Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-638/2023 13.09.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Əliyeva Mələk Rafail qızının katibliyi, Cavabdeh5 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər X1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 qarşı iddia tələbinin “cavabdehlər X1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 mülkiyyətində olan Zaqatala rayonu, Yuxarı Tala kəndində 0, 067 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəltmə edildikdən və satıldıqdan 1 ay sonra həmin evdən istifadə hüquqlarının itirilməsi, onların fərdi yaşayış evindən çıxarılması, əmlakın boşaldılması və fərdi yaşayış evinin alıcıya təhvil verilməsi” hissəsinə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər X1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 qarşı “019R********** saylı kredit razılaşması üzrə 16171,05 kredit borcu, 3331,12 manat faiz borcu və 10479 manat cərimə borcu olmaqla, ümumilikdə 29981 manat məbləğində borcun və 200 manat mediasiya xərcinin və ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutularaq ödənilməsi, həmin cavabdehlərin həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və hərracın nəticələri barədə alıcıya təhvil verilməsi” tələbinə dair iddia ilə Şəki Kommersiya Məhkəməsinə müraciət etmişdir. Məhkəmə, iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri araşıdırıb hesab edir ki, iddia tələbinin “cavabdehlər X1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 mülkiyyətində olan Zaqatala rayonu, Yuxarı Tala kəndində 0, 067 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəltmə edildikdən və satıldıqdan 1 ay sonra həmin evdən istifadə hüquqlarının itirilməsi, onların fərdi yaşayış evindən çıxarılması, əmlakın boşaldılması və fərdi yaşayış evinin alıcıya təhvil verilməsi” hissəsinə isə işə məhkəmədə baxılmalı olmadığından xitam verilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1 - yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2 - ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya və Mülki kollegiyaları “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 22 iyun 2023-cü il tarixli 02/2023 nömrəli Qərardadına əsasən tərəflər arasında ipoteka müqaviləsi 2018-ci il 28 dekabr tarixinədək bağlanmışdırsa, ipoteka qoyulmuş fərdi yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda “ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsindən ən geci bir ay ərzində çıxarılmalarına dair” iddia tələblərinə mahiyyəti üzrə baxılmalıdır. Tərəflər arasında ipoteka müqaviləsi 2018-ci il 28 dekabr tarixindən sonra bağlanmışdırsa, ipoteka qoyulmuş fərdi yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda “ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələrinə və qeydiyyatdan çıxarılmalarına dair” iddia tələbləri hissəsində iddia ərizəsinin icraata qəbulundan Mülki Prosessual Məcəllənin 153.1 və 153.2.1-ci maddələrinə əsasən imtina olunmalı, əgər iddia artıq icraata qəbul edilmişdirsə, Mülki Prosessual Məcəllənin 261.0 və 261.0.1-ci maddələrinə uyğun olaraq iş üzrə icraata həmin hissədə xitam verilməlidir. Bu isə onu deməyə əsas verir ki, məhkəmə yalnız pulun tutulması və tutulmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı mübahisəyə baxmalıdır. Digər məsələlər isə “İcra Haqqında” və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunlarının tələbi baxımından icra qaydasında həllini tapan məslələrdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Hazırkı iddia tələbinin “cavabdehlər X1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 mülkiyyətində olan Zaqatala rayonu, Yuxarı Tala kəndində 0, 067 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəltmə edildikdən və satıldıqdan 1 ay sonra həmin evdən istifadə hüquqlarının itirilməsi, onların fərdi yaşayış evindən çıxarılması, əmlakın boşaldılması və fərdi yaşayış evinin alıcıya təhvil verilməsi” hissəsinə məhkəmə qaydasında baxılmalı olmadığından məhkəmə hesab edir ki, həmin hissə üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 279, 263-264, 266 -268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər X1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 qarşı “cavabdehlər X1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 mülkiyyətində olan Zaqatala rayonu, Yuxarı Tala kəndində 0, 067 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəltmə edildikdən və satıldıqdan 1 ay sonra həmin evdən istifadə hüquqlarının itirilməsi, onların fərdi yaşayış evindən çıxarılması, əmlakın boşaldılması və fərdi yaşayış evinin alıcıya təhvil verilməsi” hissəsndə işin icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-638/2023
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-638/2023
13.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver