Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-686/2022 18.05.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlu, iddiaçı “X1” MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı “xxxx EŞ tərəfindən 2020-ci ilin oktyabr ayı üzrə elektrik enerjisindən istifadəyə görə əlavə olaraq hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı “X1” MMC cavabdeh "xxxx" ASC-yə qarşı “xxxx EŞ tərəfindən 2020-ci ilin oktyabr ayı üzrə elektrik enerjisindən istifadəyə görə əlavə olaraq hesablanmış borcun silinməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədləri araşdırıb hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş iddia ərizəsinin formasına və məzmununa dair tələblərə iddiaçı tərəfindən riayət edilmədiyindən, yəni iddia ərizəsində cavabdehə qarşı yönəlmiş tələb aydın olmadığından iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2-ci maddəsinə əsasən, iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı, işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları, iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu, nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına riayət edilməsinə dair məlumat və ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilir. Göründüyü kimi iddia ərizəsində iddiaçının tələbi dedikdə, cavabdehə qarşı aydın və dəqiq ifadə edilmiş tələbdən söhbət gedir ki, iddiaçının hazırki tələbi MPM-in 149-cu maddəsinin tələblərinə cavab vermir. Belə ki, iddiaçı cavabdeh tərəfindən 2020-ci ilin oktyabr ayı üzrə hesablanmış borcun silinməsini iddia etsə də, həmin məbləğin nə qədər təşkil etməsini göstərməmişdir. Halbuki, iddiaçı tələbini dəqiq və aydın ifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçının diqqətinə çatdırılır ki, göstərilən çatışmazlıqlar aradan qaldırılmaqla yenidən ümumi qaydada məhkəməyə müraciət oluna bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı “X1” MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı “xxxx EŞ tərəfindən 2020-ci ilin oktyabr ayı üzrə elektrik enerjisindən istifadəyə görə əlavə olaraq hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-686/2022
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-686/2022
18.05.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver