Məhkəmə qərarları › İş №e-2-2(117)-650/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-650/2024

04.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-650/2024 04.07.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, Mövsümova Günel Namizət qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “cavabdehlərdən müştərək qaydada 019A********** saylı kredit razılaşması üzrə 3597.22 manat məbləğində kredit borcu, 460.18 manat məbləğində faiz borcu və 146.75 manat cərimə borcu, 019R********** saylı kredit razılaşması üzrə 22096.98 manat məbləğində kredit borcu, 4219.87 manat məbləğində faiz borcu, 1336.04 manat cərimə borcu olmaqla ümumilikdə 31857.04 manat məbləğində borcun və ödənilmiş 210 manat mediasiya xərcinin, 185.57 manat dövlət rüsumunun tutulması” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “cavabdehlərdən müştərək qaydada 019A********** saylı kredit razılaşması üzrə 3597.22 manat məbləğində kredit borcu, 460.18 manat məbləğində faiz borcu və 146.75 manat cərimə borcu, 019R********** saylı kredit razılaşması üzrə 22096.98 manat məbləğində kredit borcu, 4219.87 manat məbləğində faiz borcu olmaqla ümumilikdə 31857.04 manat məbləğində borcun və ödənilmiş 210 manat mediasiya xərcinin, 185.57 manat dövlət rüsumunun tutulması” tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda İddiaçı Qapalı Səhmdar Cəmiyyəti xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbində qeyd edilmiş “019R********** saylı kredit razılaşması üzrə 22096.98 manat məbləğində kredit borcu, 4219.87 manat məbləğində faiz borcu” ifadəsinin “019R********** saylı kredit razılaşması üzrə 22096.98 manat məbləğində kredit borcu, 4219.87 manat məbləğində faiz borcu, 1336.04 manat cərimə borcu” ifadəsi kimi düzəliş edilməsini xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli 019A********** saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən bank tərəfindən cavabdehə 24 ay müddətinə,aylıq faiz dərəcəsi 2% olmaqla 5000 manat məbləğində kredit verilmişdir. Kredit üqaviləsinin 4.1.3-cü bəndinin tələbinə görə kredit razılaşması imzalandıqdan sonra 30 gün ərzində kredit alan krediti hesabından çıxarmazsa, bank kredit alana kredit verməkdən imtina etmək və ondan bu kredit müqaviləsinin 1.1-ci bəndində göstərilmiş illik faiz dərəcəsi 1/12 hissəsinə tətbiq edilməklə cərimə faizi hesablayıb tələb etmək hüququna malikdir. Həmin müqavilənin 4.1.5-ci bəndinin tələbinə görə kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,02% məbləğində cərimə ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanada İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 019L**********73 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 120 ay müddətinə, 100000 manat məbləğində kredit xətti açılmışdır. Həmin kredit müqaviləsinə əsasən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 019R********** saylı kredit razılaşmasına əsasən bank tərəfindən cavabdehə 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% olmaqla 30 000 manat məbləğində kredit verilmişdir. 019R********** saylı kredit razılaşmasının 1.2-ci bəndinə əsasən kredit alan bu razılaşmanın ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına uyğun olaraq krediti və faizi banka qaytarmağı öz öhdəsinə götürür. Həmin razılaşmanın 4.1.1-ci bəndinin tələbinə görə kredit razılaşması imzalandıqdan sonra 30 gün ərzində kredit alan krediti hesabından çıxarmazsa, bank kredit alana kredit verməkdən imtina etmək və ondan bu kredit müqaviləsinin 1.1-ci bəndində göstərilmiş illik faiz dərəcəsi 1/12 hissəsinə tətbiq edilməklə cərimə faizi hesablayıb tələb etmək hüququna malikdir. Razılaşmanın 4.2.2-ci bəndinin tələbinə görə kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1% məbləğində cərimə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli ödəniş cədvəlindən görünür ki, cavabdeh 019R********** saylı kredit razılaşması üzrə xx.xx.2022-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək hər ay 1160.00 manat, sonuncu ay isə 1141.96 manat ödəniş etməyi öz öhdəsinə götürmüşdür. Məhkəməyə təqdim edilmiş köçürmə sənədlərindən görünür ki, müvafiq olaraq 5000 manat və 30 000 manat vəsait Cavabdeh2 **********964764 nömrəli bank hesabına köçürülmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2024-cü il tarixə 019R********** saylı razılaşma üzrə 22096.98 manat əsas, 4219.87 manat faiz, 356 gün gecikdirilmə üçün hesablanmış 1336.04 manat cərimə borcu olmaqla ümumilikdə 27652.89 manat borcu, 019A********** saylı kredit müqaviləsi üzrə isə 3597.22 manat əsas, 460.18 manat faiz, 204 gün gecikdirilmə üçün hesablanmış 146.75 manat cərimə borcu olmaqla ümumilikdə 4204.15 manat borcu mövcuddur. xx.xx.2021-ci il tarixli 019S**********02 nömrəli (zamin Cavabdeh1), 019S**********03 nömrəli (zamin Cavabdeh4), 019S**********04 nömrəli (zamin Cavabdeh3) zaminlik müqavilələrindən görünür ki, həmin müqavilələr bankla borclu – Cavabdeh2 arasında uzunmüddətli kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanmışdır. Zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən, borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüş və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımasını bəyan etmişdir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı andan qüvvəyə minir və uzunmüddətli kredit müqaviləsinin müddəti bitdikdən sonra 3 (üç) il müddətinə qüvvədədir. Cavabdehlər kredit müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirməmiş və nəticədə onların ödənilməmiş borcları qalmışdır. Cavabdeh2 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, bankdan krediti götürüb. Bir il ərzində krediti vaxtlı-vaxtında ödəmiş, sonradan ödəyə bilməmişdir. Borcu qəbul edir, maddi imkanı olmadığına görə borcu ödəyə bilmir, cərimə borcunun silinməsini məhkəmədən xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi və cavabdehlər məhkəmə iclasında özlərinin və ya nümayəndələrinin iştirakını təmin etməmişlər. İddiaçı tərəf məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə baxış iclasına iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehlər isə gəlməmələrinin üzürlü səbəbləri barədə məlumat verməmişdiur. Məhkəmə iştirak etməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara kredit müqaviləsi, zaminlik müqavilələri, maliyyə arayışı, ödəniş planı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbayacan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM): 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli 019A********** saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən bank tərəfindən cavabdehə 24 ay müddətinə,aylıq faiz dərəcəsi 2% olmaqla 5000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 4.1.3-cü bəndinin tələbinə görə kredit razılaşması imzalandıqdan sonra 30 gün ərzində kredit alan krediti hesabından çıxarmazsa, bank kredit alana kredit verməkdən imtina etmək və ondan bu kredit müqaviləsinin 1.1-ci bəndində göstərilmiş illik faiz dərəcəsi 1/12 hissəsinə tətbiq edilməklə cərimə faizi hesablayıb tələb etmək hüququna malikdir. Həmin müqavilənin 4.1.5-ci bəndinin tələbinə görə kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,02% məbləğində cərimə ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamnada İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 019L**********73 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 120 ay müddətinə, 100000 manat məbləğində kredit xətti açılmışdır. Həmin uzunmüddətli kredit müqaviləsinə əsasən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 019R********** saylı kredit razılaşmasına əsasən bank tərəfindən cavabdehə 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% olmaqla 30 000 manat məbləğində kredit verilmişdir. 019R********** saylı kredit razılaşmasının 1.2-ci bəndinə əsasən kredit alan bu razılaşmanın ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına uyğun olaraq krediti və faizi banka qaytarmağı öz öhdəsinə götürür. Həmin razılaşmanın 4.1.1-ci bəndinin tələbinə görə kredit razılaşması imzalandıqdan sonra 30 gün ərzində kredit alan krediti hesabından çıxarmazsa, bank kredit alana kredit verməkdən imtina etmək və ondan bu kredit müqaviləsinin 1.1-ci bəndində göstərilmiş illik faiz dərəcəsi 1/12 hissəsinə tətbiq edilməklə cərimə faizi hesablayıb tələb etmək hüququna malikdir. Razılaşmanın 4.2.2-ci bəndinin tələbinə görə kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1% məbləğində cərimə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli ödəniş cədvəlindən görünür ki, cavabdeh 019R********** saylı kredit razılaşması üzrə xx.xx.2022-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək hər ay 1160.00 manat, sonuncu ay isə 1141.96 manat ödəniş etməyi öz öhdəsinə götürmüşdür. Məhkəməyə təqdim edilmiş köçürmə sənədlərindən görünür ki, müvafiq olaraq 5000 manat və 30 000 manat vəsait Cavabdeh2 **********964764 nömrəli bank hesabına köçürülmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2024-cü il tarixə 019R********** saylı razılaşma üzrə 22096.98 manat əsas, 4219.87 manat faiz, 356 gün gecikdirilmə üçün hesablanmış 1336.04 manat cərimə borcu olmaqla ümumilikdə 27652.89 manat borcu, 019A********** saylı kredit müqaviləsi üzrə isə 3597.22 manat əsas, 460.18 manat faiz, 204 gün gecikdirilmə üçün hesablanmış 146.75 manat cərimə borcu olmaqla ümumilikdə 4204.15 manat borcu mövcuddur. xx.xx.2021-ci il tarixli 019S**********02 nömrəli (zamin Cavabdeh1), 019S**********03 nömrəli (zamin Cavabdeh4), 019S**********04 nömrəli (zamin Cavabdeh3) zaminlik müqavilələrindən görünür ki, həmin müqavilələr bankla borclu – Cavabdeh2 arasında uzunmüddətli kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanmışdır. Zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən, borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüş və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımasını bəyan etmişdir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı andan qüvvəyə minir və uzunmüddətli kredit müqaviləsinin müddəti bitdikdən sonra 3 (üç) il müddətinə qüvvədədir. Cavabdehlər kredit müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirməmiş və nəticədə onların ödənilməmiş borcları qalmışdır. Eyni zamanda Cavabdeh2 əvvəlki məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, bankdan krediti götürüb. Bir il ərzində krediti vaxtlı-vaxtında ödəmiş, sonradan ödəyə bilməmişdir. Borcu qəbul edir, maddi imkanı olmadığına görə borcu ödəyə bilmir, cərimə borcunun silinməsini məhkəmədən xahiş etdi. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehlərdən 019R********** saylı kredit razılaşması üzrə 22096.98 manat əsas, 4219.87 manat faiz borcunu, 019A********** saylı kredit müqaviləsi üzrə isə 3597.22 manat əsas, 4219.87 manat faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır. Cavabdehlər iddia tələbi ilə bağlı hər hansı bir etiraz bildirməmiş, borc məbləğlərini mübahisələndirməmiş, bu səbəbdən məhkəmə borc məbləği ilə bağlı hər hansı bir əsaslı arqument olmadığından əlavə araşdırma, yəni ekspertiza təyin etmə, sorğu vermə və.s və digər prosessual hərəkətlər aparmamışdır. Eyni zamanda məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış zaminlik müqavilələrindən də aydın olurnur ki, həmin müqavilələr bankla borclu – Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixli 019L**********73 saylı uzunmüddətli kredit müqaviləsi, kredit razılaşması, bank qarantiyasının verilməsi haqqında müqavilə, akkreditiv açılması üçün razılaşma, bank hesabının kreditləşdirilməsi barədə razılaşma üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanmışdır. Lakin tərəflər arasında bağlanmış olan 019A********** saylı kredit müqaviləsindən də görünür ki, həmin müqavilə xx.xx.2022-ci il tarixində imzalanmışdır. Buradan aydın olur ki, 019A********** saylı kredit müqaviləsi, zaminlik müqavilələrindən daha öncə imzalanmışdır və zaminlik müqavilələrində həmin kredit meqaviləsi ilə bağlı hər hansı bir öhdəlik qeyd olunmamışdır. Bu səbəbdən də iddiaçı tərəfindən tələb olunan 019R********** saylı kredit razılaşması üzrə 22096.98 manat məbləğində kredit borcu, 4219.87 manat məbləğində faiz borcu, 1336.04 manat cərimə borcu cavabdehlərdən müştərək qaydada, digər müqavilə olan 019A********** saylı kredit müqaviləsi üzrə 3597.22 manat məbləğində kredit borcu, 460.18 manat məbləğində faiz borcu və 146.75 manat cərimə borcu isə yalnız Cavabdeh2 tutulmalıdır. Məhkəmə iddia tələbinin “146.75 manat məbləğində cərimə borcunun tutulması” hissəsinə münasibətdə bildirir ki, tərəflər arasında bağlanmış razılaşmanın 4.2.2-ci bəndinə əsasən kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, kredit alan hər gecikdirilən gün üçün kredit qalığının 0,1% məbləğində cərimə ödəməyə borcludur. Məhkəmə iddia tələbinin müvafiq olaraq “1336.04 manat məbləğində cərimə borcunun tutulması” hissəsinə münasibətdə bildirir ki, tərəflər arasında bağlanmış müqavilənin 4.1.5-ci bəndinə əsasən ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, kredit alan hər gecikdirilən gün üçün kreditin qalığının 0,02% məbləğində cərimə ödəməyə borcludur. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə tərəflərin mənafelərini nəzərə alıb tənasübsüz yüksək müəyyən edilən cərimə məbləğinin 019A********** saylı razılaşma üzrə 50 manat, 019R********** saylı razılaşma üzrə isə 200 manat həddində təmin edilməsini ədalətli və qanuni hesab edir. Məhkəmə yuxarıda qeyd olunanları ümumiləşdirərək hesab edir ki, 019R********** saylı kredit razılaşması üzrə 22096.98 manat məbləğində kredit borcu, 4219.87 manat məbləğində faiz borcu, 200 manat məbləöğində cərimə borcu cavabdehlərdən müştərək qaydada, 019A********** saylı kredit müqaviləsi üzrə 3597.22 manat məbləğində kredit borcu, 4219.87 manat məbləğində faiz borcu, 50 manat məbləğində cərimə borcu isə Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı 185,57 manat dövlət rüsumunun ödənilməsini tələb etsə də, qeyd edilən rüsumun dövlət büdcəsinə ödənilməsi barədə sübut iş materiallarına əlavə edilmədiyindən həmin xərcin tutulması əsaslı hesab edilmir. İddiaçı 210 manat mediasiya xərci tələb edir ki, iş materiallarında olan arayşdan müəyyən edilir ki, mediasiya təşkilatına qeyd edilən məbləğin ödənildiyi görünür. Lakin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 iyul tarixli 308 nömrəli Qərarı ilə təsdiq edilmiş “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın müəyyən edilməsi” nin 3.5-ci bənində əsasən iddia qiyməti 10001 manatdan 50000 manatadək olduqda 200 manat mediasiya xərci ödənilir. İddiaçının tələbi əsas və faiz borcuna münasibətdə təmin edildiyindən mediasiya xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada 019R********** saylı kredit razılaşması üzrə 22096.98 manat məbləğində kredit borcu, 4219.87 manat məbləğində faiz borcu, 200 manat məbləğində cərimə borcu tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh2 019A********** saylı kredit müqaviləsi üzrə 3597.22 manat məbləğində kredit borcu, 4219.87 manat məbləğində faiz borcu, 50 manat məbləğində cərimə borcu tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh2 200 manat mediasiya xərci tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar