Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-692/2024 20.05.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı QSC BOKT-un cavabdehlər X1, Cavabdeh2 və Cavabdeh3 qarşı “nöqsanların aradan qaldırılması məqsədilə iddia ərizəsinin geri qaytarılması” tələbinə dair iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı QSC BOKT cavabdehlər X1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixində məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən həmin işə e-2-2(117)-691/2024 nömrəsi verilərək icraata götürülmüşdür. Eyni zamanda iddiaçı tərəf yeni iddia ərizəsi ilə məhkəməyə yenidən müraciət etmiş və həmin işə yeni e-2-2(117)-692/2024 nömrəsi verilmişdir. İddiaçı tərəf iddia ərizəsində bildirmişdir ki, "xxxx" QSC tərəfindən cavabdehlər fərdi sahibkar X1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun tutulması tələbinə dair sadələşdirilmiş iddia icraatı qaydasında iddia ərizəsi ilə xx.xx.2024- cü il tarixdə Şəki Kommersiya Məhkəməsinə müraciət edilmiş və elektron sistemdə S(117)-182171/2024 saylı nömrə ilə qeydə alınmışdır. Həmin iddia ərizəsi məhkəməyə verilərkən müəyyən nöqsanlara yol verilmiş, dövlət rüsumu elektron sistemə səhv yüklənmişdir. Hesab edirik ki, nöqsanların aradan qaldırılması üçün həmin iddia ərizəsi iddiaçıya geri qaytarılmalıdır. Bu səbəbdən də iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddiaçı tərəfindən təqdim olunan iddia ərizəsi daha öncə məhkəmənin icraatına daxil olmuş e-2-2(117)-691/2024 nömrəli işə aid olsa da, ayrıca iddia ərizəsi şəklində verildiyindən işə nömrə verilərək qeydiyyata alınmışdır. Məhkəmə qeyd edir ki, hər hansısa işlə bağlı sənədlər yalnız eyni nömrəli işin sənədləri hissəsinə daxil edilə bilər. Yeni iddia ərizəsi formasında göndərilmiş işlər ayrıca qeydiyyata alınır. Hazırki iş üzrə iddia ərizəsinin forma və məzmununa dair tələblərə əməl edilməmişdir. Belə ki iddia tələbi aydın formada ifadə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM): 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində aydın göstərilməlidir. MPM-in 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi geri qaytarılır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı QSC BOKT-un cavabdehlər X1, Cavabdeh2 və Cavabdeh3 qarşı “nöqsanların aradan qaldırılması məqsədilə iddia ərizəsinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-692/2024
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-692/2024
20.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver