Məhkəmə qərarları › İş №e-2-2(117)-613/2023

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-613/2023

12.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-613/2023 12.06.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə və xxxx QSC BOKT-a qarşı “yaşıl tütünü becərərək cavabdehə təhvil vermək üçün götürdüyü 13600 manat kredit borcunun, Cavabdeh1 ASC-nin keyfiyyətsiz toxum verməsi nəticəsində iddiaçıya vurmuş olduğu ziyanın 50 faizi olan 6800 manatını, zaminlik müqaviləsi əsasında Cavabdeh2 BOKT QSC-yə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsinə baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə və xxxx QSC BOKT-a qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “yaşıl tütünü becərərək cavabdehə təhvil vermək üçün götürdüyü 13600 manat kredit borcunun, Cavabdeh1 ASC-nin keyfiyyətsiz toxum verməsi nəticəsində iddiaçıya vurmuş olduğu ziyanın 50 faizi olan 6800 manatını, zaminlik müqaviləsi əsasında Cavabdeh2 BOKT QSC-yə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib hesab edir ki, ərizə geri qaytarılmalıdır. İlk öncə məhkəmə onu qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. MPM-in 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hazırki iş üzrə iddia ərizəsinin forma və məzmununa dair tələblərə əməl edilməmişdir. İddiaçı elektron iddia ərizəsində Cavabdeh1 ASC-ni cavabdeh kimi qeyd etmiş, ərizənin məzmununda və tələb hissəsində isə cavabdehi “X1 Kompleksi” MMC qeyd etmişdir. Qeyd edilən hüquqi şəxslər fərqli hüquqi şəxslərdir və fərli ünvanlarda fəaliyyət göstərirlər. İş üzrə acavabdehlər olan “X1 Kompleksi” MMC-nin və Cavabdeh2 BOKT QSC-nin hüquqi ünvanları isə Bakı şəhərindədir. Belə ki, ərizədəki tələb Cavabdeh1 ASC-nin üzərinə birbaşa iddiaçının pozulmuş hüquqlarının bərpası ilə bağlı deyil, digər cavabdehin, yəni, Cavabdeh2 QSC BOKT-un hüquqlarının müdafiəsi üçün cavabdehlərin üzərinə müəyyən öhdəliklərin qoyulmasından ibarətdir və iddia tələbinin hansı cavabdehə qarşı hansı hissədə yönəldiyi dəqiq müəyyən olunmamışdır. Bir neçə cavabdehə qarşı iddia tələbi irəli sürülərkən cavabdehlərin hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. İddiaçı hazırkı iddiada bu tələbləri yerinə yetirməmişdir. Bundan əlavə iş materiallarında olan Mediasiya prosesinə xitam verilməsi barədə xx.xx.2021-ci il tarixli Protokoldan müəyyən edilir ki, mediasiya prosesinə digər cavabdeh olan Cavabdeh2 BOKT QSC cəlb edilməmiş və bu cavabdehə münasibətdə hər hansı bir mediasiya sesiyası keçirilməmişdir. Qeyd edilən hal da iddia əriəsinin qaytarılması üçün müstəqil əsasıdır. Məhkəmə qeyd edilən nöqsanları qeyd etməklə iddiaçının nəzərinə çatdırır ki, növbəti dəfə məhkəməyə müraciət edərkən göstərilən hallara diqqət yetirilməlidir. MPM-in 152-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə bildirir ki, yuxarıda göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada cavabdehin hüquqi ünvanı üzrə aidiyyəti məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə və xxxx QSC BOKT-a qarşı “yaşıl tütünü becərərək cavabdehə təhvil vermək üçün götürdüyü 13600 manat kredit borcunun, Cavabdeh1 ASC-nin keyfiyyətsiz toxum verməsi nəticəsində iddiaçıya vurmuş olduğu ziyanın 50 faizi olan 6800 manatını, zaminlik müqaviləsi əsasında Cavabdeh2 BOKT QSC-yə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə ərizəsi geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Mübariz Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar