Məhkəmə qərarları › İş №e-2-2(117)-672/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-672/2024

08.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-672/2024 08.10.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “iddiaçıya məxsus Qax rayonu, Qaxıngiloy kəndində yerləşən, ümumi sahəsi 239,2 kvadrat metr olan qeyri-yaşayış sahəsinin icarəyə verilməsi ilə bağlı mənimlə Cavabdeh arasında bağlanmış 12 sentyabr 2022-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi, qeyd edilən icarə müqaviləsi əsasında yaranmış 9500 manat icarə haqqı borcunun, icarə müqaviləsinin qüvvədə olduğu müddətdə təbii qazdan istifadə edilməsi nəticəsində yaranmış 814 manat borcun, təhvil verilməsinə baxmayaraq hazırda yerində olmayan 3 ədəd hər biri 570 manat dəyərində 32 ekran televizor, 1 ədəd 850 manat dəyərində 42 ekran televizor, 1 ədəd 410 manat dəyərində suqızdırıcısı (ariston), 1 ədəd 300 manat dəyərində kartof qızardan aparat, 1 ədəd 670 manat dəyərində elektrik ət maşını, 14 ədəd hər biri 12 manat dəyərində piti qabı, 44 ədəd hər biri 4 manat dəyərində qatıq üçün dopu, 4 ədəd hər biri 800 manat dəyərində kondinsioner, 1 ədəd 180 manat dəyərində böyük gəmi maketi, 1 ədəd 90 manat dəyərində su nasosu, 24 ədəd hər biri 30 manat dəyərində taxta stul, 28 ədəd hər biri 17 manat dəyərində dəmir stul, 80 personluq 800 manat dəyərində yemək dəsti, 19 ədəd hər biri 15 manat dəyərində qızdırıcı radiator, 7 ədəd hər biri 22 manat dəyərində sac qabı, 8 ədəd hər biri 90 manat dəyərində jalüz pərdə, 1 ədəd 90 manat dəyərində bıçaq itiləyən, 1 ədəd 270 manat dəyərində mühafizə kamerası sisteminin bloku, 1 ədəd 400 manat dəyərində barın xrom qədəh və aksesuar asılqanları və 8 ədəd hər biri 240 manat dəyərində mühafizə kameraları daxil olmaqla bütünlükdə həmin əşyaların dəyərinin əvəzi olaraq cəmi 13589 manatın Cavabdeh alınaraq iddiaçıya verilməsi” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı və ya ad soyadı) Cavabdeh (bundan sonra mətndə cavabdeh və ya adı soyadı) qarşı “iddiaçıya məxsus Qax rayonu, Qaxıngiloy kəndində yerləşən, ümumi sahəsi 239,2 kvadrat metr olan qeyri-yaşayış sahəsinin icarəyə verilməsi ilə bağlı mənimlə Cavabdeh arasında bağlanmış 12 sentyabr 2022-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi, qeyd edilən icarə müqaviləsi əsasında yaranmış 9500 manat icarə haqqı borcunun, icarə müqaviləsinin qüvvədə olduğu müddətdə təbii qazdan istifadə edilməsi nəticəsində yaranmış 814 manat borcun, təhvil verilməsinə baxmayaraq hazırda yerində olmayan 3 ədəd hər biri 570 manat dəyərində 32 ekran televizor, 1 ədəd 850 manat dəyərində 42 ekran televizor, 1 ədəd 410 manat dəyərində suqızdırıcısı (ariston), 1 ədəd 300 manat dəyərində kartof qızardan aparat, 1 ədəd 670 manat dəyərində elektrik ət maşını, 14 ədəd hər biri 12 manat dəyərində piti qabı, 44 ədəd hər biri 4 manat dəyərində qatıq üçün dopu, 4 ədəd hər biri 800 manat dəyərində kondinsioner, 1 ədəd 180 manat dəyərində böyük gəmi maketi, 1 ədəd 90 manat dəyərində su nasosu, 24 ədəd hər biri 30 manat dəyərində taxta stul, 28 ədəd hər biri 17 manat dəyərində dəmir stul, 80 personluq 800 manat dəyərində yemək dəsti, 19 ədəd hər biri 15 manat dəyərində qızdırıcı radiator, 7 ədəd hər biri 22 manat dəyərində sac qabı, 8 ədəd hər biri 90 manat dəyərində jalüz pərdə, 1 ədəd 90 manat dəyərində bıçaq itiləyən, 1 ədəd 270 manat dəyərində mühafizə kamerası sisteminin bloku, 1 ədəd 400 manat dəyərində barın xrom qədəh və aksesuar asılqanları və 8 ədəd hər biri 240 manat dəyərində mühafizə kameraları daxil olmaqla bütünlükdə həmin əşyaların dəyərinin əvəzi olaraq cəmi 13589 manatın Cavabdeh alınaraq iddiaçıya verilməsi” tələbinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, tərəflər arasında xx.xx.2022-ci il tarixində icarə müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən mülkiyyətində olan, Qax rayonu, Qaxıngiloy kəndində yerləşən, ümumi sahəsi 239,2 kvadrat metr olan qeyriyaşayış sahəsini icarəyə verən olaraq Cavabdeh icarəsinə vermişdir. İcarə haqqı olaraq hər ay 500 manat müəyyən olunmuşdur. Cavabdeh öhdəliyini yerinə yetirməmiş və onun ödənilməmiş 17 aylıq icarə haqqının məbləği olaraq 9500 manat borcu qalmışdır. Cavabdeh tərəfindən istifadə edilmiş təbii qazın dəyəri olan 814 manat borc da ödənilməmiş qalmışdır. Bundan başqa cavabdehin icarəsinə obyektlər birlikdə orada yerləşən əşyalar da verilmişdir. Lakin 3 ədəd hər biri 570 manat dəyərində 32 ekran televizor, 1 ədəd 850 manat dəyərində 42 ekran televizor, 1 ədəd 410 manat dəyərində suqızdırıcısı (ariston), 1 ədəd 300 manat dəyərində kartof qızardan aparat, 1 ədəd 670 manat dəyərində elektrik ət maşını, 14 ədəd hər biri 12 manat dəyərində piti qabı, 44 ədəd hər biri 4 manat dəyərində qatıq üçün dopu, 4 ədəd hər biri 800 manat dəyərində kondinsioner, 1 ədəd 180 manat dəyərində böyük gəmi maketi, 1 ədəd 90 manat dəyərində su nasosu, 24 ədəd hər biri 30 manat dəyərində taxta stul, 28 ədəd hər biri 17 manat dəyərində dəmir stul, 80 personluq 800 manat dəyərində yemək dəsti, 19 ədəd hər biri 15 manat dəyərində qızdırıcı radiator, 7 ədəd hər biri 22 manat dəyərində sac qabı, 8 ədəd hər biri 90 manat dəyərində jalüz pərdə, 1 ədəd 90 manat dəyərində bıçaq itiləyən, 1 ədəd 270 manat dəyərində mühafizə kamerası sisteminin bloku, 1 ədəd 400 manat dəyərində barın xrom qədəh və aksessuar asılqanları və 8 ədəd hər biri 240 manat dəyərində mühafizə kameraları obyektdən yoxa çıxmışdır. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavadeh Cavabdeh xx.xx.2024-cü il tarixində iddia ərizəsinə etirazla məhkəməyə müraciət etmiş və iddia əsassız olduğundan təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İşdən müəyyən edilir ki, iş üzrə tərəflər arasında xx.xx.2022-ci il tarixdə iddiaçıya məxsus Qax rayonu, Qaxıngiloy kəndində yerləşən, ümumi sahəsi 239,2 kvadrat metr olan qeyri-yaşayış sahəsi xx.xx.2022-ci il tarixədək cavadeh Cavabdeh icarəyə verilmiş, icarə müqaviləsi Qax rayon notariat ofisinin notariusu tərəfindən xx.xx.2022-ci il tarixdə təsdiq edilmişdir. Tərəflər arasında bağlanmış Qax rayon notariat ofisinin notariusu tərəfindən xx.xx.2022-ci il tarixdə təsdiq edilmiş xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin şərtlərinə əsasən iddiaçıya məxsus Qax rayonu, Qaxıngiloy kəndində yerləşən, ümumi sahəsi 239,2 kvadrat metr olan qeyri-yaşayış sahəsi cavadeh Cavabdeh icarəyə verilmişdir. Müqavilənin 3-cü bəndinə əsasən icarə müddəti xx.xx.2023-cü il tarixinədək müəyyən edilir və onun bitməsinə 1 ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzsə, icarə müddəti daha 1 il uzadılmış hesab olunur. Müqavilənin 5-ci bəndinə əsasən, icarəyə götürən icarəyə verənə aylıq 500 manat icarə haqqı ödəyir. Həmin müqavilənin 12-ci bəndinə əsasən kommunal xidmətlərdən istifadə edilməsinə görə haqqlar, habelə şəhərlərarası ödənişli telefon danışıqları haqqı, o cümlədən əlavə vergi haqqları icarəçi tərəfindən ödənilir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin dövlət reyestrindən ******* nömrəli çıxarışına əsasən Qax rayonu, Qaxıngiloy kəndində yerləşən, ümumi sahəsi 239,2 kvadrat metr olan qeyri-yaşayış sahəsi İddiaçı mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Zaqatala RQİİ-nin Qax Xidmət Sahəsinin təqdim etdiyi hesab fakturadan görünür ki, obyektin xx.xx.2024-cü il üzrə 814 manat qazdan istifadəyə görə borcu vardır. İş materialları kimi əlavə edilmiş, məhkəmə iclasında təqdim edilən fotoşəkillərə istinadən Cavabdeh bildirmişdir ki, iddiaçının qeyd etdiyi əşyalar hal-hazırkı dövrə qədər obyektdədir. Qeyd edilən fotolar iddiaçı tərəfindən məhkəmədə mübahisə qaldırıldıqdan sonra hazırkı iddiaçının həmin obyektdə olan nümayəndəsinin iştirakı ilə çəkilmiş və məhkəməyə təqdim edildiyini bildirilmişdir. Əlavə olaraq iş materiallarında olan 173019 nömrəli qəbzdən görünür ki, xx.xx.2023cü il tarixində 1500 manat pul X2 bank kartına köçürülmüşdür. İddiaçı məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, cavabdehlər aralarında xx.xx.2022-ci il tarixində icarə müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən mülkiyyətində olan, Qax rayonu, Qaxıngiloy kəndində yerləşən, ümumi sahəsi 239,2 kvadrat metr olan qeyri-yaşayış sahəsini icarəyə verən olaraq Cavabdeh icarəsinə vermişdir. İcarə haqqı olaraq hər ay 500 manat müəyyən olunmuşdur. Cavabdeh öhdəliyini yerinə yetirməmiş və onun ödənilməmiş 17 aylıq icarə haqqının məbləği olaraq 9500 manat borcu qalmışdır. Cavabdeh tərəfindən istifadə edilmiş təbii qazın dəyəri olan 814 manat borc da ödənilməmiş qalmışdır. Bundan başqa cavabdehin icarəsinə obyektlər birlikdə orada yerləşən əşyalar da verilmişdir. Lakin 3 ədəd hər biri 570 manat dəyərində 32 ekran televizor, 1 ədəd 850 manat dəyərində 42 ekran televizor, 1 ədəd 410 manat dəyərində suqızdırıcısı (ariston), 1 ədəd 300 manat dəyərində kartof qızardan aparat, 1 ədəd 670 manat dəyərində elektrik ət maşını, 14 ədəd hər biri 12 manat dəyərində piti qabı, 44 ədəd hər biri 4 manat dəyərində qatıq üçün dopu, 4 ədəd hər biri 800 manat dəyərində kondinsioner, 1 ədəd 180 manat dəyərində böyük gəmi maketi, 1 ədəd 90 manat dəyərində su nasosu, 24 ədəd hər biri 30 manat dəyərində taxta stul, 28 ədəd hər biri 17 manat dəyərində dəmir stul, 80 personluq 800 manat dəyərində yemək dəsti, 19 ədəd hər biri 15 manat dəyərində qızdırıcı radiator, 7 ədəd hər biri 22 manat dəyərində sac qabı, 8 ədəd hər biri 90 manat dəyərində jalüz pərdə, 1 ədəd 90 manat dəyərində bıçaq itiləyən, 1 ədəd 270 manat dəyərində mühafizə kamerası sisteminin bloku, 1 ədəd 400 manat dəyərində barın xrom qədəh və aksesuar asılqanları və 8 ədəd hər biri 240 manat dəyərində mühafizə kameraları obyektdən yoxa çıxmışdır. Cavabdeh müqavilə şərtlərini pozduğu üçün müqavilənin ləğv edilməsini istəyirlər. Obyekti Elşənə satmaq niyyətində olmuşdur. Ona görə də 3 aylıq icarə müqaviləsi bağlamışlar. Nəzirov Elşən 10000 dollar beh verib. Sonradan həmin pulu Elşənə qaytarmışdır. Elşən işlədiyi dövrdə oradakı əşyaları özü ilə aparıb. Bu səbəbdən də restoranı satmaq fikrindən daşınıb. Eyni zamanda itirilmiş əşyaların dəyəri olan 13589 manat pulun ona verilməsini və iddianın təmin edilməsini məhkəmədən xahiş edir. İddiaçı əlavə olaraq qeyd etmişdir ki, qeyd edilən obyektdə olan daşınar əşya və avadanlıqlar cavabdehə rəsmi qaydada təhvil verilməsə də, həmin obyektdə olmuşdur. Həmin obyekt isə 2024-cü ilin aprel ayına kimi ona təhvil verilməmiş, o qarşı tərəfə müraciət edərək müqavilənin xx.xx.2024-cü il tarixdən ləğvini tələb etmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, iddiaçı ilə icarə müqaviləsi bağlamışlar və obyekti icarəyə götürmüşdür. Cavabdehin qeyd etdiyi avadanlıqlar hazırda obyektdədir. Obyekti onun adından başqa şəxslər işlədib, o isə adi işçi olmuşdur. İcarə haqqını təmir etdirmiş, obyektin əsl icarəçisi Nəzidov Elşən tərəfindən iddiaçının kartına icarə haqqını ödəmiş və ya nağd formada onun özünə ödəmişdir. 2023cü ilin sentyabr ayında o xəstələnmiş, o vaxtdan həmin obyektə gedə bilməmiş və həmin obyekti Elşən başqa şəxsə tapşırmışdır. Müqavilədə icarəyə götürən kimi o qeyd olunsa da, obyekti onun adından Nəzirov Elşən işlətmişdir. Elşən müəllim Namiklə danışıqlardan sonra ona beh vermişdir. Onyekti 2022-ci ilin sentyabr ayından ona təhvil verilsə də aralarında rəsmi təhvil-təslim aktı imzalanmamış, o xəstələndikdən sonra da həmin obyektin təhvilini rəsmi təhvil aktı əsasında həyata keçirməmişdir. İşlə bağlı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə əlavə edilmiş X5 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, Cavabdeh obyektdə adi işçi olmuş, müqaviləni onun adına rəsmiləşdirmiş, obyekti qeyri-rəsmi özü işlətmişdir. Obyektin icarəsi üçün iki dəfə 1500 manat pulu iddiaçının oğlu Nəsibov Elmarın bank kartına göndərmişdir. Bununla belə, iddiaçı ilə qeyd edilən obyeti 420 000 manata almaq üçün razılaşmış, bu məqsədlə iddiaçıya 17000 manat pul beh vermişdir. İddiaçı isə həmin behdən 5000 manat qaytarmış, 3000 manatı iki aylıq icarə haqqı kimi çıxdı, qalan pulu qaytarmamışdır. Sonradan 700 manat pul qaytarmışdır. Obyektin təmirini etdiyi üçün Namik bir aylıq icarə haqqını həmin puldan silmişdir. Obyekti həm 2022-ci ildə, həm də 2023-cü ildə təmir etmişdir. Namik müəllimin onlara borcu vardır. Bununla bağlı məhkəmədə iddia qaldırılacaqdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirdi ki, tərəflərlə dostdur, Namiqi 1996-cı ildən tanıyır, Nəzirov Elşəni isə 2002 ci ildən tanıyır. İddiaçı və Nəzirov Eləşən arasında restoranın alınması məsələsində iştirak etmiş, Namik Qaxdakı restoranını satmaq fikrini bilmişdir. O, da Elşənə təklif etmiş ki, həmin restoranı bir yerdə alsınlar. Namiklə danışmış, restoranı 420 000 manata satdığını bildirmiş, bunun üçün 10 000 dollar beh verilməsini istəmişdir. Onlar da razılaşmış, Namikə 10 000 dollar behi özü əlbələl vermişdir. Namik də onlara üç aylıq müvəqqəti müqavilə bağlamağı təklif etmiş, sonra isə restoranı rəsmi qaydada satacağını bildirmişdir. Elşən həmin restotranı təmir etdirmiş, lazım olan avadanlıqlar almışdır. Bir müddət sonra Elşəndən vəziyyəti soruşanda bilmiş ki, Namik obyekti artıq satmır. Namik ona zəng edərək Elşənin restorandan çıxmasını bildirmiş, Elşən də obyektdən çıxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: icarə müqaviləsi, fotoşəkillər, təbii qaz borcu barədə məlumat və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM): 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 701.1. İcarəlik əşya (icarə obyekti), o cümlədən torpaq sahəsi və ya müəssisə öz ləvazimatı ilə birlikdə icarəyə verilir. Əgər müqavilənin iştirakçıları bu Məcəllənin 701.2-ci maddəsinə uyğun qiymətləndirmə dəyəri üzrə ləvazimatın verilməsi şərtini qoymurlarsa, icarəyə verən bütün ləvazimatı olduğu şəkildə saxlamalıdır. İcarəyə verən icarəçinin cavabdeh olmadığı hər hansı hallar nəticəsində sıradan çıxan ləvazimat obyektlərini əvəz etməyə borcludur. Lakin icarəçi ləvazimata aid əşyaların və heyvanların adi sıradan çıxmasının yerini doldurmağa təsərrüfatın lazımınca aparılmasına uyğun gələn dərəcədə borcludur. 701.2. Əgər icarəyə götürülən ləvazimatın dəyəri icarənin əvvəlində müqavilənin iştirakçıları və ya hər hansı üçüncü şəxs tərəfindən qiymətləndirilirsə və icarəçi icarəyə xitam verildikdən sonra bu ləvazimatı onun qiymətləndirmə dəyəri üzrə qaytarmaq öhdəliyini götürürsə, aşağıdakı qaydalar tətbiq edilir: 701.2.1. ləvazimatın təsadüfən məhv olması və təsadüfən pisləşməsi riski icarəçinin üzərinə düşür; 701.2.2. icarəçi ləvazimat obyektlərinə dair təsərrüfatın lazımınca aparılması çərçivəsində sərəncam verə bilər; 701.2.3. icarəçi ləvazimatı təsərrüfatın lazımınca aparılmasına uyğun gələn vəziyyətdə saxlamalı və uyğun gələn həcmdə daim əvəz etməlidir. Onun əldə etdiyi obyektlər ləvazimata birləşdirildikdən sonra icarəyə verənin mülkiyyəti olur; 701.2.4. icarəyə xitam verildikdən sonra icarəçi mövcud ləvazimatı icarəyə verənə qaytarmalıdır. İcarəyə verən icarəçinin əldə etdiyi və təsərrüfatın lazımınca aparılması qaydalarına görə icarəyə götürülmüş obyekt üçün lüzumsuz və ya həddindən artıq qiymətli olan ləvazimat obyektlərini qəbul etməkdən imtina edə bilər; imtina edilmiş obyektlərə mülkiyyət hüququ imtina anında icarəçiyə keçir; 701.2.5. əgər qəbul edilmiş ləvazimatla qaytarılmalı ləvazimatın ümumi qiymətləndirmə dəyərləri arasında fərq vardırsa, o, pulla kompensasiya edilir. Qiymətləndirmə dəyərləri üçün icarəyə xitam verildiyi məqamda qüvvədə olan qiymətlər əsas götürülməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilə ilə iddiaçıya məxsus qeyri-yaşayış sahəsi xx.xx.2022-ci il tarixədək cavadeh Cavabdeh icarəsinə verilmiş, eyni zamanda, xx.xx.2022-ci il tarixdə təsdiq edilmiş xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin şərtlərinə əsasən iddiaçıya məxsus Qax rayonu, Qaxıngiloy kəndində yerləşən, ümumi sahəsi 239,2 kvadrat metr olan qeyri-yaşayış sahəsi cavadeh Cavabdeh icarəyə verilmişdir. Müqavilənin 3-cü bəndinə əsasən icarə müddəti xx.xx.2023-cü il tarixinədək müəyyən edilir və onun bitməsinə 1 ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzsə icarə müddəti daha 1 il uzadılmış hesab olunur. Müqavilənin 5-ci bəndinə əsasən icarəyə götürən icarəyə verənə aylıq 500 manat icarə haqqı ödəyir. Həmin müqavilənin 12-ci bəndinə əsasən kommunal xidmətlərdən istifadə edilməsinə görə haqqlar, habelə şəhərlərarası ödənişli telefon danışıqları haqqı, o cümlədən əlavə vergi haqqları icarəçi tərəfindən ödənilir. Məhkəmə ilkin olaraq müəyyən etmişdir ki, müqavilə tərəfləri İddiaçı və Cavabdehdur. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, icarəyə götürülmüş obyekti əslində idarə edən şəxs X4r. Lakin həmin şəxsin rəsmi olaraq müqavilə münasibətlərində iştirakı, icarə haqqının ödənilməsi, obyektin alınması üçün behin verilməsi ilə bağlı hallar istisna olmaqla müəyyən edilmir. Bundan əlavə X3 iddiaçıya məxsus mübahisə predmeti olan obyekti almaq üçün Alim Əhmədov vasitəsilə iddiaçı ilə danışıqlar aparmış, iddiaçıya beh olaraq 10000 ABŞ dolları vermiş, münasibətləri alınmadığından Elşən Nəzirovun bildirdiyinə görə həmin vəsaitin bir qismi qaytarılsa da, tam qaytarılmamışdır. Bu səbəbdən ilkin olaraq 3 aylıq bağlanmış icarə müqaviləsinin müddəti 2022-ci ilin 12 sentyabr tarixli müqavilə ilə 1 il müəyyən edilmişdir. İcarə obyektinin cavabdehə təhvil verilməsinə dair təhvil-təslim sənədi olmasa da hər iki tərəf, o cümlədən müstəqil tələb irəli sürməyən üçüncü şəxs etiraf edir ki, həmin obyekt 2022-ci ilin sentyabr ayında təhvil alınmışdır. Lakin 2023-cü ilin sentyabr ayının 12 də icarə müqaviləsinin müddəti bitsə də, obyekt iddiaçıya geri təhvil verilməmişdir. Cavabdehin bildirdiyinə görə 2023-cü ilin sentyabr ayında xəstələnmiş X1 müalicə almış, bu səbəbdən icarə obyektini işlədə bilməmiş, həmin obyekti Elşən Nəzirov başqa işçiyə tapşırmış və sonuncu tərəfindən idarə edilmişdir. Cavabdehin bildirdiyinə görə qeyd edilən obyekt onun tərəfindən rəsmi və ya şifahi qaydada iddiaçıya təhvil götürməsini deməmişdir. İddia tələbinin “12 sentyabr 2022-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinin 3-cü bəndinə əsasən icarə müddəti xx.xx.2023-cü il tarixinədək müəyyən edilir və onun bitməsinə 1 ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzsə icarə müddəti daha 1 il uzadılmış hesab olunur. Müqavilənin 8-ci bəndinə əsasən müqavilənin ləğv edilməsi tərəflərin 1 ay qabaqcadan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir. İddiaçı tərəf izahatında bildirir ki, müqavilə öhdəlikləri pozulduğu üçün ləğv edilməlidir. Eyni zamanda məhkəmədə iddianın qaldırılması və tərəflərin məhkəmə çəkişməsindəki mövqelərindən də müəyyən edilir ki, hər iki tərəf müqavilənin ləğv edilməsinə maraqlıdır. Bu səbəbdən də tərəflər arasında bağlanmış 12 sentyabr 2022-ci il tarixli icarə müqaviləsi ləğv edilməlidir. Belə ki, iddiaçı xx.xx.2024-cü il tarixdə cavabdehə qeyd edilən icarə müqaviləsinin ləğv edilməsinə dair bildiriş göndərmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli Plenum Qərarında göstərilmişdir ki: Mülki Məcəllənin 423.1-ci maddəsinə görə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Məcəllənin 423.2-ci maddəsinə uyğun olaraq, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmin Məcəllənin 424.3-cü maddəsinə əsasən, müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Tərəflərin müqavilənin ləğv edilməsi məsələsinə münasibətdə vahid mövqeləri olmadığından məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinin ləğv edilməsi ilə bağlı iddia tələbi təmin edilməlidir. Digər yanaşmaya görə isə müqavilənin ləğv edilməsi barədə ayrıca göstərişin olubolmamasından asılı olmayaraq, borcun tutulması barədə məhkəmə qətnaməsinin qəbul edilməsi və ya qanuni qüvvəyə minməsi ilə tərəflər arasındakı müqavilə ləğv edilmiş hesab olunur. Məhkəmə qeyd edilənlərin nəticəsində müəyyən edir ki, tərəflər arasında müqavilə 2024-cü ilin apel ayının 23 tarixinə qədər qüvvədə olmuşdur. Məhkəmə iddia tələbinin “icarə müqaviləsi əsasında yaranmış 9500 manat icarə haqqı borcunun tutulması” hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş icarə müqaviləsinin 5-ci bəndinə əsasən icarəyə götürən icarəyə verənə aylıq 500 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda tərəflərin izahatlarından da məlum olur ki, icarə haqqı 500 manat müəyyən edilmişdir. İddiaçı iddia tələbində 17 aylıq icarə haqqı borcunun ödənilmədiyini bildirir və həmin 17 aylıq icarə haqqı məbləği olan 9500 manat pulun tutulmasını xahiş edir. Məhkəmə 9500 manat icarə haqqının tutulmasına münasibətdə bildirir ki, iddiaçı həmin məbləğdə borcun tutulmasını tələb etməkdə haqqsızdır. Müqavilə üzrə icarə haqqı 500 manat müəyyən olunmuşdur. Buradan müəyyən olunur ki, 17 aylıq icarə haqqının dəyəri 17 x 500 = 8500 manatdır. Eyni zamanda tərəflərin izahatlarından da müəyyən olunur ki, obyektin təmirindən sonra iki dəfə 1500 manat icarə haqqı iddiaçıya ödənmişdir. Düzdür, cavabdeh iki dəfə 1500 manat icarə haqqı ödədiyini bildirsə də, təqdim olunmuş 173019 nömrəli qəbzdən görünür ki, xx.xx.2023-cü il tarixində cəmi 1500 manat pul iddiaçıya ödənmişdir. Cavabdehin bildirdiyi ikinci ödənişlə bağlı hər hansı sübut təqdim edilmədiyindən, məhkəmə 17 ay ərzində 1500 manat icarə haqqı ödənişinin olduğunu qəbul edir. Bu səbəbdən də cavabdehin icarə haqqı üzrə cəmi borcu 8500 – 1500 = 7000 manat təşkil edir. Əlavə olaraq məhkəmə iddia tələbinin, “təbii qazdan istifadə edilməsi nəticəsində yaranmış 814 manat pulun tutulması” hissəsində qeyd edir ki, iddia tələbi bu hissədə təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinin 12-ci bəndinə əsasən kommunal xidmətlərdən istifadə edilməsinə görə haqqlar, habelə şəhərlərarası ödənişli telefon danışıqları haqqı, o cümlədən əlavə vergi haqqları icarəçi tərəfindən ödənilir. Eyni zamanda məhkəməyə təqdim edilmiş Zaqatala RQİİ-nin Qax Xidmət Sahəsinin təqdim etdiyi hesab fakturadan görünür ki, obyektin xx.xx.2024-cü il üzrə 814 manat qazdan istifadəyə görə borcu vardır. Obyektin cavabdeh tərəfindən istifadə müddətinə diqqət yetirsək görə bilərik ki, 2023-cü il ərzində icarə müqaviləsinin pozulmasına dair hər hansı bir təklif irəli sürülməmiş və bununla da obyekt, Cavabdeh istifadəsində olmuşdur. Bu səbəbdən də hesablanmış 814 manat təbii qazdan istifadə borcu cavabdehdən tutulmalıdır. Məhkəmə iddia tələbinin “hazırda yerində olmayan 3 ədəd hər biri 570 manat dəyərində 32 ekran televizor, 1 ədəd 850 manat dəyərində 42 ekran televizor, 1 ədəd 410 manat dəyərində suqızdırıcısı (ariston), 1 ədəd 300 manat dəyərində kartof qızardan aparat, 1 ədəd 670 manat dəyərində elektrik ət maşını, 14 ədəd hər biri 12 manat dəyərində piti qabı, 44 ədəd hər biri 4 manat dəyərində qatıq üçün dopu, 4 ədəd hər biri 800 manat dəyərində kondinsioner, 1 ədəd 180 manat dəyərində böyük gəmi maketi, 1 ədəd 90 manat dəyərində su nasosu, 24 ədəd hər biri 30 manat dəyərində taxta stul, 28 ədəd hər biri 17 manat dəyərində dəmir stul, 80 personluq 800 manat dəyərində yemək dəsti, 19 ədəd hər biri 15 manat dəyərində qızdırıcı radiator, 7 ədəd hər biri 22 manat dəyərində sac qabı, 8 ədəd hər biri 90 manat dəyərində jalüz pərdə, 1 ədəd 90 manat dəyərində bıçaq itiləyən, 1 ədəd 270 manat dəyərində mühafizə kamerası sisteminin bloku, 1 ədəd 400 manat dəyərində barın xrom qədəh və aksesuar asılqanları və 8 ədəd hər biri 240 manat dəyərində mühafizə kameraları daxil olmaqla bütünlükdə həmin əşyaların dəyərinin əvəzi olaraq cəmi 13589 manatın Cavabdeh alınaraq iddiaçıya verilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Əvvəla məhkəmə qeyd edir ki, obyektin və onun içərisində yerləşən əşyaların cavabdehə təhvil verilməsi ilə bağlı hər hansı bir təhvil-təslim aktı məhkəməyə təqdim edilməmişdir. Buna baxmayaraq tərəflər arasında iddiaçıya məxsus Qax rayonu, Qaxıngiloy kəndində yerləşən, ümumi sahəsi 239,2 kvadrat metr olan qeyri-yaşayış sahəsinin icarəsi barədə icarə müqaviləsi bağlanmış və cavabdeh tərəf də məhkəmə iclaslarında obyekti təhvil aldığını və onu işlətdiyini bildirmişdir. Məhkəmə obyektin cavabdehə təhvil verilməsini qəbul etsə də, onun içərisində yerləşən əşyaların təhvil verilməsi ilə bağlı hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş fotoşəkillərdən də görünür ki, iddiaçının qeyd etdiyi əşyalar hazırda obyektdədir. İddiaçı tərəf həmin fotoşəkillərə münasibətdə hər hansı bir əks sübut təqdim etmədiyindən, məhkəmə iddia tələbini bu hissədə təmin etmir. İddiaçı tərəf bildirmişdir ki, həmin əşyaların bir qismi işlək deyil, bir qismi isə yerində deyildir. Cavabdeh tərəf təqdim etdiyi fotoların iddiaçının işçisinin yanında çəkildiyini bildirmiş və həmin avadanıqların yerində olduğunu bildirmişdir. İddiaçı tərəf qeyd edilən daşınar əşya və əmlakların cavabdehə rəsmi qaydada təhvil verilməsini və ya ümumiyyətlə təhvil verilməsini yanakı sübutlarla təsdiq edən arqumentləri təqdim etmədiyindən və cavabdeh tərəf iddia tələbinin bu hissəsi ilə ümimiyyətlə razı olmadığından məhkəmə iddiaçının qeyd edilən əşyaların cavabdehə təqdim edilməsi ilə bağlı mötəbər sübutunun olmadığı qənaətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM): 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə X5 ilə İddiaçı arasında mövcud olmuş hazırkı mübahisə predmeti üzrə alqı-satqı münasibətlərinə və obyektin alınması üçün behin verilməsi, həmçinin həmin məbləğin qaytarılması mövzusuna münasibətdə qeyd edir ki, həmin alqı-satqı ilə bağlı behin verilməsi və alqı-satqı müqaviləsinin baş tutması və ya behin qaytarılması hazırkı mübahisə üzrə tələb olmadığından tam araşdırılmamışdır. Eyni zamanda, hazırki mübahisə icarə müqaviləsi ilə bağlı olmuş və cavabdeh qismində Cavabdeh iştirak etmişdir. Qeyd edilən alqı-satqı və beh məbləğinin qaytarılması ilə bağlı iddia ilə müvafiq məhkəməyə müraciət edilə bilər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə qeyd edir ki, iddia tələbi qismən təmin edilməlməklə 12 sentyabr 2022-ci il tarixli icarə müqaviləsi ləğv edilməli, icarə müqaviləsi əsasında yaranmış 7000 manat icarə haqqı borcu və icarə müqaviləsinin qüvvədə olduğu müddətdə təbii qazdan istifadə edilməsi nəticəsində yaranmış 814 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. MPM-in:

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Tərəflər arasında bağlanmış 12 sentyabr 2022-ci il tarixli icarə müqaviləsi xx.xx.2024-cü il tarixdən ləğv edilmiş hesab edilsin. Cavabdeh icarə müqaviləsi əsasında yaranmış 7000 manat icarə haqqı borcu və icarə müqaviləsinin qüvvədə olduğu müddətdə təbii qazdan istifadə edilməsi nəticəsində yaranmış 814 manat borc tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən : Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar