Məhkəmə qərarları › İş №e-2-2(117)-657/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-657/2025

31.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-657/2025 31.07.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, İddiaçı, Üçüncü şəxs Aqrarkredit QSC BOKT-un nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “16400 manat ödənilməmiş borcun və 139.2 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Şəki Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra mətndə-iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra mətndəcavabdeh) qarşı iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, “16400 manat ödənilməmiş borcun və 139.2 manat ödənilmiş dövlət rüsumunun” tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 15 fevral 2021-ci il tarixdə “X2 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “Yaşıl tütünün alqı-satqısına dair” B-2021- 07 saylı müqavilə bağlanmış, icarəsində olan 9 ha torpaq əkin sahəsinin 70% həcmində NC-291 və 30% həcmində CC-143 “Vircinya” tipli tütün toxumunun və şitilinin müvafiq aqrotexniki qaydalara uyğun olaraq əkilməsi, becərilməsi, yetişdirilməsi və yığımını həyata keçirib tam həcmdə (müxtəlif toxum növlərindən alınan yarpaqları qarışdırmamaq şərtilə) "xxxx" MMC-yə satmağı öhdəsinə götürmüş, "xxxx" MMC isə öz növbəsində istehsal etdiyi yaşıl tütünü texniki şərtlərə və növlərə uyğun qəbul etməyi, onun dəyərini müqavilə üzrə nəzərdə tutulmuş qaydada müəyyənləşdirməyi və qəbul olunmuş yaşıl tütünün dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. 15 fevral 2021-ci il tarixdə "xxxx" MMC , "xxxx" MMCnin tabeliyində fəaliyyət göstərən X1 və Emalı Məntəqəsi istifadəsində olan torpaq sahəsində yaşıl tütün tədarük edib təhvil vermək üçün lazım olan pul vəsaitini təmin etmək məqsədilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının Şəki filialı ilə TM-371/21 saylı, çoxtərəfli kredit müqaviləsi bağlamışdır. Müqaviləyə əsasən "xxxx" QSC BOKT ona tütün əkini üçün illik 8,5 faizlə, 12 ay müddətinə, faiz borcunun ödənişi hər ay, əsas borc ödənişi 7-ci aydan başlayaraq, xx.xx.2022-cil tarixədək tam ödənilmək şərtilə 15 000 manat məbləğində kredit vermişdir. Müqavilə şərtləri əsasında götürdüyü öhdəliyi tam olaraq yerinə yetirmiş və Azərtütün ASK MMC-nin tütünü qəbul etməmək bəhanəsi ilə bir çox maneələrə baxmayaraq 70 ton yaşıl tütünü çox çətinliklərlə də olsa təhvil vermiş, lakin təhvil verdiyi yaşıl tütünün miqdarı və dəyəri ilə bağlı qaimə-fakturaları əldə edə bilsə də tütünün dəyərini Azərtütün ASK MMC-dən ala bilməmişdir. Təhvil verdiyi tütünün dəyəri cəmi 16.400 manat təşkil edir.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 425.1-ci, 442-ci, 472.1-ci, 472.2-ci, 500.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 149-150-ci maddələri göstərilmişdir.

4. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(117)-657/2025 nömrəli qərardadı ilə iddia ərizəsi icraata qəbul edilmişdir.

İİ. Tərəflərin mövqeləri:

5. İddiaçı məhkəmə iclasında iddia tələbinə uyğun izahat verərək iddiasının təmin edilməsini məhkəmədən xahiş etmişdir.

6. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi Nümayəndə bildirmişdir ki, iddiaçı ilə təmsil etdiyi Bank arasında 15000 manat məbləğində kredit müqaviləsi bağlanmış, iddiaçı tütün yetişdirib, bankdan götürdüyü kredit borcunu ödəməli idi. 2021-ci ildə bank tərəfindən iddiaçıya tütün yetişdirməsi üçün ümumilikdə 3077 manat vəsait onun kartına köçürülmüşdür. İddiaçı tərəfindən təhvil verilmiş tütünə görə ödənilən vəsaitin ümumi məbləği 6456,55 manat təşkil edir.

7. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat (elektron kabinet vasitəsilə) verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

İİİ. Məhkəmə baxışının hədləri:

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

İV. Tətbiq edilən hüquq:

13. Azərbaycan Respublikasının Konstitusiyası

M a d d ə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı

- İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. - İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. - İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. - İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. M a d d ə 1 2 5 . Məhkəmə hakimiyyətinin həyata keçirilməsi

- Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

Maddə 1 2 7 . Hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri

- İ. Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. - İİ. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. - İV. Ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. - Vİİ. Məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. - Vİİİ. Məhkəmə icraatının istənilən mərhələsində hər kəsin müdafiə hüququ təmin olunur.

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

- 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. - 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. - 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: - 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

V. Sübutların tədqiqi:

16. Borcverən "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatı ilə Borcalan İddiaçı, Alıcı "xxxx" MMC və Tədarükçü "xxxx" MMC-nin X1 və Emalı Məntəqəsi arasında tütün əkini üçün xx.xx.2022-ci il tarixədək xx.xx.2021-ci il tarixli TM-371/21 nömrəli kredit müqaviləsi bağlanmışdır.

17. Həmin kredit müqaviləsi ilə iddiaçıya illik 8,5 faizlə əsas və faiz borcları xx.xx.2022-ci il tarixədək tam ödənilmək şərtilə 15000 manat kredit verilmişdir.

18. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən bu müqavilənin şərtləri daxilində borcalan özünəməxsus olan və ya icarəyə götürdüyü (notarial qaydada və yaxud yerli icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş icarə müqaviləsi əsasında) Balakən rayonu, Talalar kəndi ərazisində 9 ha torpaq sahəsində borcverəndən kredit şəklində aldığı pul vəsaiti ilə tütün istehsal etməyi, lazımi aqrotexniki tədbirləri yerinə yetirməyi və əldə edilmiş yaşıl tütün yarpağını bu müqavilə ilə müəyyən edilmiş qiymətlə, mövcud standartlara və texniki tələblərə uyğun olaraq yalnız tədarükçüyə təhvil verməyi, tədarükçü məhsulu qəbul etməyi, alıcı isə məhsulun dəyərini borcalana ödəməyi öhdəsinə götürmüşdür.

19. Müqavilənin 2.3.1-ci bəndinə əsasən Tədarükçünün öhdəliklərinə: Borcalanın yaşıl tütünü digər fiziki və hüquqi şəxslərə satılmasını və ya təhvil verilməsini aşkar etdikdə bu barədə Alıcıya məlumat vermək; Borcalanın təqdim etdiyi yaşıl tütünü alqı-satqı müqaviləsində qeyd edilən keyfiyyət göstəricilərinin tələblərinə uyğun şəkildə qəbul etmək və onun dəyərini müqavilədə müəyyən edilmiş qiymətlərlə ödənilməsi üçün sənədləri Alıcıya təqdim etmək; Məhsul yığımından əvvəl tərəflərin nümayəndələrinin və Borcalanın iştirakı ilə tütünün bioloji məhsuldarlığını müəyyən etmək və müvafiq akt tərtib etmək; Mövcud standartlara, alqı-satqı müqaviləsində qeyd edilən keyfiyyət göstəricilərinə uyğun tütünü qəbul etmək, yararsız tütünü qəbul etməmək və bunu müvafiq qaydada aktlaşdırmaq və digərləri daxildir.

20. Müqavilənin 2.4.2-ci bəndinə əsasən Alıcının öhdəliklərinə : Tədarükçü tərəfindən qəbul edilmiş yaşıl tütün yarpağının dəyərini Borcalan tərəfindən müvafiq qaimə qəbul edilən tarixdən 10 gündən gec olmayaraq Borcalanın Borcverəndə olan Hesabına ödəmək daxildir.

21. İddiaçı və "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli B-2021-07 nömrəli yaşıl tütünün alqı-satqısına dair müqavilənin:

22. 1.1-ci maddəsinə əsasən, fermer öz mülkiyyətində, istifadəsində və ya icarəsində olan 6 ha torpaq əkin sahəsinin 70% həcmində NC-291 və 30% həcmində CC-143 “Vircinya” tipli tütün toxumunun və ştilinin müvafiq aqrotexniki qaydalara uyğun olaraq alınan yarpaqları qarışdırmamaq şərtilə) alıcıya satmağı, alıcı isə fermerin istehsal etdiyi yaşıl tütünü texniki şərtlərə və növlərə uyğun qəbul etməyi və onun dəyərini bu müqavilə üzrə nəzərdə tutulmuş qaydada müəyyənləşdirməyi, alıcı isə qəbul edilmiş yaşıl tütünün müəyyənləşdirilmiş dəyərini fermerə ödəməyi öhdəsinə götürür.

23. 3.1.2-ci bəndinə əsasən, fermer, mülkiyyətində olan və ya icarə (istifadə) müqaviləsi əsasında istifadə etdiyi 6 ha torpaq sahəsində öz işçi qüvvəsi ilə müvafiq aqrotexniki tələblərə əməl etməklə tütün əkinini və becərilməsini həyata keçirir və hər hektardan NC-291 növdən 10 ton, CC-143 növlü tütündən isə 10 tondan az olmamaq şərtilə becərilən yaşıl tütünü tam həcmdə istehsal edib alıcıya təhvil vermək öhdəliyini götürmüşdür.

24. 4.1-ci bəndinə əsasən Alıcı tütün sahələrində görülən əkin, becərmə və yığım proseslərinə daim nəzarət edir, öhdəliyin icrası zamanı aqrotexniki tələblərlə əlaqədar müvafiq qaydada yazılı və şifahi tövsiyələr verir və hesabatlar hazırlayır, 4.2-ci bəndə əsasən Fermerin gətirdiyi yaşıl tütünü bu Müqavilənin 3.1.3-cü bəndinə qeyd edilən şərtlərin tələblərinə uyğun qəbul edir və onun dəyərini bu Müqaviləyə müvafiq olaraq ödənilməsi üçün sənədləri təqdim edir.

25. 7.1-ci bəndinə əsasən, alıcı sinifinə görə qüvvədə olan təlimat və standartlara əsasən yaşıl tütünü fermerden 1-ci sinif (növ) üzrə 0.27 manat/kq, 2-ci sinif (növ) üzrə 0.18 manat/kq, 3-cü sinif (növ) üzrə 0.10 manat/kq olaraq qəbul edir.

26. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixdə Balakən rayonunda iddiaçı və digər fermerlər tərəfindən tərtib edilmiş aktda qeyd edilmişdir ki, Azərtütün məhsulu qəbul etmədiyinə görə yığıma yetişən məhsul ağacın üzərində yararsız hala düşdüyündən ümumilikdə 50% yaşıl tütün yarpağı ağacın üzərində quruyaraq tələf olmuşdur. Dəymiş zərəri yerində müəyyən etmək üçün Balakən rayon Kənd Təsərrüfatı İdarəsinə müraciət olunaraq mütəxəssis dəvət olunsa da, həmin idarədən mütəxəssisin verilməsindən imtina edilmişdir. Həmin akt iddiaçı və digər fermerlər tərəfindən imzalanaraq təsdiqlənmişdir.

27. İşdə olan xx.xx.2021-ci il – xx.xx.2021-ci il tarixədək olan **********8-**********8 nömrəsinədək 18 ədəd malların təhvil-qəbul aktlarının əsillərindən müəyyən edilir ki, "xxxx" MMC tərəfindən İddiaçı cəmi 9 055,54 manat məbləğində yaşıl tütün qəbul etmişdir.

28. İşdə olan xx.xx.2021-ci il tarixli seriya EBBF nömrə 530316 - 508.78 manat, xx.xx.2021-ci il tarixli seriya EBBF nömrə 530572 - 618.05 manat, xx.xx.2021-ci il tarixli seriya EBBF nömrə 530756 - 509.64 manat, xx.xx.2021-ci il tarixli seriya EBBF nömrə 531168- 8.00 manat 5. xx.xx.2021-ci il tarixli seriya EBBG nömrə 912665 - 470.22 manat, xx.xx.2021-ci il tarixli seriya EBBG nömrə 893019 - 597.14 manat, xx.xx.2021-ci il tarixli seriya EBBG nömrə 893744 - 524.74 manat, xx.xx.2021-ci il tarixli seriya EBBG nömrə 894723 - 545.20 manat, xx.xx.2021-ci il tarixli seriya EBBG nömrə 912286 - 574.58 manat, xx.xx.2021-ci il tarixli seriya EBBG nömrə 912691 - 555.10 manat, xx.xx.2021-ci il tarixli seriya EBBG nömrə 912886 - 558.04 manat, xx.xx.2021-ci il tarixli seriya EBBG nömrə 912906 - 499.46 manat, xx.xx.2021-ci il tarixli seriya EBBG nömrə 913504- 537.08 manat, xx.xx.2021-ci il tarixli seriya EBBG nömrə 913610 - 507.27 manat, xx.xx.2021-ci il tarixli seriya EBBG nömrə 913858 - 505.10 manat , xx.xx.2021-ci il tarixli seriya EBBG nömrə 913337 - 549.45 manat, xx.xx.2021-ci il tarixli seriya EBBG nömrə 913815 - 591.63 manat, xx.xx.2021-ci il tarixli seriya EBBG nömrə 913730 - 334.95 manat, xx.xx.2021-ci il tarixli seriya EBBG nömrə 914218 - 556.71 manat, xx.xx.2021-ci il tarixli seriya EBBG nömrə 914195 - 406.56 manat, xx.xx.2021-ci il tarixli seriya EBBG nömrə 914248 - 542.47 manat, xx.xx.2021-ci il tarixli seriya EBBG nömrə 914351- 572.41 manat, xx.xx.2021-ci il tarixli seriya EBBH nömrə 111843 - 336.11 manat, xx.xx.2021-ci il tarixli seriya EBBH nömrə 111919- 385.86 manat, xx.xx.2021-ci il tarixli seriya EBBJ nömrə 814549 - 218.38 manat, xx.xx.2021-ci il tarixli seriya EBBJ nömrə 814366- 559.98 manat, xx.xx.2021-ci il tarixli seriya EBBJ nömrə 814961 - 483.95 manat, xx.xx.2021-ci il tarixli seriya EBBJ nömrə 815259 - 489.78 manat, xx.xx.2021-ci il tarixli seriya EBBJ nömrə 815398 - 349.67 manat, xx.xx.2021-ci il tarixli seriya EBBJ nömrə 815625 - 461.43 manat, xx.xx.2021-ci il tarixli seriya EBBJ nömrə 815683 - 477.42 manat, xx.xx.2021-ci il tarixli seriya EBBJ nömrə 815738 - 374.82 manat, xx.xx.2021-ci il tarixli seriya EBBJ nömrə 815824- 488.80 manat, xx.xx.2021-ci il tarixli seriya EBBJ nömrə 815857 - 351.12 manat, xx.xx.2021-ci il tarixli seriya EBBJ nömrə 815901 - 351.86 manat 36 ədəd Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturalardan göründüyü kimi iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş yaşıl tütünün ümumilikdə 16410,76 manat dəyərində olmuş, mallar barədə məlumatlar sistem vasitəsilə cavabdehə göndərilmişdir. Həmin qaiməfakturaların hər bir vərəqindən təhvil alan kimi ASK Tütün MMC-nin Zaqatala TİEM-in adlarını əks etdirən peçat ştampeli vurulmuş və təhvil alan hissədə həmin müəsissənin nümayəndəsi tərəfindən imzalanmışdır.

29. İşdə olan "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatının xx.xx.2025-ci il tarixli 245 nömrəli məktubu ilə təqdim edilən İddiaçı verilmiş 15000 manat məbləğində xx.xx.2021-ci il tarixli TM-371/21TM-371/2104-58/058 nömrəli kredit tranşı üzrə təhvil verilmiş yaşıl tütünün dəyəri olaraq kredit borcunun silinməsinə yönəldilmiş və İddiaçı ödənilmiş vəsaitin ümumi məbləği 6456,55 manat təşkil edir. Həmin vəsaitdən 3424,93 manatı kredit borcunun ödənilməsinə yönəldilmiş, 3077 manatı isə İddiaçı ödənilmişdir.

30. İşdə olan iddiaçı "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatının cavabdeh İddiaçı qarşı “11974,22 manat əsas borc, 1280,74 manat faiz borcu və 200 manat mediasiya xərcinin cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair iş üzrə Şəki Kommeraiya Məhkəməsinin e-2-2(117)-408/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdeh İddiaçı 11974,22 manat əsas borc, 674,92 manat faiz borcu və 144,07 manat ödənilmiş mediasiya xərci tutularaq "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatına ödənilməsi qət edilmişdir. Həmin qətnamənin mahiyyətindən müəyyən edilir ki, həmin qətnamə xx.xx.2021-ci il tarixdə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı ilə İddiaçı arasında xx.xx.2022-ci il tarixədək TM-371/21 nömrəli kredit müqaviləsinin bağlanması, kredit müqaviləsi ilə iddiaçı 15000 manat pulu illik 8,5 faizlə İddiaçı verməyi, sonuncu isə borc məbləğini faizi ilə birlikdə ödəməyi öhdəsinə götürməsi, müqavilə öhdəliklərinin icra edilməməsi nəticəsində qeyd edilən məbləğdə pul vəsaitinin hazırkı iddiaçıdan tutulması ilə bağlıdır.

31. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli sərəncamına əsasən, “X2 Kompleksi” MMC özəlləşdirilməyə açıq elan edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisinin xx.xx.2021-ci il tarixli sərəncamına əsasən, “X2 Kompleksi” MMC özəlləşməyə açıq elan edilmiş, "xxxx" ASC “X2 Kompleksi” MMC-nin əmlakının qorunub saxlanılmasını təmin etməsi qərara alınmışdır. “X2 Kompleksi” MMC ilə "xxxx" MMC arasında imzalanmış xx.xx.2021-ci il tarixli Təhvil-təslim aktına əsasən “X2 Kompleksi” MMC-nin hüquqi varisi "xxxx" MMC olmuşdur.

32. Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsi Şəki Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli sorğusuna cavab olaraq xx.xx.2025-ci il tarixli 3-21-2- 17/2-43705/2025 nömrəli məktubla bildirmişdir ki, "xxxx" MMC-nin təsisçisinin xx.xx.2024cü il tarixli qərarına əsasən Cavabdeh MMC-yə qoşularaq fəaliyyətinə xitam verilməsi qərara alınmış və xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-nin fəaliyyətinə xitam verilməsi haqqında qeyd hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş, nəticədə Cavabdeh MMC "xxxx" MMC-nin ona qoşulması yolu ilə yenidən təşkil edilmişdir. Hazırda Cavabdeh MMCnin fəaliyyəti aktivdir.

Vİ. Məhkəmənin mövqeyi:

33. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

34. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

35. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıdakı göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.

36. İşin müəyyən olunmuş halları və iş materialları, o cümlədən tərəflərin izahatı ilə təsdiqini tapmış mübahisələndirilməyən halı Borcverən "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatı ilə Borcalan İddiaçı, Alıcı "xxxx" MMC və Tədarükçü "xxxx" MMC-nin X1 və Emalı Məntəqəsi arasında tütün əkini üçün xx.xx.2022-ci il tarixədək xx.xx.2021-ci il tarixli TM- 371/21 nömrəli kredit müqaviləsinin, həmçinin İddiaçı və "xxxx" MMC arasında xx.xx.2021ci il tarixli B-2021-07 nömrəli yaşıl tütünün alqı-satqısına dair müqavilənin bağlanmasından ibarətdir.

37. İşin mübahisələndirilən hallarına isə həmin müqavilə əsasında cavabdehin iddiaçıya borcunun mövcud olub-olmaması halı aiddir. Ona görə də məhkəmə əldə etdiyi əlaqəli sübutlara əsasən qeyd edilən mübahisəli hallara aydınlıq gətirmişdir. İddianın hüquqi əsasına münasibətdə məhkəmə qeyd edir ki, tərəflər arasında xx.xx.2021-ci il tarixli B-2021-07 nömrəli yaşıl tütünün alqı-satqısına dair müqavilə bağlanmış, iddiaçı 9 ha torpaq sahəsində tütün yetişdirməyi və əldə edilmiş yaşıl tütünü alıcıya ("xxxx" MMC) verməyi öhdəsinə götürmüşdür. Eyni zamanda tərəflər arasında çoxtərəfli kredit müqaviləsi bağlanmış, həmin müqavilədə Borcverənin, Borcalanın, Tədarükçünün və Alıcının hüquq və öhdəlikləri müəyyən edilmişdir. Hazırkı iş üzrə Tədarükçü cavabdehin tabeliyində olan təşkilat olduğundan və müstəqil hüquqi şəxs olmadığından məhkəmə tərəfindən icraata cəlb edilməmişdir.

38. Məhkəmə tərəflər arasında bağlanmış müqavilələrdə olan öhdəlikləri nəzərdən keçirib müəyyən edir ki, hazırkı iş üzrə iddiaçı Borcverəndən kredit götürərək ona məxsus torpaq sahəsində tütünü yetişdirib, standartlara uyğun tütün yarpaqlarını Tədarükçüyə təhvil verməli, sonuncu həmin məhsulu Alıcıya təhvil verməli və dəyərini ilkin olaraq Borcalanın Borcverənə olan borcu ödənildikdən sonra qalan vəsait Borclana ödənilməli idi. Borcalan qeyd edilən tütün məhsulunu başqa şəxslərə satmaq hüququ yoxdur. Eyni zamanda, cavabdeh olaraq Alıcı və Tədarükçü əkilmiş tütün məhsuluna baxış keçirməli, tövsiyə və tapşırıqlarını verməli, tütünün yığılması və daşınmasına Alıcı və Tədarükçü tərəfindən şərait yaradılmalı, standartlara cavab verən tütün məhsulunu qəbul etməli, yararsız tütünü isə qəbul etməməli və bunu müvafiq qaydada aktlaşdırmalıdır. Tərəflər arasında bağlanmış hər iki müqavilənin bəndlərində tərəflər arasında mövcud olan bütün anlaşılmazlıq və mübahisə müvafiq qaydada sənədləşdirmək vəzifəsi cavabdeh tərəfin üzərinə öhdəlik olaraq qoyulmuşdur.

39. Məhkəmə işin hallarının və müqavilə öhdəliklərinin aidliyi baxımından müəyyən edir ki, cavabdeh (hüquqi varis Cavabdeh MMC) iddiaçının yetişdirdiyi tütün məhsulunu təhvil almış, lakin həmin yaşıl tütünün dəyərini tam olaraq tərəflərin bağladıqları müqavilə şərtlərinə uyğun olaraq iddiaçıya ödənişini aparmamışdır. Belə ki, "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatının xx.xx.2025-ci il tarixli 245 nömrəli məktubu ilə təqdim edilən İddiaçı verilmiş 15000 manat məbləğində xx.xx.2021-ci il tarixli TM-371/21TM-371/2104- 58/058 nömrəli kredit tranşı üzrə təhvil verilmiş yaşıl tütünün dəyəri olaraq kredit borcunun silinməsinə yönəldilmiş və İddiaçı ödənilmiş vəsaitin ümumi məbləği 6456,55 manat təşkil edir.

40. Belə ki, iddiaçının təqdim etdiyi xx.xx.2021-ci il – xx.xx.2021-ci il tarixədək olan **********8-**********8 nömrəsinədək 18 ədəd malların təhvil-qəbul aktlarının əsillərindən müəyyən edilir ki, "xxxx" MMC tərəfindən İddiaçı cəmi 9 055,54 manat məbləğində yaşıl tütün qəbul edilmişdir. Həmçinin işdə olan 36 ədəd müxtəlif məbləğlərdə “Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə” elektron qaimə-fakturalardan göründüyü kimi iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş yaşıl tütün cəmi 16410,76 manat dəyərində olmuş, mallar barədə məlumatlar sistem vasitəsilə cavabdehə göndərilmişdir. Həmin qaimə-fakturaların hər bir vərəqində təhvil alan kimi ASK Tütün MMC-nin Zaqatala TİEM-in adlarını əks etdirən peçat ştampeli vurulmuş və təhvil alan hissədə həmin müəsissənin nümayəndəsi tərəfindən imzalanmışdır. Qeyd edilən elektron qaimə fakuralar iş üzrə cavabdehin möhürü və nümayəndəsinin imzası ilə fiziki olaraq imzalandığından, həmçinin həmin qaimə faktura “Elektron kənd təsərrüfatı” Sisteminə məhz cavabdeh tərəfindən yerləşdirməklə kənd təsərrüfatına dövlət dəstəyi almaq üçün siyahıya əlavə edildiyindən həmin sübutları məhkəmə mötəbər və təkzib edilməz sübut olaraq qəbul edir. Düzdür, iddiaçının təqdim etdiyi təhvil –təslim aktlarında olan təhvil verilmiş tütünün məbləği fiziki olaraq imza və möhürlə təsdiqləndiyindən təhvil-təslim aktına bərabər tutulan qaiməfakturaya daxil edildiyindən məhkəmə iddiaçının bildirdiyi təsdiq edən sübutları qəbul edir.

41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Qərarında qeyd edilir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları özözlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.

42. Ona görə də iddiaçı cavabdehə ümumilikdə 16410,76 manat dəyərində tütün təhvil vermiş, həmin məbləğdən 6456,55 manat tütünün dəyəri olaraq iddiaçıya bilavasitə ödənildiyindən və ya onun kredit borcuna silindiyindən, iddiaçıya təhvil verilmiş tütünə görə ödənilməyən tütünün dəyəri 9954,21 (16410,76 - 6456,55) manat təşkil edir.

43. Cavabdehin məhkəmə iclasında iştirakı ilə bağlı məhkəmə bütün vasitələrdən istifadə edərək ona məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar etmiş, elektron qaydada məlumatları göndərmiş, lakin cavabdeh məhkəmə iclaslarında iştirak etməmişdir. Cavabdehin iddia tələbinə hər hansı bir etiraz və ya münasibət bildirməməsi məhkəmənin əlavə araşdırma aparmasını imkansız etmişdir.

44. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri).

45. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli Qərarında qeyd etmişdir ki, Hüquq sistemlərində “həqiqət” anlayışına fərqli yanaşmalar mövcuddur. Anqlo-sakson hüquq sisteminə xas olan formal həqiqət xalis çəkişmədir və sübutetmə prosesində məhkəmənin passivliyini nəzərdə tutur: məhkəmə, tərəflərin sübut kimi təqdim etdiklərini dəyərləndirməklə kifayətlənən, qərəzsiz arbitr rolunda çıxış edir.

46. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar.

47. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir.

Vİİ. Məhkəmə məsrəfləri:

48. Məhkəmə qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilməli olan 139.2 manat dövlət rüsumu iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir. Bu səbəbdən iddianın təmin edilən hissəsinə münasibətdə dövlət rüsumunun 84,49 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddianın rədd edilən hissəsinə münasibətdə isə dövlət rüsumunun 54,71 manat hissəsi iddiaçıya aid edilməlidir.

Vİİİ Nəticə:

49. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 9954,21 manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 84,49 manat hissəsi, cəmi 10038.7 manat pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar