Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-628/2025 09.07.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, Mövsümova Günel Namizət qızının katibliyi, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “cavabdehlərdən müştərək qaydada 026R********** saylı kredit müqaviləsi üzrə 27250.91 manat məbləğində kredit borcu, 3615.17 manat məbləğində faiz borcu və 1920.56 manat məbləğində cərimə borcu olmaqla ümumilikdə 32786.64 manat məbləğində borcun və ödənilmiş 188.36 manat dövlət rüsumunun tutulması” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “cavabdehlərdən müştərək qaydada 026R********** saylı kredit müqaviləsi üzrə 27250.91 manat məbləğində kredit borcu, 3615.17 manat məbləğində faiz borcu və 1920.56 manat məbləğində cərimə borcu olmaqla ümumilikdə 32786.64 manat məbləğində borcun və ödənilmiş 188.36 manat dövlət rüsumunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və bu barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 026L**********33 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 60 ay müddətinə 50 000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən veriləcək məbləğ və müddət ayrıca kredit razılaşması ilə müəyyən olunur. 1.6-cı bəndinə əsasən kredit alan hər bir kredit üzrə əsas kredit məbləğini, faizi, xərcləri və başqa məsrəfləri müvafiq kredit razılaşmasında göstərilmiş və onun ayrılmaz hissəsi olan ödəniş planına uyğun olaraq banka qaytarmağı öz öhdəsinə götürür. xx.xx.2018-ci il tarixli 026S**********03 nömrəli (zamin Cavabdeh3) və 026S**********04 nömrəli (zamin Cavabdeh1) zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən, zamin, borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında borclu ilə birlikdə birgə məsuliyyət daşıyır. xx.xx.2022-ci il tarixli 026L**********33S nömrəli “uzunmüddətli kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında” Sazişdən görünür ki, müqavilənin 1.1, 1.2, 1.3-cü bəndlərinə dəyişiklik edilmiş, bank tərəfindən cavabdehə 167 ay müddətinə, 31 iyul 2032ci il tarixinədək 100 000 ABŞ dolları məbləğində kredit xətti açılmış, bu müqavilə və kredit razılaşmaları əsasında verilən kreditlərin illik faiz dərəcəsinin yuxarı həddi 28 faiz müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli 026S**********04SA nömrəli (zamin Cavabdeh1) və 026S**********02S nömrəli (zamin Cavabdeh3) “zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında” Sazişlərdən göründüyü kimi zaminlik müqavilələrinə müvafiq olaraq dəyişiklik və əlavələr edilmişdir. Uzunmüddətli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixli 026R********** nömrəli kredit razılaşmasına əsasən bank məbləği 45 000 manat olan krediti aylıq faiz dərəcəsi 1.75% olmaqla 36 ay müddətinə kredit alana vermişdir. 4.1.3-cü bəndinə əsasən, kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında və lazımi qaydada qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0.02%-i məbləğində cərimə borcu hesablamaq hüququna malikdir. xx.xx.2023-cü il tarixli ödəniş planından görünür ki, cavabdeh xx.xx.2023-cü il tarixindən xx.xx.2026-cı il tarixinədək hər ay 1702 manat, sonuncu ay olan xx.xx.2026-cı il tarixində isə 1724.19 manat ödəniş etməyi öz öhdəsinə götürmüşdür. Əlavə olaraq məhkəməyə təqdim edilmiş köçürmə sənədindən də görünür ki, 45 000 manat məbləğində vəsait Cavabdeh2 bank hesabına köçürülmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh2 026R********** nömrəli razılaşma üzrə xx.xx.2025-ci il tarixə 27250.91 manat əsas, 3615.17 manat faiz, 253 gün gecikdirmə üçün hesablanmış 1920.56 manat cərimə borcu mövcuddur. Cavabdehlər kredit müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirməmiş və nəticədə onların ödənilməmiş borcları qalmışdır. Cavabdeh2 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Maşın ticarəti ilə məşğul olurdu. Nankdan kredit götürdükdən sonra insult keçirtmiş, borcu bu səbəbdən ödəyə bilməmişdir. Banka aylıq ödənişin azaldılması ilə bağlı dəfələrlə müraciət etsə də, razılaşmamışlar. Borcunu qəbul edir, hissə-hissə ödəyəcək. Məhkəmədən cərimə borcunun silinməsini və köməklik göstərilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatında həyat yoldaşının dedikləri ilə razı olduğunu bildirdi və məhkəmədən köməklik göstərilməsini xahiş etdi Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəyini və işə iştirakı olmadan baxılmasını xahiş etmiş, Cavabdeh3 məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə qeyd edilən tərəflərin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara uzunmüddətli kredit müqaviləsi, kredit razılaşması, sazişlər, hesabdan çıxarış, arayış və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbayacan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM): 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında uzunmüddətli kredit müqaviləsi üzrə bağlanmış xx.xx.2023-cü il tarixli 026R********** nömrəli kredit razılaşmasına əsasən bank məbləği 45 000 manat olan krediti aylıq faiz dərəcəsi 1.75% olmaqla 36 ay müddətinə kredit alana vermişdir. İddiaçı tərəf öhdəliklərini yerinə yetirsə də, cavabdehlər öhdəliklərini tam şəkildə yerinə yetirmədiyindən onların ödənilməmiş borcları qalmışdır. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehlərdən 27250.91 manat əsas və 3615.17 manat məbləğində faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır. Belə ki, məhkəməyə təqdim edilmiş iş materiallarından və cavabdehlərin izahatından da tələb edilən borc məbləğinin mövcudluğu öz təsdiqini tapır. Məhkəmə iddia tələbinin “1920.56 manat cərimə borcunun tutulması” hissəsinə münasibətdə bildirir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, kredit razılaşmasının 4.1.3-cü bəndinə əsasən, kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında və lazımi qaydada qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0.02%-i məbləğində cərimə borcu hesablamaq hüququna malikdir. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə hesab edir ki, kredit razılaşması üzrə əsas borcun 5%-i həcmində, yəni 1362 manat məbləğində cərimə borcunun tutulması daha ədalətli, ağlabatan və qanunidir. Göstərilənləri ümumiləşdirərək məhkəmə hesab edir ki, zaminlik müqavilələri də qüvvədə olduğundan, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada kredit razılaşması üzrə 27250.91 manat məbləğində kredit borcu, 3615.17 manat məbləğində faiz borcu və 1362 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 32 228.08 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən, eyni zamanda iddiaçı tərəfindən 188.36 manat məbləğində dövlət rüsumu dövlət büdcəsinə ödənildiyindən və cavabdehlərdən tələb edildiyindən iddia tələbinin təmin edilmiş hissəsinə münasibətdə 185.15 manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməli, iddia tələbinin rədd edilmiş hissəsinə münasibətdə 3.21 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 026R********** saylı kredit razılaşması üzrə 27250.91 manat məbləğində kredit borcu, 3615.17 manat məbləğində faiz borcu və 1362 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 32 228.08 manat məbləğində pul və 185.15 manat dövlət rüsumu tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Mübariz Hüseynov