Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-631/2025 04.07.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi Musayeva Turan Haxverdi qızının katibliyi İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “icarə müqaviləsinin qüvvədə saxlanılması” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı qarşı “X3” MMC-nin direktor vəzifəsinə təyin olumuş Emin Əsadov tərəfindən ikitərəfli icarə müqaviləsinin, birtərəfli qaydada ləğv edilməsi barədə ünvana göndərilmiş xəbərdarlığa əsas verən qərarın ləğv edilməsi, xx.xx.2024-cü il tarixli 03/01 saylı icarə müqaviləsinin və xx.xx.2024-cü il tarixdə əlavə və dəyişikliklər edilərək, tərəflar arasında imzalanaraq, xx.xx.2026-cı il tarixədək 2 (iki) il müddətinə uzadılmış ikitərəfli icarə müqaviləsinin qüvvədə saxlanılması və məhkəməyə ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı MMC-nin hesabına ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdeh tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak edərək izahatında bildirmişdir ki, iddia tələbini müdfiə edir. Cavabdeh MMC tərəfindən icarə müqaviləsi birtərəfli ləğv edilib. İcarə müqaviləsinin ləğv edilməsi barədə müəssisə tərəfindən heç bir qərar yoxdur. Sadəcə xəbərdarlıq göndəriblər. Cavabdeh MMC ilə "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixində icarə müqaviləsi bağlanmışdır. Həmin müəssisə hal-hazırda Cavabdeh MMC-nin rəhbəri Emin Əsədovun icarəsində olmuşdur. İcarəyə götürərkən həmin müəssisənin 34439 manat 59 qəpik qaz sərfiyyatına görə borcu olub. Belə ki, Zaqatala RQİİ aktına əsasən Emin Əsədov borcu hissə-hissə ödəyəcəyini öhdəliyinə götürüb. İlkin olaraq 5000 manat ödəniş ediblər. Ödəniş etdikdən sonra icarə götürdükləri müəssisəni istifadə etməyə başlayıblar. Sonra icarə müqaviləsi yaranmış qaz sərfiyyatına görə ləğv edildi. Daha sonra İddiaçı MMC ilə müqavilə bağladılar. İddiaçı MMC işlədikləri icarə dövründə borclarını ödəyiblər. Cavabdeh MMC-nin rəhbərliyinin verdiyi elektron qaimələr əsasında ödənişlər edirlər. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, hazırki iş materialları bir icraata birləşdirilməsi və mahiyyəti üzrə baxılması məqsədi ilə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Hazırki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hazırki iş üzrə cavabdeh olan “X3” MMC hazırki iş üzrə iddiaçı Şəki Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət etməmişdən əvvəl, yəni xx.xx.2025-ci il tarixdə Gəncə Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. İddiaçı Cavabdeh arasında bağlanılmış 24 mart 2024-cü il tarixli icarə müqaviləsi və ona əlavə edilmiş 24 mart 2025-ci il tarixli dəyişikliyin ləğv edilməsi, cavabdeh İddiaçı tərəfindən yaranmış olduğu qaz sərfiyyatına görə 18.438,06 manat pulun tutularaq iddiaçı Cavabdehnə ödənilməsi, iddia ərizəsinə və iddia tələbinin artılrılmasına görə ödənilmiş 250 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, cavabdeh İddiaçı Oguz rayonu Sincan kəndində 0,67 ha torpaq sahəsində yerləşən tütün qurutma məntəqəsinin boşaldaraq iddiaçı Cavabdehnə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin hallarından məlum olur ki, Şəki Kommersiya Məhkəməsinin icraatında olan hazırki İddiaçı Cavabdehnə qarşı “xəbərdarlığa əsasən verilən qərarın ləğv edilməsi və icarə müqaviləsinin qüvvədə saxlanılması” barədə e-2-2(117)-631/2025 nömrəli iş ilə, Gəncə Kommersiya Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh İddiaçınə qarşı “tütün qurutma məntəqəsinin boşaldılaraq təhvil verilməsi” tələbinə dair e-2-2(115)-861/2025 nömrəli iş bir-biri ilə əlaqəlidir. Belə ki, hər iki işdə tərəflər arasında bağlanan 26 mart 2024-cü il tarixli, 03/01 nömrəli icarə müqaviləsi mübahisə predmetidir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, tərəflər arasında olan mübahisə üzrə ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı olduğundan Şəki Kommersiya Məhkəməsinin icraatında olan “İddiaçı Cavabdehnə qarşı “icarə müqaviləsinin qüvvədə saxlanılması” barədə” e-2-2(117)-631/2025 nömrəli iş aidiyyəti işlə birləşdirilməsi üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutub, məhkəmə qərara aldı: Şəki Kommersiya Məhkəməsinin icraatında olan “İddiaçı Cavabdehnə qarşı “icarə müqaviləsinin qüvvədə saxlanılması” tələbinə dair” e-2-2(117)-631/2025 nömrəli iş, Gəncə Kommersiya Məhkəməsinin icraatında olan “İddiaçı Cavabdeh İddiaçınə qarşı “tütün qurutma məntəqəsinin boşaldılaraq təhvil verilməsi” tələbinə dair” e-2-2(115)-861/2025 nömrəli işə birləşdirilməsi və mahiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Elnarə Hüseynova
Məhkəmə qərarları › İş №e-2-2(117)-631/2025
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-631/2025
04.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver