Məhkəmə qərarları › İş №e-2-2(117)-590/2022

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-590/2022

29.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-590/2022 29.04.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər X6,Cavabdeh2, X3, Cavabdeh4, X7, Cavabdeh6, Cavabdeh7 qarşı “bankla X8 arasında bağlanmış 27.09.2019-cu il tarixli 025R192704730 nömrəli kredit razılaşmasının ləğv edilməsi, cavabdehlər X1, Cavabdeh4, X4 müştərək qaydada **********0204 saylı kredit müqaviləsi üzrə 26843,54 manat əsas borc və 5647,14 manat faiz borcu və 9975,12 manat cərimə borcu olmaqla, cəmi 42465 manat borcun, mediasiya prosesi ilə bağlı ödənilmiş 200 manat mediasiya xərcinin və ödənilmiş 17,4 manat dövlət rüsumunun tutulması və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh4 mülkiyyətində olan ünvan 1ndə xüsusi mülkiyyətində olan ev 6, 11 saylı mənzilə yönəldilməsi, həmin torpaq sahəsinin və evin hərracdan satılması və 42465,80 manat borcun, 200 manat mediasiya xərcinin, 17,4 manat dövlət rüsumunun ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ipoteka premetinin hərracdan satışından əldə olunan vəsait hesabına ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin X8, Cavabdeh4, X4 müştərək qaydada tutulması, Cavabdeh4 mülkiyyətində olan ünvan 1ndə xüsusi mülkiyyətində olan ev 6, 11 saylı mənzilə yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2, Cavabdeh4, X5, X2, Cavabdeh7 və Cavabdeh6 həmin evdən çıxarılması, əmlakın boşaldılması və alıcıya təhvil verilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı QSC-nin cavabdehlər cavabdehlər X6,Cavabdeh2, X3, Cavabdeh4, X7, Cavabdeh6, Cavabdeh7 qarşı “bankla X8 arasında bağlanmış 27.09.2019-cu il tarixli 025R192704730 nömrəli kredit razılaşmasının ləğv edilməsi, cavabdehlər X1, Cavabdeh4, X4 müştərək qaydada **********0204 saylı kredit müqaviləsi üzrə 26843,54 manat əsas borc və 5647,14 manat faiz borcu və 9975,12 manat cərimə borcu olmaqla, cəmi 42465 manat borcun, mediasiya prosesi ilə bağlı ödənilmiş 200 manat mediasiya xərcinin və ödənilmiş 17,4 manat dövlət rüsumunun tutulması və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh4 mülkiyyətində olan ünvan 1ndə xüsusi mülkiyyətində olan ev 6, 11 saylı mənzilə yönəldilməsi, həmin torpaq sahəsinin və evin hərracdan satılması və 42465,80 manat borcun, 200 manat mediasiya xərcinin, 17,4 manat dövlət rüsumunun ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ipoteka premetinin hərracdan satışından əldə olunan vəsait hesabına ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin X8, Cavabdeh4, X4 müştərək qaydada tutulması, Cavabdeh4 mülkiyyətində olan ünvan 1ndə xüsusi mülkiyyətində olan ev 6, 11 saylı mənzilə yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2, Cavabdeh4, X5, X2, Cavabdeh7 və Cavabdeh6 həmin evdən çıxarılması, əmlakın boşaldılması və alıcıya təhvil verilməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Hazırki işin məhkəmə araşdırması zamanı Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatla müəyyən edilmişdir ki, iş üzrə Cavabdeh2 22.12.2020-ci il tarixdə, yəni iddiaçının məhkəməyə müraciət etdiyi tarixdən öncə ölmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 25.1 və 25.2-ci maddələrinə əsasən, fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. Fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür ki, məhkəmə müraciət edilməzdən öncə ölmüş şəxsə qarşı irəli sürülmüş iddia tələbi mümkün olmamaqla yanaşı ölmüş şəxsin Mülki Prosessual Məcəllənin 48 və 49-cu maddələrində təsbit olunmuş mülki prosessual hüquq qabiliyyəti və mülki prosessual fəaliyyət qabiliyyəti mövcud deyil. Ona görə də, ölmüş şəxsə qarşı irəli sürülmüş mübahisəyə mahiyyəti üzrə baxılması prosessual baxımdan qeyri-mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidr. Hazırki iş üzrə iddiaçı ölmüş şəxsə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir ki, bununla da Mülki Prosessual Məcəllənin 149.2.2-ci maddəsinin tələblərinə əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan başqa 01 iyul 2021-ci il tarixdən qüvvəyə minmiş “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.1.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla) üzrə mediasiya tətbiq edilir. 3.2-ci maddədinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 28.3-cü maddəsinə əsasən tərəfin bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş mediasiya prosesinin tətbiqi barədə təklifi digər tərəfə təqdim edildikdən sonra 10 iş günü ərzində qəbul edilmədikdə və ya tərəflər bu Qanunun 28.2-ci maddəsinə əsasən mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlmədikdə, ilkin mediasiya sessiyası tərəflərdən hər hansı birinin ilkin müraciət etdiyi, mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı, həmin şəhər və ya rayonda mediasiya təşkilatı olmadıqda isə (bu Qanunun 28.4-cü maddəsi nəzərə alınmaqla) həmin məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın şəhər və ya rayonlardan birində yerləşən mediasiya təşkilatı tərəfindən aparılır. Bu halda tərəflər mediator barədə razılığa gəlmədikdə, mediatoru mediasiya təşkilatı təyin edir. Hazırki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ilkin mediasiya sessiyası yalnız cavabdeh Zaur İbrahimova münasibətdə təşkil edilmiş, sonuncu mediasiya prosesində iştirak etmiş, lakin tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. Belə olan halda digər cavabdehlərə münasibətdə mediasiya prosesinə əməl edilməsi barədə sənədlər məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.4-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat ərizədə göstərilməidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə tərəfindən iddiaçının diqqətinə çatdırılır ki, yuxarıda göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra Mülki Prosessual Məcəllənin hazırda qüvvədə olan müddəalarının tələblərinə riayət etməklə yenidən ümumi qaydada məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər X6,Cavabdeh2, X3, Cavabdeh4, X7, Cavabdeh6, Cavabdeh7 qarşı “bankla X8 arasında bağlanmış 27.09.2019-cu il tarixli 025R192704730 nömrəli kredit razılaşmasının ləğv edilməsi, cavabdehlər X1, Cavabdeh4, X4 müştərək qaydada **********0204 saylı kredit müqaviləsi üzrə 26843,54 manat əsas borc və 5647,14 manat faiz borcu və 9975,12 manat cərimə borcu olmaqla, cəmi 42465 manat borcun, mediasiya prosesi ilə bağlı ödənilmiş 200 manat mediasiya xərcinin və ödənilmiş 17,4 manat dövlət rüsumunun tutulması və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh4 mülkiyyətində olan ünvan 1ndə xüsusi mülkiyyətində olan ev 6, 11 saylı mənzilə yönəldilməsi, həmin torpaq sahəsinin və evin hərracdan satılması və 42465,80 manat borcun, 200 manat mediasiya xərcinin, 17,4 manat dövlət rüsumunun ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ipoteka premetinin hərracdan satışından əldə olunan vəsait hesabına ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin X8, Cavabdeh4, X4 müştərək qaydada tutulması, Cavabdeh4 mülkiyyətində olan ünvan 1ndə xüsusi mülkiyyətində olan ev 6, 11 saylı mənzilə yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2, Cavabdeh4, X5, X2, Cavabdeh7 və Cavabdeh6 həmin evdən çıxarılması, əmlakın boşaldılması və alıcıya təhvil verilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar