Məhkəmə qərarları › İş №e-2-2(117)-59/2020

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-59/2020

11.03.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-59/2020 11.03.2020 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Həmidov Vüsal Namiq oğlunun katibliyi, iddiaçı 11 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı 11 saylı Ərazi Vergilər Baş İdarəsinin cavabdeh “X3” ASC-yə qarşı “cavabdehin xx.xx.2019-cu il tarixə dövlət büdcəsinə ödənilməmiş 12704,88 manat borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 30400 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Vergi ödəyicisi olan cavabdeh vergi öhdəliklərini yerinə yetirmədiyindən onun xx.xx.2019-cu il tarixə dövlət büdcəsinə 12704,88 manat məbləğində borcu yaranmış və cavabdehin şəxsi hesab vərəqəsinə əsasən onun xx.xx.2019-cu il tarixə 12704,88 manat borcu vardır. Yaranmış borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən vergi orqanının xx.xx.2019-cu il tarixli **********2 nömrəli qərarı əsasında xx.xx.2019-cu il tarixli **********2 nömrəli protokolla cavabdehə məxsus əmlak – hər birinin dəyəri 3000 manat olan 2 ədəd 12 tonluq tavanda yuxarı daşımaq üçün körpülü kran, hər birinin dəyəri 1500 manat olan 3 ədəd cilalayıcı dəzgah, dəyəri 1500 manat olan 1 ədəd frez şaquli, dəyəri 1500 manat olan 1 ədəd frez dəzgah üfüqi, dəyəri 1500 manat olan 1 ədəd nasaz vəziyyətdə diş açan dəzgah, dəyəri 1500 manat olan 1 ədəd işlək vəziyyətdə dəlik açan dəzgah, dəyəri 3500 manat olan 1 ədəd işlək vəziyyətdə torna dəzgah, dəyəri 200 manat olan 1 ədəd saz vəziyyətdə torna dəzgah, hər birinin dəyəri 300 manat olan 3 ədəd 0,5 tonluq tırlı kran, hər birinin dəyəri 1500 manat olan 3 ədəd işlək vəziyyətdə dəlik açan dəzgah, dəyəri 2000 manat olan 1 ədəd 1000-lik tutumlu nasaz vəziyyətdə transformator, dəyəri 2000 manat olan 1 ədəd saz vəziyyətdə frez dəzgah və dəyəri 2000 manat olan 1 ədəd nasaz vəziyyətdə torno dəzgahı siyahıya alınmışdır. xx.xx.2019-cu il tarixli xəbərdarlıq məktubu ilə cavabdehdən borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq edilmiş, borc ödənilmədiyindən tərəflər arasında hazırki mübahisə yaranmışdır. Borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən iddiaçı hazırki tələblə məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, vergi ödəyicisi vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə vergi borcu yaranmışdır. Lakin görülən tədbirlərə baxmayaraq, qeyd olunan borc məbləği bu günədək ödənilməmişdir. Vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə qərar çıxarmış, həmin qərar əsasında cavabdehin dövlət büdcəsinə yaranan borcuna görə əmlakı siyahıya alınmış və bu barədə əmlakın siyahıya alınması haqqında protokol tərtib edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəblərini bildirməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: cavabdehin şəxsi hesab vərəqəsinin surəti, əmlakın siyahıya alınmasına dair vergi orqanının xx.xx.2019-cu il tarixli **********2 nömrəli qərarı, iddiaçı tərəfindən cavabdeh barədə tərtib edilmiş əmlakın siyahıya alınması barədə xx.xx.2019-cu il tarixli **********2 nömrəli protokolun surəti, xəbərdarlıq və bildiriş daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, iddiaçının nümayəndəsinin izahatını dinləyib, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, tələbin maddi hüquqi əsasını Azərbaycan Respublikası Vergi Məcəlləsi təşkil edir. Həmin Məcəllənin 16.1-ci və 24.0.1-ci maddələri ilə vergi ödəyicisinin üzərinə qanunla müəyyən edilmiş vergiləri ödəmək, vergi orqanının üzərinə isə vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək vəzifələri qoyulmuşdur. 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. 78.1-ci maddəsinin tələblərinə görə vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyəcisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. 90.1-ci maddəsinə görə vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə vergi orqanı vergi öhdəliyinin icrasının təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması barədə məhkəməyə müraciət edə bilər. Yuxarıda sadalanan qanunvericliyin tələbindən göründüyü kimi, vergi ödəyicisi vergi öhdəliyini yerinə yetirmədikdə borcun ödənilməsinin təmin edilməsi üsulu kimi vergi orqanı tərəfindən onun əmlakı siyahıya alına və siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması barədə məhkəməyə müraciət edə bilər. Hazırki işin məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, cavabdehin xx.xx.2019-cu il tarixə dövlət büdcəsinə 12704,88 manat borcu yaranmış və həmin borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilməmişdir. Cavabdehin dövlət büdcəsinə ödənilməmiş 12704,88 manat borcunun ödənilməsinin təmini üsulu kimi vergi orqanı tərəfindən onun 30400 manat əmlakı siyahıya alınmışdır. Məhkəmə hesab edir ki, siyahıya alınmış əmlak cavabdehin dövlət büdcəsinə ödənilməmiş vergi borcuna münasibətdə yüksək olduğundan iddia tələbi qismən təmin edilərək cavabdehin xx.xx.2019-cu il tarixə dövlət büdcəsinə ödənilməmiş 12704,88 manat borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 17000 manat dəyərində siyahıya alınmış əmlakı (hər birinin dəyəri 3000 manat olan 2 ədəd 12 tonluq tavanda yuxarı daşımaq üçün körpülü kran, hər birinin dəyəri 1500 manat olan 3 ədəd cilalayıcı dəzgah, dəyəri 1500 manat olan 1 ədəd frez şaquli, dəyəri 1500 manat olan 1 ədəd frez dəzgah üfüqi, dəyəri 3500 manat olan 1 ədəd işlək vəziyyətdə torna dəzgah) ixtisaslaşdırılmış açıq hərraclar vasitəsi ilə satılmalı, iddia qalan hissədə rədd edilməlidir. Belə ki, cavabdehin vergi borcunun ödənilməsini təmin etmək məqsədi ilə hərracların keçirilməsi də nəzərə alınmaqla 17000 manat dəyərində siyahıya alınmış əmlakı kifayətdir və vergi məcəlləsinin tələbi baxımından məhz siyahıya alınmış əmlak zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılmalıdır. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Buna görə də cavabdehdən 30 (otuz) manat dövlət rüsumu dövlət gəlirinə tutulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Cavabdeh “X3” ASC-nin xx.xx.2019-cu il tarixə dövlət büdcəsinə ödənilməmiş 12704,88 manat (on iki min yeddi yüz dörd manat səksən səkkiz qəpik) manat borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 17000 (on yeddi min) manat məbləğində siyahıya alınmış əmlakı (hər birinin dəyəri 3000 manat olan 2 ədəd 12 tonluq tavanda yuxarı daşımaq üçün körpülü kran, hər birinin dəyəri 1500 manat olan 3 ədəd cilalayıcı dəzgah, dəyəri 1500 manat olan 1 ədəd frez şaquli, dəyəri 1500 manat olan 1 ədəd frez dəzgah üfüqi, dəyəri 3500 manat olan 1 ədəd işlək vəziyyətdə torna dəzgah) ixtisaslaşdırılmış açıq hərraclar vasitəsi ilə satılsın. İddia qalan hissədə rədd edilsin. Cavabdeh “X3” ASC-dən 30 (otuz) manat dövlət rüsumu dövlət gəlirinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar