Məhkəmə qərarları › İş №e-2-2(117)-686/2024

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-686/2024

27.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-686/2024 27.08.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı “009R********** saylı krеdit razılaşması üzrə 14619.42 manat məbləğində krеdit bоrcu, 6217.88 manat məbləğində faiz bоrcu və 2891.79 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 23729.09 manat məbləğində bоrcun, 200 manat mediasiya xərcinin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması; tələbin Cavabdeh4 mülkiyyətində olan Zaqatala şəhəri, Saleh Qocayev küçəsində mülkiyyətində olan 0.0337 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı 31 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və ümumilikdə cəmi 23729.09 manat məbləğində bоrcun, 200 manat mediasiya xərcinin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 15 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına AccessBank» QSC-ə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 ümumi müştərək qaydada tutulması və əmlak satıldıqdan sonra həmin fərdi yaşayış evin boşaldılması, cavabdeh və onunla birlikdə yaşayan ailə üzvlərinin həmin əmlakdan çıxarılması, əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı “009R********** saylı krеdit razılaşması üzrə 14619.42 manat məbləğində krеdit bоrcu, 6217.88 manat məbləğində faiz bоrcu və 2891.79 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 23729.09 manat məbləğində bоrcun, 200 manat mediasiya xərcinin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması; tələbin Cavabdeh4 mülkiyyətində olan Zaqatala şəhəri, Saleh Qocayev küçəsində mülkiyyətində olan 0.0337 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı 31 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və ümumilikdə cəmi 23729.09 manat məbləğində bоrcun, 200 manat mediasiya xərcinin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 15 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına AccessBank» QSC-ə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 ümumi müştərək qaydada tutulması və əmlak satıldıqdan sonra həmin fərdi yaşayış evin boşaldılması, cavabdeh və onunla birlikdə yaşayan ailə üzvlərinin həmin əmlakdan çıxarılması, əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin tərəflər məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, Şəki Kommersiya Məhkəməsinin 2-2(117)-686/2024 saylı mülki işi üzrə cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirmiş və onun banka borcu qalmamışdır. Odur ki, iddia tələbinin baxılmamış saxlanılması və əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını və ərizəni nəzərdən keçirib hesab edir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehin ona olan borcu tam ödənilməsi səbəbindən iddia ərizəsinin geri qaytarmaqla baxılmamış saxlanılmasını xahiş etdiyindən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılmalıdır. Məhkəmə cavabdehin məhkəmə iclasında iştirak etməməsini hazırkı işə mahiyyəti üzrə baxılmasını tələb etməməsi kimi qiymətləndirir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 279, 263-264, 266 -268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı “009R********** saylı krеdit razılaşması üzrə 14619.42 manat məbləğində krеdit bоrcu, 6217.88 manat məbləğində faiz bоrcu və 2891.79 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 23729.09 manat məbləğində bоrcun, 200 manat mediasiya xərcinin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması; tələbin Cavabdeh4 mülkiyyətində olan Zaqatala şəhəri, Saleh Qocayev küçəsində mülkiyyətində olan 0.0337 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı 31 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və ümumilikdə cəmi 23729.09 manat məbləğində bоrcun, 200 manat mediasiya xərcinin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 15 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına AccessBank» QSC-ə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 ümumi müştərək qaydada tutulması və əmlak satıldıqdan sonra həmin fərdi yaşayış evin boşaldılması, cavabdeh və onunla birlikdə yaşayan ailə üzvlərinin həmin əmlakdan çıxarılması, əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsi” tələbinə dair ərizə baxılmamış saxlanılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar