Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-602/2025 24.06.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, Mövsümova Günel Namizət qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “cavabdehlərdən müştərək qaydada 35784.94 manat məbləğində kredit borcu, 3796.05 manat məbləğində faiz borcu olmaqla, cəmi 39580.99 manat pul vəsaiti və ödənilmiş 208.74 manat dövlət rüsumunun tutulması” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “cavabdehlərdən müştərək qaydada 35784.94 manat məbləğində kredit borcu, 3796.05 manat məbləğində faiz borcu olmaqla, cəmi 39580.99 manat pul vəsaiti və ödənilmiş 208.74 manat dövlət rüsumunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli əsas kredit limiti razılaşmasına əsasən, kreditverən borcalana 120 ay müddətinə xx.xx.2032-ci il tarixinədək 200 000 manat məbləğində kredit limiti açmış və kredit limiti ilə müəyyən edilmiş şərtlər çərçivəsində bu əsas kredit razılaşmasını və/və ya razılaşmanın ayrılmaz tərkib hissəsi olan kredit razılaşmalarını imzalamaqla kredit verməyi öhdəsinə götürmüşdür. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış kredit limiti razılaşmasının ayrılmaz tərkib hissəsi olan xx.xx.2022-ci il tarixli kredit razılaşmasına əsasən iddiaçı, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı məqsədilə xx.xx.2025-ci il tarixədək, 12 ay güzəşt olmaqla, 40 000 manat pulu qaytarmaq şərtilə illik 19% dərəcəsilə cavabdehə verməyi, sonuncu isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə faizi ilə birlikdə qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli 37080***-*******01R nömrəli restrukturizasiya razılaşmasına əsasən, bu razılaşmanın imzalanması tarixinə borcalanın xx.xx.2022-ci il tarixli Əlavə razılaşma üzrə 35784.94 manat məbləğində əsas borcu mövcuddur. Qeyd edilən kredit borcu üzrə faiz dərəcəsi 19 faiz, kreditin son icra müddəti xx.xx.2026-cı il müəyyən edilir. İş materialları kimi məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ödəniş cədvəlindən görünür ki, cavabdeh xx.xx.2024-cü il tarixdən xx.xx.2026-cı il tarixədək hər ay müxtəlif məbləğlərdə ödəniş etməyi öhdəsinə götürmüşdür. Eyni zamanda borcalanın kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə İddiaçı ASC ilə Cavabdeh3 (xx.xx.2024-cü il tarixli, **************** nömrəli), Cavabdeh4 (xx.xx.2024-cü il tarixli, **************** nömrəli) və Cavabdeh1 (xx.xx.2024-cü il tarixli, **************** nömrəli) arasında həmin müqavilədən irəli gələn öhdəliklərin tam yerinə yetirilməsi barədə zaminlik müqavilələri bağlanmışdır. İddiaçı borcun ödənilməsi barədə cavabdehlərə müraciət etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onlara xəbərdarlıq edilmiş, borc ödənilmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmışdır. xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, cavabdehin 35784.94 manat əsas borc, 3796.05 manat faiz borcu mövcuddur. Tərəflər məhkəmə iclasına gəlməmişlər. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini və işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara əsas kredit limiti razılaşması, kredit razılaşması, restrukturizasiya razılaşması, zaminlik müqavilələri, arayış və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbayacan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM): 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2.Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 740.1.Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 740.2. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2024-cü il tarixli 37080***-*******01R nömrəli restrukturizasiya razılaşmasına əsasən xx.xx.2022-ci il tarixli kredit razılaşması üzrə borcalanın əsas borcu 35784.94 manat və həmin kredit borcu üzrə faiz dərəcəsi isə 19 faiz müəyyənləşdirilmişdir. xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, cavabdehin 35784.94 manat əsas borc, 3796.05 manat faiz borcu mövcuddur. İddiaçı üzərinə düşən öhdəliyini icra etmiş, 40 000 manat pul vəsaitini borcalana vermiş, lakin sonuncu öhdəliklərini lazımınca yerinə yetirmədiyindən ödənilməmiş 35784.94 manat əsas borc, 3796.05 manat faiz borcu yaranmışdır. Bundan başqa cavabdeh tərəf iddiaçının tələbinə münasibətdə hər hansı etirazını və onları təkzib edəcək sənədləri məhkəməyə təqdim etmədiyindən məhkəmə hesab edir ki, iddiaçı 35784.94 manat əsas borc, 3796.05 manat faiz borcu məbləğlərini əsas borclu və xx.xx.2024-cü il tarixli ****************, **************** və **************** nömrəli zaminlik müqavilələrinə əsasən zamin qismində cəlb edilmiş cavabdehlərdən tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən məhkəmə qeyd edir, iddia tələbi təmin edilərək tələb olunan 35784.94 manat əsas borc, 3796.05 manat faiz borcu cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi üzrə ödənilməli dövlət rüsumu 208.74 manat olmalıdır ki, iddia təmin edildiyindən ödənilmiş 208.74 manat dövlət rüsumu cavabdehlərdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4dan müştərək qaydada 35784.94 manat məbləğində kredit borcu, 3796.05 manat məbləğində faiz borcu, cəmi 39580,99 manat borc və 208.74 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Mübariz Hüseynov