Məhkəmə qərarları › İş №e-2-2(117)-67/2022

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-67/2022

18.02.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-67/2022 18.02.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, iddiaçı 11 saylı Ərazi Vergilər Baş İdarəsinin Cavabdeh İstehsal - Kommersiya Şirkətinə qarşı “cavabdehin İcbari Tibbi Sığorta Fonduna ödənilməmiş 459,16 manat icbari tibbi sığorta haqqı və Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 5078,51 manat məcburi dövlət sosial sığorta haqqı borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 1500 manat və 7500 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Vergi ödəyicisi olan cavabdeh öhdəliklərini yerinə yetirmədiyindən onun İcbari Tibbi Sığorta Fonduna 459,16 manat və Dövlət Sosial Müdafiə Fonduna 5078,51 manat məbləğində borcu vardır. Yaranmış borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən vergi orqanının 20.10.2021-ci il tarixli **********2 nömrəli, 20.10.2021-ci il tarixli **********1 nömrəli qərarları əsasında 03.11.2021-ci il tarixli **********2 nömrəli protokolla cavabdehə məxsus əmlak – dəyəri 1500 manat olan 1 ədəd çən (Rusiya istehsalı, 4 tonluq, nerj material) və **********1 nömrəli protokolla cavabdehə məxsus əmlak – hər birinin dəyəri 1500 manat olan 5 ədəd çən (Rusiya istehsalı, 4 tonluq, nerj material) siyahıya alınmışdır. 10.11.2021-ci il tarixli xəbərdarlıq məktubu ilə cavabdehdən borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq edilmiş, borc ödənilmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmışdır. Borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, vergi ödəyicisi icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Lakin görülən tədbirlərə baxmayaraq, qeyd olunan borc məbləği bu günədək ödənilməmişdir. Vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə qərarlar çıxarmış, həmin qərarlar əsasında cavabdehin dövlət büdcəsinə yaranan borcuna görə əmlakları siyahıya alınmış və bu barədə əmlakın siyahıya alınması haqqında protokollar tərtib edilmişdir. Əmlaklar siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakların ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, sonuncu 16.01.2022-ci il tarixdə elektron poçt vasitəsilə iddia tələbinə münasibət bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: cavabdehin şəxsi hesab vərəqələrinin surətləri, əmlakın siyahıya alınmasına dair vergi orqanının qərarları, iddiaçı tərəfindən cavabdeh barədə tərtib edilmiş əmlakın siyahıya alınması barədə protokolların surəti, xəbərdarlıq və bildiriş daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, “Sosial sığorta haqqında” 18.02.1997-ci il tarixli Azərbaycan Respublikası Qanunu təşkil edir. Həmin Qanunun 9-cu və 11-ci maddələri ilə sığortaçının üzərinə sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək, sığorta olunanın üzərinə isə sosial sığorta haqqını vaxtında ödəmək vəzifələri qoyulmuşdur. 18-ci maddəsinin ikinci hissəsinə əsasən, məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə məcburi dövlət sosial sığortası sahəsində idarəetməni müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həyata keçirir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.3-cü bəndinə əsasən, həmin Qanunun 9-cu maddəsinin birinci hissəsinin ikinci və dördüncü abzaslarında, ikinci hissəsinin beşinci və altıncı abzaslarında, 10-cu maddəsinin dördüncü (hər iki halda) və beşinci abzaslarında, 13.1-ci maddəsində, 13.2-ci maddəsinin birinci və ikinci cümlələrində, 13.3-cü (birinci halda) və 13.4-cü maddələrində, 18-ci maddəsinin birinci hissəsinin altıncı abzasında və ikinci hissəsində, 29-cu maddəsində “orqan” dedikdə Azərbaycan Respublikasının Vergilər Nazirliyi nəzərdə tutulur. “Tibbi sığorta” haqqında Azərbaycan Respublikası Qanunun 15-5.2.2-ci maddəsinə əsasən sığorta haqlarını vaxtında və tam həcmdə ödəmək sığortalıların vəzifəsidir. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, cavabdehin 20.10.2021-ci il tarixə İcbari Tibbi Sığorta Fonduna 459,16 manat və Dövlət Sosial Müdafiə Fonduna 5078,51 manat məbləğində borcu yaranmış və həmin borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilməmişdir. Məhkəmə hesab edir ki, vergi ödəyicisinin və sığortaedənin üzərinə qanunla müəyyən edilmiş vergiləri, icbari tibbi sığorta, sosial sığorta haqlarını ödəmək vəzifəsi qoyulduğundan və o, verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdeh olduğundan iddia tələbi qismən təmin edilməli və cavabdehin İcbari tibbi sığorta haqları üzrə 459,16 manat, məcburi dövlət sosial sığorta haqqı üzrə 5078,51 manat, ümumilikdə 5537,67 manat borcunun ödənilməsini təmin etmək məqsədi ilə ona məxsus olan 7500 manat dəyərində siyahıya alınmış əmlakı ixtisaslaşdırılmış açıq hərraclar vasitəsi ilə satılmalı, iddia digər əmlakın satılması hissəsində rədd edilməlidir. Belə ki, qeyd olunduğu kimi Vergi Məcəlləsinin 90.1-ci maddəsinə görə vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə vergi orqanı vergi öhdəliyinin icrasının təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması barədə məhkəməyə müraciət edə bilər. Hazırki iş üzrə cavabdehin dövlət büdcəsinə ümumilikdə 5537,67 manat borcunun olmasına baxmayaraq siyahıya alınmış əmlakının ümumi dəyəri 9000 manat olmaqla (1500 + 7500) borc məbləğindən çox yüksəkdir. Vergi Məcəlləsinin 90.1-ci maddəsini, habelə hərracın keçirilməsi ilə əlaqədar olan xərcləri də nəzərə alan məhkəmə hesab edir ki, ümumilikdə 7500 manat dəyərində olan əmlakın satılması borcun ödənilməsi üçün kifayət edən məbləğdir. İş üzrə icraata dair prosessual xərclər məsələsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddia tələbi iddianın qiymətinə, yəni borcun ödənilməsi hissəsinə münasibətdə təmin edildiyindən cavabdehdən 75,38 manat dövlət rüsumu dövlət gəlirinə tutulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh İstehsal - Kommersiya Şirkətinin İcbari Tibbi Sığorta Fonduna 459,16 manat və Dövlət Sosial Müdafiə Fonduna 5078,51 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 7500 manat məbləğində siyahıya alınmış əmlakı (hər birinin dəyəri 1500 manat olan 5 ədəd çən (Rusiya istehsalı, 4 tonluq, nerj material)) ixtisaslaşdırılmış açıq hərraclar vasitəsi ilə satılsın. İddia qalan hissədə rədd edilsin. Cavabdeh İstehsal - Kommersiya Şirkətindən 75,38 manat dövlət rüsumu dövlət gəlirinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar