Məhkəmə qərarları › İş №e-2-2(117)-626/2023

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-626/2023

14.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-626/2023 14.07.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı QSC-nin Cavabdeh qarşı “xx.xx.2021-ci il tarixli 026A********** nömrəli kredit müqaviləsi üzrə 644,96 manat məbləğində kredit bоrcu, 86,53 manat məbləğində faiz bоrcu və 25,16 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 756,65 manat məbləğində bоrcun və ödənilmiş 40 manat məbləğində mediasiya xərcinin Cavabdeh və X1 tutulması” tələbinə dair iş üzrə İddiaçı QSC-nin ərizəsinə iş materialları ilə birlikdə baxaraq, müəyyən etdi: İddiaçı QSC Cavabdeh qarşı iddia ərizəsi ilə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək “xx.xx.2021-ci il tarixli 026A********** nömrəli kredit müqaviləsi üzrə 644,96 manat məbləğində kredit bоrcu, 86,53 manat məbləğində faiz bоrcu və 25,16 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 756,65 manat məbləğində bоrcun və ödənilmiş 40 manat məbləğində mediasiya xərcinin Cavabdeh və X1 tutulması” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı QSC xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini araşdırıb hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Hazırki iş üzrə iddiaçı iddia ərizəsinin qaytarılması barədə ərizə ilə məhkəməyə müraciət etdiyindən məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı QSC-nin Cavabdeh qarşı “xx.xx.2021-ci il tarixli 026A********** nömrəli kredit müqaviləsi üzrə 644,96 manat məbləğində kredit bоrcu, 86,53 manat məbləğində faiz bоrcu və 25,16 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 756,65 manat məbləğində bоrcun və ödənilmiş 40 manat məbləğində mediasiya xərcinin Cavabdeh və X1 tutulması” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar