Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-590/2024 03.06.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “4000 manat borcun və ödənilmiş 70 manat dövlət rüsumunun cavabdehdən tutulması” tələbinə dair iş materiallarına baxaraq qətnamə qəbul etdi. Təsviri hissə: İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə 003-22 nömrəli borc müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən borc verən 5000 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu borcalana verməyi, sonuncu isə borcu müqavilənin şərtlərinə uyğun olaraq qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 1.2-ci bəndinə əsasən borc məbləğinin borc verən tərəfindən borcalana verilməsi nəğd yolla akt əsasında həyata keçirilir və borc məbləğinin verildiyi an həmin məbləğin borc alana verilməsi anı hesab olunur. 2.2.1-ci bəndinə əsasən borcalan borc məbləğinin aldığı tarixdən 1 il ərzində tam həcmdə akt əsasında borcverənə qaytarmaq borcalanın öhdəliklərinə aid edilmişdir. xx.xx.2022-ci il tarixdə tərtib edilmiş akta əsasən tərəflər arasında bağlanmış müqavilə üzrə borc verən tərəfindən 5000 manat məbləğ nəğd şəkildə borcalana təhvil verilmiş, borc alan isə həmin məbləği nəğd şəkildə qəbul etmişdir. Akt hər iki tərəfin imza və möhürləri ilə rəsmiləşdirilmişdir. xx.xx.2023-cü il tarixli mədaxil qəbzi ilə cavabdeh tərəfindən 5000 manat borc öhdəliyindən 1000 manat ödəniş edilmişdir. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə xəbərdarlıq etməsinə baxmayaraq mübahisə həllini tapmadığından iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixdə bağlanmış müqavilədə tərəflər arasında nömrə satışı olmuşdur. Lakin bu müqavilədə öz əksini tapmamışdır. Səbəb isə həmin dövrdə iddiaçı tərəfindən bağlanmış bu tip müqavilələrin şablon xarakter daşımasıdır. Bu baxımdan borc müqaviləsi kimi qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən rəsmi qaydada məhkəmə bildirişi və sənədləri xx.xx.2024-cü il tarixdə cavabdehə şəxsən ünvanı üzrə təqdim edilmiş, buna baxmayaraq iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Borc müqaviləsi, Mədaxil qəbzi, Akt və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 739-cu maddənin 1-ci və 2-ci bəndləri). Əvvəlcə məhkəmə onu qeyd edir ki, hazırkı iş üzrə tərəflər arasında kommersiya fəaliyyətindən əmələ gələn münasibətlərin yaranması halı mövcuddur. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixdə 003-22 nömrəli borc müqaviləsinə əsasən borc verən 5000 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu borcalana verməyi, sonuncu isə borcu müqavilənin şərtlərinə uyğun olaraq qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçının ərizəsində qeyd etdiyinə görə cavabdehə nömrə satılmış və hazırki iş üzrə iddiaçı tərəfindən nömrə satışı ilə əlaqədar ona verilmiş 5000 manat pulun ödənilməmiş qalan 4000 manat hissəsinin ödənilməsi iddia olunur. Məhkəmə işin hallarının araşdırılması zamanı hesab edir ki, iddiaçı tərəfindən cavabdehə nömrə satıldığı bildirilsə və bunu əsaslandıracaq sübutlar təqdim edilməsə belə, hər iki tərəf sahibkarlıq subyektidir və VÖEN-ləri mövcuddur, eləcə də, iddiaçının nizamnaməsindən də göründüyü kimi sonuncu qanunvericiliklə qadağan edilməyən istənilən fəaliyyət növü ilə məşğul ola bilər. Bu səbəbdən işin hallarına hazırki məhkəmə tərəfindən qiymət verilir. Hazırki işin məhkəmə tərəfindən araşdırılması zamanı müəyyən olunduğu kimi tərəflər arasında xx.xx.2022-ci il tarixdə bağlanmış 003-22 nömrəli borc müqaviləsinə əsasən borc verən 5000 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu borcalaa verməyi, sonuncu isə borcu müqavilənin şərtlərinə uyğun olaraq qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 1.2-ci bəndinə əsasən borc məbləğinin borc verən tərəfindən borcalana verilməsi nəğd yolla akt əsasında həyata keçirilir və borc məbləöğinin verildiyi an həmin məbləğin borc alana verilməsi anı hesab olunur. 2.2.1-ci bəndinə əsasən borcalan borc məbləğinin aldığı tarixdən 1 il ərzində tam həcmdə akt əsasında borcverənə qaytarmaq borcalanın öhdəliklərinə aid edilmişdir. xx.xx.2022-ci il tarixdə tərtib edilmiş akta əsasən tərəflər arasında bağlanmış müqavilə üzrə borc verən tərəfindən 5000 manat məbləğ nəğd şəkildə borcalana təhvil verilmiş, borc alan isə həmin məbləği nəğd şəkildə qəbul etmişdir. Akt hər iki tərəfin imza və möhürləri ilə rəsmiləşdirilmişdir. xx.xx.2023-cü il tarixə olan mədaxil qəbzindən göründüyü kimi cavabdeh tərəfindən 5000 manat borc öhdəliyindən 1000 manat ödəniş edilmişdir. Göründüyü kimi iddiaçı müqavilə üzrə 5000 manat pul vəsaitini cavabdehə vermiş və sonuncu borcu aldığını aktda öz imzası və möhürü ilə qəbul etmişdir. Lakin buna baxmayaraq cavabdeh öhdəliyini lazımınca yerinə yetirməmiş, 1000 manat ödəniş etmiş, qalan məbləği ödəməmişdir. Həmçinin sonuncu iddia tələbinə hər hansısa münasibət bildirməmiş və etirazı olduğu halda bunu qanunverciliklə müəyyən edilmiş müddət ərzində məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, 4000 manat borc məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 70 manat olmalıdır ki, iddia tələbi təmin edildiyindən ödənilmiş 70 manat dövlət rüsumu cavabdehən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 4000 manat pul məbləği və 70 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-590/2024
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-590/2024
03.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver