Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-675/2024 10.06.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Cavabdeh qarşı “müqavilə üzrə 5333.82 manat əsas borc və 73.33 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı “müqavilə üzrə 5333.82 manat əsas borc və 73.33 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2023-cü il tarixdə FT- QH/26 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 2.1-ci bəndinə əsasən satıcı alıcının qaimə-fakturalarına əsasən müəyyən olunmuş vaxt ərzində malları təchiz etməyi öhdəsinə götürür. Müqavilənin 3.1-ci bəndinə əsasən alıcı, satıcı tərəfindən təchiz edimiş malların haqqını 4-cü maddədə nəzərdə tutulmuş qaydada və müddətdə ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən ödəniş, mallar təhvil verildikdən sonra 30 gün ərzində nəğdsiz qaydada aparılır. Müqavilənin 10.1-ci bəndinə əsasən hazırki müqavilə xx.xx.2023-cü il tarixindən qüvvəyə minir və xx.xx.2024-cü il tarixinədək qüvvədə qalır. İş materialları kimi məhkəməyə təqdim olunmuş xx.xx.2023-cü il tarixli elektron qaimədən görünür ki, iddiaçı tərəfindən müxtəlif adlarda ümumi dəyəri 6479.68 manat olan məhsullar cavabdehə satılmışdır. Eyni zamanda xx.xx.2024-cü il tarixli elektron qaimədən görünür ki, ümumi dəyəri 1128.09 manat olan müxtəlif adda məhsullar iddiaçı tərəfindən cavabdehə satılmışdır. Əlavə olaraq cavabdeh xx.xx.2023-cü il tarixli qaimə üzrə xx.xx.2023-cü il tarixində 1600 manat, xx.xx.2023-cü il tarixində 299.98 manat, xx.xx.2023-cü il tarixində 74.99 manat və xx.xx.2023-cü il tarixində 299.98 manat olmaqla ödənişlər etmişdir. Cavabdeh hər iki qaimə üzrə öhdəliklərini tam icra etməmiş və onun 5333.82 manat ödənilməmiş borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdeh xx.xx.2024-cü il tarixdə rəsmi qaydada bildirişi qəbul etməsinə baxmayaraq, iddia tələbinə qarşı cavabdeh əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişdir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin: 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.
567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 597.1. Alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2023cü il tarixdə FT-QH/26 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 2.1-ci bəndinə əsasən satıcı alıcının qaimə-fakturalarına əsasən müəyyən olunmuş vaxt ərzində malları təchiz etməyi öhdəsinə götürür. Müqavilənin 3.1-ci bəndinə əsasən alıcı, satıcı tərəfindən təchiz edimiş malların haqqını 4-cü maddədə nəzərdə tutulmuş qaydada və müddətdə ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən ödəniş, mallar təhvil verildikdən sonra 30 gün ərzində nəğdsiz qaydada aparılır. Müqavilənin 10.1ci bəndinə əsasən hazırki müqavilə xx.xx.2023-cü il tarixindən qüvvəyə minir və xx.xx.2024-cü il tarixinədək qüvvədə qalır. İş materialları kimi məhkəməyə təqdim olunmuş xx.xx.2023-cü il tarixli elektron qaimədən görünür ki, iddiaçı tərəfindən müxtəlif adlarda ümumi dəyəri 6479.68 manat olan məhsullar cavabdehə satılmışdır. Eyni zamanda xx.xx.2024-cü il tarixli elektron qaimədən görünür ki, ümumi dəyəri 1128.09 manat olan müxtəlif adda məhsullar iddiaçı tərəfindən cavabdehə satılmışdır. Əlavə olaraq cavabdeh xx.xx.2023-cü il tarixli qaimə üzrə xx.xx.2023-cü il tarixində 1600 manat, xx.xx.2023-cü il tarixində 299.98 manat, xx.xx.2023-cü il tarixində 74.99 manat və xx.xx.2023-cü il tarixində 299.98 manat olmaqla ödənişlər etmişdir. Cavabdeh hər iki qaimə üzrə öhdəliklərini tam icra etməmiş və onun 5333.82 manat ödənilməmiş borcu yaranmışdır ki, iddiaçı əsas borcun tutulmasını tələb etməkdə haqlıdır. Belə ki, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli qaimə üzrə: xx.xx.2023-cü il tarixində 1600 manat; xx.xx.2023-cü il tarixində 299.98 manat; xx.xx.2023-cü il tarixində 74.99 manat; xx.xx.2023-cü il tarixində 299.98 manat olamaqla ümumilikdə 2274.95 manat ödəniş etmiş və onun hazırki tarixə 4204.73 manat borcu qalmışdır. Əlavə olaraq cavabdeh xx.xx.2024-cü il tarixli, ümumi məbləği 1128.09 manat olan qaimə üzrə heç bir ödəniş etməmiş və onun 1128.09 manat borcu qalmışdır. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə hesab edir ki, cavabdehin hər iki qaimə üzrə ümumilikdə 5333.82 manat (4204.73 + 1128.09 = 5333.82) borcu vardır və həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən iddiaçının ödədiyi 73.33 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 5333.82 manat əsas borc və 73.33 manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim : Mübariz Hüseynov