Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-677/2024 18.07.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Əliyev Mələk Rafail qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh qarşı “9885.28 manat əsas, 1455.62 manat faiz, 1150.44 manat cərimə, 2767.40 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış faiz olmaqla cəmi 15258.74 manat borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmeti olan əmlakın açıq hərracda satılması, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı ödənilmiş 51 manat dövlət rüsumu, 136 manat iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı “9885.28 manat əsas, 1455.62 manat faiz, 1150.44 manat cərimə, 2767.40 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış faiz olmaqla cəmi 15258.74 manat borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmeti olan əmlakın açıq hərracda satılması, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı ödənilmiş 51 manat dövlət rüsumu, 136 manat iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin iddiaçı tərəf məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə iddiaçı tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Eyni zamanda cavabdeh məhkəmə iclasında iştirak etmiş və verdiyi izahatında bildirmişdir ki, yeni müqavilə bağlamaq istəyir, təklifi qəbul etmiş, işə mahiyyəti üzrə baxılmasını məhkəmədən tələb etmir. İddiaçı ASC xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, hazırki kommersiya mübahisəsi üzrə iddiaçı ilə cavabdeh arasında Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Fərmanın icrası ilə bağlı cavabdehin ərizəsi əsasında yeni müqavilə bağlanılır. Müqavilənin icrası hələlik yekunlaşmamışdır. Bu səbəbdən də iddia ərizəsinin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını və ərizəni nəzərdən keçirib hesab edir ki, İddiaçı ASC iddia ərizəsini baxılmamış saxlanılmasını xahiş etdiyindən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 279, 263-264, 266 -268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh qarşı “9885.28 manat əsas, 1455.62 manat faiz, 1150.44 manat cərimə, 2767.40 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış faiz olmaqla cəmi 15258.74 manat borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmeti olan əmlakın açıq hərracda satılması, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı ödənilmiş 51 manat dövlət rüsumu, 136 manat iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair ərizə baxılmamış saxlanılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-677/2024
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-677/2024
18.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver