Məhkəmə qərarları › İş №e-2-2(117)-594/2025

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-594/2025

08.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-594/2025 08.05.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızı, İddiaçı cavabdеh Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı cavabdеh Cavabdeh qarşı “cavabdeh Lənkəran rayonu Şağlaser kənd sakini xx xxxxxx 1983-cü il təvəllüdlü Cavabdeh 7180 manat məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 92 manat pulun alınıb ona verilməsi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Hazırki iddia ərizəsinin məhkəmə araşdırması zamanı Elektron Məhkəmə İnformasiyaları Sistemindən əldə olunan məlumata əsasən müəyyən olunmuşdur ki, iş üzrə cavabdeh olan Ağazadə X1 rayonu, Şağlaser kəndi ünvanında rəsmi qeydiyyatdadır. Odur ki, hazırki iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsi ərazi aidiyyəti qaydalarının pozulması ilə nəticələndiyindən yolverilməzdir. Məhkəmə Hüquq Şurasının “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli Qərarına əsasən Lənkəran rayonu Şirvan Kommersiya Məhkəməsinin ərazi yurisdiksiyasına daxildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı hazırki cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən ərazi aidiyyəti qaydalarına əməl etmədiyindən və hazırki iddia tələbinə cavabdehin qeydiyyat ünvanı üzrə Şirvan Kommersiya Məhkəməsində baxılmalı olduğundan iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmaldır. Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən ********** nömrəli, xx.xx.2025-ci il tarixli qəbzlə ödənilmiş 92 manat dövlət rüsumu Şirvan Kommersiya Məhkəməsinə ödənilmişdir. Bu səbəbdən həmin dövlət rüsumu Şəki Kommersiya Məhkəməsi tərəfindən geri qaytarıla bilməz. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı cavabdеh Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Elnarə Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar