti hesablanmış bütün faizlərlə birlikdə ödəyir. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, cavabdeh xx.xx.2016cı il tarixindən xx.xx.2018-ci il tarixinədək hər ay müxtəlif məbləğlərdə ödəniş etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixə 5022.18 manat əsas, 347.75 manat faiz, 9540.77 manat cərimə və gecikdirilmiş vaxt üçün hesablanan 1523.20 manat borcu mövcuddur. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirməmiş və nəticədə onun ödənilməmiş borcları qalmışdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında özlərinin və ya nümayəndələrinin iştirakını təmin etməmişdir. İddiaçının nümayəndəsi işə iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara kredit müqaviləsi, maliyyə arayışı, ödəniş cədvəli və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə iddia tələbinin “5022.18 manat əsas borc, 347.75 manat faiz borcunun tutulması” hissəsinə münasiətdə bildirir ki, iddiaçı həmin pulun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Azərbayacan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM): 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 021442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 115.LN.2004.210115.00002 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 36 ay müddətinə, illik 6% faiz dərəcəsi ilə 15000 manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən kredit cədvəl üzrə nəzərdə tutulan şəkildə ödənilmədiyi halda, borcalan bu müqavilədə nəzərdə tutulmuş kreditin qaytarılması tarixindən kreditin faktiki qaytarılma tarixinədək olan dövr ərzində illik 50% faiz məbləğində artırılmış faizləri kreditora ödəməlidir. Müqavilənin 5.1-ci bəndinə əsasən borcalan aldığı krediti bu müqavilənin 1 saylı əlavəsində göstərilmiş cədvələ uyğun ödəməyə borcludur. Birinci ödəniş xx.xx.2015-ci il tarixində, sonuncu ödəniş isə xx.xx.2018-ci il tarixində həyata keçirilməlidir. Müqavilənin 7.1-ci bəndinə əsasən kreditor tərəfindən müəyyənləşdirilən bu müqavilənin 1 nömrəli əlavəsində göstərilən kreditin ödənilmə cədvəlinə uyğun olaraq borcalan krediti hesablanmış bütün faizlərlə birlikdə ödəyir. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, cavabdeh xx.xx.2016cı il tarixindən xx.xx.2018-ci il tarixinədək hər ay müxtəlif məbləğlərdə ödəniş etməyi öhdəsinə götürmüşdür. Cavabdehin xx.xx.2024-cü il tarixə 5022.18 manat əsas, 347.75 manat faiz borcunun mövcudluğu maliyyə arayışı ilə təsdiq olunur. Məhkəmə iddia tələbinin “9540.77 manat cərimə borcunun tutulması” hissəsinə münasibətdə bildirir ki, tərəflər arasında bağlanmış müqavilələrin 2.5-ci bəndinə əsasən kredit cədvəl üzrə nəzərdə tutulan şəkildə ödənilmədiyi halda, borcalan bu müqavilədə nəzərdə tutulmuş kreditin qaytarılması tarixindən kreditin faktiki qaytarılma tarixinədək olan dövr ərzində illik 50% faiz məbləğində artırılmış faizləri kreditora ödəməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə tərəflərin əmlak mənafelərini, iddiaçının daha tez məhkəməyə müraciət etməməklə borcun artmasına şərait yaratmasını və tərəflərin digər diqqətəlayiq hallarını nəzərə alıb hesab edir ki, müqavilə üzrə 250 manat məbləğində cərimənin saxlanması tərəflərin hüquqlarına və qanuni mənafelərinə uyğundur. Eyni zamanda məhkəmə iddia tələbinin “AR Konstitusiya Məhkəməsinin xx.xx.2014cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1523.20 manat faiz borcunun tutlması” hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı haqlı olduğundan iddia tələbi bu hissədə təmin olunmalıdır. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinin tələblərinə əsasən Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən 5022.18 manat əsas, 347.75 manat faiz, 250 manat cərimə borcu, AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1523.20 manat faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır. Cavabdeh iddia tələbi ilə bağlı hər hansı bir etiraz bildirməmiş, borc məbləğlərini mübahisələndirməmiş, bu səbəbdən məhkəmə borc məbləği ilə bağlı hər hansı bir əsaslı arqument olmadığından əlavə araşdırma, yəni ekspertiza təyin etmə, sorğu vermə və.s və digər prosessual hərəkətlər aparmamışdır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. İddia tələbi qismən təmin edilsə də, iddia tələbi əsas borc məbləğinə münasibətdə dəyişmədiyindən cavabdehdən 139.40 dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh müqavilə üzrə 5022.18 manat əsas borc, 347.75 manat faiz borcu, 250 manat cərimə borcu, AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1523.20 manat faiz borcu və 139.40 manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə (ləğv prosesində olan) ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar