Məhkəmə qərarları › İş №e-2-2(117)-587/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-587/2025

17.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-587/2025 17.06.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Dövlət Vergi Xidməti 10 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh qarşı “cavabdehdən 1448 manat icarə haqqı borcunun tutularaq dövlət büdcəsinə ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı 10 saylı Ərazi Vergilər İdarəsi (bundan sonra mətndə iddiaçı) Cavabdeh (bundan sonra mətndə cavabdeh) qarşı “1448 manat icarə haqqı borcunun tutularaq dövlət büdcəsinə ödənilməsi” tələbinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsində bildirir ki, Azərbaycan Respublikası Prezidentinin 12 mart 1999-cu il tarixli 116 saylı Fərmanının 2.5-ci maddəsinə əsasən dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilən, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlar istisna olmaqla dövlətə məxsus digər torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarət İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsi”nin 3.0.9-cu yarımbəndinə əsasən dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsindəki torpaqlar və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlar istisna edilməklə, dövlət mülkiyyətində olan digər torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarəti həyata keçirmək Xidmətin vəzifələrinə aid edilmişdir. Həmin Əsasnamənin 4.0.27-ci yarımbəndinə əsasən nəzarəti Xidmətə həvalə edilmiş dövlət mülkiyyətində olan torpaqlardan istifadəyə görə ödənilməmiş icarə haqlarının tutulması barədə məhkəmədə iddia qaldırmaq Xidmətin hüquqlarına aid edilmişdir. Belə ki, AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Xidmətinin Qəbələ X3 Mərkəzi ilə Cavabdeh (VÖEN **********) arasında xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci ilə qədər bağlanmış xx.xx.2022-ci il tarixli “Torpaq icarəsi müqaviləsi”nə əsasən bir illik icarə haqqı 340 manat təşkil etməklə 0.8 ha olan torpaq sahəsi cavabdehə icarəyə verilmişdir. İcarəyə götürülən torpaq sahəsinə görə cavabdehin ümumilikdə xx.xx.2025-ci il tarixə torpaq icarə haqqı üzrə 1448 manat borcu ödənilməmiş qalmışdır. Qeyd olunan icarə haqqı üzrə borcun 7 (yeddi) gün müddətində dövlət büdcəsinə ödənilməsinin təmin olunmasının tələb edilməsi barədə cavabdehə xx.xx.2025-ci il tarixli 3-21-2-16/2-11444/2025 nömrəli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdeh tərəfindən xəbərdarlığın alınmasına baxmayaraq, icarə haqqı üzrə borc ödənilməmişdir. İddiaçı ərizəsində Cavabdeh “1448 manat icarə haqqı borcunun tutularaq dövlət büdcəsinə ödənilməsi” tələbinin təmin edilməsini xahiş etmişdir. AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 15 saylı X3 Mərkəzi tərəfindən AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 saylı Ərazi Vergilər İdarəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli 3-14-27-2/2-064/2025 nömrəli məktubla bildirilmişdir ki, 10 saylı Ərazi Vergilər İdarəsində qeydiyyatda olan vergi ödəyicisi Cavabdeh dövlət büdcəsinə torpaq icarə haqqı üzrə 1548 manat borcunun məcburi qaydada tutulmasının təmin edilməsi istiqamətində işlərin aparılması üçün X4 Elmi-Tədqiqat, Mədəni Sağlamlaşdırma, Turizm və İdman Məqsədləri, X1 üçün istifadə edilməsi barədə müqavilələrin bir nüsxəsi göndərilir. xx.xx.2018-ci il tarixli 60 nömrəli “X4 Elmi-Tədqiqat, Mədəni Sağlamlaşdırma, Turizm və İdman Məqsədləri, X1 üçün istifadə edilməsi barədə” müqavilənin 1.1-ci bəndinə əsasən, X5 və X2 meşəbəyliyinin 106 kvartalının 24 bölməsindən meşəbərpa tədbirlərinin aparılması nəzərdə tutulmayan meşə ilə örtülü (meşə ilə örtülü olmayan) sahədən istirahət-rekreasiya məqsədilə 0.80 ha sahə ayırır. 3.1-ci bəndinə əsasən, ödəniş haqqının miqdarı tərəflərin razılığı ilə istifadəyə götürülmüş hər hektar sahə üçün torpaq kadastrı nəzərə alınmaqla cəmi 0.80 ha üçün 320 manat hesabı ilə aylıq, rüblük və illik müəyyənləşdirilir və müvafiq olaraq X5 və Bərpası Müəssisəsinin hesablaşma hesabına ödənilir. 3.3-cü bəndinə əsasən, istifadə haqqı bu müqavilə qüvvəyə mindiyi gündən başlayaraq 1 ay müddətində ödənilməlidir. İstifadəçinin xx.xx.2022-ci il tarixli müraciətini nəzərə alaraq AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə İnkişafı Xidmətinin Qəbələ X3 Mərkəzi (istifadəyə verən) və Cavabdeh (istifadəçi) arasında 3 il müddətinə xx.xx.2022-ci il tarixli 02 nömrəli “X4 Elmi- Tədqiqat, Mədəni Sağlamlaşdırma, Turizm və İdman Məqsədləri, X1 üçün istifadə edilməsi barədə” müqavilə bağlanmışdır. Müqavilənin: 2.3-cü bəndinə əsasən, istifadəçi meşə fondundan istifadə üçün haqqı müəyyən olunmuş müddətdə ödəməyi öhdəsinə götürmüşdür. 3.1-ci bəndinə əsasən, istifadə haqqının məbləği istifadəyə götürülmüş hər hektar üçün kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə torpaqların coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla 0.80 ha üçün 340 manat hesabı ilə illik müəyyənləşdirilir və müvafiq olaraq dövlət büdcəsinə ödənilir. 3.3-cü bəndinə əsasən, istifadə haqqı bu müqavilə qüvvəyə mindiyi gündən başlayaraq 1 ay müddətində ödənilməlidir. Cavabdeh vergi orqanında qeydə alınan vergilər üzrə şəxsi hesab vərəqəsinin Dövlət torpaq sahələrinin icarəsi üzrə vərəqədə icarə haqqı üzrə 1657 manat borcu olduğu qeyd edilmişdir. Həmçinin cavabdeh müxtəlif tarixlərdə ödənişlər etmişdir. Cavabdeh son dəfə xx.xx.2025-ci il tarixdə 100 manat məbləğində icarə haqqı ödənilmişdir. Cavabdeh ötən məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Qarabağ ərazisində yerləşən meşə fonduna aid torpaq sahəsinin 80 sotunu icarəyə götürüb abadlaşdırılması ilə məşğul olur. Torpağın icarəsinə görə illik 320 manat ödəniş edir. İşlədiyi ərazidə internet yaxud hər hansı ödəniş vasitəsi olmadığından icarə pulunu bəzən vergi əməkdaşına əlbəəl də vermişdir. Qalan borcunu isə qəbul edir və hissə-hissə ödəyəcək. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Dövlət Vergi Xidməti 10 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi ərizə ilə müraciət edərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini və işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişdir. Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyindən ödənilməmiş icarə haqqı borcu qalmışdır ki, iddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı 1448 manat icarə haqqı borcunun tutulması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara müqavilələr, şəxsi hesab vərəqəsi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin – (bundan sonra MM): 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 706.1.Torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. 706.1. Torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. 706.2. Torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər. 706.3. Torpaq icarəsi müqaviləsində icarəyə verilən torpaq sahəsinin ölçüsü, keyfiyyət kateqoriyası, təyinatı, icarənin müddəti, icarə haqqı, ödənilmə qaydaları, torpaqların istifadəsi, mühafizəsi və keyfiyyətinin yaxşılaşdırılması şərtləri, habelə torpaq qanunvericiliyi ilə və bu Məcəllə ilə müəyyənləşdirilmiş digər şərtlər nəzərdə tutula bilər. 706.4. Torpaq icarəsi haqqında müqavilələrə bu Məcəllənin 700.1, 701, 702 və 703cü maddələri, habelə bu paraqrafın müddəaları tətbiq edilir. 710.1-ci maddəsinə əsasən torpaq icarəsi haqqı tərəflərin razılığı ilə müəyyənləşdirilir. “Torpaq icarəsi haqqında” Azərbaycan respublikası Qanununun 14-cü maddəsinin 9cu bəndinə əsasən dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 12 mart 1999-cu il tarixli 116 nömrəli Fərmanıın 2.5-ci bəndinə əsasən həmin Qanunun 14-cü maddəsinin doqquzuncu abzasında nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsindəki torpaqlar və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara münasibətdə Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, dövlət mülkiyyətində olan digər torpaqlara münasibətdə isə Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, X5 və Bərpası Müəssisəsi ilə Cavabdeh arasında 4 il müddətinə xx.xx.2018-ci il tarixli 60 nömrəli “X4 Elmi-Tədqiqat, Mədəni Sağlamlaşdırma, Turizm və İdman Məqsədləri, X1 üçün istifadə edilməsi barədə” müqavilə və bundan sonra AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə İnkişafı Xidmətinin Qəbələ X3 Mərkəzi (istifadəyə verən) və Cavabdeh (istifadəçi) arasında 3 il müddətinə xx.xx.2022-ci il tarixli 02 nömrəli “X4 Elmi-Tədqiqat, Mədəni Sağlamlaşdırma, Turizm və İdman Məqsədləri, X1 üçün istifadə edilməsi barədə” müqavilə bağlanmışdır. İş materiallarından göründüyü kimi tərəflər arasında xx.xx.2018-ci il tarixli müqavilə əsasında həmin tarixdən başlayaraq 4 il müddətinə, bundan sonra isə xx.xx.2022-ci il tarixli müqavilə əsasında həmin tarixdən başlayaraq 3 il müddətinə icarə münasibətlərinin mövcudluğu öz təsdiqini tapmışdır. İddiaçı tərəfindən tələb edilən məbləğin cavabdeh tərəfindən tam şəkildə ödənilib-ödənilməməsi halı isə hazırkı iş üzrə mübahisələndirilən haldır. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş şəxsi hesab vərəqəsində cavabdehin 1657 manat borcu olduğu qeyd edilmişdir ki, hazırkı iş üzrə iddiaçı həmin məbləğdən daha az məbləğ, yəni 1448 manat icarə haqqı borcunun cavabdehdən tutulmasını xahiş etmişdir. Eyni zamanda cavabdehin məhkəmə hazırlıq iclasında verdiyi izahatından da göründüyü kimi o, borcunun olduğunu qəbul etmiş və hissə-hissə ödəyəcəyini bildirmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, 1448 manat icarə haqqı borcu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumunu ödəməkdən azad olunur. İddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 34.48 manat olmalıdır. Odur ki, iddia təmin edildiyindən ödənilməmiş 34.48 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1448 manat icarə haqqı tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh ödənilməmiş 34.48 manat dövlət rüsumu tutulub dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar