Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-627/2023 24.07.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “xx.xx.2022-ci il tarixli 026R********** nömrəli kredit razılaşmasının ləğv edilməsi, cavabdehlərdən müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 026R********** nömrəli kredit razılaşması üzrə 7614,37 manat məbləğində kredit borcu, 856,34 manat məbləğində faiz borcu və 207,11 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 8677,82 manat məbləğində borcun, ödənilmiş 100 manat məbləğində mediasiya xərcinin və 106,78 manat dövlət rüsumunun tutulması” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı ərizə ilə məhkəməyə müraciət edərək “xx.xx.2022-ci il tarixli 026R********** nömrəli kredit razılaşmasının ləğv edilməsi, cavabdehlərdən müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 026R********** nömrəli kredit razılaşması üzrə 7614,37 manat məbləğində kredit borcu, 856,34 manat məbləğində faiz borcu və 207,11 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 8677,82 manat məbləğində borcun, ödənilmiş 100 manat məbləğində mediasiya xərcinin və 106,78 manat dövlət rüsumunun tutulması” tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 ilə İddiaçı QSC arasında xx.xx.2022-ci il tarixli 026L**********818 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsi bağlanmışdır. Həmin Müqavilənin : 2-ci maddəsinə əsasən bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında kredit alana 30000 manat məbləğində uzunmüddətli kredit xəttini açır. Verilən hər bir kredit üzrə kreditin məbləği, kreditin faiz dərəcəsi, kredit müddəti, məqsədi, FİFD, olduöu təqdirdə ödəniş planı və digər xüsusi şərtləri hər dəfə müqavilənin tələbləri nəzərə alınmaqla kredit sazişi ilə müəyyən olunur. Bu müqavilə bankın kredit vermək vədini ifadə etmir. Kredit alan hər bir kredit üzrə kredit borcunu, kredit faizini, xərcləri və başqa məsrəfləri bu müqavilənin tələbləri nəzərə alınmaqla müvafiq kredit sazişində müəyyən olunmuş qaydada, habelə olduğu halda ödəniş planına və ya ödəniş haqları cədvəlinə uyğun olaraq banka qaytarmağı öz öhdəsinə götürmüşdür. 7.5-ci maddəsinə əsasən Prinsipal ödəniş haqları cədvəli üzrə ödənişin tam və ya qismən gecikdirildiyi hər gün üçün gecikdirilmiş məbləğin 0,1 %-i məbləğində qaranta cərimə ödəməyi öhdəsinə götürmüşür. 11-ci maddəsinə əsasən zamin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüş və bank qarşısında kredit alanla birlikdə birgə məsuliyyət daşıyır. xx.xx.2022-ci il tarixli 026R********** nömrəli kredit razılaşmasına əsasən bank tərəfindən kredit alana 30 ay müddətinə, aylıq faiz dərəcəsi 2,1667 %, faktiki illik faiz dərəcəsi 26,7 % olmaqla, ödəniş planı üzrə hissə - hissə qaytarmaq şərtilə 8000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əlavə hesab olunan ödəniş planından görünür ki, cavabdeh kredit vəsaitini hər ay 367 manat, sonuncu ay isə 381,85 manat olmaqla annuitet qaydada ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli köçürmə sənədindən görünür ki, 8000 manat məbləğində pul İddiaçı QSC tərəfindən Cavabdeh1 AZ08ACAB******************** nömrəli hesabına köçürülmüşdür. Cavabdehlər kredit müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirməmiş və nəticədə onların ödənilməmiş borcları qalmışdır. İddiaçı QSC-nin məhkəməyə ünvanladığı arayışdan görünür ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixə 7614,37 manat əsas, 856,34 manat faiz borcu, 207,11 manat cərimə borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildiriş xx.xx.2023-cü il tarixdə təqdim olunmasına baxmayaraq, iddia tələbinə qarşı əsaslandırılmış etirazlarını müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim etməmişlər. Məhkəmə, MPM-in 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara uzunmüddətli kredit və təminat müqaviləsi, kredit razılaşması, maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (Azərbaycan Respublikası Mülki Məcəlləsi (bunan sonra mətndə MM)maddə - 385.1, 386.1, 449.1, 470.1, 472.1, 739.2). İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli 026L**********818 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsi bağlanmışdır. Həmin Müqavilənin 2-ci maddəsinə əsasən bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında kredit alana 30000 manat məbləğində uzunmüddətli kredit xəttini açır. Verilən hər bir kredit üzrə kreditin məbləği, kreditin faiz dərəcəsi, kredit müddəti, məqsədi, FİFD, olduöu təqdirdə ödəniş planı və digər xüsusi şərtləri hər dəfə müqavilənin tələbləri nəzərə alınmaqla kredit sazişi ilə müəyyən olunur. Bu müqavilə bankın kredit vermək vədini ifadə etmir. Kredit alan hər bir kredit üzrə kredit borcunu, kredit faizini, xərcləri və başqa məsrəfləri bu müqavilənin tələbləri nəzərə alınmaqla müvafiq kredit sazişində müəyyən olunmuş qaydada, habelə olduğu halda ödəniş planına və ya ödəniş haqları cədvəlinə uyğun olaraq banka qaytarmağı öz öhdəsinə götürmüşdür. 7.5-ci maddəsinə əsasən Prinsipal ödəniş haqları cədvəli üzrə ödənişin tam və ya qismən gecikdirildiyi hər gün üçün gecikdirilmiş məbləğin 0,1 %-i məbləğində qaranta cərimə ödəməyi öhdəsinə götürmüşür. 11-ci maddəsinə əsasən zamin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüş və bank qarşısında kredit alanla birlikdə birgə məsuliyyət daşıyır. xx.xx.2022-ci il tarixli 026R********** nömrəli kredit razılaşmasına əsasən bank tərəfindən kredit alana 30 ay müddətinə, aylıq faiz dərəcəsi 2,1667 %, faktiki illik faiz dərəcəsi 26,7 % olmaqla, ödəniş planı üzrə hissə - hissə qaytarmaq şərtilə 8000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əlavə hesab olunan ödəniş planından görünür ki, cavabdeh kredit vəsaitini hər ay 367 manat, sonuncu ay isə 381,85 manat olmaqla annuitet qaydada ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli köçürmə sənədi ilə 8000 manat məbləğində pul vəsaitinin Cavabdeh1 AZ08ACAB******************** nömrəli hesabına köçürülməsi sübut olunur. İddiaçı QSC-nin məhkəməyə ünvanladığı arayışdan məlum olur ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixə 7614,37 manat əsas, 856,34 manat faiz borcu, 207,11 manat cərimə borcu mövcuddur. Eyni zamanda xx.xx.2022-ci il tarixli 026L**********818 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsinin 11-ci maddəsinə əsasən zamin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında kredit alanla birlikdə birgə məsuliyyət daşıdığından iddiaçı borclu ilə bərabər zaminlərdən də ödənilməmiş borc məbləğlərini tələb etməkdə haqlıdır. Həmçinin cavabdehlər iddia tələbinə hər hansısa etirazını məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı 7614,37 manat məbləğində kredit borcu, 856,34 manat məbləğində faiz borcunun cavabdehlərdən müştərək qaydada tutulmasını tələb edə bilər. Cavabdehlər əsas və fazi borcunu mübahisələndirməmiş və bununla bağlı hər hansı bir etirazını bildirməmişlər. Məhkəmə belə vəziyyətdə öz təşəbbüsü ilə faiz borcunun tərəflər arasında bağlanmış müqavilə şərtlərindən artıq həddə olması ilə bağlı hər hansı bir dəlil olmadığından bu halla bağlı əlavə araşdırma aparmamışdır. Məhkəmə iddia tələbinin “207,11 manat məbləğində cərimə borcunun tutulması” hissəsinə münasibətdə bildirir ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli 026L**********818 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsinin 7.5-ci bəndinə əsasən Prinsipal ödəniş haqları cədvəli üzrə ödənişin tam və ya qismən gecikdirildiyi hər gün üçün gecikdirilmiş məbləğin 0,1 %-i məbləğində qaranta cərimə ödəməyi öhdəsinə götürmüşür. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə tərəflərin mənafelərini nəzərə alıb tənasübsüz yüksək müəyyən edilən cərimə məbləğinin 20 manat həddində təmin edilməsini ədalətli və qanuni hesab edir. Bundan əlavə iddiaçının “xx.xx.2022-ci il tarixli 026R********** nömrəli kredit razılaşmasının ləğv edilməsi” hissəsinə münasibətdə qeyd edilməlidir ki, tərəflər arasında bağlanmış uzunmüddətli kredit və təminat müqaviləsinin 12.1.2-ci bəndinə əsasən kredit alan borcu ödəniş planına uyğun qaytara bilmədikdə Bankın kredit müqaviləsinə vaxtından əvvəl xitam vermək və borcu faizlərlə birlikdə qaytarmağı tələb etmək hüququna malikdir. Bu səbəbdən məhkəmənin qənaəti belədir ki, tərəflər arasına kredit razılaşmasının ləğv edilməsini iddiaçı tələb edə bilər. Qeyd edilən halları nəzərə alan məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, əsas borc kimi 7614,37 manat məbləğin, faiz borcu kimi 856,34 manat məbləğin və cərimə borcu kimi 20 manat məbləğində pul vəsaitinin cavabdehlərdən tutulması hissəsində təmin edilməli, qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edilsə də, əsas borc məbləği əsasən dəyişmədiyindən 100 manat mediasiya xərci, eyni zamanda iddiaçı tərəfindən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd məhkəməyə təqdim edildiyindən ödənilməli olan 106,78 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli 026R********** nömrəli kredit razılaşması ləğv edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada xx.xx.2022ci il tarixli 026R********** nömrəli kredit razılaşması üzrə 7614,37 manat əsas borc, 856,34 manat faiz borcu, 20 manat cərimə borcu və 100 manat mediasiya xərci tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. 108,72 manat dövlət rüsumu Cavabdeh1 tutularaq iddiaçıya ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-627/2023
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-627/2023
24.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver