Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-672/2025 21.10.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, Mövsümova Günel Namizət qızının katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “cavabdehlərdən müştərək qaydada 007R********** saylı kredit razılaşması üzrə 8057.74 manat kredit borcu, 592.58 manat faiz borcu, 170.58 manat cərimə borcu, 007R********** saylı kredit razılaşması üzrə 8153.13 manat kredit borcu, 880.38 manat faiz borcu, 215.55 manat cərimə borcu olmaqla, cəmi 18069.96 manat borcun və 144.21 manat ödənilmiş dövlət rüsumunun tutulması” tələbinə dair iş materiallarına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi: Təsviri hissə: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “cavabdehlərdən müştərək qaydada 007R********** saylı kredit razılaşması üzrə 8057.74 manat kredit borcu, 592.58 manat faiz borcu, 170.58 manat cərimə borcu, 007R********** saylı kredit razılaşması üzrə 8153.13 manat kredit borcu, 880.38 manat faiz borcu, 215.55 manat cərimə borcu olmaqla, cəmi 18069.96 manat borcun və 144.21 manat ödənilmiş dövlət rüsumunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 (kredit alan), Cavabdeh1, Cavabdeh5, Cavabdeh4 (zaminlər) arasında bağlanmış xx.xx.2022-ci il tarixli 007L**********41 saylı uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 120 ay müddətinə 100 000 manat məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən veriləcək məbləğ və müddət ayrıca kredit razılaşması ilə müəyyən olunur. Həmin müqavilənin: 2.7-ci bəndinə əsasən kredit alan kredit borcunu, kredit faizini, xərcləri və başqa məsrəfləri bu müqavilənin tələbləri nəzərə alınmaqla müvafiq kredit sazişində müəyyən olunmuş qaydada, habelə olduğu halda ödəniş planına və ödəniş haqları cədvəlinə uyğun olaraq banka qaytarmağı öz öhdəsinə götürür. 4.4. Kredit faizi qaytarılmalı kredit məbləği üzrə hər gün Bank tərəfindən kreditin verildiyi tarixdən (gündən) onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. 4.9-cu bəndinə əsasən kredit alan krediti vaxtında və lazımi qaydada qaytarmadıqda, hər gecikdirilmiş gün üçün kredit qalığının 0.02%-i məbləğində cərimə borcu ödəməyi öhdəsinə götürür. 11.1-ci bəndinə əsasən zamin (Cavabdeh1, Cavabdeh5, Cavabdeh4) kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında kredit alan ilə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür xx.xx.2023-cü il tarixdə İddiaçı QSC ilə Cavabdeh2 arasında 007S**********01 nömrəli qoşulma barədə saziş bağlanmış və zamin kredit alanın xx.xx.2022-ci il tarixli 007L**********41 saylı uzunmüddətli kredit və təminat müqaviləsindən irəli gələn öhdəliklərinin icrası üçün kredit alanla birgə və tam məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. xx.xx.2023-cü il tarixdə İddiaçı QSC ilə Cavabdeh3 arasında uzunmüddətli kredit və təminat müqaviləsi əsasında 007R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma bağlanmışdır. Həmin razılaşmaya əsasən bank tərəfindən Cavabdeh3 36 ay müddətinə, illik faiz dərəcəsi 23% оlmaqla 15 500 manat məbləğində kredit verilmişdir. xx.xx.2024-cü il tarixdə İddiaçı QSC ilə Cavabdeh3 arasında uzunmüddətli kredit və təminat müqaviləsi əsasında 007R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma bağlanmışdır. Həmin razılaşmaya əsasən bank tərəfindən Cavabdeh3 36 ay müddətinə, illik faiz dərəcəsi 25% оlmaqla 10 000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışlarından görünür ki, Cavabdeh3 xx.xx.2023-cü il tarixli, 007R********** nömrəli razılaşma üzrə 8057.74 manat əsas, 592.58 manat faiz, 130 gün gecikdirmə üçün hesablanmış 170.58 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli 007R********** nömrəli razılaşma üzrə 8153.13 manat əsas, 880.38 manat faiz, 130 gün gecikdirmə üçün hesablanmış 215.55 manat cərimə borcu mövcuddur. Cavabdeh xx.xx.2023-cü il tarixli, 007R********** nömrəli razılaşma üzrə kredit borcundan cəmi 7442.26 manat ödəniş etmiş, onun ödənilməmiş 8057.74 manat borcu qalmış, xx.xx.2024-cü il tarixli 007R********** nömrəli razılaşma üzrə kredit borcundan cəmi 1846.87 manat ödəniş etmiş, onun ödənilməmiş 8153.13 manat borcu qalmışdır. Cavabdehlər kredit müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirməmiş və nəticədə onların ödənilməmiş borcları qalmışdır. Cavabdeh3 xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə vəsatət təqdim edərək bildirmişdir ki, 15 fevral 2023-cü il tarixli və 17 yanvar 2024-cü il tarixli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmalar əsasında bankdan kredit götürmüş, əvvəllər hər ay vaxtlı vaxtında ödəniş etmiş, lakin işlə bağlı yaranmış çətinliklər səbəbindən kredit ödənişlərini ödəməkdə çətinlik çəkmişdir. İndiyədək götürdüyü kredit borcundan cəmi 7442,26 manat bir və 1846,87 manat bir ödəniş etməyinə baxmayaraq kredit borcu cəmi 18069 manat göstərilmişdir. Hesab edir ki, bank tərəfindən onun faiz və cərimə borcu düzgün göstərilməmişdir. İş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsini məhkəmədən xahiş etmişdir. AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli 9/3317 nömrəli məhkəmə-mühasibatlıq ekspertizası barədə ekspert rəyindən görünür ki, Cavabdeh3 27 may 2025-ci il tarixinə xx.xx.2023-cü il tarixli, 007R********** nömrəli kredit razılaşması üzrə 8001.51 manat əsas, 827.16 manat faiz, xx.xx.2024-cü il tarixli 007R********** nömrəli kredit razılaşması üzrə 8192.29 manat əsas, 1080.39 manat faiz borcu mövcud olduğu müəyyən edilmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, iddiaçı tərəf məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəyini və işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara uzunmüddətli kredit və təminat müqaviləsi, kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmalar, qoşulma barədə saziş, arayış, hesabdan çıxarış və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbayacan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM): 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il və xx.xx.2024-cü tarixlərdə İddiaçı QSC ilə Cavabdeh3 arasında uzunmüddətli kredit və təminat müqaviləsi əsasında müvafiq olaraq 007R********** nömrəli və 007R********** kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmalar bağlanmışdır. Hər iki razılaşmaya əsasən bank tərəfindən Cavabdeh3 kredit verilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təqdim edilmiş sübutlar ekspert rəyi ilə qarşılıqlı təhlil edilərək yekun nəticəyə gəlinməlidir. Belə ki, Cavabdeh3 ilkin olaraq iddiaçının tələbi ilə razılaşmayaraq vəsatətlə məhkəməyə müraciət edərək məhkəməmühasibatlıq ekspertizasının təyin edilməsini xahiş etmiş, bundan sonra ekspert rəyi məhkəməyə təqdim edildikdən sonra tərəflər rəylə razılaşmamaları ilə bağlı hər hansısa münasibət bildirməmişlər. Belə ki, cavabdehlər üzərilərinə götürdükləri öhdəlikləri lazımi qaydada yerinə yetirmədiklərindən iddiaçı tərəf xx.xx.2023-cü il tarixli, 007R********** nömrəli kredit razılaşması üzrə 8001.51 manat əsas borc, 592.58 manat faiz borcu, 170.58 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli 007R********** nömrəli kredit razılaşması üzrə 8153.13 manat əsas borc, 880.38 manat faiz borcu, 215.55 manat cərimə borcu tələb etməkdə haqlıdır. İş üzrə cavabdehlər tərəfindən ekspert rəyi ilə razılaşmamaları ilə bağlı məhkəməyə vəsatət və ya müraciət ünvanlanmamış, məhkəmə tərəfindən müəyyən edilən borc məbləğinin uyğunsuz və əsassızlığı ilə bağlı hallar müəyyən edilməmişdir. Bu səbəbdən məhkəmə təqdim edilən sübutlar əsasında işə baxılaraq yekunlaşdırılması qərarına gəlmişdir. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, uzunmüddətli kredit və təminat müqaviləsinin 11.1-ci bəndinə və qoşulma barədə sazişə əsasən zaminlər və borclu kreditor qarşısında birgə məsuliyyət daşıdığından və cavabdeh kredit alan öhdəliklərini lazımınca yerinə yetirmədiyindən cavabdehlərdən müştərək qaydada xx.xx.2023-cü il tarixli, 007R********** nömrəli kredit razılaşması üzrə 8001.51 manat əsas bоrc, 592.58 manat faiz borcu, 170.58 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli 007R********** nömrəli kredit razılaşması üzrə 8153.13 manat əsas borc, 880.38 manat faiz borcu və 215.55 manat cərimə borcu tutularaq iddiaçıya ödənilməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinə uyğun olaraq ödənilməli olan dövlət rüsumunun məbləği 144.21 manat təşkil edir. İddia tələbi qismən təmin edildiyindən və iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu cavabdehlərdən tələb edildiyindən iddianın təmin edilən hissəsinə münasibətdə 143.76 manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada xx.xx.2023-cü il tarixli, 007R********** nömrəli kredit razılaşması üzrə 8001.51 manat əsas borc, 592.58 manat faiz borcu, 170.58 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli 007R********** nömrəli kredit razılaşması 8153.13 manat əsas borc, 880.38 manat faiz borcu, 215.55 manat cərimə borcu olmaqla, cəmi 18013.73 manat pul və 143.76 manat dövlət rüsumu tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Aparılmış tədqiqatın dəyəri olan 100 manat pul Cavabdeh3 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X1, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ**********0000003944, sfift bik: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, Vöen: **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Mübariz Hüseynov