Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-642/2024 10.05.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlu, iddiaçı X1 cavabdeh X2rşı “xx.xx.2017-ci il tarixli akta əsasən hesablanmış 1769.40 manat, xx.xx.2020-ci il tarixli akta əsasən hesablanmış 2961.40 manat, xx.xx.2024-cü il tarixli akta əsasən hesablanmış 3404.50 manat borcun silinməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq müəyyən etdi: İddiaçı X4 cavabdeh X2rşı ərizə ilə müraciət edərək “xx.xx.2017-ci il tarixli akta əsasən hesablanmış 1769.40 manat, xx.xx.2020-ci il tarixli akta əsasən hesablanmış 2961.40 manat, xx.xx.2024-cü il tarixli akta əsasən hesablanmış 3404.50 manat borcun silinməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, hazırki iş üzrə iddianın qiymətinə uyğun olaraq ödənilməli dövlət rüsumu xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 101.35 manat olmalıdır. Buna baxmayaraq iddia ərizəsinin məzmunudan da göründüyü kimi iddiaçı “İstehlakçıların Hüquqlarının Müdafiəsi” ilə bağlı qanunu əsas göstərərək dövlət rüsumunu ödəməmişdir. Məhkəmə qeyd edir ki, qanunda istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı verdikləri iddianın dövlət rüsumundan azad olunması ilə bağlı müddəa nəzərdə tutulsa da, hazırki iş üzrə iddiaçı şəxsi tələbatını ödəyən istehlakçı deyil, sahibkarlıq fəaliyyəti göstərən fərdi sahibkardır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun 1-ci maddəsində göstərilmişdir ki, istehlakçı şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxsdir. Belə olan halda iddiaçı tərəfindən 101.35 manat dövlət rüsumu ödənilməlidir ki, hazırki vəziyyətdə 101.35 manat rüsumun ödənilməsini təsdiq edən sənəd məhkəməyə təqdim edilmədiyindən məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsi və əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə tərəfindən iddiaçının diqqətinə çatdırılır ki, yuxarıda göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: X1 cavabdeh X2rşı “xx.xx.2017-ci il tarixli akta əsasən hesablanmış 1769.40 manat, xx.xx.2020-ci il tarixli akta əsasən hesablanmış 2961.40 manat, xx.xx.2024-cü il tarixli akta əsasən hesablanmış 3404.50 manat borcun silinməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-642/2024
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-642/2024
10.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver