Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-663/2022 08.06.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər X1 və Cavabdeh2 qarşı “9390 manat borc, 200 manat mediasiya xərci, 14 manat dövlət rüsumu və 1000 manat vəkilə çəkilmiş xərcin müştərək qaydada cavabdehlərdən tutulması” tələbinə dair işə məhkəmənin binasında məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər X1 və Cavabdeh2 qarşı “9390 manat borc, 200 manat mediasiya xərci, 14 manat dövlət rüsumu və 1000 manat vəkilə çəkilmiş xərcin müştərək qaydada cavabdehlərdən tutulması” barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Tərəflərə məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə hazırlıq iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmiş, cavabdehlər məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, tərəflərin iştirakı olmadan məhkəmə hazırlıq iclasının keçirilməsini mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, hazırki iş baxılması üçün məhkəmə aidiyyəti üzrə İsmayıllı Rayon Məhkəməsinə göndərilməlidir. Tərəflər arasında yaranmış mübahisənin predmeti və hüquq münasibətinin xarakterinə görə hazırki mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yaranmamışdır. Belə ki, iş materiallarından və iddia ərizəsindən müəyyən olunur ki, tərəflər arasında olan şifahi razılaşmaya əsasən iddiaçılar sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istədiklərini bildirərək cavabdehlərə onlara köməklik göstərilməsi üçün pul vermiş, cavabdehlər isə bunun müqabilində iddiaçılara südlük inək cinslərinin gətirilməsinə köməklik göstərəklərini bildirmişlər. Göründüyü kimi, iddiaçılarla cavabdehlər birgə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəməmiş, iddiaçılar sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəmiş, cavabdehlər onlara şərait yaratmalarını öhdələrinə götürmüşlər. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında heç bir sahibkarlıq münasibətləri olmamışdır və iddiaçıların hazırki tələbi fermer təsərrüfatı qurmalarına köməklik göstərilməsi üçün cavabdehlərə verdikləri pulun qaytarılmasından ibarətdir və bu səbəbdən hazırki mübahisəyə ümumi (şəhər, rayon) məhkəmələr tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 24.3-cü maddəsinə əsasən məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının 25-ci bəndində qeyd olunur ki, qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn tələblərinə kommersiya məhkəməsində baxılması üçün mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Mübahisə qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların sahibkarlıq fəaliyyətlərindən irəli gəlmədikdə isə, işə kommersiya məhkəmələrində baxılması imkanı, yalnız MPM-in 30cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda mümkün olacaqdır. Beləliklə, məhkəmələr nəzərə almalıdır ki, əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi üzrə tələblərdə və ya deliktdən irəli gələn tələblərdə mübahisənin məhz hər iki tərəfin birgə və yaxud ayrı ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi məhkəmə aidiyyətini müəyyən edən həlledici meyardır. Qərarın 12-ci bəndinə əsasən, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Qərarın 13-cü bəndinə əsasən, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrıayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Göründüyü kimi, iddiaçılar və cavabdehlər arasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı mübahisə mövcud deyildir. İddiaçılar onlara köməklik göstərilməsi məqsədi ilə verdiklərini iddia etdikləri pul vəsaitini geri tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 32.3-cü maddəsinə əsasən, hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 32.4-cü maddəsinə əsasən, aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Beləliklə şərh olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki iddia tələbinə ümumi məhkəmələr tərəfindən baxılmalı olduğundan və cavabdehlər İsmayıllı şəhərində qeydiyyatda olduqlarından hazırki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər X1 və Cavabdeh2 qarşı “9390 manat borc, 200 manat mediasiya xərci, 14 manat dövlət rüsumu və 1000 manat vəkilə çəkilmiş xərcin müştərək qaydada cavabdehlərdən tutulması” tələbinə dair iş materialları məhkəmə aidiyyəti üzrə baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən : Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-663/2022
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-663/2022
08.06.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver