Məhkəmə qərarları › İş №e-2-2(117)-61/2023

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-61/2023

21.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-61/2023 21.08.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə və üçüncü şəxs "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatına qarşı “üçüncü şəxsdən yaşıl tütünü becərərək Cavabdeh MMC-yə təhvil vermək üçün götürdüyü 11600 manat kredit borcunun, sonuncunun laqeydliyi ucbatından iddiaçıya vurmuş olduğu ziyanın 50 faizi olan 5800 manatını, zaminlik müqaviləsi əsasında xxxx QSC BOKT-a ödənilməsinin öhdəliyini öz üzərinə götürən cavabdehin üzərinə qoyulması” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh MMC-yə və üçüncü şəxs "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatına qarşı “üçüncü şəxsdən yaşıl tütünü becərərək Cavabdeh MMC-yə təhvil vermək üçün götürdüyü 11600 manat kredit borcunun, sonuncunun laqeydliyi ucbatından iddiaçıya vurmuş olduğu ziyanın 50 faizi olan 5800 manatını, zaminlik müqaviləsi əsasında xxxx QSC BOKT-a ödənilməsinin öhdəliyini öz üzərinə götürən cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. "xxxx" MMC xx.xx.2023-cü il tarixdə məhkəməyə vəsatətlə müraciət edərək cavabdeh "xxxx" ASC-nin əsl Cavabdeh MMC ilə əvəz edilməsini xahiş etmişdir. İddiaçının xx.xx.2023-cü il tarixli ərizəsinə əsasən, iddiaçı cavabdehin əsl cavabdehlə əvəz edilməsinə etiraz etməmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli sərəncamına əsasən, “X7 Kompleksi” MMC özəlləşdirilməyə açıq elan edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəsinin xx.xx.2021-ci il tarixli sərəncamına əsasən, “X7 Kompleksi” MMC özəlləşməyə açıq elan edilmiş, "xxxx" ASC “X7 Kompleksi” MMC-nin əmlakının qorunub saxlanılmasını təmin etməsi qərara alınmışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli məhkəmə iclas protokolunun qərarı ilə cavabdeh "xxxx" ASC-nin əsl Cavabdeh MMC ilə əvəz edilmişdir. Eyni zamanda, məhkəmə iddiaçının maraqlı şəxs olaraq cəlb etdiyi "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatını məhkəmə iş üzrə cavabdeh tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində tanımışdır. xx.xx.2019-cu il tarixdə İddiaçı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında 18 nömrəli yaşıl tütünün alqı-satqısına dair müqavilə bağlanmışdır. Yaşıl tütünün alqı-satqısına dair müqavilənin 1.1-ci bəndinə əsasən bu müqavilə üzrə fermer öz mülkiyyətində istifadəsində sahibliyində və ya icarəsində olan 9 ha torpaq/əkin sahəsinin (mülkiyyətində, sahibliyində olan icarəyə və ya istifadəyə götürülən torpaq sahələri barədə müqavilə və ya sair digər hüquqmüəyyənedici sənədlər bu müqaviləyə əlavə olunur) NC-291, İTB-683 və İTB-6184 müvafiq aqrotexniki qayadalara uyğun olaraq əkilməsi, becərilməsi, yetişdirilməsi və yığımını həyata keçirib tam həcmdə (müxtəlif toxum növlərindən alınan yarpaqları qarışdırmamaq şərtilə) alıcıya satmağı, alıcı isə fermerin istehsal etdiyi yaş tütünün müqavilə üzrə müəyyən edilmiş texniki şərtlərə və növlərə uyğunluğunu müəyyənləşdirməyi, tələblərə uyğun olan yaş tütünü qəbul etməyi və qəbul olunmuş yaş tütünün bu müqavilə üzrə nəzərdə tutulmuş qaydada müəyyənləşdirmiş dəyərini fermerə ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.3.3-cü bəndinə əsasən Alıcı, yəni “X6 Kompleksi” MMC tələb edilən miqdarda toxumu, qramı 7 manat olmaqla Fermerə satışını təmin edir. Həmin Müqavilənin 4.1-ci bəndinə əsasən, “alıcı” sinfinə görə qüvvədə olan təlimat və standartlara əsasən yaş tütünü fermerdən İ sinif üzrə 0,25 AZN/kq, İİ sinif üzrə 0,17AZN/kq, İİİ sinif üzrə 0,1 AZN/kq qiymətə qəbul edilir. Həmin Müqavilənin 4.2-ci bəndinə əsasən tədarük edilmiş yaşıl tütünün ödənişi elektron qaimə faktura vurulan tarixdən 7 iş günü ərzində alıcı tərəfindən ödənilir. Həmin Müqavilənin 7.3-cü bəndinə əsasən bu müqavilə imzalandığı gündən qüvvəyə minir və xx.xx.2019-cu il tarixinədək qüvvədədir. İddiaçı tütün istehsalı üçün 10 ay müddətinə illik 10 faizlə İddiaçı ilə 02 aprel 2019-cu il tarixli TM-164/19 nömrəli kredit müqaviləsi bağlanmış və ona 11600,00 manat kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliyin icrasının təminatı kimi Nümayəndə2 və X2 ilə 02 aprel 2019-cu il tarixli ZT-164A/19 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən zamin olmuş şəxslər kredit və onun faizləri məbləğində, həmçinin bu kreditlə əlaqədar borcalanla birlikdə yarana biləcək hər cür zərər, komisyon, dəbbə pulu, məhkəmə xərcləri və sair xərclər üçün məsuliyyət daşıyırlar. X3 xx.xx.2019-cu il tarixdə ərizə ilə "xxxx" QSC BOKT Şəki filialına müraciət edərək tütünçülüyün inkişafı məqsədi ilə 11600 manat məbləğində kreditin ayrılması xahiş edilmiş, xx.xx.2019-cu il tarixli Balakən tütün istehsalı və emalı məntəqəsinin üçüncü şəxsə ünvanladığı arayışın məzmunundan müəyyən edilir ki, 2019-cu il tütün əkin mövsümü üzrə Balakən rayonu Kortala kənd sakini İddiaçı ilə 9 hektar torpaq sahəsində tütünün əkilməsinə dair müqavilə bağlanmışdır. Eyni zamanda digər arayışların ümumi məzmunundan müəyyən olunur ki, keçirilmiş monitorinq zamanı İddiaçı verilən torpaq sahəsinin 7 ha-da şitil basdırıldığı aşkar olunmuş, ştillərin becərilməsi, bitiş verməsi, kredit tranşlarının verilməsi məqsədəuyun bilinməsi və kredit olaraq alınan 11600 manat pul vəsaitinin alındığına və təyinatı üzrə xərcləndiyinə dair məlumatlar öz əksini tapmışdır. xx.xx.2019-cu ill tarixli arayışda tütün sahəsində dib yığmanın aparılmadığı, şitillərin inkişafının zəif olduğu, lakin tütün yığımının davam etdiyi bildirilmişdir (iş vərəqi 209-216 səhifələr). İddiaçı məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, bankdan kredit götürüb tütün əkmişlər. Lakin, "xxxx" ASC-nin verdiyi toxum xəstə olduğundan keyfiyyətli məhsul əldə edə bilməmişdir. Banka olan borcunu da ödəyə bilməmişdir. Onunla birgə neçə fermer olmuş ki, şirkətin verdiyi toxumun kefiyyətsizliyinə görə ziyana düşmüş, verilmiş toxumun hamısını əkmişdir. Toxum da keyfiyyətsiz olduğundan yaxşı məhsul əldə edə bilməmişdir. Əllərində toxum qalmadığından ekspertiza mərkəzinə toxum nümunəsi təqdim edə bilməmişdir. Odur ki, məhkəmədən köməklik göstərilməsini xahiş etdi. İddiaçının nümayəndəsi iddiaçının izahatına uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh və üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxmışdır. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-bioloji ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023cü il tarixli məlumatına əsasən toxum nümunəsinin təqdim edilməməsi səbəbindən ekspertizanın aparılmasından imtina edilmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2023-cü il tarixli məktubu ilə təqdim edilən X9 İnkişaf Mərkəzinin rəyində qeyd edilmişdir ki, tütün əkinləri 2019-cu ildə olan əkinlərdir. Həmin əkinlər barədə bu gün rəy söyləmək çətindir. Lakin, hansı ildə və hansı bitkinin əkilməsindən asılı olmayaraq əkin üçün istifadə olunan toxumlar ilk növbədə sertifikatlı olmalıdır. Həmin toxumların səpinqabağı cücərmə qabiliyyətinin yoxlanılması vacib idi ki, sonradan bu cür hallar baş verməsin. Digər tərəfdən iddiaçının qeyd etdiyinə əsasən bitkinin vegetasiya dövründə Cavabdeh MMC-nin mütəxəssisləri ilə birlikdə tarlada tütün bitkisinin inkişaf dinamikasına dəfələrlə baxış keçirilmişdir. Lakin, bununla bağlı heç bir sənədləşmə aparılmamışdır. Hər dəfə sahəyə baxış keçiriləndə mövcud vəziyyətlə bağlı akt tərtib edilməli idi. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyinin məhkəmənin sorğusuna verdiyi xx.xx.2023-cü il tarixli 3-22-1/2-979/2023 nömrəli cavab məktubunda Balakən rayonu Kortala kənd sakini İddiaçı tərəfindən alınaraq əkilmiş toxum sortunun yerli toxum istehsalı olduğu təqdirdə hansı toxumçu təsərrüfatından alınmasıbarədə məlumat olduğu təqdirdə sözügedən sənədlərin araşdırılması və təqdim edilməsi mümkün ola bilər. Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və X1 Regional Mərkəzi məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2023-cü il tarixli cavab məktubunda Kənd Təsərrüfatı yanında Aqrar Xidmətlər Agentliyinin Labarotoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzininə müraciət edilməsi xahiş edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Labarotoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin xx.xx.2023-cü il tarixdə cavab məktubunda bildirilmişdir ki, müvafiq sənədlər təqdim edilmədiyi üçün tütün toxumlarının hansı sortuna aid olduğunu müəyyən etmək mümkün olmamışdır. Balakən Rayon Aqrar İnkişaf Mərkəzi məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2023-cü il tarixli məktubunda İddiaçı ilə "xxxx" QSC, "xxxx"MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə üzrə Kortala kəndi ərazisində 7 hektar sahdə tütütn əkilməsi ilə bağlı verilən toxumun keyfiyyətinin aşağı olması və bunun nəticəsində ona, digər şəxslərə ziyan vurulması barədə ilə bağlı bildirmişdir ki, X5 2019-cu ilin əkin mövsümündə əkilmiş tütün toxumlarının keyfiyyəti ilə bağlı məlumatlar, laboratoriya nəticələri və digər aidiyyəti sənədlər olmamışdır. Balakən Rayon İcra Hakimiyyəti məhkəmənin sorğusuna verdiyi xx.xx.2023-cü il tarixli cavab məktubundan müəyyən edilir ki, 2019-cu il tütün əkin mövsümündə tütün toxumunun keyfiyyətsizliyi ilə bağlı kollektiv müraciət olmuş, bununla bağlı araşdırma aparılmış və nəticəsi barədə iddiaçıya məlumat verilərək məhkəmə orqanlarına müraciət edilməsi tövsiyə edilmişdir. İş materiallarında olan “X7 Kompleksi” MMC-nin xx.xx.2019-cu il tarixli məktubuna qeyd edilmişdir ki, Virciniya növlü tütünün yetişdirilməsində texnoloji xəritəyə əsasən hər bir hektara 18-22 min ədəd şitil əkilməlidir. Fermerlərə 1 ha sahəyə tütün şitili yetişdirmək üçün 6 qr hesabı ilə toxum verilmişdir. Bu göstəricilərə əsasən, fermerlərin öz müraciətlərində qeyd etdikləri 30-40% bitişik olsa belə, minimum 18000 ədəd şitil alınmalı idi. Bu isə 1 ha sahənin tələb olunan şitil tələbatını tam ödəyir. Virciniya növlü tütünün bioloji xüsusiyyətlərində tütün bitkisinin hündürlüyü 100-120 sm təşkil edir və hər gövdədən 22-24 ədəd texniki yararlı torpaq əldə edilir. Bitkinin mövsümi su tələbatı 180- 210 mm-dir. İş materiallarında olan “X7 Kompleksi” MMC-nin Nümayəndə2 ünvanladığı xx.xx.2020-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Kənd Təsərrüfatı Nazirliyinin müvafiq qurumu tərəfindən GL-939 Virciniya növlü tütün toxumunun idxalına və əkininə icazə verilmiş, həmçinin sınaq əkinləri aparılaraq toxumun kondisiyallığı barədə vəsiqə təqdim edilmişdir. Tütün şitili müvafiq aqrotexniki tələblər cavab verən şitilxanalarda yetişdirilməli, toxum torflu və xüsusi gübrələnmiş münbit torpaqda əkilməlidir. Lakin, fermerlərdən əksəriyyəti şitilçilikdə kustar üsullardan istifadə etmiş, becərmə qaydalarına tam əməl edə bilməmişdir. Həmçinin, cari ildə bitkinin zəif inkişaf etməsinə ən yüksək təsir göstərən amillərdən biri də mövsümün hava şəraitinin əlverişli olmaması, həddindən çox quraq keçməsi və su təminatında yaranmış problemlərdir. Belə ki, tütün toxumunun səpini fevralın sonuncu və mart ayının ilk on günlüyündə aparılır. Toxumun cücərməsi üçün optimal tempratur gecə 14, gündüz 22-24 dərəcədir. Bu tempraturda cücərmə müddəti 12- 14 gündür. 2019-cu ilin mart ayının tempratur göstəriciləri tütün toxumlarının cücərməsi üçün əlverişli olmamış, hətta mart ayının sonuncu dekadası və aprel ayının ilk üç günü gündüz tempratur maksimum 8-12 dərəcə, gecələr +5 və -5 dərəcə arasında olmuşdur ki, bu da tütün toxumlarının cücərməsinə gecikməsinə səbəb olmuşdur. Yalnız aprel ayının 4dən başlayaraq hava şəraiti toxumların tam cücərməsinə imkan vermişdir. Buna baxmayaraq, aprelin 17-dən 25-nə kimi tepmratur 5-7 dərəcə arasında olmuşdur və bu amil şitilləri stress vəziyyətinə salmışdır. Əkin sahələrinə şitilin köçürülməsi aprel ayının sonundan may ayının 20-nə kimi başa çatdırılmalıdır. Lakin, 2019-cu ilin müvafiq dövründə hava şəraitinin əlverişsiz keçməsi ilə əlaqədar bu proses may ayının əvvəllərində başlamış və iyun ayının 15-dək davam etmişdir. Bu da şitillərin vaxtında kök tutmamasına və boy atmamasına səbəb olmuşdur. Vegetasiya dövründə virciniya tütününün optimal böyümə tempraturu 25-32 dərəcə, yağıntıların miqdarı isə 300-350 mm olmalıdır. İyun ayı ərzində havanın orta tempraturu iqlim normasından 5-8 dərəcə çox, 31-36 dərəcə arasında olmuşdur. Həmin dövrdə 80-100 mm yığıntı tələb olunur, lakin 34 mm yağıntı düşmüşdür. İyul ayı ərzində 100-120 mm yağıntı tələb olunduğu halda cəmi yağıntı tələb olunduğu halda cəmi yağıntı 35 mm olmuşdur. Avqust ayı ərzində tələb olunan yağıntı miqdarı 120 mm olmalıdır. xx.xx.2019-cu il tarixinə kimi cəmi 5 mm yağıntı düşmüşdür. Quraqlıq və iqlim şəraitinin normalarına uyğun olmaması məhsuldarlığın aşağı olmasının əsas səbəblərindən biri hesab olunur. İş materiallarında olan “X7 Kompleksi” MMC-nin Nümayəndə2 ünvanladığı xx.xx.2019-cu il tarixli məktubunda qeyd edilmişdir ki, araşdırma zamanı məlum olmuşdur ki, əsas tələb "xxxx" BOKT QSC-dən götürülən kreditlərin ödənilməsində köməklik göstərilməsindən ibarətdir. Virciniya botanik növlü tütünün yetişdirilməsində texnoloji xəritəyə əsasən hər bir hektara 18-22 min ədəd şitil əkilməlidir. Fermerlərə 1 ha sahəyə tütün şitili yetişdirmək üçün 6 qr. hesabı ilə toxum verilmişdir. Bir qram toxumda 10-12 min ədəd toxum olduğu nəzərə alınsa, 6 qr toxum 60-70 min ədəd toxum edər. Bu göstəricilərə əsasən, fermerlərin öz müraciətlərində qeyd etdikləri 30-40% bitişik olsa belə, minimum 18000 ədəd şitil alınmalı idi. Bu isə 1 ha sahənin tələb olunan sahənin tələb olunan şitil tələbatını tam ödəyir. Virciniya növlü tütünün bioloji xüsusiyyətlərində tütün bitkisinin hündürlüyü 100-120 sm təşkil edir və hər gövdədən 22-24 ədəd texniki yararlı torpaq əldə edilir. Bitkinin mövsümi su tələbatı 180-210 mm-dir. Tütün məhsuldarlığı barədə yekun nəticəni yalnız mövsümün sonunda müəyyən etmək mümkündür. Həmçinin qeyd edilmişdir ki, "xxxx" BOKT QSC ilə bağlanmış müqaviləyə əsasən kreditin ödənilməsində 50 faiz zaminlik öhdəliyi götürmüşdür. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(117)-529/2021 nömrəli qətnaməsi ilə cavabdeh İddiaçı 5678,23 (beş min altı yüz yetmiş səkkiz manat iyirmi üç qəpik) manat əsas borc, 911,77 (doqquz yüz on bir manat yetmiş yeddi qəpik) manat faiz borcu və 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının xeyrinə ödənilməsi qət edilmişdir. İddiaçı tərəfindən aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: müqavilələr və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verib hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – MM): 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsi bəzi hallar istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin olmasını tələb edir. 390-cı maddəsi ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasına seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını aid etmək olar (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 14 iyul tarixli Qərarı). 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1-ci maddəsinə əsasən, satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 581.1. Satıcı alıcıya keyfiyyəti alqı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. 581.4. Satılan əşyanın keyfiyyəti barəsində məcburi tələblər olduqda, sahibkarlıq fəaliyyəti ilə məşğul olan satıcı alıcıya həmin məcburi tələblərə uyğun gələn əşya verməyə borcludur. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, iddiaçı tütün istehsalı üçün 10 ay müddətinə illik 10 faizlə İddiaçı ilə 02 aprel 2019-cu il tarixli TM-164/19 nömrəli kredit müqaviləsi bağlanmış və ona xxxx QSC BOKT tərəfindən 11600,00 manat kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliyin icrasının təminatı kimi Nümayəndə2 və X2 ilə 02 aprel 2019-cu il tarixli ZT-164A/19 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən zamin olmuş şəxslər kredit və onun faizləri məbləğində, həmçinin bu kreditlə əlaqədar borcalanla birlikdə yarana biləcək hər cür zərər, komisyon, dəbbə pulu, məhkəmə xərcləri və sair xərclər üçün məsuliyyət daşıyırlar. Qeyd edilən kredit borcunun qaytarılmaması nəticəsində mübahisə yaranmış, Şəki Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(117)-529/2021 nömrəli qətnaməsi ilə cavabdeh İddiaçı 5678,23 (beş min altı yüz yetmiş səkkiz manat iyirmi üç qəpik) manat əsas borc, 911,77 (doqquz yüz on bir manat yetmiş yeddi qəpik) manat faiz borcu və 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının xeyrinə ödənilməsi qət edilmişdir. Qeyd edilən qətnamə qanuni qüvvəsini almışdır. Məhkəmə müəyyən edir ki, tərəflər arasında tütün əkini ilə bağlı bu xarakterli müasibətlər xeyli müddətdir ki, mövcuddur. Hazırkı iddia tələbində 2019-cü il tütün əkin mövsümündə iddiaçı tərəfindən 9 hektar torpaq sahəsində əkilmiş tütün toxumunun keyfiyyətsiz olması, nəticədə iddiaçı tərəfindən öhdəliyin yerinə yetirilməməsi və sonda iddiaçı qeyd edilən borcun yarı hissəsinin keyfiyyətsiz toxum verən cavabdehdən alınıb kredit verən şəxs xxxx QSC BOKT-a ödənilməsi ilə bağlı məsələdir. Tərəflər arasında bağlanmış yaşıl tütünün alqı-satqısına dair xx.xx.2019-cu il tarixli müqavilənin 2.3.3-cü bəndinə əsasən Alıcı, yəni “X6 Kompleksi” MMC tələb edilən miqdarda toxumu, qramı 7 manat olmaqla Fermerə satışını təmin edir. Qeyd edilən bəndin məzmunundan müəyyən edilir ki, Alıcı, yəni iş üzrə cavabdeh keyfiyyətli toxumu Fermerə təhvil verməlidir. Məhkəmə tərəfindən toxumun keyfiyyəti, sertifikatı, bitiş verməsi, toxumun analizinin laboratoriya nəticələri ilə bağlı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə, Nazirliyin Aqrar Xidmətlər Agentliyinə, Agentliyin müxtəlif şöbə və yerli bölmələrinə ayrılıqda müraciətlər ünvanlamış, iddiaçıya 2019-cu ildə təhvil verilmiş tütün toxumu ilə bağlı müvafiq sənədlər tələb edilmiş, lakin qeyd edilən sənədlər saxlanılmaması, idarədə mövcud olmaması və digər səbəblərdən məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən qeyd edilən toxumun keyfiyyətinin müəyyənləşdirilməsi ilə bağlı təyin edilmiş ekspertiza nəticəsiz qalmış, müvafiq rəy əldə edilməmiş, verilmiş mütəxəssis rəyi isə ehtimallara əsaslanmış və özündə konkretlik ifadə etməmişdir. Məhkəmə iş materiallarından eyni zamanda müəyyən edir ki, Balakən tütün istehsalı və emalı məntəqəsinin 2019-cü ildə İddiaçı tərəfindən aparılmış tütün əkini ilə bağlı ilkin əkin vaxtından başlayaraq tütünün cücərməsi, kultivasiya edilməsi, suvarılması, seyrəldilməsi, becərilməsi, dib yığımının aparılması, yarpaq yığımının aparıması, bu məqsədlə kredit tranşlarının verilməsi ilə bağlı sənədləşmə aparılmış, keçirilmiş monitorinq zamanı İddiaçı tütün əkdiyi 7 hektar torpaq sahəsində şitil basdırıldığı, dib yığmanın aparılmadığı, şitillərin inkişafının zəif olduğu, lakin tütün yığımının davam etdiyi bildirilmiş, eyni zamanda nöqsanlara uyğun tranş məbləğinin az verilməsi sonradan isə ümumilikdə 11600 manat məbləğində vəsaitin iddiaçıya verildiyi müəyyən edilmişdir. Qeyd edilən sənəldər iddiaçının iddia tələbində haqlı olmadığını sübut edən hallardır. Belə ki, toxumun keyfiyyətsiz olduğu təqdirdə tütün bitkisinin bitmə ehtimalı yoxdur. Halbuki tütün becərilir, bununla bağlı bütün aqrotexniki tədbirlər görülür, toxum bitiş verir, yarpaqların yığılması aparılır və.s qeyd edilən bütün akt, arayış və müraciətlərdə İddiaçı imzası mövcuddur. Qeyd edilənlər hazırki mübahisə üzrə ümumiyyətlə keyfiyyətsiz toxumun olmasını istisna edir, vaxtaşırı məhsul yığımı aparılmış və şitil səviyyəsində qulluq həyata keçirilmişdir. İddiaçı iddia tələbini təsdiqləyən hər hansı sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Bunun əksinə iddia tələbini təkzib edə aşağıdakı sənədlərə münasibət bildirilməsini məhkəmə zəruri hesab edir: Məhkəmə bununla bağlı “X7 Kompleksi” MMC-nin xx.xx.2019-cu il tarixli, xx.xx.2020ci il tarixli və xx.xx.2019-cu il tarixli iddiaçı tərəfə ünvanladığı məktubların məzmununu da nəzərdən keçirmişdir. Qeyd edilən sonuncu məktubda "xxxx" BOKT QSC ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə “X7 Kompleksi” MMC-nin zaminlik müqaviləsi bağlandığı və sonuncunun kreditin ödənilməsində 50 faiz zaminlik öhdəliyi götürməsi qeyd edilmişdir. Məhkəmə bildirir ki, bununla bağlı araşdırma aparılmış və sorğular verilsə də, belə bir müqavilə məhkəməyə təqdim edilməmişdir. Təqdim edilmiş müqavilələrdə isə “X7 Kompleksi” MMC ilə zaminlik müqaviləsinin bağlanması müəyyən edilməmişdir. “X7 Kompleksi” MMC-nin Nümayəndə2 ünvanladığı xx.xx.2019-cu il tarixli iddiaçı tərəfə ünvanladığı məktubunda kredit məbləğinin yarısı həcmində məsuliyyət daşıması ilə bağlı cavabdeh hüquqi şəxsin məktubuna münasibətdə qeyd edilməlidir ki, Mülki Məcəllənin 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. Bundan əlavə MM-in: 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. 406.2. Əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. 406.3. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. Qeyd edilən məktubda cavabdehin iddia tələbi ilə bağlı iddianı qəbul etməsi məhkəmə iclasında nümayəndəsinin bu halı məhkəməyə bildirməsi yolu ilə ola bilərdi. Belə vəziyyətdə isə şikayətçi olan şəxslərə cavab məktubunda cavabdehin vurulan ziyanın 50% həcmində məsuliyyət daşıması ilə bağlı ifadəsi özündə yazılı müqavilə formasını əks etdirmədiyindən, öhdəlik və məsuliyyət daşıma ilə bağlı hər iki tərəfin hüquq və vəzifələri baxımından qanunvericiliyin tələbinə uyğun ifadə olunmadığından məhkəmə qeyd edilən məktubda göstərilən ifadəni cavabdehin məsuliyyət daşıması əsası kimi qəbul etmir. Məhkəmə iddiaçının tələbini əsaslandıran halları nəzərdən keçirib qeyd edir ki, mülki prosessual qanunvericilik mülki icraatda iddiaçının üzərinə iddia tələbini sübut etmək, cavabdehin üzərinə isə iddia tələbi üzrə etirazlarını əsaslandırmaq vəzifəsi qoymuş, məhkəmənin isə həmin sübutlara hüquqi qiymət vermək üçün müəyyən hədlər müəyyən etmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə tərəfindən aparılmış araşdırma nəticəsində iddiaçı tələbini sübuta yetirə bilmədiyindən iddia tələbi rədd edilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu və digər xərclər iddiaçıya aid edilməlidir.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh MMC-yə və üçüncü şəxs "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatına qarşı “üçüncü şəxsdən yaşıl tütünü becərərək Cavabdeh MMC-yə təhvil vermək üçün götürdüyü 11600 manat kredit borcunun, sonuncunun laqeydliyi ucbatından iddiaçıya vurmuş olduğu ziyanın 50 faizi olan 5800 manatını, zaminlik müqaviləsi əsasında xxxx QSC BOKT-a ödənilməsinin öhdəliyini öz üzərinə götürən cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar