Məhkəmə qərarları › İş №e-2-2(117)-618/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-618/2024

22.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-618/2024 22.05.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “icarə müqaviləsi üzrə 900 manat borcun və 30 manat dövlət rüsumunun cavabdehdən tutulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı "xxxx" ASC (bundan sonra mətndə iddiaçı) Cavabdeh (bundan sonra mətndə cavabdeh) qarşı “icarə müqaviləsi üzrə 900 manat borcun və 30 manat dövlət rüsumunun cavabdehdən tutulması” tələbinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" ASC ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 01 iyun 2023cü il tarixində icarə müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən iddiaçı ünvan 1 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisədə olan anbar sahəsini 11 ay müddətinə cavabdehə icarəyə vermiş, cavabdeh isə aylıq 400 manat icarə haqqını iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə üzrə öhdəlikləri tam yerinə yetirmədiyindən 900 manat borcu qalmışdır. "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixində İ7/23 nömrəli icarə müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən icarəyə verən bu müqavilənin 1.2-ci bəndində göstərilmiş icarə obyektini müqavilənin şərtləri çərçivəsində icarəçiyə icarəyə verməyi, icarəçi isə bu müqavilədə göstərilən müddət ərzində icarə obyektindən təyinatına uyğun olaraq və zərər vurmadan istifadə etməyi və bu müqavilə ilə müəyyən edilmiş icarə haqqını icarəyə verənə ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 1.2-ci bəndində göstərilmişdir ki, icarə obyekti ünvan 2 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisədə sahəsi 320.4 kv.m olan anbar sahəsidir. İcarə müqaviləsinin 2.1 və 2.4-cü bəndlərinə əsasən müqavilə üzrə aylıq icarə haqqı ƏDV daxil 400 manat təşkil edir və icarə haqqı hər ayın 5-dən gec olmayaraq icarəyə verənin hesablaşma hesabına köçürülür. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən müqavilənin müddəti 11 ay təşkil edir. Eyni zamanda iş materialları kimi təqdim olunmuş xx.xx.2023-cü il tarixli İ7/23 nömrəli icarə müqaviləsinin ləğvinə dair xx.xx.2023-cü il tarixli sazişin birinci bəndinə əsasən tərəflər qarşılıqlı razılığa gələrək, xx.xx.2023-cü il tarixli İ7/23 nömrəli icarə müqaviləsinə xx.xx.2023-cü il tarixindən xitam vermişdirlər. Həmçinin sazişin 2-ci bəndinə əsasən müqavilə üzrə icarəçinin 900 manat borcu mövcuddur. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli üzləşmə aktından görünür ki, Cavabdeh 900 manat icarə haqqı borcu mövcuddur. Həmin üzləşmə aktını hər iki tərəf öz imzaları ilə təsdiq etmişdir. İddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi ilə bağlı pretenziya məktubunu göndərsə də, cavabdeh tərəf borcun ödənilməsini təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, sonuncu xx.xx.2024-cü il tarixdə bildirişi qəbul etməsinə baxmayaraq, iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara tərəflər arasında bağlanmış müqavilə, üzləşmə aktı, saziş və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin – (bundan sonra MM): 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1.İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixində İ7/23 nömrəli icarə müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən icarəyə verən bu müqavilənin 1.2-ci bəndində göstərilmiş icarə obyektini müqavilənin şərtləri çərçivəsində icarəçiyə icarəyə verməyi, icarəçi isə bu müqavilədə göstərilən müddət ərzində icarə obyektindən təyinatına uyğun olaraq və zərər vurmadan istifadə etməyi və bu müqavilə ilə müəyyən edilmiş icarə haqqını icarəyə verənə ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 1.2-ci bəndində göstərilmişdir ki, icarə obyekti ünvan 2 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisədə sahəsi 320.4 kv.m olan anbar sahəsidir. İcarə müqaviləsinin 2.1 və 2.4-cü bəndlərinə əsasən müqavilə üzrə aylıq icarə haqqı ƏDV daxil 400 manat təşkil edir və icarə haqqı hər ayın 5-dən gec olmayaraq icarəyə verənin hesablaşma hesabına köçürülür. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən müqavilənin müddəti 11 ay təşkil edir. Eyni zamanda iş materialları kimi təqdim olunmuş xx.xx.2023-cü il tarixli İ7/23 nömrəli icarə müqaviləsinin ləğvinə dair xx.xx.2023-cü il tarixli sazişin birinci bəndinə əsasən tərəflər qarşılıqlı razılığa gələrək, xx.xx.2023-cü il tarixli İ7/23 nömrəli icarə müqaviləsinə xx.xx.2023-cü il tarixindən xitam vermişdirlər. Həmçinin sazişin 2-ci bəndinə əsasən müqavilə üzrə icarəçinin 900 manat borcu mövcuddur. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli üzləşmə aktından görünür ki, Cavabdeh 900 manat icarə haqqı borcu mövcuddur. Həmin üzləşmə aktını hər iki tərəf öz imzaları ilə təsdiq etmişdir. Cavabdeh hazırki tarixə 900 manat icarə haqqı borcu olduğu təsdiq olunur. Bundan başqa, cavabdehin iddia tələbinin əsassızlığı ilə bağlı etirazı və hazırki iş üzrə əks arqumentlərin olması ilə bağlı sənədlər məhkəməyə təqdim edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, 900 manat icarə haqqı borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən 30 manat dövlət rüsumu cavabdehdən tutulmalıdır.

Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 900 manat icarə haqqı və 30 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Hakim: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar