Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-634/2024 31.05.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “367531-CNS-44192 nömrəli xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 2692.99 manat əsas, 225.47 manat faiz, 134.20 manat cərimə borcunun, 367531-CNS-46833 nömrəli xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 2900.63 manat əsas, 212.79 manat faiz, 109.56 manat cərimə borcu olmaqla ümumilikdə 6275.64 manat məbləğində borcun və ödənilmiş 50.53 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “367531-CNS-44192 nömrəli xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 2692.99 manat əsas, 225.47 manat faiz, 134.20 manat cərimə borcunun, 367531-CNS-46833 nömrəli xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 2900.63 manat əsas, 212.79 manat faiz, 109.56 manat cərimə borcu olmaqla ümumilikdə 6275.64 manat məbləğində borcun və ödənilmiş 50.53 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2023-cü il tarixdə 367531-CNS-44192 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən bank dövriyyə vəsaitlərinin artırılması məqsədilə ümumi məbləği 4148 manat olan borc pulu illik 22% faiz dərəcəsi ilə 18 ay müddətinə kredit alana verməyi, sonuncu isə kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planına uyğun olaraq krediti və ona hesablanmış faizi ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2023-cü il tarixdə 367531-CNS-46833 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən bank dövriyyə vəsaitlərinin artırılması məqsədilə ümumi məbləği 3400 manat olan borc pulu illik 20% faiz dərəcəsi ilə 18 ay müddətinə kredit alana verməyi, sonuncu isə kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planına uyğun olaraq krediti və ona hesablanmış faizi ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli 367531-CNS-44192 saylı kredit müqaviləsinin 3.3-cü bəndinə əsasən kredit alan krediti tam məbləğdə xx.xx.2024-cü il tarixində və ya müqavilədə nəzərdə tutulmuş hallarda vaxtından əvvəl ödəməlidir. Həmin kredit müqaviləsinin 3.5.1-ci bəndinə əsasən kreditin qaytarılması xx.xx.2023-cü il tarixdən başlayır. 8.1-ci maddəsinə əsasən bu müqavilə tərəflərin imzaları və möhürü olan tərəfin möhürü ilə təsdiq edildiyi andan qüvvəyə minir və kredit alan tərəfindən kredit, hesablanmış faizlər və digər pul tələbləri üzrə bütün öhdəliklərin banka icra olunduğu andan ləğv edilir. Müqavilənin 9.2-ci bəndinə əsasən bu müqavilə ilə müəyyənləşdirilən kreditin geri qaytarılması, faizlərin və ya digər ödənişlərin ödənilməsi üzrə öhdəliklər kredit alan tərəfindən vaxtında icra edilmədikdə, hər gecikdirilən təqvim günü üçün gecikdirilmiş məbləğə 0,5 % həcmində cərimə hesablanır və kredit alan tərəfindən bankın xeyrinə ödənilir. Eyni zamanda xx.xx.2023-cü il tarixdə 367531-CNS-46833 saylı kredit müqaviləsinin şərtlərinə əsasən hər tam və ya natamam 10 manat üçün 0.02 manat məbləğində gecikdirilmiş borc üzrə cərimə hesablanır. 367531-CNS-44192 saylı kredit müqaviləsinin ödəniş cədvəlindən müəyyən olunur ki, cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2024-cü il tarixədək hər ay 272.82 manat, sonuncu ay isə 270.8 manat olmaqla əsas və ona hesablanmış faiz borclarının ödənilməsini öhdəsinə götürmüşdür. 367531-CNS-46833 saylı kredit müqaviləsinin ödəniş cədvəlindən müəyyən olunur ki, cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2025-ci il tarixədək hər ay 220.38 manat, sonuncu ay isə 217.73 manat olmaqla əsas və ona hesablanmış faiz borclarının ödənilməsini öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışlarından görünür ki, 367531-CNS-46833 saylı müqavilə üzrə xx.xx.2024-cü il tarixə 2900.63 manat məbləğində əsas borc, 212.79 manat məbləğində faiz borcu və 109.56 manat cərimə borcu mövcuddur. Həmçinin 367531-CNS- 44192 saylı müqavilə üzrə xx.xx.2024-cü il tarixə 2692.99 manat məbləğində əsas borc, 225.47 manat məbləğində faiz borcu və 134.20 manat cərimə borcu mövcuddur. xx.xx.2023-cü il tarixli 367531-1-3255 nömrəli və 367531-1-3254 nömrəli (zamin Cavabdeh1) zaminlik müqavilələrindən görünür ki, həmin müqavilələr bankla borclu – Cavabdeh2 arasında kredit müqavilələri üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanmışdır. Qeyd edilən zaminlik müqavilələri müvafiq olaraq xx.xx.2025-ci il tarixədək və xx.xx.2024-cü il tarixədək müddətə bağlanmışdır. Zaminlik müqaviləsinin 1.2-ci bəndinə əsasən, müqavilə üzrə zaminliklə təmin edilmiş öhdəliklər bankın, kredit müqaviləsindən irəli gələn qaydada və müddət ərzində bütün pul tələblərinə bərabərdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirməmiş və nəticədə onun ödənilməmiş borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 284-5.1-ci maddəsinə əsasən rəsmi qaydada bildiriş tərəflərə poçt vasitəsilə göndərilsə də “ünvan düzgün deyil” və “bu ünvanda yaşamır” qeydləri ilə zərflər geri qayıtmış, bildirişlər müvafiq olaraq Bakı şəhəri Xırdalan Şəhər İcra Hakimiyyətinə və Yevlax Rayon İcra Hakimiyyətinə qeyd edilən cavabdehlərə çatdırılması üçün xx.xx.2024cü il və xx.xx.2024-cü il tarixlərdə göndərilmişmiş, həmin tarixlərdə elektron poçt vasitəsilə qəbul edilmişdir. MPM-in: 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. 135.4. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
147. Cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Qeyd edilən cavabdehlər iddia tələbinə qarşı əsaslandırılmış etirazlarını müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara kredit müqaviləsi, ödəniş cədvəli, maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.
Əsaslandırma hissəsi:
Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbayacan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM): 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2023-cü il tarixdə 367531-CNS-44192 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən bank dövriyyə vəsaitlərinin artırılması məqsədilə ümumi məbləği 4148 manat olan borc pulu illik 22% faiz dərəcəsi ilə 18 ay müddətinə kredit alana verməyi, sonuncu isə kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planına uyğun olaraq krediti və ona hesablanmış faizi ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2023-cü il tarixdə 367531-CNS-46833 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən bank dövriyyə vəsaitlərinin artırılması məqsədilə ümumi məbləği 3400 manat olan borc pulu illik 20% faiz dərəcəsi ilə 18 ay müddətinə kredit alana verməyi, sonuncu isə kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planına uyğun olaraq krediti və ona hesablanmış faizi ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli 367531-CNS-44192 saylı kredit müqaviləsinin 3.3-cü bəndinə əsasən kredit alan krediti tam məbləğdə xx.xx.2024-cü il tarixində və ya müqavilədə nəzərdə tutulmuş hallarda vaxtından əvvəl ödəməlidir. Həmin kredit müqaviləsinin 3.5.1-ci bəndinə əsasən kreditin qaytarılması xx.xx.2023-cü il tarixdən başlayır. 8.1-ci maddəsinə əsasən bu müqavilə tərəflərin imzaları və möhürü olan tərəfin möhürü ilə təsdiq edildiyi andan qüvvəyə minir və kredit alan tərəfindən kredit, hesablanmış faizlər və digər pul tələbləri üzrə bütün öhdəliklərin banka icra olunduğu andan ləğv edilir. Müqavilənin 9.2-ci bəndinə əsasən bu müqavilə ilə müəyyənləşdirilən kreditin geri qaytarılması, faizlərin və ya digər ödənişlərin ödənilməsi üzrə öhdəliklər kredit alan tərəfindən vaxtında icra edilmədikdə, hər gecikdirilən təqvim günü üçün gecikdirilmiş məbləğə 0,5 % həcmində cərimə hesablanır və kredit alan tərəfindən bankın xeyrinə ödənilir. Eyni zamanda xx.xx.2023-cü il tarixdə 367531-CNS-46833 saylı kredit müqaviləsinin şərtlərinə əsasən hər tam və ya natamam 10 manat üçün 0.02 manat məbləğində gecikdirilmiş borc üzrə cərimə hesablanır. xx.xx.2023-cü il tarixli 367531-1-3255 nömrəli və 367531-1-3254 nömrəli (zamin Cavabdeh1) zaminlik müqavilələrindən görünür ki, həmin müqavilələr bankla borclu – Cavabdeh2 arasında kredit müqavilələri üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanmışdır. Zaminlik müqaviləsinin 1.2-ci bəndinə əsasən, müqavilə üzrə zaminliklə təmin edilmiş öhdəliklər bankın, kredit müqaviləsindən irəli gələn qaydada və müddət ərzində bütün pul tələblərinə bərabərdir. Zaminlik müqavilələrnin müddətinin bitmədiyi müəyyən edilir. İş materiallarında olan maliyyə arayışlarından görünür ki, 367531-CNS-46833 saylı müqavilə üzrə xx.xx.2024-cü il tarixə 2900.63 manat məbləğində əsas borc, 212.79 manat məbləğində faiz borcu və 109.56 manat cərimə borcu mövcuddur. Həmçinin 367531-CNS- 44192 saylı müqavilə üzrə xx.xx.2024-cü il tarixə 2692.99 manat məbləğində əsas borc, 225.47 manat məbləğində faiz borcu və 134.20 manat cərimə borcu mövcuddur. Məhkəmə hesab edir ki, iddiaçı müqavilə ilə üzərinə düşən öhdəliyini lazımınca yerinə yetirmiş buna baxmayaraq cavabdeh tərəfindən müqavilə üzrə götürülmüş öhdəlik tam yerinə yetirilməmiş, nəticədə ödənilməmiş əsas və faiz borcları yaranmşdır ki, hazırki vəziyyətdə iddiaçı cavabdehdən kredit müqaviləsi üzrə həm əsas, həm də faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır. Cavabdeh iddia tələbi ilə bağlı hər hansı bir etiraz bildirməmiş, borc məbləğlərini mübahisələndirməmiş, bu səbəbdən məhkəmə əsas və faiz borcu məbləği ilə bağlı hər hansı bir əsaslı arqument olmadığından əlavə araşdırma, yəni ekspertiza təyin etmə, sorğu vermə və.s və digər prosessual hərəkətlər aparmamışdır. Məhkəmə iddia tələbinin “109.56 manat və 134.20 manat məbləğində cərimə borcunun tutulması” hissəsinə münasibətdə bildirir ki, tərəflər arasında bağlanmış müqavilələrin 9.2-ci bəndinə əsasən bu müqavilə ilə müəyyənləşdirilən kreditin geri qaytarılması və ya faizlərin və ya digər ödənişlərin ödənilməsi üzrə öhdəliklər kredit alan tərəfindən vaxtında icra edilmədikdə, hər gecikdirilən təqvim günü üçün gecikdirilmiş məbləğə 0,5% həcmində cərimə hesablanır və kredit alan tərəfindən bankın xeyrinə ödənilir. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə tərəflərin əmlak mənafelərini, iddiaçının daha tez məhkəməyə müraciət etməməklə borcun artmasına şərait yaratmasını və tərəflərin digər diqqətəlayiq hallarını nəzərə alıb hesab edir ki, 367531-CNS-46833 saylı müqavilə üzrə 50 manat, 367531- CNS-44192 saylı müqavilə üzrə 50 manat məbləğində cərimənin saxlanması tərəflərin hüquqlarına və qanuni mənafelərinə uyğundur. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edilsə də, əsas borca münasibətdə iddianın məbləği dəyişdirilmədiyindən iddiaçının ödədiyi 50.53 manat cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 367531-CNS-44192 nömrəli xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 2692.99 manat əsas, 225.47 manat faiz, 50 manat cərimə borcu, 367531-CNS-46833 nömrəli xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 2900.63 manat əsas, 212.79 manat faiz, 50 manat cərimə borcu və 50.53 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Mübariz Hüseynov