Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-59/2023 26.07.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1, iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh MMC-yə qarşı “ xx.xx.2017-ci il tarixli **********12017/İP-1 №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən Cavabdeh MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən, katerqoriyasına (məqsədli təyinatına) görə yaşayış məntəqələrinin torpaqlarına aid olan 4,0182 ha torpaq sahəsinə və xx.xx.2017-ci il tarixli **********12017/İP-2 №-li İpoteka müqaviləsinə əsasən ipoteka predmeti qismində çıxış edən Cavabdeh MMC-yə məxsus Yevlax şəhərində yerləşən kateqoriyasına (məqsədli təyinatına) görə yaşayış məntəqələrinin torpaqlarına aid olan 20 ha torpaq sahəsinə tutmanın yönəldilməsi, ipoteka predmetləri açıq hərracda satılsın və həmin əmlakların satışından əldə olunan vəsaitlər hesabına borc alan Cavabdeh MMC-nin xx.xx.2017-ci il tarixli **********12017 №-li Kredit müqaviləsi üzrə iddiaçı "xxxx" Bankı ASC qarşısındakı 1999833,34 manat məbləğində əsas borcu, kreditdən istifadəyə görə hesablanmış 58661,79 manat məbləğində adi faizlər üzrə borc məbləği, xx.xx.2023-cü il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün illik 30 %-lə hesablanmış 561619,86 manat cərimə faizləri və ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 80 məbləğində çəkilmiş xərclər İpoteka predmetlərinin dəyərindən iddiaçı "xxxx" Bank ASC-nin xeyrinə tutulması, ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 400 manat məbləğində pul vəsaitinin, iddia ərizəsinin verilməsinə görə 2558,47 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehdən iddiaçının xeyrinə tutulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: "xxxx" ASC-nin Yevlax filialı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli **********12017 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən cəmiyyətə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə Yevlax şəhəri C.Mustafayev 129 ünvanında 72 nömrədən ibarət otel binasının tikintisinin tamamlanması və fəaliyyətinin təşkili məqsədilə istifadə müddəti 120 ay olan ******* manat kredit verilmiş, borcalan kredit borcunu və müqavilə ilə müəyyən edilmiş qaydada illik 3 % faiz borcunu ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsi üzrə borcun və əsas borca hesablanmış faizlərin təminatı olaraq xx.xx.2017-ci il tarixli **********12017/İP-1 nömrəli və **********12017/İP-2 nömrəli ipoteka müqavilələrində göstərilmiş Cavabdeh MMC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 4,0182 ha torpaq sahəsi və Yevlax şəhərində yerləşən 20 ha torpaq sahəsi ipoteka predmeti kimi qəbul olunmuşdur. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş, nəticədə ödənilməmiş borcu qalmışdır. İddiaçı bank cavabdehin ödənilməmiş borcunun ödənilməsi, borcun ipoteka predmeti olan torpaq sahəsinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması, satışından əldə olunan vəsait hesabına kredit borcunun ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İşin məhkəmə araşdırması zamanı Əmlak Ekspert Mərkəzi MMC tərəfindən təqdim edilmiş mütəxəssis rəyinə əsasən ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 4,0182 ha torpaq sahəsinin likvid dəyəri 413000 manat, Yevlax şəhərində yerləşən 20 ha torpaq sahəsinin likvid dəyəri 968000 manat müəyyən edilmişdir. İşin məhkəmə araşdırması zamanı Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 9/1187 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, cavabdehin xx.xx.2022-ci il tarixə olan əsas borcu 1995296,48 manat, faiz borcu 29404,12 manat təşkil edir. İddiaçının nümayəndəsi məhkəmə iclasında izahatında bildirdi ki, 2017-ci ildə cavabdeh tərəfə ******* manat məbləğində kredit verilib və bunun qarşılığında cavabdeh tərəf əmlakını ipotekaya qoyub. Lakin cavabdeh tərəf öhdəliklərini yerinə yetirmədiyi üçün tələb olunan məbləğdə borcu qalıb. İddianı müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Kredit müqaviləsi, İpoteka müqavilələri, Bildirişlər, Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar, Hesabdan çıxarış, Mütəxəssis rəyi, Ekspert rəyi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İddia tələbinin əsas və faiz borcun ödənilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" ASC-nin Yevlax filialı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli **********12017 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən cəmiyyətə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə Yevlax şəhəri C.Mustafayev 129 ünvanında 72 nömrədən ibarət otel binasının tikintisinin tamamlanması və fəaliyyətinin təşkili məqsədilə istifadə müddəti 120 ay olan ******* manat kredit verilmiş, borcalan kredit borcunu və müqavilə ilə müəyyən edilmiş qaydada illik 3 % faiz borcunu ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş və nəticədə onun ödənilməmiş borcu qalmışdır. Eyni zamanda işin məhkəmə araşdırması zamanı Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 9/1187 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, cavabdehin xx.xx.2022-ci il tarixə olan əsas borcu 1995296,48 manat, faiz borcu 29404,12 manat təşkil edir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının tələbi həddində deyil, ekspert rəyi ilə müəyyən edilmiş məbləğdə 1995296,48 manat əsas borc və 29404,12 manat faiz borcu cavabdehdən tutularaq iddiaçı banka ödənilməlidir. Məhkəmə 561619,86 manat cərimənin ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh kredit borcunu ödəməsə də, iddiaçı vaxtında məhkəməyə müraciət etməmiş, həm faizin həm də cərimənin artmasına şüurlu surətdə şərait yaratmışdır. Bu səbəbdən də, cərimənin artmasında iddiaçının təqsirini, cavabdehin əmlak vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 561619,86 manat deyil, 20000 manat məbləğində cərimə tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə iddia tələbinin “tutmanın cavabdehin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 4,0182 ha torpaq sahəsi və Yevlax şəhərində yerləşən 20 ha torpaq sahəsi yönəldilməsi, əmlakın açıq hərracda satılması, satışından əldə olunan vəsait hesabına kredit borcunun ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 39.3.3-cü maddəsinə əsasən, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirmədiyindən iddiaçıya borcu yaranmış və bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı tələbin ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlıdır. Bundan başqa ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, işin məhkəmə araşdırması zamanı Əmlak Ekspert Mərkəzi MMC tərəfindən təqdim edilmiş mütəxəssis rəyinə əsasən ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 4,0182 ha torpaq sahəsinin likvid dəyəri 413000 manat, Yevlax şəhərində yerləşən 20 ha torpaq sahəsinin likvid dəyəri 968000 manat müəyyən edilmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, Əmlak Ekspert Mərkəzi MMC tərəfindən verilmiş mütəxəssis rəyinə əsasən ünvan 1 ünvanında yerləşən 4,0182 ha torpaq sahəsinin ilkin satış dəyəri 413000 manat, Yevlax şəhərində yerləşən 20 ha torpaq sahəsinin ilkin satış dəyəri 968000 manat müəyyən edilməli, satışdan əldə edilən vəsait kredit borcuna yönəldilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 116.2-ci maddəsinə əsasən, məhkəmənin tapşırığı ilə gördükləri işlər ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsinə aid deyildirsə, onlar gördükləri işlərin əvəzinə haqq alırlar. Ödənilən haqqın, yaşayış sahəsinin icarə haqqının məbləği məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin razılığı ilə məntiqli həddə müəyyən edilir. Bu səbəbdən də məhkəmə hesab edir ki, ipoteka predmetinin qiymətləndirilməsi üçün məhkəmənin təşəbbüsü ilə aparılmış tədqiqatın dəyəri olan 300 manat pul, habelə iş üzrə təyin edilmiş məhkəmə ekspertizası üzrə 50 manat xərc tərəflər arasında bölüşdürülməklə müştərək qaydada tutularaq ödənilməlidir. Eyni zamanda ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 80 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehlərdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tələbi baxımından iddianın qiymətinə əsasən (2620114,99 manat) ödənilməli dövlət rüsumu 2100,06 manat olmalıdır. İddia tələbi qismən təmin edildiyindən həmin dövlət rüsumunun 461,19 manat hissəsi iddiaçıdan, qalan 1638,85 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı tərəfindən 1933 manat və 625,47 manat olmaqla ümumilikdə 2558,47 dövlət rüsumu ödənildiyindən və iddiaçı həmin məbləği tələb etdiyindən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən ödənilməli olan 1638,85 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddiaçı tərəfindən ödənilməli olan 461,19 manat dövlət rüsumu və iddiaçı tərəfindən dövlət büdcəsinə artıq ödənilmiş 458,42 manat dövlət rüsumu özünə aid edilməlidir. Eyni zamanda iddiaçı tərəfindən ödənilmiş 400 manat mediasiya xərci ödənildiyindən və iddiaçı həmin məbləği tələb etdiyindən 400 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: İddia qismən təmin edisin. Cavabdeh MMC-nin xx.xx.2017-ci il tarixli **********12017 nömrəli kredit müqaviləsi üzrə yaranmış 1.995.296,48 manat əsas, 29.404,12 manat faiz və 20.000 maat məbləğində cərimə borcu, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 80 manat məbləğində çəkilmiş xərc, mediasiya xidmətinin göstərilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 400 (dörd yüz) manat məbləğ və ödənilmiş 1638,85 manat dövlət rüsumu Cavabdeh MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən, katerqoriyasına (məqsədli təyinatına) görə yaşayış məntəqələrinin torpaqlarına aid olan 4,0182 ha torpaq sahəsinə və Yevlax şəhərində yerləşən, kateqoriyasına (məqsədli təyinatına) görə yaşayış məntəqələrinin torpaqlarına aid olan 20 ha torpaq sahəsinə tutma yönəldilsin. Cavabdeh MMC-yə məxsus ünvan 5 ünvanında yerləşən 4,0182 ha torpaq sahəsinin ilkin satış (likvid dəyəri) 413.000 manat, Yevlax şəhərində yerləşən 20 ha torpaq sahəsin ilkin satış (likvid dəyəri) 968.000 manat məbləğində müəyyən edilsin və həmin əmlaklar açıq hərraclar vasitəsi ilə satılsın. Satışdan əldə edilmiş vəsait Cavabdeh MMC-nin "xxxx" ASC-yə olan borcunun ödənilməsinə yönəldilsin. İddia qalan hissələrdə rədd edilsin. Ödənilmiş 461,19 manat dövlət rüsumu və artıq ödənilmiş 458,42 manat dövlət rüsumu iddiaçı "xxxx" ASC-yə aid edilsin. İpoteka predmetinin qiymətləndirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 300 manat pulun 150 manatı "xxxx" ASC-dən və 150 manatı Cavabdeh MMC-dən tutularaq "xxxx" MMC-nin "xxxx" ASC-də olan bank hesabına (m/h – AZ25NABZ********************, h/h – AZ30GUNA********************, kod – 505594, swift – GUNAAZ22) ödənilsin. İş üzrə təyin edilmiş məhkəmə ekspertizası üzrə 50 manat ekspertiza xərcinin 25 manat hissəsi iddiaçı "xxxx" ASC-dən və 25 manatı Cavabdeh MMC-dən tutularaq dövlət büdcəsinə (keçiriləcək hesab: Büdcə təsnifatının kodu:142595, Büdcə səviyyəsinin kodu:3, SAP (XİİS) hesabı-X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE********************) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-59/2023
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-59/2023
26.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver