Məhkəmə qərarları › İş №e-2-2(117)-666/2024

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-666/2024

14.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-666/2024 14.05.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Cavabdeh qarşı “Qax rayonu, Qaxıngiloy kəndində yerləşən, ümumi sahəsi 239,2 kvadrat metr olan qeyri-yaşayış sahəsinin icarəyə verilməsi ilə bağlı Cavabdeh ilə bağlanmış 12 sentyabr 2022-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi, qeyd edilən icarə müqaviləsi əsasında yaranmış 9500 manat icarə haqqı borcunun, icarə müqaviləsinin qüvvədə olduğu müddətdə təbii qazdan istifadə edilməsi nəticəsində yaranmış 814 manat borcun, təhvil verilməsinə baxmayaraq hazırda yerində olmayan 3 ədəd hər biri 570 manat dəyərində 32 ekran televizor, 1 ədəd 850 manat dəyərində 42 ekran televizor, 1 ədəd 410 manat dəyərində suqızdırıcısı (ariston), 1 ədəd 300 manat dəyərində kartof qızardan aparat, 1 ədəd 670 manat dəyərində elektrik ət maşını, 14 ədəd hər biri 12 manat dəyərində piti qabı, 44 ədəd hər biri 4 manat dəyərində qatıq üçün dopu, 4 ədəd hər biri 800 manat dəyərində kondinsioner, 1 ədəd 180 manat dəyərində böyük gəmi maketi, 1 ədəd 90 manat dəyərində su nasosu, 24 ədəd hər biri 30 manat dəyərində taxta stul, 28 ədəd hər biri 17 manat dəyərində dəmir stul, 80 personluq 800 manat dəyərində yemək dəsti, 19 ədəd hər biri 15 manat dəyərində qızdırıcı radiator, 7 ədəd hər biri 22 manat dəyərində sac qabı, 8 ədəd hər biri 90 manat dəyərində jalüz pərdə, 1 ədəd 90 manat dəyərində bıçaq itiləyən, 1 ədəd 270 manat dəyərində mühafizə kamerası sisteminin bloku, 1 ədəd 400 manat dəyərində barın xrom qədəh və aksesuar asılqanları və 8 ədəd hər biri 240 manat dəyərində mühafizə kameraları daxil olmaqla bütünlükdə həmin əşyaların dəyərinin əvəzi olaraq cəmi 13589 manat məbləğində pulun tutulaarq iddiaçıya ödənilməsi” barədə ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “Qax rayonu, Qaxıngiloy kəndində yerləşən, ümumi sahəsi 239,2 kvadrat metr olan qeyri-yaşayış sahəsinin icarəyə verilməsi ilə bağlı Cavabdeh ilə bağlanmış 12 sentyabr 2022-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi, qeyd edilən icarə müqaviləsi əsasında yaranmış 9500 manat icarə haqqı borcunun, icarə müqaviləsinin qüvvədə olduğu müddətdə təbii qazdan istifadə edilməsi nəticəsində yaranmış 814 manat borcun, təhvil verilməsinə baxmayaraq hazırda yerində olmayan 3 ədəd hər biri 570 manat dəyərində 32 ekran televizor, 1 ədəd 850 manat dəyərində 42 ekran televizor, 1 ədəd 410 manat dəyərində suqızdırıcısı (ariston), 1 ədəd 300 manat dəyərində kartof qızardan aparat, 1 ədəd 670 manat dəyərində elektrik ət maşını, 14 ədəd hər biri 12 manat dəyərində piti qabı, 44 ədəd hər biri 4 manat dəyərində qatıq üçün dopu, 4 ədəd hər biri 800 manat dəyərində kondinsioner, 1 ədəd 180 manat dəyərində böyük gəmi maketi, 1 ədəd 90 manat dəyərində su nasosu, 24 ədəd hər biri 30 manat dəyərində taxta stul, 28 ədəd hər biri 17 manat dəyərində dəmir stul, 80 personluq 800 manat dəyərində yemək dəsti, 19 ədəd hər biri 15 manat dəyərində qızdırıcı radiator, 7 ədəd hər biri 22 manat dəyərində sac qabı, 8 ədəd hər biri 90 manat dəyərində jalüz pərdə, 1 ədəd 90 manat dəyərində bıçaq itiləyən, 1 ədəd 270 manat dəyərində mühafizə kamerası sisteminin bloku, 1 ədəd 400 manat dəyərində barın xrom qədəh və aksesuar asılqanları və 8 ədəd hər biri 240 manat dəyərində mühafizə kameraları daxil olmaqla bütünlükdə həmin əşyaların dəyərinin əvəzi olaraq cəmi 13589 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, “X1” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə dövlət rüsumunun məbləği 100 manat təşkil edir. Həmçinin həmin qanunun 8.1.3-cü maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda, 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. İş materiallarından göründüyü kimi iddia tələbi iki hissədən, yəni müqavilənin ləğv edilməsi və pul tələbindən ibarətdir. İddiaçı tərəf iddia tələbinin “müqavilənin ləğv edilməsi” hissəsi üçün dövlət rüsumunun məbləği olan 100 manat ödəsə də, iddia tələbinin ikinci hissəsi olan “13589 manat məbləğində pulun tutulması” hissəsinə uyğun dövlət rüsumunu ödəməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.10-cu maddəsinə əsasən bir neçə müstəqil tələbdən ibarət olan iddialarda iddianın qiyməti bütün tələblərin ümumi məbləği ilə hesablanır. Hazırki iş üzrə iddia tələbinin müqavilənin ləğv edilməsi hissəsi üzrə ödənilməli dövlət rüsumu xx.xx.2021-ci il tarixdən qüvvədə olan “X1” Azərbaycan Respublikası Qanununa əsasən qiymətləndirilməyən iddia üzrə 100 manat, pulun tutulması hissəsində isə iddianın qiymətinə uyğun olaraq 130.77 manat olmaqla, ümumilikdə 230.77 manat dövlət rüsumu ödənilməlidir. Buna baxmayaraq iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsi və əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə tərəfindən iddiaçının diqqətinə çatdırılır ki, yuxarıda göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı İddiaçı Cavabdeh qarşı “Qax rayonu, Qaxıngiloy kəndində yerləşən, ümumi sahəsi 239,2 kvadrat metr olan qeyri-yaşayış sahəsinin icarəyə verilməsi ilə bağlı Cavabdeh ilə bağlanmış 12 sentyabr 2022-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi, qeyd edilən icarə müqaviləsi əsasında yaranmış 9500 manat icarə haqqı borcunun, icarə müqaviləsinin qüvvədə olduğu müddətdə təbii qazdan istifadə edilməsi nəticəsində yaranmış 814 manat borcun, təhvil verilməsinə baxmayaraq hazırda yerində olmayan 3 ədəd hər biri 570 manat dəyərində 32 ekran televizor, 1 ədəd 850 manat dəyərində 42 ekran televizor, 1 ədəd 410 manat dəyərində suqızdırıcısı (ariston), 1 ədəd 300 manat dəyərində kartof qızardan aparat, 1 ədəd 670 manat dəyərində elektrik ət maşını, 14 ədəd hər biri 12 manat dəyərində piti qabı, 44 ədəd hər biri 4 manat dəyərində qatıq üçün dopu, 4 ədəd hər biri 800 manat dəyərində kondinsioner, 1 ədəd 180 manat dəyərində böyük gəmi maketi, 1 ədəd 90 manat dəyərində su nasosu, 24 ədəd hər biri 30 manat dəyərində taxta stul, 28 ədəd hər biri 17 manat dəyərində dəmir stul, 80 personluq 800 manat dəyərində yemək dəsti, 19 ədəd hər biri 15 manat dəyərində qızdırıcı radiator, 7 ədəd hər biri 22 manat dəyərində sac qabı, 8 ədəd hər biri 90 manat dəyərində jalüz pərdə, 1 ədəd 90 manat dəyərində bıçaq itiləyən, 1 ədəd 270 manat dəyərində mühafizə kamerası sisteminin bloku, 1 ədəd 400 manat dəyərində barın xrom qədəh və aksesuar asılqanları və 8 ədəd hər biri 240 manat dəyərində mühafizə kameraları daxil olmaqla bütünlükdə həmin əşyaların dəyərinin əvəzi olaraq cəmi 13589 manat məbləğində pulun tutulaarq iddiaçıya ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar