Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-60/2023 26.01.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlunun hakimliyi, Mövsümova Günel Namizət qızının katibliyi, Üçüncü şəxsin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə və üçüncü şəxs "xxxx" QSC BOKT-na qarşı “14900 manat kredit borcunun, cavabdehin laqeydliyi ucbatından iddiaçıya vurulmuş ziiyanın 50 faizi olan 7450 manat pulun, zaminlik müqaviləsi əsasında “xxxx QSC BOKTna ödənilməsinin öhdəliyini öz üzərinə götürən “xxxx ASK MMC-nin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə və üçüncü şəxs "xxxx" QSC BOKT-na qarşı “14900 manat kredit borcunun, cavabdehin laqeydliyi ucbatından iddiaçıya vurulmuş ziiyanın 50 faizi olan 7450 manat pulun, zaminlik müqaviləsi əsasında “xxxx QSC BOKTna ödənilməsinin öhdəliyini öz üzərinə götürən “xxxx ASK MMC-nin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək işə əlavə edilməli olan sənədlər olduğundan iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Üçüncü şəxsin nümayəndəsi F.Rəsulzadə məhkəmə iclasında verdiyi izahatında ərizəyə etiraz etmədiyini bildirdi. Məhkəmə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM): 170.1. Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.2. İşin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. 170.3. Bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə və üçüncü şəxs "xxxx" QSC BOKT-na qarşı “14900 manat kredit borcunun, cavabdehin laqeydliyi ucbatından iddiaçıya vurulmuş ziiyanın 50 faizi olan 7450 manat pulun, zaminlik müqaviləsi əsasında “xxxx QSC BOKTna ödənilməsinin öhdəliyini öz üzərinə götürən “xxxx ASK MMC-nin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-60/2023
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-60/2023
26.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver