Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-694/2023 14.08.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər X1, Cavabdeh2 və Cavabdeh3 qarşı “6377,22 manat məbləğində kredit borcu, 872,06 manat məbləğində faiz borcu və 47,94 manat məbləğində cərimə borcu və ödənilmiş 100 manat məbləğində mediasiya xərcinin tutulması” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər X1, Cavabdeh2 və Cavabdeh3 qarşı “6377,22 manat məbləğində kredit borcu, 872,06 manat məbləğində faiz borcu və 47,94 manat məbləğində cərimə borcu və ödənilmiş 100 manat məbləğində mediasiya xərcinin tutulması” tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit razılaşmasına əsasən bank məbləği 10 000 manat olan krediti illik faiz dərəcəsi 23% olmaqla 24 ay müddətinə kredit alana verməyi, kredit alan isə bu kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına uyğun olaraq krediti və faizi banka qaytarmağı öz öhdəsinə götürmüşdür. Kredit müqaviləsinə əlavə hesab olunan ödəniş planından isə görünür ki, cavabdeh kredit vəsaitini hər ay 523,85 manat, sonuncu ay isə 523,9 manat olmaqla annuitet qaydada ödəməyi öhdəsinə götürmüşdür. Kredit razılaşmasının 2.03.c tələbinə görə, kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, gecikdirilmiş borc məbləğinin 40 faizi məbləğində cərimə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh2 6377,22 manat əsas, 872,06 manat faiz, 47,94 manat cərimə borcu mövcuddur. xx.xx.2021-ci il tarixli 3FİZAM123158502 və 31FİZAM123158502 nömrəli (zaminlər X1 və Cavabdeh3) zaminlik müqavilələrindən görünür ki, həmin müqavilə bankla borclu – Cavabdeh2 arasında kredit müqaviləsi, “Bank qarantiyası verilməsi haqqında müqavilə”, “Akkreditiv açılması üçün razılaşma” (gələcəkdə bağlanacaq) və “Bank hesabının kreditləşməsi barədə razılaşma” formasında ayrıca razılaşmalar (Kredit razılaşmaları) üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanmışdır. Zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən, borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüş və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımasını bəyan etmişdir. Həmin müqavilələrin 3.1-ci bəndinə əsasən bu müqavilələr imzalandığı andan qüvvəyə minir və kredit müqaviləsindən irəli gələn öhdəlik tam icra olunanadək qüvvədədir. xx.xx.2022-ci il tarixli köçürmə sənədindən məlum olur ki, 6000 manat pul vəsaiti Cavabdeh2 3-1231694-1 nömrəli hesabına köçürülmüşdür. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirməmiş və nəticədə onların ödənilməmiş borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildiriş göndərilmiş, xx.xx.2023-cü il tarixdə X1 və Cavabdeh2 təqdim olunmasına olunmuş, digər Cavabdeh3 göndərilmiş məktubun çatdırılıb-çatdırılmaması ilə bağlı X3 Filialına xx.xx.2023-cü il tarixdə məktub göndərilmiş, lakin məktuba cavab verilməmişdir. Cavabdeh2 ilə xx.xx.2023-cü il tarixdə mobil telefonla əlaqə saxlanılmış və o məhkəmə bildirişini əvvəllər aldığını, lakin işğaldan azad olunmuş ərazilərdə işlədiyndən məhkəməyə bu məlumat verməmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə məhkəməyə elektron qaydada məktubla müraciət edərək bildirmişdir ki, 6377,22 manat deyil, 5277,22 manat borcu vardır. Ödədiyi 1100 manat pul bank işçisi tərəfindən mənimsənilmişdir. Qalan pulu isə ayda 200 manat olmaqla ödəyə bilər. Bu barədə banka təklif etsələr də bank tərəfindən təklifdən imtina edilmişdir. Məhkəmə, MPM-in 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara kredit müqaviləsi, zaminlik müqaviləsi, maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (Azərbaycan Respublikası Mülki Məcəlləsi (bunan sonra mətndə MM)maddə - 385.1, 386.1, 449.1, 470.1, 472.1, 739.2). İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit razılaşmasına əsasən bank məbləği 10 000 manat olan krediti illik faiz dərəcəsi 23% olmaqla 24 ay müddətinə kredit alana verməyi, kredit alan isə bu kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına uyğun olaraq krediti və faizi banka qaytarmağı öz öhdəsinə götürmüşdür. xx.xx.2021-ci il tarixli 3FİZAM123158502 və 31FİZAM123158502 nömrəli (zaminlər X1 və Cavabdeh3) zaminlik müqavilələrindən görünür ki, həmin müqavilə bankla borclu – Cavabdeh2 arasında kredit müqaviləsi, “Bank qarantiyası verilməsi haqqında müqavilə”, “Akkreditiv açılması üçün razılaşma” (gələcəkdə bağlanacaq) və “Bank hesabının kreditləşməsi barədə razılaşma” formasında ayrıca razılaşmalar (Kredit razılaşmaları) üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanmışdır. xx.xx.2022-ci il tarixli köçürmə sənədindən məlum olur ki, 6000 manat pul vəsaiti Cavabdeh2 3-1231694-1 nömrəli hesabına köçürülmüşdür. Lakin ödəniş qrafikində 10000 manat pulun verildiyi göstərilmiş və bu sənəd borcalan tərəfindən imzalanmışdır. Lakin cavabdeh öhdəliklərini lazımınca yerinə yetirmədiyindən və zaminlər də bu öhdəliklər üzrə kreditor qarşısında borclu ilə birgə məsuliyyət daşıdığından onların birgə ödənilməmiş 6377,22 manat əsas və 872,06 manat faiz borcları qalmışdır. Cavabdeh2 məhkəməyə ünvanladığı müraciətindən müəyyən edilir ki, onun banka həqiqətən 6377,22 manat borcu olmuş, 1100 manatı bank işçisinə vermiş və həmin şəxs onun verdiyi məbləği mənimsəmiş və hesabına ödəməmişdir. Cavabdehin qeyd edilən etirazı onun tələb olunan məbləğdə borcunun olmasını təsdiq edir. Odur ki, həmin borc məbləğləri cavabdehlərdənmüştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin “47,94 manat məbləğində cərimə borcunun tutulması” hissəsinə münasibətdə bildirir ki, tərəflər arasında bağlanmış müqavilənin 4.2.3-ci bəndinə əsasən ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, kredit alan hər gecikdirilən gün üçün kreditin qalığının 0,1% məbləğində cərimə ödəməyə borcludur. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə tərəflərin mənafelərini nəzərə alıb tənasübsüz yüksək müəyyən edilən cərimə məbləğinin 5 manat həddində təmin edilməsini ədalətli və qanuni hesab edir. Məhkəmə cavabdehin etirazında bildirdiyi hala münasibətdə qeyd edir ki, onun ödədiyi 1100 manat məbləğində vəsaitin bank işçisi tərəfindən mənimsənilməsi və kredit borcuna ödənilməməsi ilə bağı həmin banka və müvafiq hüquq-mühafizə orqanlarına müraciət edə bilər. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək cavabdehlər X1, Cavabdeh2 və Cavabdeh3 6377,22 manat əsas, 872,06 manat faiz və 5 manat cərimə borcu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənlməsi hissəsində təmin edilməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edilsə də, əsas borc məbləği əsasən dəyişmədiyindən 100 manat mediasiya xərci cavabdehdən tutulmalı, ödənilməli olan 92,98 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər X1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 6377,22 manat əsas, 872,06 manat faiz və 5 manat cərimə borcu və 100 manat mediasiya xərci tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilməmiş 92,98 manat dövlət rüsumu Cavabdeh2 tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-694/2023
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-694/2023
14.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver