Məhkəmə qərarları › İş №e-2-2(117)-693/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-693/2025

26.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-693/2025 26.12.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Əzimova Rəna Sərvər qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh2, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdehlər X4 hüquqi varisləri X2 və Cavabdeh3 qarşı “Cavabdeh1 müqavilələrə əsasən İsmayıllı və Göyçay rayonlarında icarəyə götürdüyü ümumilikdə 247.1381 ha torpaq sahəsi üçün illik icarə haqqı üzrə 28.881,43 manat əsas borc, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən hesablanmış 1.444,07 manat faiz borcu, müqavilənin 4.3-cü maddəsinə əsasən hesablanmış 490,98 manat cərimə olmaqla, cəmi 30.816,48 manat borcun və ödənilmiş 182,50 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Şəki Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. MÜƏYYƏNETDİ I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdehlər X5 (bundan sonra mətndə cavavbdeh) qarşı “müqavilələrə əsasən İsmayıllı və Göyçay rayonlarında icarəyə götürdüyü ümumilikdə 247.1381 ha torpaq sahəsi üçün illik icarə haqqı üzrə 28.881,43 manat əsas borc, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən hesablanmış 1.444,07 manat faiz borcu, müqavilənin 4.3-cü maddəsinə əsasən hesablanmış 490,98 manat cərimə olmaqla, cəmi 30.816,48 manat borcun və ödənilmiş 182,50 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İş üzrə cavabdeh X6 xx.xx.2025-ci il tarixdə vəfat etdiyindən Şəki Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən cavabdehin hüquqi varisləri müəyyən edilənədək iş üzrə icraat dayandırılmışdır.

3. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən iş üzrə icraat təzələnmiş, cavabdehin hüquqi varisi olaraq oğlu X3, cavabdehin arvadı Cavabdeh3 Blaş qızı cəlb edilmişdir.

4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə cavabdeh fərdi sahibkar Cavabdeh1 arasında xx.xx.2021 və xx.xx.2021-ci il tarixli aşağıdakı icarə müqavilələri (bundan sonra – Müqavilə) bağlanmışdır: 1) xx.xx.2021-ci il tarixli, 3M-1863 nömrəli icarə müqaviləsi - İsmayıllı rayonu, Qubaxəlilli kəndi-11.0148 ha; 2) xx.xx.2021-ci il tarixli, 3M-1864 nömrəli icarə müqaviləsi - İsmayıllı rayonu, Qubaxəlilli kəndi-6.2423 ha; 3) xx.xx.2021-ci il tarixli, 3M- 1865 nömrəli icarə müqaviləsi - İsmayıllı rayonu, Qubaxəlilli kəndi-9.6139 ha; 4) xx.xx.2021-ci il tarixli, 3M-1866 nömrəli icarə müqaviləsi - İsmayıllı rayonu, Qubaxəlilli kəndi-3.78 ha; 5) xx.xx.2021-ci il tarixli, 3M-1867 nömrəli icarə müqaviləsi - İsmayıllı rayonu, Qubaxəlilli kəndi-3.3054 ha; 6) xx.xx.2021-ci il tarixli, 3M-1868 nömrəli icarə müqaviləsi - İsmayıllı rayonu, Qubaxəlilli kəndi-14.32 ha; 7) xx.xx.2021-ci il tarixli, 3M- 1869 nömrəli icarə müqaviləsi - İsmayıllı rayonu, Qubaxəlilli kəndi-21.9571 ha; 8) xx.xx.2021-ci il tarixli, 3M-2744 nömrəli icarə müqaviləsi - Göyçay rayonu, Qarayazı kəndi-8.1486 ha; 9) xx.xx.2021-ci il tarixli, 3M-2745 nömrəli icarə müqaviləsi - Göyçay rayonu, Qarayazı kəndi- 2.24 ha; 10) xx.xx.2021-ci il tarixli, 3M-2746 nömrəli icarə müqaviləsi - Göyçay rayonu, Qarayazı kəndi-2.24 ha; 11) xx.xx.2021-ci il tarixli, 3M-2747 nömrəli icarə müqaviləsi - Göyçay rayonu, Qarayazı kəndi-4.4769 ha; 12) xx.xx.2021-ci il tarixli, 3M-2748 nömrəli icarə müqaviləsi - Göyçay rayonu, Qarayazı kəndi-1.64 ha; 13) xx.xx.2021-ci il tarixli, 3M-2749 nömrəli icarə müqaviləsi - Göyçay rayonu, Qarayazı kəndi-3.6241 ha; 14) xx.xx.2021-ci il tarixli, 3M-2750 nömrəli icarə müqaviləsi - Göyçay rayonu, Qarayazı kəndi-2.61 ha; 15) xx.xx.2021-ci il tarixli, 3M-2751 nömrəli icarə müqaviləsi - Göyçay rayonu, Qarayazı kəndi-1.2320 ha; 16) xx.xx.2021-ci il tarixli, 3M-2752 nömrəli icarə müqaviləsi - Göyçay rayonu, Qarayazı kəndi-1.49 ha; 17) xx.xx.2021-ci il tarixli, 3M-2753 nömrəli icarə müqaviləsi - Göyçay rayonu, Qarayazı kəndi-1.4921 ha; 18) xx.xx.2021-ci il tarixli, 3M-2754 nömrəli icarə müqaviləsi - Göyçay rayonu, Qarayazı kəndi-1.49 ha; 19) xx.xx.2021-ci il tarixli, 3M-2755 nömrəli icarə müqaviləsi - Göyçay rayonu, Qarayazı kəndi-2.9845 ha; 20) xx.xx.2021-ci il tarixli, 3M-2756 nömrəli icarə müqaviləsi - Göyçay rayonu, Qarayazı kəndi-1.81 ha; 21) xx.xx.2021-ci il tarixli, 3M-2757 nömrəli icarə müqaviləsi - Göyçay rayonu, Qarayazı kəndi-4.00 ha; 22) xx.xx.2021-ci il tarixli, 3M-2758 nömrəli icarə müqaviləsi - Göyçay rayonu, Qarayazı kəndi-5.4364 ha; 23) xx.xx.2021-ci il tarixli, 3M-2759 nömrəli icarə müqaviləsi - Göyçay rayonu, Qarayazı kəndi-5.4014 ha; 24) xx.xx.2021-ci il tarixli, 3M-2760 nömrəli icarə müqaviləsi- Göyçay rayonu, Qarayazı kəndi-0.4033 ha və 0.91 ha 25) xx.xx.2021-ci il tarixli, 3M-2761 nömrəli icarə müqaviləsi - Göyçay rayonu, Qarayazı kəndi-0.47 ha və 0.66 ha; 26) xx.xx.2021-ci il tarixli, 3M-2762 nömrəli icarə müqaviləsi - Göyçay rayonu, Qarayazı kəndi-7.0861 ha; 27) xx.xx.2021-ci il tarixli, 3M-2763 nömrəli icarə müqaviləsi - Göyçay rayonu, Qarayazı kəndi-6.7152 ha; 28) xx.xx.2021-ci il tarixli, 3M-2764 nömrəli icarə müqaviləsi - Göyçay rayonu, Qarayazı kəndi-5.9693 ha; 29) xx.xx.2021-ci il tarixli, 3M-2765 nömrəli icarə müqaviləsi - Göyçay rayonu, Qarayazı kəndi-5.44 ha; 30) xx.xx.2021-ci il tarixli, 3M-2766 nömrəli icarə müqaviləsi - Göyçay rayonu, Qarayazı kəndi-4.53 ha; 31) xx.xx.2021-ci il tarixli, 3M-2767 nömrəli icarə müqaviləsi - Göyçay rayonu, Qarayazı kəndi-4.1039 ha; 32) xx.xx.2021-ci il tarixli, 3M-2768 nömrəli icarə müqaviləsi - Göyçay rayonu, Qarayazı kəndi-4.5304 ha; 33) xx.xx.2021-ci il tarixli, 3M-2769 nömrəli icarə müqaviləsi - Göyçay rayonu, Qarayazı kəndi-6.7939 ha; 34) xx.xx.2021-ci il tarixli, 3M-2770 nömrəli icarə müqaviləsi - Göyçay rayonu, Qarayazı kəndi-1.87 ha; 35) xx.xx.2021-ci il tarixli, 3M-2771 nömrəli icarə müqaviləsi - Göyçay rayonu, Qarayazı kəndi-11.7788 ha; 36) xx.xx.2021-ci il tarixli, 3M-2772 nömrəli icarə müqaviləsi - Göyçay rayonu, Qarayazı kəndi-1.8637 ha; 37) xx.xx.2021-ci il tarixli, 3M-2773 nömrəli icarə müqaviləsi - Göyçay rayonu, Qarayazı kəndi-6.5384 ha; 38) xx.xx.2021-ci il tarixli, 3M-2774 nömrəli icarə müqaviləsi - Göyçay rayonu, Qarayazı kəndi-4.53 ha; 39) xx.xx.2021-ci il tarixli, 3M-2775 nömrəli icarə müqaviləsi - Göyçay rayonu, Qarayazı kəndi-1.56 ha; 40) xx.xx.2021-ci il tarixli, 3M-2776 nömrəli icarə müqaviləsi - Göyçay rayonu, Qarayazı kəndi-1.24 ha; 41) xx.xx.2021-ci il tarixli, 3M-2777 nömrəli icarə müqaviləsi - Göyçay rayonu, Qarayazı kəndi-3.22 ha; 42) xx.xx.2021-ci il tarixli, 3M-2778 nömrəli icarə müqaviləsi - Göyçay rayonu, Qarayazı kəndi-1.80 ha; 43) xx.xx.2021-ci il tarixli, 3M-2779 nömrəli icarə müqaviləsi - Göyçay rayonu, Qarayazı kəndi-1.87 ha; 44) xx.xx.2021-ci il tarixli, 3M-2780 nömrəli icarə müqaviləsi - Göyçay rayonu, Qarayazı kəndi-2.00 ha; 45) xx.xx.2021-ci il tarixli, 3M-2781 nömrəli icarə müqaviləsi - Göyçay rayonu, Qarayazı kəndi-2.24 ha; 46) xx.xx.2021-ci il tarixli, 3M-2782 nömrəli icarə müqaviləsi - Göyçay rayonu, Qarayazı kəndi-4.0 ha; 47) xx.xx.2021-ci il tarixli, 3M-2783 nömrəli icarə müqaviləsi - Göyçay rayonu, Qarayazı kəndi-2.82 ha; 48) xx.xx.2021-ci il tarixli, 3M-2784 nömrəli icarə müqaviləsi - Göyçay rayonu, Qarayazı kəndi-14.497 ha; 49) xx.xx.2021-ci il tarixli, 3M-2785 nömrəli icarə müqaviləsi - Göyçay rayonu, Qarayazı kəndi-3.62 ha; 50) xx.xx.2021-ci il tarixli, 3M-2786 nömrəli icarə müqaviləsi - Göyçay rayonu, Qarayazı kəndi-3.2913 ha; 51) xx.xx.2021-ci il tarixli, 3M-2787 nömrəli icarə müqaviləsi - Göyçay rayonu, Qarayazı kəndi-2.61 ha; 52) xx.xx.2021-ci il tarixli, 3M-2788 nömrəli icarə müqaviləsi - Göyçay rayonu, Qarayazı kəndi-3.8991 ha; 53) xx.xx.2021-ci il tarixli, 3M-2789 nömrəli icarə müqaviləsi - Göyçay rayonu, Qarayazı kəndi-3.7280 ha Müqaviləyə əsasən Cavabdeh cəmi 247.1381 ha torpaq sahəsini İddiaçıdan təhvil almışdır. Həmin Müqavilələrə əsasən ümumilikdə 247.1381 ha üçün xx.xx.2025-ci il tarixinə qədər ödənilməli olan icarə haqqı 145.881,43 AZN (yüz qırx beş min səkkiz yüz səksən bir manat, qırx üç qəpik) müəyyən edilmişdir. Müqaviləyə əsasən Cavabdeh Məhsulun qiyməti müqabilində əvvəlcədən avans qaydasında 50 % hissəsini ödəməyi, icarənin qalan hissəssini hər bir icarə ilinin sonuna kimi ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin Cavabdeh Müqavilə üzrə borc məbləğini tam həcmdə ödəməmişdir. Müqavilə üzrə qalıq borc məbləği 28.881,43 AZN (iyirmi səkkiz min səkkiz yüz səksən bir manat, qırx üç qəpik) təşkil edir. İddiaçı Cavabdehlə olan işgüzar münasibətini nəzərə alaraq Cavabdehə icarə haqqının ödənişi üçün möhlət vermişdir. Lakin, cavabdeh müəyyən edilmiş müddət ərzində borcun ödənilməsini təmin etməmişdir. Cavabdehə dəfələrlə şifahi və yazılı qaydada xəbərdarlıq, xx.xx.2025-ci tarixində rəsmi xəbərnaməli pretenziya bildirişi göndərilmişdir. Cavabdeh Müqavilə üzrə pul məbləğinin ödənilməsini gecikdirdiyinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən illik 5 faiz tətbiq edilməklə 1.444,07 AZN (min dörd yüz qırx dörd manat, yeddi qəpik) məbləğində faiz borcu hesablanmışdır. Cavabdehə edilmiş xəbərdarlıqlara baxmayaraq Müqavilə üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyindən Müqavilənin 4.3-cü maddəsinə əsasən, İcarəçi (Cavabdeh) İcarə haqqı məbləğinin ödənişini gecikdirdiyi təqdirdə, İcarəçi İcarəyə verənə İcarə haqqının ödənişinin gecikdirildiyi hər bir təqvim günü üçün icarə haqqı məbləğinin 0,1 % (sıfır tam onda bir faiz) həcmində dəbbə pulu ödəməlidir. İddiaçı Müqaviləyə əsasən qalıq borc məbləğindən əlavə 490,98 (dörd yüz doxsan manat, doxsan səkkiz qəpik) dəbbə pulu tətbiq edilməsini zəruri hesab edir.

5. Cavabdeh X6 məhkəməyə təqdim edilən xx.xx.2025-ci il tarixli ərizəsində qeyd etmişdir ki, qeyd edilən torpaq sahələrinə hesablanan icarə haqqı əkin-biçin mövsümü yekunlaşdıqdan sonra da hesabanmış, halbuki həmin dövrdə torpaq sahələri onun istifadəsində olmamışdır. Onunla bğalanmış icarə müqavilələrin əksi olaraq ona daha az miqdarda əkinə yararlı torpaq sahələri verilmişdir. İddiaçının nümayəndəsi ilə danışaraq İsmayıllı rayonu ərazisində yerləşən torpaq sahələrinə suvarma kanalı çəkdirmişdir. İddiaçı tərəfindən həmin suvarma kanalına çəkilən xərcləri icarə haqqından çıxılacağı bildirilsə də, bunu yerinə yetirməmişlər.

6. Cavbadeh tərəf etirazını təqdim edərək bildirmişdir ki, iddiaçı xx.xx.2021 və xx.xx.2021-ci illərdə bağlanılan 53 icarə müqaviləsi üzrə borcun yarandığını iddia edir. İddia tələbində nəzərdə tutulan ümumi borcu rədd edirlər. Cavabdeh mərhum Cavabdeh1 da məhkəməyə xx.xx.2025-ci il tarixli ərizə təqdim edərək onunla bağlanılmış müqavilələrdə göstərilənin əksinə olaraq ona daha az əkinə yararlı torpaq sahələri verildiyini bildirmişdir. O, faktiki olaraq istifadə etdiyi 200 ha-dan az torpaq sahəsini qəbul edib və ümumilikdə 117000 manat icarə haqqı ödəmişdir. O, özü də müqavilələr üzrə borcunun olduğunu qəbul etməmişdir. Bununla yanaşı icarə müqavilələrinin müddəti 2021–2024-cü illəri əhatə etdiyi halda, iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə arayışında xx.xx.2021–xx.xx.2025-ci il tarixləri üzrə hesablamalar aparılmışdır. Halbuki, qeyd olunan arayışda borcun hansı metod və qaydalar üzrə hesablandığı aydın və əsaslandırılmış şəkildə göstərilməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışında hesablamaların aparılma qaydasını təsdiq edən hər hansı sənəd, eləcə də hər bir müqavilə üzrə ayrı-ayrılıqda yaranmış borcun həcmi göstərilməmişdir. Təqdim edilən arayış yalnız ümumi borc məbləğini əks etdirir ki, bu da borcun hansı müqavilə və hansı dövr üzrə formalaşdığını müəyyən etməyə imkan vermir. Bu cür ümumiləşdirilmiş hesablamalar borcun düzgünlüyünün yoxlanılmasını mümkünsüz edir, şəffaflıq prinsipini pozur və borcun süni şəkildə artırılması ehtimalını gücləndirir. Hesablanmış ümumi məbləğ, qalıq borc, dəbbə pulu və faizlər iddiaçının daxili hesablamalarına əsaslanır və həmin hesablamaların metodu məhkəmə tərəfindən yoxlanıla bilən xarakter daşımır. Belə olan halda, təqdim edilmiş maliyyə arayışı borcun mövcudluğunu və məbləğini təsdiq edən etibarlı və yetərli sübut kimi qiymətləndirilə bilməz. Hesablamalarda mövcud olan ziddiyyətlər və qeyri-müəyyənliklər nəzərə alınaraq, iddia tələbinin sübuta yetirilmədiyi qənaətinə gəlinməli və iddianın rədd edilməsi təmin olunmalıdır. İcarə müqaviləsinin 2.1.1-ci maddəsində icarə obyektininin Tərəflər arasında imzalanmış təhvil-təslim aktı əsasında İcarəçiyə təqdim edilməsi nəzərdə tutulmuşdur. Müqavilənin 3.1-ci maddəsinə əsasən İcarəyə verən hazırki Müqavilə qüvvəyə mindiyi tarixdən 15 təqvim günü ərzində icarə obyektini təhvil-təslim aktı əsasında İcarəçiyə təqdim etməli idi. Lakin İcarəyə verən İcarə müqaviləsinin şərtini pozaraq, İcarə müqaviləsindən irəli gələn öhdəliyinə əməl etməyib və təhvil-təslim aktı imzalanmamışdır. Torpaqlar təhvil-təslim aktı əsasında təqdim edilməli olduğu halda həmin akt mövcud olmayıb. İddiaçının təqdim etdiyi icarə müqavilələri, çıxarış və digər sənədlər faktiki neçə ha torpaq sahəsinin verildiyini təsdiq etmir. Belə ki, məsələn bir icarə müqaviləsi üzrə mərhum cavabdehə 11.7788 ha torpaq sahəsinin verilməsi nəzərdə tutulsa da, həmin torpaq sahəsi üzrə təhvil-təslim aktı imzalanmamış və faktiki olaraq təhvil verilməmişdir. Torpaq sahəsi başqa şəxsin sərəncamında olmuşdur, başqa şəxsin sərəncamında olan və bu səbəbdən də cavabdeh tərəfindən istifadə edilməyən torpaq sahəsinə görə icarə haqqı tələb oluna bilməz. Onu da qeyd edim ki, iddiaçı 53 müqavilə üzrə borcun yarandığını iddia edir, lakin hazırlıq iclasında məhkəməyə 14 müqavilə təqdim edir. İddia ərizəsində göstərilən tələb üzrə iş materiallarında 14 müqavilə olub. Yalnız xx.xx.2025-ci il tarixdə qalan müqavilələr elektron sistemə yüklənib. Məhkəmə baxış iclasında sistemə müqavilələr əlavə olunması azmış ki, iddia ərizəsində göstərilən müqavilələrdən qalan 4-ü də sistemə yerləşdirilməmişdir. Əksinə iddia ərizəsində nəzərdə tutulmayan müqavilələr sistemə daxil edilmişdir. İddia ərizəsində göstərilən 1-ci müqavilə (xx.xx.2021-ci il tarixli, 3M-1863 nömrəli icarə müqaviləsi) sistemə natamam şəkildə yerləşdirilmişdir. Bütün müqavilələr məhkəmə hazırlıq iclasında təqdim edilməli olduğu halda təqdim edilməmişdir. Məhkəmə baxış iclasında da sübutların təqdim edilməsi yolverilməzdir, mülki prosessual qanunvericiliyin tələblərinə tamamilə ziddir. Məhkəmə baxış iclasında təqdim edilən sübutlar mötəbər sübut kimi qəbul edilməməlidir. xx.xx.2025-ci il tarixli məhkəmə baxış iclasında da qalan müqavilələrin sistemdə olmadığı iddiaçının nümayəndəsinə bildirilmişdir. Halbuki, iddia ərizəsində 53 müqavilə qeyd olunub və ilk məhkəmə iclası başlayandan bütün sübutların hazırlıq iclasında təqdim edilməli olduğundan xəbərdar olublar. Hazırlıq iclasında məqsəd məhz tərəflərin sübutlarının tam şəkildə təqdim edilməsi və işin baxışa hazır vəziyyətə gətirilməsidir. Belə ki, iddia ərizəsi may ayından məhkəməyə daxil olmuşdur və iyun ayından etibarən məhkəmə prosesi davam edir, iddiaçı həmin müqavilələri məhkəmə hazırlıq iclasında təqdim etmək imkanına malik olduğu halda təqdim etməmişdir. Hazırki iş üzrə məhkəmə baxış iclasında təqdim edilən sübutlar da hakim tərəfindən qəbul edilməməlidir. Əgər qəbul edilsə, bu həm qanunvericiliyin tələblərinin, həm də cavabdehin hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnəcək. İddia ərizəsində qalan müqavilələr ilə bağlı iddiaçının “tapmadıq”, “çox müqavilə idi”, “vaxt çatmadı”, “unutmuşduq”, “iş çox idi”, “sonra yükləyərik” və s. tipli bəhanələr gətirməsi Mülki Prosessual Məcəllə üçün əsaslı səbəb hesab edilməməlidir. Məhkəmə həmin müqavilələri qəbul etməməlidir. Belə ki, iddia ərizəsində 53 müqavilə göstərilsə də, məhkəməyə hazırlıq iclasında yalnız 14 müqavilə təqdim edilmişdir. Bu hal birbaşa onu göstərir ki, iddiaçı iddiasının əsaslandığı faktları tam şəkildə sübut edə bilməmişdir. Bir sözlə məhkəmə baxış iclasında təqdim edilən qalan müqavilələr cavabdehin müdafiə hüququnu, prosessual hüququ bərabərliyini, çəkişmə prinsipini və ədalətli məhkəmə araşdırması hüququnu pozur. Bu səbəbdən həmin müqavilələrin sübut kimi qəbul edilməsi mümkün deyil. Sonradan təqdim edilmiş müqavilələr hüquqi baxımdan mövcud sayılmır və məhkəmə tərəfindən nəzərə alına bilməz, habelə sonradan qəbul edilə bilməz. Sübut kimi məhkəmə baxış iclasına qədər təqdim edilmiş yalnız 14 müqavilə nəzərə almalı, sonradan təqdim edilən müqavilələr üzrə iddia tələbi əsassız hesab etməli və rədd etməlidir. Bundan əlavə 11 aydan artıq müddətə bağlanmış icarə müqavilələri dövlət qeydiyyatına alınmamışdır. Müqavilənin müddəti 2021-2024-cü illəri əhatə etsə də, iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixindədək icarə haqqı hesablanmışdır. Mülki Prosessual Məcəllənin 8.1ci, 10-1.3, 10-1.5-ci, 78-ci maddələrini rəhbər tutaraq iddianın rədd olunmasını xahiş etmişdir.

7. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 445.7-cı maddəsi göstərilmişdir.

İİ. Tərəflərin mövqeləri:

8. İddiaçının nümayəndəsi məhkəmə iclaslarında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Eyni zamanda, cavabdehin torpaq sahələrinin az yararlı olması, mübahisəli olması və başqa şəxslərin istifadəsində olması ilə bağlı icarə müddətində hər hansı bir etiraz və ya müraciəti olmamışdır. Bundan əlavə qeyd edilən müqavilələr üzrə 3 illik icarə haqqı üzrə 117000 manat icarə haqqı ödənilmişdir. İddiaçı isə qalan icarə haqqı borcunu tələb edir.

9. Cavabdeh2 Əlimərdar oğlu və cavabdehin vəkili və nümayəndəsi Nümayəndə1 iddia tələbinə qəti etiraz etdiklərini, iddiaçı tərəfindən sübutların məhkəmə baxışında təqdim edilməsini, icarə torpaqlarının əsasən mübahisələri və az yararlı olmasını bildirərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh, bacısı və ya qardaşının olmadığını, anasının yaşlı adam və pensiyaçı olduğunu, atasının isə 2025-ci ilin iyul ayında vəfat etdiyini, Göyçay rayonu Qarazı kəndində atasına məxsus ev və kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olduğunu qeyd etmişdir.

10. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflər xəbərdar edilsə də cavabdeh X4 hüquqi varisi Cavabdeh3 məhkəmə hər hansı bir üzürlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında digər Cavabdeh2 anasının yaşlı olmasını və ona ümumiyyətlə məhkəmə sənədinin göndərilməməsini xahiş etmişdir. Məhkəmə qeyd edilənləri və cavabdehə məhkəmə iclası barədə elektron və poçt vasitəilə məlumat verilməsini nəzərə alıb onun iştirakı olmadan hazırkı işə baxılmasını mümkün hesab etmişdir.

İİİ. Məhkəmə baxışının hədləri:

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

İV. Tətbiq edilən hüquq:

15. Azərbaycan Respublikasının Konstitusiyası

M a d d ə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı

- İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. - İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. - İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. - İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

M a d d ə 1 2 5 . Məhkəmə hakimiyyətinin həyata keçirilməsi

- Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Maddə 1 2 7 . Hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri

- İ. Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. - İİ. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. - İV. Ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. - Vİİ. Məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. - Vİİİ. Məhkəmə icraatının istənilən mərhələsində hər kəsin müdafiə hüququ təmin olunur.

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

-700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. -700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. -706.1.Torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. -706.1. Torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. -706.2. Torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər. -706.3. Torpaq icarəsi müqaviləsində icarəyə verilən torpaq sahəsinin ölçüsü, keyfiyyət kateqoriyası, təyinatı, icarənin müddəti, icarə haqqı, ödənilmə qaydaları, torpaqların istifadəsi, mühafizəsi və keyfiyyətinin yaxşılaşdırılması şərtləri, habelə torpaq qanunvericiliyi ilə və bu Məcəllə ilə müəyyənləşdirilmiş digər şərtlər nəzərdə tutula bilər. -706.4. Torpaq icarəsi haqqında müqavilələrə bu Məcəllənin 700.1, 701, 702 və 703cü maddələri, habelə bu paraqrafın müddəaları tətbiq edilir. -710.1-ci maddəsinə əsasən torpaq icarəsi haqqı tərəflərin razılığı ilə müəyyənləşdirilir.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

- 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

V. Sübutların tədqiqi:

18. Aşağıdakı icarə müqavilələri əsasında müvafiq torpaq sahəsi bağlandığı vaxtdan 3 il müddətə müvafiq icarə haqqı məbləğində İddiaçı tərəfindən mərhum cavabdehə icarəyə verilmişdir: 1. xx.xx.2021-ci il tarixli, 3M-1863 nömrəli icarə müqaviləsi - İsmayıllı rayonu, Qubaxəlilli kəndi-11.0148 ha, icarə haqqı müəyyən edilməyib, 2. xx.xx.2021-ci il tarixli, 3M-1864 nömrəli icarə müqaviləsi - İsmayıllı rayonu, Qubaxəlilli kəndi-6.2423 ha, illik icarə haqqı 1374 manat, 3. xx.xx.2021-ci il tarixli, 3M- 1865 nömrəli icarə müqaviləsi - İsmayıllı rayonu, Qubaxəlilli kəndi-9.6139 ha, illik icarə haqqı 2116 manat, 4. xx.xx.2021-ci il tarixli, 3M-1866 nömrəli icarə müqaviləsi - İsmayıllı rayonu, Qubaxəlilli kəndi-3.78 ha, illik icarə haqqı 832 manat, 5. xx.xx.2021-ci il tarixli, 3M-1867 nömrəli icarə müqaviləsi - İsmayıllı rayonu, Qubaxəlilli kəndi-3.3054 ha, illik icarə haqqı 728 manat, 6. xx.xx.2021-ci il tarixli, 3M-1868 nömrəli icarə müqaviləsi - İsmayıllı rayonu, Qubaxəlilli kəndi-14.32 ha, illik icarə haqqı 3150 manat, 7. xx.xx.2021-ci il tarixli, 3M- 1869 nömrəli icarə müqaviləsi - İsmayıllı rayonu, Qubaxəlilli kəndi-21.9571 ha, illik icarə haqqı 4830 manat, 8. xx.xx.2021ci il tarixli, 3M-2744 nömrəli icarə müqaviləsi - Göyçay rayonu, Qarayazı kəndi-8.1486 ha, illik icarə haqqı 1548 manat, 9. xx.xx.2021-ci il tarixli, 3M-2745 nömrəli icarə müqaviləsi - Göyçay rayonu, Qarayazı kəndi- 2.24 ha, illik icarə haqqı 426 manat, 10. xx.xx.2021-ci il tarixli, 3M-2746 nömrəli icarə müqaviləsi - Göyçay rayonu, Qarayazı kəndi-2.24 ha, illik icarə haqqı 426 manat, 11. xx.xx.2021-ci il tarixli, 3M-2747 nömrəli icarə müqaviləsi - Göyçay rayonu, Qarayazı kəndi-4.4769 ha, illik icarə haqqı 850 manat, 12. xx.xx.2021-ci il tarixli, 3M-2748 nömrəli icarə müqaviləsi - Göyçay rayonu, Qarayazı kəndi-1.64 ha, illik icarə haqqı 312 manat, 13. xx.xx.2021-ci il tarixli, 3M-2749 nömrəli icarə müqaviləsi - Göyçay rayonu, Qarayazı kəndi-3.6241 ha, illik icarə haqqı 688 manat, 14. xx.xx.2021-ci il tarixli, 3M-2750 nömrəli icarə müqaviləsi - Göyçay rayonu, Qarayazı kəndi-2.61 ha, illik icarə haqqı 496 manat, 15. xx.xx.2021-ci il tarixli, 3M-2751 nömrəli icarə müqaviləsi - Göyçay rayonu, Qarayazı kəndi-1.2320 ha, illik icarə haqqı 234 manat, 16. xx.xx.2021-ci il tarixli, 3M-2752 nömrəli icarə müqaviləsi - Göyçay rayonu, Qarayazı kəndi-1.49 ha, illik icarə haqqı 284 manat, 17. xx.xx.2021-ci il tarixli, 3M-2753 nömrəli icarə müqaviləsi - Göyçay rayonu, Qarayazı kəndi-1.4921 ha, illik icarə haqqı 284 manat, 18. xx.xx.2021-ci il tarixli, 3M-2754 nömrəli icarə müqaviləsi - Göyçay rayonu, Qarayazı kəndi-1.49 ha, illik icarə haqqı 284 manat, 19. xx.xx.2021-ci il tarixli, 3M-2755 nömrəli icarə müqaviləsi - Göyçay rayonu, Qarayazı kəndi-2.9845 ha, illik icarə haqqı 568 manat, 20. xx.xx.2021-ci il tarixli, 3M-2756 nömrəli icarə müqaviləsi - Göyçay rayonu, Qarayazı kəndi-1.81 ha, illik icarə haqqı 344 manat, 21. xx.xx.2021-ci il tarixli, 3M-2757 nömrəli icarə müqaviləsi - Göyçay rayonu, Qarayazı kəndi-4.00 ha, illik icarə haqqı 760 manat, 22. xx.xx.2021-ci il tarixli, 3M-2758 nömrəli icarə müqaviləsi - Göyçay rayonu, Qarayazı kəndi-5.4364 ha, illik icarə haqqı 1032 manat, 23. xx.xx.2021-ci il tarixli, 3M-2759 nömrəli icarə müqaviləsi - Göyçay rayonu, Qarayazı kəndi-5.4014 ha, illik icarə haqqı 1026 manat, 24. xx.xx.2021-ci il tarixli, 3M-2760 nömrəli icarə müqaviləsi- Göyçay rayonu, Qarayazı kəndi-0.4033 ha və 0.91 ha, illik icarə haqqı 248 manat, 25. xx.xx.2021-ci il tarixli, 3M-2761 nömrəli icarə müqaviləsi - Göyçay rayonu, Qarayazı kəndi-0.47 ha və 0.66 ha, illik icarə haqqı 284 manat, 26. xx.xx.2021-ci il tarixli, 3M-2762 nömrəli icarə müqaviləsi - Göyçay rayonu, Qarayazı kəndi-7.0861 ha, illik icarə haqqı 1346 manat, 27. xx.xx.2021-ci il tarixli, 3M- 2763 nömrəli icarə müqaviləsi - Göyçay rayonu, Qarayazı kəndi-6.7152 ha, illik icarə haqqı 1276 manat, 28. xx.xx.2021-ci il tarixli, 3M-2764 nömrəli icarə müqaviləsi - Göyçay rayonu, Qarayazı kəndi-5.9693 ha, illik icarə haqqı 1134 manat, 29. xx.xx.2021-ci il tarixli, 3M-2765 nömrəli icarə müqaviləsi - Göyçay rayonu, Qarayazı kəndi-5.44 ha, illik icarə haqqı 1034 manat, 30. xx.xx.2021-ci il tarixli, 3M-2766 nömrəli icarə müqaviləsi - Göyçay rayonu, Qarayazı kəndi-4.53 ha, illik icarə haqqı 860 manat, 31. xx.xx.2021-ci il tarixli, 3M- 2767 nömrəli icarə müqaviləsi - Göyçay rayonu, Qarayazı kəndi-4.1039 ha, illik icarə haqqı 780 manat, 32. xx.xx.2021-ci il tarixli, 3M-2768 nömrəli icarə müqaviləsi - Göyçay rayonu, Qarayazı kəndi-4.5304 ha, illik icarə haqqı 860 manat, 33. xx.xx.2021-ci il tarixli, 3M-2769 nömrəli icarə müqaviləsi - Göyçay rayonu, Qarayazı kəndi-6.7939 ha, illik icarə haqqı 1290 manat, 34. xx.xx.2021-ci il tarixli, 3M-2770 nömrəli icarə müqaviləsi - Göyçay rayonu, Qarayazı kəndi-1.87 ha, illik icarə haqqı 356 manat, 35. xx.xx.2021-ci il tarixli, 3M- 2771 nömrəli icarə müqaviləsi - Göyçay rayonu, Qarayazı kəndi-11.7788 ha, illik icarə haqqı 2238 manat, 36. xx.xx.2021-ci il tarixli, 3M-2772 nömrəli icarə müqaviləsi - Göyçay rayonu, Qarayazı kəndi-1.8637 ha, illik icarə haqqı 354 manat, 37. xx.xx.2021-ci il tarixli, 3M-2773 nömrəli icarə müqaviləsi - Göyçay rayonu, Qarayazı kəndi-6.5384 ha, illik icarə haqqı 1242 manat, 38. xx.xx.2021-ci il tarixli, 3M-2774 nömrəli icarə müqaviləsi - Göyçay rayonu, Qarayazı kəndi-4.53 ha, illik icarə haqqı 860 manat, 39. xx.xx.2021-ci il tarixli, 3M- 2775 nömrəli icarə müqaviləsi - Göyçay rayonu, Qarayazı kəndi-1.56 ha, illik icarə haqqı 296 manat, 40. xx.xx.2021-ci il tarixli, 3M-2776 nömrəli icarə müqaviləsi - Göyçay rayonu, Qarayazı kəndi-1.24 ha, illik icarə haqqı 236 manat, 41. xx.xx.2021-ci il tarixli, 3M-2777 nömrəli icarə müqaviləsi - Göyçay rayonu, Qarayazı kəndi-3.22 ha, illik icarə haqqı 612 manat, 42. xx.xx.2021-ci il tarixli, 3M-2778 nömrəli icarə müqaviləsi - Göyçay rayonu, Qarayazı kəndi-1.80 ha, illik icarə haqqı 342 manat, 43. xx.xx.2021-ci il tarixli, 3M-2779 nömrəli icarə müqaviləsi - Göyçay rayonu, Qarayazı kəndi-1.87 ha, illik icarə haqqı 356 manat, 44. xx.xx.2021-ci il tarixli, 3M-2780 nömrəli icarə müqaviləsi - Göyçay rayonu, Qarayazı kəndi-2.00 ha, illik icarə haqqı 380 manat, 45. xx.xx.2021-ci il tarixli, 3M-2781 nömrəli icarə müqaviləsi - Göyçay rayonu, Qarayazı kəndi-2.24 ha, illik icarə haqqı 426 manat, 46. xx.xx.2021-ci il tarixli, 3M-2782 nömrəli icarə müqaviləsi - Göyçay rayonu, Qarayazı kəndi-4.0 ha, illik icarə haqqı 760 manat, 47. xx.xx.2021-ci il tarixli, 3M-2783 nömrəli icarə müqaviləsi - Göyçay rayonu, Qarayazı kəndi-2.82 ha, illik icarə haqqı 536 manat, 48. xx.xx.2021-ci il tarixli, 3M-2784 nömrəli icarə müqaviləsi - Göyçay rayonu, Qarayazı kəndi-14.497 ha, illik icarə haqqı 2754 manat, 49. xx.xx.2021-ci il tarixli, 3M- 2785 nömrəli icarə müqaviləsi - Göyçay rayonu, Qarayazı kəndi-3.62 ha, illik icarə haqqı 688 manat, 50. xx.xx.2021-ci il tarixli, 3M-2786 nömrəli icarə müqaviləsi - Göyçay rayonu, Qarayazı kəndi-3.2913 ha, illik icarə haqqı 626 manat, 51. xx.xx.2021-ci il tarixli, 3M-2787 nömrəli icarə müqaviləsi - Göyçay rayonu, Qarayazı kəndi-2.61 ha, illik icarə haqqı 496 manat, 52. xx.xx.2021-ci il tarixli, 3M-2788 nömrəli icarə müqaviləsi - Göyçay rayonu, Qarayazı kəndi-3.8991 ha, illik icarə haqqı 740 manat, 53. xx.xx.2021-ci il tarixli, 3M-2789 nömrəli icarə müqaviləsi - Göyçay rayonu, Qarayazı kəndi-3.7280 ha, illik icarə haqqı 708 manat təşkil edir.

19. Qeyd edilən icarə müqavilələrinin razılaşdırılmış bütün müqavilələr üçün ümumi xarakterli bəndlərinə, 1.3-cü bəndinə əsasən hazırkı Müqavilənin icarə muddəti müvafiq olaraq bağlandığı tarixdən 3 il təşkil edir.

20. Müqavilələrin İcarəyə verənin hüquq və öhdəliklərindən bəhs edən 2.1.1-ci bəndinə əsaəsn hazırkı müqavilə qüvvəyə mindikdən sonra 3.1-ci bənddə nəzərdə tutulan muddat ərzində icarə obyektini tərəflər arasında imzalanmış təhvil-təslim aktı əsasında icarəçiyə təqdim edir,

21. Müqavilələrin 2.1.2-ci bəndində İcarəçinin icarə obyektinin odanişlərinin vaxtında ödəmək vəzifəsi müəyyən edilir.

22. Müqavilələrin 3.1-ci bəndinə əsaəsən İcarəyə verən hazırkı müqavilə qüvvəyə mindiyi tarixdən 15 təqvim günü ərzində icarə obyektini təhvil-təslim aktı əsasında İcarəçiyə təqdim etməlidir.

23. Müqavilələrin 4.1-ci bəndində müvafiq olaraq torpaq icarə obyekti üzrə illik icarə haqqı müəyyən edilir və icarə haqqını icarə ilinin əvvəlində 50% hissəsini, icarə ilinin sonunda isə müvafiq olaraq 50% hissəsini müvafiq bank hesabına ödənilməsi ilə bağlı öhdəlik müəyyən edilmişdir. Qeyd edilən ödəniş qaydasının hər icarə ilinə tətbiq edilməsi barədə tərəflər razılaşmışlar.

24. Müqavilələrin 4.2-ci bəndlərində İcarəçi icarə haqqı ödənişinin məbləği, qaydası və müddəti üçün müvafiq dövrdə ödənişi gecikdirdiyi hər bir təqvim günü üçün icarə haqqı məbləğinin 0,1% həcmində dəbbə pulu ödəməlidir.

25. Müqavilələrin 8.1-ci bəndinə əsasən Tərəflərdən hər hansı biri müvafiq icarə müddətinin başa çatmasına 15(on beş) gün qalmış hazırkı Müqavilənin ləğv etmək niyyəti baradə garşı Tərəfə yazılı surətdə rəsmi xəbərdarlıq etməzsə Müqavilənin qüvvəsi avtomatik olaraq növbəti 1(bir) il müddətinə uzadılmış hesab ediləcək.

26. Məhkəməyə təqdim edilən xx.xx.2025-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-xx.xx.2021-ci il tarixli müqavilələr üzrə ümumiikdə 145881,43 manat icarə haqqı hesablanmış, ödənilmiş məbləğ 117000 manat, qalıq məbləğ 28881,43 manat təşkil edir. Ödəniş xx.xx.2021-ci il tarixdə 10.000 manat, xx.xx.2022-ci il tarixdə 30.000 manat, xx.xx.2023-cü il tarixdə 8.000 manat, xx.xx.2023-cü il tarixdə 15.000 manat, xx.xx.2023-cü il tarixdə 10.000 manat, xx.xx.2023cü il tarixdə 7.000 manat, xx.xx.2024-cü il tarixdə 10.000 manat,xx.xx.2024-cü il tarixdə 20.000 manat, xx.xx.2024-cü il tarixdə 7.000 manat cəmi 117.000 manat edilmişdir. Cavabdehin 28881,43 manat əsas borcu, 490,98 manat dəbbə pulu borcu, 1444,07 manat gecikmə faizi, cəmi 30816,48 manat borcu vardır.

27. Məhkəməyə təqdim edilmiş Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz əmlakın dövlət kadastrı və reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-C-0432/2025 məktubundan görünür ki, Cavabdeh1 mülkiyyətində Göyçay rayonu Qarayazı kəndində yerləşən 0,438 ha və həmin kəndin ərazisində 2,7183 hektar kənd təsərrüfatı təyinatlı ümumi birgə əsaslarla (3 nəfər olmaqla) xx.xx.2015-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır.

28. Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli 2-254110/2026 nömrəli məktubdan müəyyən edilir ki, Cavabdeh1 adına qeydiyyatda olan nəqliyyat vasitəsi mövcud deyildir.

Vİ. Məhkəmənin mövqeyi:

29. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin qanuni, obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

30. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

31. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıdakı göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.

32. Məhkəmə ilkin olaraq müəyyən etmişdir ki, Cavabdeh1 xx.xx.2025-ci il tarixdə vəfat etmiş, məhkəmə tərəfindən mərhum cavabdehin oğlu və arvadı hüquqi varis olaraq (İ növbəli vərəsə olaraq) məhkəmə icraatına cəlb edilmiş, cavabdeh tərəfin bildirdiyinə görə və işdən olan sübutlarla müəyyən edilir ki, mərhum cavabdehə məxsus Göyçay rayonu Qarayazı kəndində ümumilikdə 3,20 hektara yaxın kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ailə üzvlərinin ümumi birgə mülkiyyətindədir.

33. Azərbaycan Respublikası Mülki rosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. 58.2. Hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir.

34. Azərbaycan Respubliaksı Mülki Məcələsinin: -507-ci maddəsin əsasən əgər birgə borclulardan birinin bir neçə vərəsəsi vardırsa, onlardan hər biri tələbi öz miras payına mütənasib surətdə icra etməyə borcludur. Əgər tələb bölünməzdirsə, bu qayda tətbiq edilmir. -1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. -1306.2. Əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. -1306.4. Mirasın siyahısı notarius tərəfindən tərtib edildikdə vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar. -1306.5. Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir və bu halda, vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar.

35. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar.

36. Məhkəmə qeyd edilən normaların tələblərini nəzərdən keçirərək hesab edir ki, iş üzrə cavabdehin hüquqi varisləri olan cavabdehin oğlu və arvadı tərəfindən miras əmlak qanunla müəyyən edilmiş qaydada və müddətdə qəbul edilməsə də, mərhum cavabdehin daşınmaz əmlakı mövcuddur. Həmin əmlak üzrə iş üzrə cavabdeh qismində cəlb edilmiş şəxslər isə mərhumun 1-ci növbəli vərəsələridir. Bu səbəbdən məhkəmə qeyd edilən miras əmlakın cavabdehlərin qəbul etmə müddətini gözləməklə hazırkı işə baxılmasını yubada bilməz.

37. Belə ki, “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243 və 1306.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4 və 307.2.9-cu maddələrinə əsasən, vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddia icraatı qaydasında baxılmalıdır.

38. Bundan əlavə hazırkı iş Şəki Kommersiya Məhkəməsinin icraatına daxil olan vaxt cavabdeh sağ olduğundan və onun VÖEN hesabı olduğundan və hüquq münasibətlərinin xarakteri sahibkarlıq fəaliyyəti ilə bağlı olduğundan, cavabdeh məhkəmə icraatı vaxtı vəfat etdiyindən, cavabdehlərin VÖEN hesabı olmasa da, Mülki Prosessual Məcəllənin (31.2. Aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir.) tələblərinə əsasən işə baxılmışdır.

39. İddianın mahiyyəti üzrə qeyd edilməlidir ki, işin mübahisələndirilməyən halı tərəflər arasında 53 ədəd icarə müqaviləsinin bağlanması, mərhum cavabdeh 2021-2024cü il ərzində qeyd edilən torpaqda kənd təsərrüfatı bitkiləri əkməsi və gəlir götürməsi, icarə haqqını icarə müqavilələrində razılaşdırılmış məbləğdə tam ödənilməməsidir.

40. İşin mübahisələndirilən halı ondan ibarətdir ki, mərhum cavabdeh sağlığında məhkəməyə müraciət etdiyi ərizəsində qeyd edilən torpaq sahələrini suvarmaq üçün kanal çəkdiyini, onun dəyərinin icarə haqqından iddiaçı tərəfindən çıxılmaması, cavabdehə az yararlı torpaq shaəinin verilməsi, torpaq sahəsinin təhvil-təslim əsasında verilməməsi ilə bağlıdır.

41. Cavabdeh tərəfin əsas etirazı isə iddiaçı 53 icarə müqavilə üzrə icarə haqqının ödənilməsini tələb etsə də, məhkəmə baxışı iclasınadək yalnız 14 müqavilə üzrə icarə müqavilələrini elektron məhkəmə informasiya sistemi vasitəsilə göndərmiş, digər müqavilələri isə məhkəmə baxışı iclasında təqdim etmişdir. Ona görə də cavabdeh məhkəmə baxışında təqdim edilmiş sübutlar üzrə qiymətləndirmə aparılmamasını və sübut olaraq nəzərə alınmamasını xahiş etmişdir.

42. Məhkəmə qeyd edir ki, AR Mülki Prosessual Məcəlləsinin 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

43. Məhkəmə bildirir ki, iddiaçı iddia ərizəsində qeyd edilən icarə müqavilələrinin (53 ədəd) hər birini sadalamış və həmin müqavilələr üzrə borcu tələb etmiş, məhkəmə hazırlıq iclası bir dəfə təxirə salınsa da qeyd edilən icarə müqavilələrinin tam təqdim edilməsi ilə bağlı iddiaçı tərəfə hər hansı bir rəsmi və şifahi qaydada xatırlatma verməmişdir. Buna baxmayaraq məhkəmə baxış icası təyin etmiş, sonradan cavabdeh vəfat etmiş, cavabdehin hüquqi varislərinin cəlb edilməsi məsələsinə görə icraat dayandırılmış, yalnız məhkəmə baxışında sübutların tədqiqi zamanı iddiaçı tərəfindən iddia ərizəsində sadalanan sübutların tam təqdim edilməməsini aşkar edilmiş və bu səbəbdən sübutların tam təqdim edilməsi məhkəmə baxışın iddiaçıya bildirilmişdir.

44. Qeyd edilən halları, o cümlədən iddiaçının sonradan təqdim etdiyi sübutları iddia ərizəsində detallı formada sadalamasını və məhkəmənin bu halları iddiaçının nəzərinə vaxtında çatdırmamasını nəzərə alıb məhkəmə baxışında təqdim edilən sübutları qəbul etmiş və sübut olaraq həmin müqavilələrə hüquqi qiymət vermişdir.

45. Məhkəmə tərəfindən sübutların araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 3M-1863 nömrəli icarə müqaviləsi üzrə İsmayıllı rayonu, Qubaxəlilli kəndində yerləşən 11.0148 ha torpaq sahəsinin icarəsi ilə bağlı icarə haqqı müəyyən edilmədiyindən (müqavilə yarımçıq təqdim edildiyindən) qeyd edilən müqavilə üzrə tələb edilən icarə haqqını nəzərə alınmamışdır. Çünki iddiaçı icarə müqaviləsində icarə haqqının olduğunu təsdiq edən sübutu təqdim etməmiş və ya yarımçıq təqdim etmişdir. Məhkəmə belə nəticəyə gəlmişdir ki, qanunvericiliyin tələbinə əsasən bu arqumentə münasibətdə iddiaçı sübutetmə vəzifəsini icra etməmişdir.

46. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, qətnamənin sübutlar hissəsində sadlanan 1-ci müqavilə istisna olmaqla qalan 53 ədəd müqavilə üzrə ayrılıqda müəyyən edilən icarə haqları toplandıqda, həmin müqavilələr üzrə illik icarə haqqı 46710 manat icarə haqqı təşkil edir.

47. İcarə müqavilələrinin bağlanma tarixlərinə uyğun qüvvədə olma müddəti 3 il müəyyən edildiyindən, 3 il üçün icarə haqqının ümumi məbləği (140.130=46.710x3) 140.130 manat təşkil edir. Qeyd edilən 3 illik icarə haqqından 117.000 manat ödəniş edilməsini nəzərə alsaq 23.130 (140130-117.000) manat borc qalmış olar.

48. Bundan əlavə iddiaçı Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən 1444,07 manat gecikmə faizi tələb edir. Həmin maddəyə görə MM-in 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Məhkəmə qeyd edilən normanın tələbləri baxımından iddiaçı tərəfindən qeyd edilən icarə haqqı məbləğinin 2022, 2023 və ya 2024-cü il üçün hesabladığı müəyyən edilmədiyindən, həmçinin icarə müqavilələrinin müddəti müvafiq olaraq icarə müqavilələri üzrə 2024-cü ilin 17 avqust ayında bitdiyindən və 2025-ci ilin 30 may tarixində məhkəməyə müraciət edildiyindən qalıq borc olan 23.130 manat məbləğə münasibətdə 9 ay 13 gün müddətə münasibətdə bir il üçün illik 5% hesablamaqla 909,14 manat təşkil edir.

49. Bundan əlavə iddiaçı 490,98 manat məbləğində cərimə borcu tələb edir. Tərəflər arasında bağlanmış icarə müqavilələrinin 4.2-ci bəndinə əsasən icarəçi icarə haqqı ödənişinin məbləği, qaydası və müddəti üçün müvafiq dövrdə ödənişi gecikdirdiyi hər bir təqvim günü üçün icarə haqqı məbləğinin 0,1% həcmində dəbbə pulu ödəməlidir. İddiaçı tərəfindən tələb edilən dəbbə pulu məbləği əsas borcun 3%-dən də az olduğundan məhkəmə iddiaçının tələbini həmin hissədə əsaslı hesab edir.

50. Məhkəmə cavabdehin etirazına münasibətdə qeyd edir ki, icarə müqaviləsi bağlanmış torpaq sahəslərinin cavabdehə yalnız müqavilə bağlandıqdan sonra 15 gün müddətində təhvil-təslim aktı əsasında təhvil verilmədiyini bildirmişdir.

51. Məhkəmə qeyd edilən arqumentə münasibətdə bildirir ki, cavabdeh hələ sağlığında qeyd edilən torpaq sahələrinin ona təhvil verilmədiyi ilə bağlı digər müqavilə tərəfində və ya məhkəməyə hər hansı bir müraciəti olmamış, bu halı nə vaxtsa mübahisələndirməsinə dair sübut təqdim etməmidir. Əksinə torpaq sahələrini qəbul etmiş, əkin-biçin işlərini aparmış, ümumilikdə icarə haqqından 117.000 manat məbləğində ödəniş edilmişdir.

52. Cavabdeh qeyd edilən torpaq sahələrinin bir qisminin az yararlı olduğunu bildirmişdir. Nə qədər ki, qeyd edilən icarə müqavilələri üzrə icarə müddəti bitmiş, cavabdeh hələ sağlığında qeyd edilən torpaq sahələrini qəbul etmiş, həmin torpaq sahələrindən istifadə etmiş və bir dəfə də olsun torpaq sahələrinin ona təhvil verilmədiyini qarşı tərəfə bildirməmiş və cavabdeh tərəf bu halın mövcudluğunu sübuta yetirə bilməmişdir. Ona görə də cavabdeh tərəf qeyd edilən torpaq sahələrinin ona təhvil verilmədiyini təsdiq edən tutarlı arqument məhkəməyə təqdim etməmişdir.

53. Bundan əlavə cavabdeh sağlığında qeyd edilən torpaq sahəsini suvarmaq üçün kanal çəkdirməsini, onun dəyərinin icarə haqqından iddiaçı tərəfindən çıxılmadığını bildirmişdir. Bununla bağlı məhkəməyə cavabdeh tərəf hər hansı bir arqument və ya dəlil təqdim etməmişdir. Bununla bağlı məhkəmə bildirir ki, icarə obyektinin yaxşılaşdırılmasına çəkilmiş xərclərinin əvəzinin ödənilməsi ilə bağlı cavabdehin məhkəmədə iddia qaldırmaq hüququ istisna edilmir.

54. Cavabdeh tərəfin digər arqumenti icarə müqavilələrinin dövlət qeydiyyatına alınmaması və qanunvericiliyin tələbinə görə 11 aydan çox olan müqavilələrin dövlət qeydiyyatına alınma şərtinin pozulması ilə bağlı qanunvericiliyin tələbinin yerinə yetirilməməsi ilə bağlıdır. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən torpaq sahəsi üzərində müddəti on bir aydan çox olan icarə hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır. Eyni zamanda, Torpaq Məcəlləsinin 67-ci maddəsinin 1,4-cü hissələrinin tələblərinə görə Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.

55. Məhkəmə qeyd edilən normaların tələblərindən müəyyən edir ki, tərəflər icarə münasibətlərinin mövcud olduğunu və notarial qaydada icarə müqavilələrinin bağlanmasını təsdiq edir. Qeyd edilən normanın tələbi baxımından daşınmaz əmlaka dair istifadə hüquqlarının dövlət qeydiyyatına alınmaması əqdin etibarsızlığına səbəb olmur. Bu hal əsasən icarə hüquqlarına dövlətin təminat verməsinin şərtlərinin müəyyən edir. Məsələn torpaq sahəsinin istifadə hüquqi ilə bağlı digər şəxslərin iddiaları olduğu təqdirdə dövlət qeydiyyatından keçən hüquqlara təminat baxımından və içarəçinin hüquqlarının pozulmasından qorunmaq üçün tətbiq edilir.

56. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM): 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir. 8.1. Mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 47.1. İşdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar.

57. Mülki Məcəllənin: 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

58. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri).

59. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli Qərarında qeyd etmişdir ki, Hüquq sistemlərində “həqiqət” anlayışına fərqli yanaşmalar mövcuddur. Anqlo-sakson hüquq sisteminə xas olan formal həqiqət xalis çəkişmədir və sübutetmə prosesində məhkəmənin passivliyini nəzərdə tutur: məhkəmə, tərəflərin sübut kimi təqdim etdiklərini dəyərləndirməklə kifayətlənən, qərəzsiz arbitr rolunda çıxış edir.

60. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar.

61. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir.

Vİİ. Məhkəmə məsrəfləri:

62. İddia tələbi qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 182,50 manat dövlət rüsumunun 37,26 manatı iddiaçıya aid edilməli, 145,24 manatı isə cavabdehdən alınıb iddiaçıya ödənilməlidir.

Vİİİ Nəticə:

63. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 hüquqi varisləri X1 və Cavabdeh3 (miras payına uyğun) 23130 manat icarə haqqı üzrə borc, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən hesablanmış 909.14 manat faiz borcu, 490.98 manat cərimə borcu olmaqla, cəmi 24530.12 manat və 145.24 manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar