Məhkəmə qərarları › İş №e-2-2(117)-685/2024

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-685/2024

13.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-685/2024 13.06.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Əlieva Mələk Rəfail qızının katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər X1, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 qarşı “kredit razılaşması üzrə 5910.7 manat məbləğində kredit borcu, 3563.37 manat məbləğində faiz borcu, 3199.55 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 12,673.62 manat borcun, 200 manat mediasiya xərcinin və 128.02 manat dövlət rüsumunun tutulması” tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər X1, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 qarşı “kredit razılaşması üzrə 5910.7 manat məbləğində kredit borcu, 3563.37 manat məbləğində faiz borcu, 3199.55 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 12,673.62 manat borcun, 200 manat mediasiya xərcinin və 128.02 manat dövlət rüsumunun tutulması” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilsə də, tərəflər iştirak etmədiyindən və bu barədə üzürlü səbəb bildirmədiyindən məhkəmə tərəflərin iştirakı olmadan işə baxmışdır. İddiaçı xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə müraciət edərək cavabdeh X1 tərəfindən borcun tam şəkildə ödənildiyini bildirmiş, iddia ərizəsi və ona əlavə sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadn işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının ərizəsini araşdırıb hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Hazırki iş üzrə iddiaçı iddia ərizəsinin qaytarılması barədə ərizə ilə məhkəməyə müraciət etdiyindən məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər X1, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 qarşı “kredit razılaşması üzrə 5910.7 manat məbləğində kredit borcu, 3563.37 manat məbləğində faiz borcu, 3199.55 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 12,673.62 manat borcun, 200 manat mediasiya xərcinin və 128.02 manat dövlət rüsumunun tutulması” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar