Məhkəmə qərarları › İş №e-2-2(117)-694/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-694/2024

02.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-694/2024 02.07.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsi üzrə 85000 manat və 8000 manat olmaqla ümumilikdə 93000 manat məbləğində borcun və ödənilmiş 370 manat dövlət rüsumunun tutulması” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsi üzrə 85000 manat və 8000 manat olmaqla ümumilikdə 93000 manat məbləğində borcun və ödənilmiş 370 manat dövlət rüsumunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı dövriyyə vəsaitlərinin artırılması məqsədilə 85000 manat pulu cavabdehə verməyi, sonuncu isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və xx.xx.2023-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 3-cü bəndinə əsasən tərəflər kreditin faizsiz verilməsini şərtləşdirmişlər. Müqavilənin 6-cı bəndinə əsasən borc verən müqavilə üzrə öhdəliyin icrasının tamamilə və ya hissə-hissə qəbulunu borc sənədinin üzərində etdiyi qeydlə təsdiq etməlidir. Müqavilənin 8-ci bəndinə əsasən borc alan müqavilə ilə müəyyən edilmiş müddətdə krediti qaytarmadıqda və ya faizləri ödəmədikdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh dövriyyə vəsaitlərinin artırılması məqsədilə ondan borc istəmişdir, xx.xx.2022-ci il tarixli müqavilə ilə cavabdehə 50000 ABŞ dolları məbləğində borc vermişdir. Kredit müqaviləsi bağlandıqdan sonra cavabdeh yenidən ondan borc istəmiş, nəticədə əlavə olaraq 15000 manat məbləğində pul verilmişdir. Cavabdeh həmin borc məbləğindən 7000 manat ödəsə də, onun ikinci razılaşma üzrə 8000 manat borcu qalmışdır. Cavabdehin hər iki razılaşma üzrə ödənilməmiş borcu qalmışdır. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda müqavilə üzrə ödənilməli məbləğin depozit hesabına qoyulması məlumatından da görünür ki, cavabdehin həqiqətən də xx.xx.2022-ci il tarixli müqavilə üzrə 85000 manat borcu mövcuddur. Əlavə olaraq xx.xx.2024-cü il tarixində İddiaçı iddia məbləğinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, kredit müqaviləsi üzrə 85000 manat olaraq bank hesabına mədaxil edilmiş və cavabdeh tərəfindən həmin vəsait əldə edilmişdir. Bu səbəbdən də 85000 manat və 8000 manat olmaqla ümumilikdə 93000 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkmədən xahiş etmişdir. Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixində ərizə məhkəməyə təqdim edilmiş, ərizəsində bildirmişdi ki, iddiaçı ilə arasında plastik materialların alqı-satqısı ilə əlaqədar borc yaranmışdır, borcun miqdarını 85000 manat və ayrılıqda 8000 manat olmaqla borcu vardır.Həmin borcun ödənilməsindən boyun qaçırmır. İddiaçı borcun ödənilməsi barədə cavabdehlərə müraciət etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onlara xəbərdarlıq edilmiş, borc ödənilmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara xx.xx.2022-ci il tarixli müqavilə, məlumat, ərizələr və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 449.1, 470.1, 472.1, 739.2). İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı dövriyyə vəsaitlərinin artırılması məqsədilə 85000 manat pulu cavabdehə verməyi, sonuncu isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və xx.xx.2023-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 3-cü bəndinə əsasən tərəflər kreditin faizsiz verilməsini şərtləşdirmişlər. Həmin müqavilənin 6-cı bəndinə əsasən borc verən müqavilə üzrə öhdəliyin icrasının tamamilə və ya hissə-hissə qəbulunu borc sənədinin üzərində etdiyi qeydlə təsdiq etməlidir. Müqavilənin 8-ci bəndinə əsasən borc alan müqavilə ilə müəyyən edilmiş müddətdə krediti qaytarmadıqda və ya faizləri ödəmədikdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh dövriyyə vəsaitlərinin artırılması məqsədilə ondan borc istəmişdir, xx.xx.2022-ci il tarixli müqavilə ilə cavabdehə 50000 ABŞ dolları məbləğində borc vermişdir. Kredit müqaviləsi bağlandıqdan sonra cavabdeh yenidən ondan borc istəmiş, nəticədə əlavə olaraq 15000 manat məbləğində pul verilmişdir. Cavabdeh həmin borc məbləğindən 7000 manat ödəsə də, onun ikinci razılaşma üzrə 8000 manat borcu qalmışdır. Cavabdehin hər iki razılaşma üzrə ödənilməmiş borcu qalmışdır. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda müqavilə üzrə ödənilməli məbləğin depozit hesabına qoyulması məlumatından da görünür ki, cavabdehin həqiqətən də xx.xx.2022-ci il tarixli müqavilə üzrə 85000 manat borcu mövcuddur. Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixində ərizə məhkəməyə təqdim edilmiş, ərizəsində bildirmişdi ki, iddiaçı ilə arasında plastik materialların alqı-satqısı ilə əlaqədar borc yaranmışdır, borcun miqdarını 85000 manat və ayrılıqda 8000 manat olmaqla borcu vardır.Həmin borcun ödənilməsindən boyun qaçırmır. Məhkəmə cavabdehin ərizəsinə münasibətdə qeyd edir ki, Cavabdeh iddiaçı ilə müqavilə öhdəliklərinin olduğunu, həmin müqavilə üzrə 85000 manat və 8000 manat olmaqla ümumilikdə 93000 manat borcunun mövcud olduğunu etiraf etdiyindən məhkəmə tərəfindən əlavə araşdırmaya ehtiyac qalmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.2-ci maddəsinin tələblərinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə yuxarıda qeyd olunan işin hallarını və qanunvericiliyin tələblərini nəzərdən keçirərək hesab edir ki, 85000 manat və 8000 manat olmaqla ümumilikdə 93000 manat broc Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi üzrə ödənilməli dövlət rüsumu 370 manat olmalıdır ki, iddia təmin edildiyindən 370 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh kredit müqaviləsi üzrə ümumilikdə 93000 manat borc və 370 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar