Məhkəmə qərarları › İş №e-2-2(117)-644/2023

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-644/2023

24.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-644/2023 24.07.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “cavabdehlərdən müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 007R********** nömrəli kredit razılaşması üzrə 5756,13 manat məbləğində kredit borcu, 561,19 manat məbləğində faiz borcu, 163,84 manat məbləğində cərimə borcu, Cavabdeh2 007A********** nömrəli kredit müqaviləsi üzrə 595,34 manat məbləğində kredit borcu, 80,69 manat məbləğində faiz borcu, 39,06 manat məbləğində cərimə borcu və ödənilmiş 100 manat məbləğində mediasiya xərcinin tutulması” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı ərizə ilə məhkəməyə müraciət edərək “cavabdehlərdən müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 007R********** nömrəli kredit razılaşması üzrə 5756,13 manat məbləğində kredit borcu, 561,19 manat məbləğində faiz borcu, 163,84 manat məbləğində cərimə borcu, Cavabdeh2 007A********** nömrəli kredit müqaviləsi üzrə 595,34 manat məbləğində kredit borcu, 80,69 manat məbləğində faiz borcu, 39,06 manat məbləğində cərimə borcu və ödənilmiş 100 manat məbləğində mediasiya xərcinin tutulması” tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. AccessBank” Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli 007L**********86 nömrəli uzunmüddətli kredit müqaviləsinə əsasən bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında kredit alana 200000 manat məbləğində uzunmüddətli kredit xəttini açır. Uzunmüddətli kredit xətti bu müqavilə üzrə və onun qüvvədə olduğu müddətdə istənilən ana kredit alanın bank qarşısında faizlər nəzərə alınmadan maksimum borclanma həddidir. Həmin uzunmüddətli kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixli 007R********** nömrəli kredit razılaşmasının 1.1-ci və 1.2-ci hissələrinə əsasən bank məbləği 10000 manat olan krediti aylıq faiz dərəcəsi 2,0833% olmaqla 24 ay müddətinə kredit alana verməyi, kredit alan isə bu kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən kredit məbləğini ona hesablanmış faizlə birlikdə banka qaytarmağı öz öhdəsinə götürmüşdür. xx.xx.2021-ci il tarixli 007R********** nömrəli kredit razılaşmasının 4.1.1-ci bəndinin tələbinə görə kredit razılaşması imzalandıqdan sonra 30 gün ərzində kredit alan 10000 manat məbləğində krediti hesabından çıxarmazsa, bank kredit alana kredit verməkdən imtina etmək və ondan bu kredit razılaşmasının 1.1-ci bəndində göstərilmiş illik faiz dərəcəsinin 1/12 hissəsinə bərabər məbləğdə cərimə faizi hesablayıb tələb etmək hüququna malikdir. 4.2.2-ci bəndinin tələbinə görə kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1% məbləğində cərimə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2021-ci il tarixli 007A********** nömrəli kredit razılaşmasının 1.1-ci və 1.2-ci hissələrinə əsasən bank məbləği 1600 manat olan krediti aylıq faiz dərəcəsi 2,0833% olmaqla 12 ay müddətinə kredit alana verməyi, kredit alan isə bu kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına uyğun olaraq krediti və faizi banka qaytarmağı öz öhdəsinə götürmüşdür. Həmin kredit razılaşmasının 4.1.3-cü bəndinin tələbinə görə bu müqavilə imzalandıqdan sonra 30 gün ərzində kredit alan krediti hesabından çıxarmazsa, bank kredit alana kredit verməkdən imtina etmək və ondan bu kredit razılaşmasının 1.1-ci bəndində göstərilmiş illik faiz dərəcəsinin 1/12 hissəsinə bərabər məbləğdə cərimə faizi hesablayıb tələb etmək hüququna malikdir. 4.2.3-cü bəndinin tələbinə görə kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1% məbləğində cərimə ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqavilələrinə əlavə hesab olunan ödəniş planlarından görünür ki, cavabdeh xx.xx.2021-ci il tarixli 007A********** nömrəli kredit razılaşması üzrə kredit vəsaitini hər ay 151 manat, sonuncu ay isə 156,86 manat, xx.xx.2021-ci il tarixli 007R********** nömrəli kredit razılaşması üzrə kredit vəsaitini hər ay 536 manat, sonuncu ay isə 538,42 manat olmaqla annuitet qaydada ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışlarından məlum olur ki, xx.xx.2021-ci il tarixli 007R********** nömrəli kredit razılaşması üzrə Cavabdeh2 5756,13 manat əsas, 561,19 manat faiz, 163,84 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli 007A********** nömrəli kredit razılaşması üzrə isə 595,34 manat əsas, 80,69 manat faiz, 39,06 manat cərimə borcu mövcuddur. xx.xx.2021-ci il tarixli 007S**********01 nömrəli (zamin Cavabdeh1), xx.xx.2017-ci il tarixli 007S**********04 nömrəli (zamin Cavabdeh4), xx.xx.2017-ci il tarixli 007S**********03 nömrəli (zamin Cavabdeh5), xx.xx.2018-ci il tarixli 007S**********01 nömrəli (zamin Cavabdeh3) zaminlik müqavilələrindən görünür ki, həmin müqavilə bankla borclu – Cavabdeh2 arasında kredit müqaviləsi, “Bank qarantiyası verilməsi haqqında müqavilə”, “Akkreditiv açılması üçün razılaşma” (gələcəkdə bağlanacaq) və “Bank hesabının kreditləşməsi barədə razılaşma” formasında ayrıca razılaşmalar (Kredit razılaşmaları) üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanmışdır. Zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən, borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüş və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımasını bəyan etmişdir. Həmin müqavilələrin 4.1-ci bəndinə əsasən bu müqavilələr imzalandığı andan qüvvəyə minir və uzunmüddətli kredit müqaviləsinin müddəti bitdikdən sonra 3 (üç) il müddətinə qüvvədədir. xx.xx.2021-ci il tarixli köçürmə sənədi üzrə 1600 manat pul vəsiti, xx.xx.2021-ci il tarixli köçürmə sənədi üzrə 10000 manat pul vəsaiti Cavabdeh2 AZ60ACAB******************** nömrəli hesabına köçürülmüşdür. Lakin Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirməmiş və zaminlər də bu öhdəliklər üzrə kreditor qarşısında borclu ilə birgə məsuliyyət daşıdığından onların birgə ödənilməmiş borcları qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildiriş göndərilmiş, xx.xx.2023-cü il tarixdə təqdim olunmasına baxmayaraq, iddia tələbinə qarşı əsaslandırılmış etirazlarını müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim etməmişlər. Məhkəmə, MPM-in 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara kredit müqavilələri, zaminlik müqavilələri, maliyyə arayışları və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (Azərbaycan Respublikası Mülki Məcəlləsi (bunan sonra mətndə MM)maddə - 385.1, 386.1, 449.1, 470.1, 472.1, 739.2). İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, AccessBank” Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli 007L**********86 nömrəli uzunmüddətli kredit müqaviləsinə əsasən bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında kredit alana 200000 manat məbləğində uzunmüddətli kredit xəttini açır. Uzunmüddətli kredit xətti bu müqavilə üzrə və onun qüvvədə olduğu müddətdə istənilən ana kredit alanın bank qarşısında faizlər nəzərə alınmadan maksimum borclanma həddidir. Həmin uzunmüddətli kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixli 007R********** nömrəli kredit razılaşmasının 1.1-ci və 1.2-ci hissələrinə əsasən bank məbləği 10000 manat olan krediti aylıq faiz dərəcəsi 2,0833% olmaqla 24 ay müddətinə kredit alana verməyi, kredit alan isə bu kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən kredit məbləğini ona hesablanmış faizlə birlikdə banka qaytarmağı öz öhdəsinə götürmüşdür. xx.xx.2021-ci il tarixli 007R********** nömrəli kredit razılaşmasının 4.1.1-ci bəndinin tələbinə görə kredit razılaşması imzalandıqdan sonra 30 gün ərzində kredit alan krediti hesabından çıxarmazsa, bank kredit alana kredit verməkdən imtina etmək və ondan bu kredit razılaşmasının 1.1-ci bəndində göstərilmiş illik faiz dərəcəsinin 1/12 hissəsinə bərabər məbləğdə cərimə faizi hesablayıb tələb etmək hüququna malikdir. 4.2.2-ci bəndinin tələbinə görə kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1% məbləğində cərimə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2021-ci il tarixli 007A********** nömrəli kredit razılaşmasının 1.1-ci və 1.2-ci hissələrinə əsasən bank məbləği 1600 manat olan krediti aylıq faiz dərəcəsi 2,0833% olmaqla 12 ay müddətinə kredit alana verməyi, kredit alan isə bu kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına uyğun olaraq krediti və faizi banka qaytarmağı öz öhdəsinə götürmüşdür. Həmin kredit razılaşmasının 4.1.3-cü bəndinin tələbinə görə bu müqavilə imzalandıqdan sonra 30 gün ərzində kredit alan krediti hesabından çıxarmazsa, bank kredit alana kredit verməkdən imtina etmək və ondan bu kredit razılaşmasının 1.1-ci bəndində göstərilmiş illik faiz dərəcəsinin 1/12 hissəsinə bərabər məbləğdə cərimə faizi hesablayıb tələb etmək hüququna malikdir. 4.2.3-cü bəndinin tələbinə görə kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1% məbləğində cərimə ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqavilələrinə əlavə hesab olunan ödəniş planlarından görünür ki, cavabdeh xx.xx.2021-ci il tarixli 007A********** nömrəli kredit razılaşması üzrə kredit vəsaitini hər ay 151 manat, sonuncu ay isə 156,86 manat, xx.xx.2021-ci il tarixli 007R********** nömrəli kredit razılaşması üzrə kredit vəsaitini hər ay 536 manat, sonuncu ay isə 538,42 manat olmaqla annuitet qaydada ödəməyi öhdəsinə götürmüşdür. Maliyyə arayışları ilə xx.xx.2021-ci il tarixli 007R********** nömrəli kredit razılaşması üzrə Cavabdeh2 5756,13 manat əsas, 561,19 manat faiz, 163,84 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli 007A********** nömrəli kredit razılaşması üzrə isə 595,34 manat əsas, 80,69 manat faiz, 39,06 manat cərimə borcunun olması təsdiq olunur. xx.xx.2021-ci il tarixli 007S**********01 nömrəli (zamin Cavabdeh1), xx.xx.2017-ci il tarixli 007S**********04 nömrəli (zamin Cavabdeh4), xx.xx.2017-ci il tarixli 007S**********03 nömrəli (zamin Cavabdeh5), xx.xx.2018-ci il tarixli 007S**********01 nömrəli (zamin Cavabdeh3) zaminlik müqavilələrindən görünür ki, həmin müqavilə bankla borclu – Cavabdeh2 arasında kredit müqaviləsi, “Bank qarantiyası verilməsi haqqında müqavilə”, “Akkreditiv açılması üçün razılaşma” (gələcəkdə bağlanacaq) və “Bank hesabının kreditləşməsi barədə razılaşma” formasında ayrıca razılaşmalar (Kredit razılaşmaları) üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanmışdır. Zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən, borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüş və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımasını bəyan etmişdir. Həmin müqavilələrin 4.1-ci bəndinə əsasən bu müqavilələr imzalandığı andan qüvvəyə minir və uzunmüddətli kredit müqaviləsinin müddəti bitdikdən sonra 3 (üç) il müddətinə qüvvədədir. xx.xx.2021-ci il tarixli köçürmə sənədi üzrə 1600 manat pul vəsiti, xx.xx.2021-ci il tarixli köçürmə sənədi üzrə 10000 manat pul vəsaiti Cavabdeh2 AZ60ACAB******************** nömrəli hesabına köçürülmüşdür. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı öhdəliklərini yerinə yetirmiş 10000 manat və 1600 manat pul vəsitləri ayrı-ayrılıqda Cavabdeh2 AZ60ACAB******************** nömrəli hesabına köçürülmüş, lakin Cavabdeh2 kredit müqavilələri üzrə öhdəliklərini tam yerinə yetirmədiyindən hər iki kredit müqaviləsi üzrə ödənilməmiş borcu qalmışdır. İş üzrə zamin qismində qeyd olunmuş şəxslərlə bağlanmış zaminlik müqavilələri xx.xx.2017-ci il tarixli 007L**********86 nömrəli uzunmüddətli kredit müqaviləsi və həmin uzunmüddətli kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixli 007R********** nömrəli kredit razılaşmasından irəli gələn öhdəliklərin icrasının təminatı məqsədilə bağlanıldığından və zaminlər borc alanla birgə bank qarşısında birgə məsuliyyəti öz üzərlərinə götürüdüyündən həmin müqavilələr üzrə yaranmış 5756,13 manat məbləğində kredit borcu, 561,19 manat məbləğində faiz borcu əsas borclu Cavabdeh2n və zaminlərdən birgə qaydada tutulmalıdır. Digər 007A********** nömrəli kredit müqaviləsi üzrə yaranmış 595,34 manat məbləğində kredit borcu, 80,69 manat məbləğində faiz borcu Cavabdeh2 iddiaçı AccessBank” QSC-nin xeyrinə tutulmalıdır. Məhkəməyə əsas və faiz borcu ilə bağlı cavabdehlər hər hansı bir etiraz və ya dəlil bildirmədiklərindən, həmçinin məhkəmədə qeyd edilən borcların mövcud olmadığına və ya məbləğinin daha az miqdarda olmasına dair hər hansı şübhə yaranmadığından əlavə araşdırma aparılmamışdır. Məhkəmə iddia tələbinin “007R********** nömrəli kredit razılaşması üzrə 163,84 manat və 007A********** nömrəli kreit razılaşması üzrə 39,06 manat məbləğində cərimə borclarının tutulması” hissəsinə münasibətdə bildirir ki, tərəflər arasında bağlanmış 007A********** nömrəli kredit müqaviləsinin 4.2.3-cü bəndinə və 007R********** nömrəli kredit müqaviləsinin 4.2.2-ci bəndinə əsasən ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, kredit alan hər gecikdirilən gün üçün kreditin qalığının 0,1% məbləğində cərimə ödəməyə borcludur. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə tərəflərin mənafelərini nəzərə alıb tənasübsüz yüksək müəyyən edilən 163,84 manat cərimə məbləğinin 16 manat, 39,06 manat cərimə məbləğinin 4 manat həddində təmin edilməsini ədalətli və qanuni hesab edir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək cavabdehlərdən 007R********** nömrəli kredit razılaşması üzrə 5756,13 manat əsas borc, 561,19 manat məbləğində faiz borcu və 16 manat cərimə borcu, Cavabdeh2 007A********** nömrəli kredit razılaşması üzrə 595,34 manat əsas borc, 80,69 manat məbləğində faiz borcu və 4 manat cərimə borcu tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənlməsi hissəsində təmin edilməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edilsə də, əsas borc məbləği əsasən dəyişmədiyindən 100 manat mediasiya xərci, ödənilməli olan 91,96 manat dövlət rüsumu cavabdehlərdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 007R********** nömrəli kredit razılaşması üzrə 5756,13 manat əsas borc, 561,19 manat məbləğində faiz borcu və 16 manat cərimə borcu, Cavabdeh2 007A********** nömrəli kredit razılaşması üzrə 595,34 manat əsas borc, 80,69 manat məbləğində faiz borcu və 4 manat cərimə borcu və 100 manat mediasiya xərci tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilməmiş 91,96 manat dövlət rüsumu cavabdehlərdən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar