Məhkəmə qərarları › İş №e-2-2(117)-6/2023

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-6/2023

28.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-6/2023 28.03.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər X8, Cavabdeh5, Cavabdeh9, X1, X13, Cavabdeh7, Cavabdeh3 , Cavabdeh6, X5 və X6rşı “X8 ilə bağlanmış xx.xx.2020-ci il tarixli 007A********** nömrəli krеdit müqaviləsinin ləğv edilməsi, X2, Cavabdeh5, Cavabdeh9, X1, X13, Cavabdeh7, Cavabdeh3 ndan müştərək qaydada 007R********** nömrəli krеdit razılaşması üzrə 6049,93 manat məbləğində krеdit bоrcu, 896,67 manat məbləğində faiz bоrcu və 1737 manat məbləğində cərimə borcu olmaqla, cəmi 8683,60 manat məbləğində bоrcun, X8, Cavabdeh6, X5 və X7 007A********** nömrəli krеdit müqaviləsi üzrə 1730,76 manat məbləğində krеdit bоrcu, 300,48 manat məbləğində faiz bоrcu və 505,52 manat məbləğində cərimə borcu olmaqla, cəmi 2536,76 manat məbləğində bоrcun, mediasiya prosesi ilə bağlı ödənilmiş 208 manat məbləğində mediasiya xərcinin tutulması” tələbi üzrə mübahisəyə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: xx.xx.2019-cu il tarixdə İddiaçı QSC ilə X8 arasında bağlanmış 017L**********76 nömrəli uzunmüddətli kredit müqaviləsinə əsasən sonuncuya 120 ay müddətinə illik faiz dərəcəsinin yuxarı həddi 28 % olmaqla 100000 manat məbləğində uzunmüddətli kredit xətti açılmışdır. Eyni zamanda xx.xx.2019-cu il tarixdə İddiaçı QSC ilə X13, X1, xx.xx.2019-cu il tarixdə Cavabdeh7, xx.xx.2019-cu il tarixdə Cavabdeh3 , Cavabdeh5 və Cavabdeh9 arasında 007S**********03 nömrəli, 007S**********04 nömrəli, 007S**********01 nömrəli, 007S**********01 nömrəli, 007S**********02 nömrəli, 007S**********01 nömrəli borcalan kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə həmin müqavilədən irəli gələn öhdəliklərin tam yerinə yetirilməsi barədə zaminlik müqavilələri bağlanmışdır. Uzunmüddətli kredit müqaviləsi üzrə tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli 007R********** nömrəli kredit razılaşmasına əsasən X4 30 ay müddətinə aylıq faiz dərəcəsi 1,9167 % olmaqla kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilmiş ödəniş planına uyğun hissə-hissə qaytarmaq şərtilə fərdi mikro kredit məqədilə 10000 manat məbləğində kredit verilmişdir. Bundan başqa tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli 007A********** nömrəli kredit müqaviləsinə əsasən X4 24 ay müddətinə aylıq faiz dərəcəsi 2,0833 % olmaqla kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilmiş ödəniş planına uyğun hissə-hissə qaytarmaq şərtilə fərdi mikro kredit məqədilə 2000 manat məbləğində kredit verilmişdir. Eyni zamanda xx.xx.2020-ci il tarixdə İddiaçı QSC ilə X5, Cavabdeh6 və xx.xx.2020ci il tarixdə X10 arasında 007G**********01 nömrəli, 007G**********02 nömrəli və 007G**********01 nömrəli borcalan xx.xx.2020-ci il tarixli 007A********** nömrəli kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə həmin müqavilədən irəli gələn öhdəliklərin tam yerinə yetirilməsi barədə zaminlik müqavilələri bağlanmışdır. Cavabdeh kredit müqaviləsi və kredit razılaşması üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən ödənilməmiş borcu qalmışdır. Borc ödənilmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, cavabdehlər öhdəliklərini icra etmədiklərindən kredit müqavilələri üzrə ödənilməmiş borc qalmışdır. Xəbərdarlıq məktubları ilə cavabdehlərdən borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmiş, borc ödənilmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmışdır. İşin məhkəmə araşdırması zamanı Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 9/9173 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, cavabdehin 007R********** nömrəli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə 6038,89 manat əsas borcu, 1593,46 manat faiz borcu, 007A********** nömrəli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə 2000 manat əsas borcu, 681,93 manat faiz borcu, xx.xx.2022-ci il tarixə 2000 manat əsas borcu və 740,27 manat faiz borcu vardır. Cavabdeh3 xx.xx.2022-ci il tarixli məhkəmə hazırlıq iclasında verdiyi izahatında bildirmişdir ki, krediti Arif Həsənəliyev götürmüşdür. O da daxil olmaqla qalan cavabdehlər kənd qardaşı olduqları üçün zamin durmuşlar. Arifin mağazası da vardır. Dəfələrlə demələrinə baxmayaraq borcunu ödəmir. Digər cavabdehlər iddia tələbinə rəsmi münasibət bildirməmiş, habelə məhkəmə iclaslarında iştirak etməmişlər. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iddiaçının nümayəndəsi elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək işə iştirakları olmadan baxılmasını xahiş etmiş, cavabdehlər bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Uzunmüddətli kredit müqaviləsi, Kredit razılaşması, Kredit müqaviləsi, Zaminlik müqavilələri, Xəbərdarlıq məktubları, Maliyyə arayışı, mediasiya arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İlk öncə məhkəmə iddia tələbinin “X8 ilə bağlanmış xx.xx.2020-ci il tarixli 007A********** nömrəli krеdit müqaviləsinin ləğv edilməsi” hisəssinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə əsassızdır və rədd edilməlidir. Belə ki, mübahisə predmeti olan xx.xx.2020-ci il tarixli 007A********** nömrəli krеdit müqaviləsi 24 ay müddətinə bağlanmış və xx.xx.2022-ci il tarixədək qüvvədə olmuşdur. Göründüyü kimi, hazırki vaxta kredit müqaviləsinin müddəti bitmişdir və qüvvədə deyildir. Hazırki tarixə müddəti bitməklə qüvvədə olmayan müqavilənin ləğvi mümkün olmadığından məhkəmə hesab edir ki, iddia tələbi qiymət verilən hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Sadalanan qanunvericliyin tələblərindən də göründüyü kimi, müqavilənin qüvvədə olma müddətində tərəflərdən biri müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozduqda müqavilə ləğv edilə bilər ki, hazırki iş üzrə ləğv edilməsi tələb olunan müqavilənin müddəti bitmişdir və müddəti bitmiş müqavilənin ləğvindən söhbət gedə bilməz. Bundan başqa kredit razılaşması və kredit müqaviləsi üzrə əsas və faiz borclarının ödənilməsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbi bu hissədə qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448.1, 470.1, 472.1, 739.2). Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, borc verən borcalan qarşısında kredit müqaviləsindən irəli gələn öhdəliyini yerinə yetirsə də, borc alan X8 öhdəliyini lazmınca yerinə yetirmədiyindən onun ödənilməmiş borcu qalmışdır. İşin məhkəmə araşdırması zamanı Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 9/9173 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, cavabdehin 007R********** nömrəli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə 6038,89 manat əsas borcu, 1593,46 manat faiz borcu, 007A********** nömrəli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə 2000 manat əsas borcu, 681,93 manat faiz borcu, xx.xx.2022-ci il tarixə 2000 manat əsas borcu və 740,27 manat faiz borcu vardır. İddiaçının nümayəndəsi elektron kabinet vasitəsilə məhkəməyə ünvanlanmış ərizəsində də, ekspert rəyi ilə razı olduqlarını bildirmişdir. Zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıdığından məhkəmə hesab edir ki, 007R********** nömrəli kredit müqaviləsi üzrə ekspert rəyi ilə müəyyən edilmiş 6038,89 manat əsas borc, iddiaçının tələbi həddində 896,67 manat faiz borcu X8, Cavabdeh5, Cavabdeh9, X1, X13, Cavabdeh7, Cavabdeh3 ndan, 007A********** nömrəli kredit müqaviləsi üzrə isə iddiaçının tələbi həddində 1730,76 manat əsas borc və 300,48 manat faiz borcu X8, Cavabdeh6, X5 və X7 müştərək qaydada tutularaq banka ödənilməlidir. Məhkəmə 007R********** nömrəli krеdit razılaşması üzrə 1737 manat və 007A********** nömrəli krеdit müqaviləsi üzrə 505,52 manat cərimənin ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə də qismən təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh kredit borclarını ödəməsə də, iddiaçı vaxtında məhkəməyə müraciət etməmiş, həm faizin həm də cərimənin artmasına şüurlu surətdə şərait yaratmışdır ki, hazırda tələb olunan cərimə məbləği əsas məbləğə münasibətdə yüksəkdir. Bu səbəbdən də, dəbbə pulunun artmasında iddiaçının təqsirini, tərəflərin əmlak vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, 007R********** nömrəli krеdit razılaşması üzrə 100 manat, 007A********** nömrəli krеdit müqaviləsi üzrə 50 manat cərimə ödənilməsi, tələb qalan hissədə rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehlərdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddələrinə əsasən hazırki iş üzrə qiymətləndirilməyən iddia üzrə 100 manat ödənilməli dövlət rüsumu olmalıdır ki, iddia tələbi qiymətləndirilməyən hissədə rədd edildiyindən həmin dövlət rüsumu iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməlidir. İddianın qiymətləndirilən hissəsi üzrə isə ödənilməli dövlət rüsumu 007R********** nömrəli krеdit razılaşması ilə tələb olunan 8683,60 borcun tutulmasına münasibətdə 106,84 manat, 007A********** nömrəli kredit müqaviləsi ilə tələb olunan 2536,76 manat borcun tutulmasına münasibətdə 45,37 manat olmalıdır. İddia tələbi qiymətləndirilən hissədə qismən təmin edildiyindən tələbin 007R********** nömrəli krеdit razılaşması hissəsi üzrə ödənilməli olan 106,84 manat dövlət rüsumunun 20,28 manat hissəsi iddiaçıdan, 86,56 manat hissəsi həmin kredit müqaviləsi üzrə zamin olmuş cavabdehlər X2, Cavabdeh5, Cavabdeh9, X1, X13, Cavabdeh7 və Cavabdeh3 ndan, 007A********** nömrəli kredit müqaviləsi hissəsi üzrə ödənilməli olan 45,37 manat dövlət rüsumunun 8,15 manat hissəsi iddiaçıdan, 37,22 manat hissəsi isə həmin kredit müqaviləsi üzrə zamin olmuş cavabdehlər X8, Cavabdeh6, X5 və X7 tutularaq dövlət büdcəsinə ödənilməlidir. İddiaçı tərəfindən dövlət büdcəsinə 0,10 manat dövlət rüsumu ödənildiyindən həmin məbləğ onun tərəfindən ümumilikdə dövlət büdcəsinə ödənilməli olan 128,43 manat (100+20,28+8,15) məbləğdən çıxılmaqla iddiaçı tərəfindən dövlət büdcəsinə ümumilikdə 128,33 manat dövlət rüsumu ödənilməlidir. Eyni zamanda iddiaçı tərəfindən ödənilmiş 208 manat mediasiya xərci də bütün cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər X8, Cavabdeh5, Cavabdeh9, X1, X13, Cavabdeh7 və Cavabdeh3 ndan 007R********** nömrəli kredit müqaviləsi üzrə 6038,89 manat əsas borc, 896,67 manat faiz borcu və 100 manat cərimə borcu tutularaq İddiaçı QSC-nə ödənilsin. Cavabdehlər X8, Cavabdeh6, X5 və X7 007A********** nömrəli kredit müqaviləsi üzrə 1730,76 manat əsas borc, 300,48 manat faiz borcu və 50 manat cərimə borcu tutularaq İddiaçı QSC-nə ödənilsin. Cavabdehlər X8, Cavabdeh5, Cavabdeh9, X1, X13, Cavabdeh7 və Cavabdeh3 , Cavabdeh6, X5 və X7 208 manat mediasiya xərci tutularaq İddiaçı QSC-nə ödənilsin. İddia qalan hissələrdə rədd edilsin. Ödənilməmiş 128,33 manat dövlət rüsumu idddiaçı İddiaçı QSC-dən, 86,56 manat dövlət rüsumu cavabdehlər X2, Cavabdeh5, Cavabdeh9, X1, X13, Cavabdeh7 və Cavabdeh3 ndan, 37,22 manat dövlət rüsumu cavabdehlər X8, Cavabdeh6, X5 və X7 tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə təyin edilmiş məhkəmə ekspertizası ilə bağlı ödənilməli olan 100 manat ekspertiza xərci cavabdehlər X8, Cavabdeh5, Cavabdeh9, X1, X13, Cavabdeh7, Cavabdeh3 , Cavabdeh6, X5 və X7 tutularaq dövlət büdcəsinə (keçiriləcək hesab: Büdcə təsnifatının kodu:142319, Büdcə səviyyəsinin kodu:3, SAP (XİİS) hesabı - X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ

22. Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE********************) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən : Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar