Məhkəmə qərarları › İş №e-2-2(117)-7/2023

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-7/2023

18.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-7/2023 18.01.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, İddiaçının nümayəndəsi X6 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “xx.xx.2020-ci il tarixli 005R********** nömrəli kredit razılaşmasının ləğv edilməsi və cavabdehlərdən müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 005R********** nömrəli kredit razılaşması üzrə 27378,54 manat məbləğində kredit borcu, 5088,84 manat faiz borcu və 16562,71 manat məbləğində cərimə borcunun, 200 manat mediasiya xərcinin və 37,09 manat dövlət rüsumunun, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması, tutmanın ipoteka predmetlərinə yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutularaq ödənilməsi, Cavabdeh3 həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və hərracın nəticələri barədə alıcıya təhvil verilməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “xx.xx.2020-ci il tarixli 005R********** nömrəli kredit razılaşmasının ləğv edilməsi və cavabdehlərdən müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 005R********** nömrəli kredit razılaşması üzrə 27378,54 manat məbləğində kredit borcu, 5088,84 manat faiz borcu və 16562,71 manat məbləğində cərimə borcunun, 200 manat mediasiya xərcinin və 37,09 manat dövlət rüsumunun, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması, tutmanın ipoteka predmetlərinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutularaq ödənilməsi, həmin cavabdehlərin həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və hərracın nəticələri barədə alıcıya təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadına əsasən iş üzrə cavabdehlər – ipoteka qoyan şəxs Cavabdeh2 arvadı X5 və Cavabdeh3 arvadı X7 iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişlər. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək bildirdi ki, cavabdeh öhdəliklərini yerinə yetirməmiş, ödənişləri dəfələrlə yubatmışdır. Bütün bunları nəzərə alaraq, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Tərəflərə və üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, cavabdehlər və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş, Cavabdeh2 xx.xx.2023-cü il tarixdə məhkəməyə teleqram ilə müraciət edərək səhhəti ilə əlaqədar işdə iştirak edə bilməyəcəyini bildirmiş və işin təxirə salınmasını xahiş etmiş, digər cavabdehlər bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. K. Abdulzadə əvvəlki məhkəmə proseslərində iddiaçı ilə razılaşacaqlarını bildirmiş, işin təxirə salınmasını xahiş etmiş, məhkəmə, iddiaçının nümayəndəsi əvvəlki məhkəmə baxışlarında iştirak etmədiyindən bunu müəyyən edə bilməmiş və iş üzrə məhkəmə baxışını iki dəfə təxirə salaraq barışıq sazişinin bağlanması ehtimalı olduğu üçün cavabdehə müddət vermişdir. Lakin məhkəmə iclasında iddiaçının nümayəndəsi tərəflərin barışıq üçün hər hansı bir razılığa gəlmədiklərini bildirmişdir. Odur ki, Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxmışdır. Tərəflər arasında 13 fevral 2020-ci il tarixli, 005L**********02 nömrəli Uzunmüddətli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün kredit alana 300 000 manat məbləğində uzunmüddətli kredit xəttini açır. Uzunmüddətli kredit xətti bu müqavilə üzrə və onun qüvvədə olduğu müddətdə istənilən ana kredit alanın bank qarşısında faizlər nəzərə alınmadan maksimum borclanma həddidir. Müqavilənin 1.2-ci bəndinə əsasən kreditlər tərəflər arasında “Bank qarantiyası verilməsi haqqında müqavilə”, “Akkreditiv açılması üçün razılaşma” və “Bank hesabının kreditləşməsi barədə razılaşma” formasında bağlanacaq ayrıca razılaşmalar (Kredit razılaşmaları) əsasında veriləcək. Bu müqavilə bankın kredit vermək vədini ifadə etmir. 1.3-cü bəndinə əsasən bu müqavilə və kredit razılaşmaları əsasında istənilən məbləğ 120 ay, xx.xx.2030-cu il tarixdən gec olmayaraq verilməlidir. 1.4-cü bəndinə əsasən verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtlərin hər dəfə tərəflər arasında bağlananvə bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Kredit razılaşması ilə müəyyən edilir. Uzunmüddətli kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixli 005R********** nömrəli kredit razılaşmasına əsasən bank tərəfindən cavabdehə fərdi kredit olaraq 36 ay müddətinə aylıq 1,75 faiz dərəcəsi ilə 35000 manat məbləğində kredit vəsaiti verilmişdir. Kredit müqaviləsinə əlavə hesab olunan ödəniş planından isə görünür ki, cavabdeh kredit vəsaitini hər ay 1324 manat, sonuncu ay isə 1323,17 manat olmaqla annuitet qaydada ödəməyi öhdəsinə götürmüşdür. Kredit razılaşmasının 4.2.2-ci bəndinin tələbinə görə, Kreditalan ödəniş planı üzrə krediti və ona hesablanmış faizləri vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il tarixli köçürmə sənədindən görünür ki, 35000 manat vəsait bank tərəfindən cavabdehin **********831872 nömrəli hesabına köçürülmüşdür. xx.xx.2020-ci il tarixli 005S**********02 nömrəli (zamin Cavabdeh3) və 005S**********01 nömrəli (zamin Cavabdeh1) nömrəli zaminlik müqavilələrindən görünür ki, həmin müqavilə bankla borclu – Cavabdeh2 arasında bağlanmış 120 ay müddətinə 300 000 manat məbləğində kredit xətti açılması barədə 13 fevral 2020-ci il tarixli, 005L**********02 nömrəli Uzunmüddətli kredit müqaviləsi və həmin müqavilənin ayrılmaz hissəsi olan “Kredit razılaşması”, “Bank qarantiyası verilməsi haqqında müqavilə” və “Bank hesabının kreditləşməsi barədə razılaşma” formasında bağlanan (gələcəkdə bağlanacaq) ayrıca razılaşmalar (Kredit razılaşmaları) üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanmışdır. Zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən, borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zaminlər bank qarşısında tam məsuliyyəti öz üzərlərinə götürmüş və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımasını bəyan etmişlər. xx.xx.2020-ci il tarixdə bağlanmış 005L**********2 nömrəli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh3 məxsus ünvan 1 ünvanında yerləşən 41.6 kv.m-lik ümumi sahədən ibarət xüsusi mülkiyyətli 2 nömrəli mənzil dəyəri (tərəflərin qarşılıqlı razılığı ilə) 16000 manat qiymətləndirilməklə ipoteka qoyulmuş, həmin müqavilə bankla borclu – Cavabdeh2 arasında bağlanmış 120 ay müddətinə 300 000 manat məbləğində kredit xətti açılması barədə 13 fevral 2020-ci il tarixli, 005L**********02 nömrəli Uzunmüddətli kredit müqaviləsi və həmin müqavilənin ayrılmaz hissəsi olan “Kredit razılaşması”, “Bank qarantiyası verilməsi haqqında müqavilə” və “Bank hesabının kreditləşməsi barədə razılaşma” formasında bağlanan (gələcəkdə bağlanacaq) ayrıca razılaşmalar (Kredit razılaşmaları) üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanmışdır. xx.xx.2020-ci il tarixdə bağlanmış 005M**********01 nömrəli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh2 məxsus Shacman SX3315TD366 markalı özüboşaldan yük avtomobil dəyəri (tərəflərin razılığı ilə) 20000 (iyirmi min) manat qiymətləndirilməklə ipoteka qoyulmuş, həmin müqavilə bankla borclu – Cavabdeh2 arasında bağlanmış 120 ay müddətinə 300 000 manat məbləğində kredit xətti açılması barədə 13 fevral 2020-ci il tarixli, 005L**********02 nömrəli Uzunmüddətli kredit müqaviləsi və həmin müqavilənin ayrılmaz hissəsi olan “Kredit razılaşması”, “Bank qarantiyası verilməsi haqqında müqavilə” və “Bank hesabının kreditləşməsi barədə razılaşma” formasında bağlanan (gələcəkdə bağlanacaq) ayrıca razılaşmalar (Kredit razılaşmaları) üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış»ın surətinə əsasən 41.6 kv.m olan Yevlax şəhəri, Nizami Gəncəvi prospekti ev 41, mənzil 2 (tam) (yüklülüyün növü ipoteka), xx.xx.2020-ci il tarixdə bağlanmış 30000 ABŞ dolları məbləğində kredit müqaviləsinə görə hüququ yüklü edilən şəxslər kimi – Cavabdeh3 tərəfindən iddiaçının xeyrinə yüklü edilmişdir. Çıxarış xx.xx.2010-cu il qeydiyyat tarixi (qeydiyyat nömrəsi **********) ilə daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 34 nömrəli vərəqində qeydiyyata alınmışdır. X12 bölməsinin xx.xx.2020-ci il tarixli ipoteka müqaviləsinin qeydiyyata alınması ilə bağlı daşınar əmlakın rəsmi reyesrindən 140081 nömrəli çıxarışdan müəyyən edilir ki, Shacman SX3315TD366 markalı, 32BF258 dövlət qeydiyyat nişanlı özüboşaldan yük avtomobili X4 məxsus olmaqla xx.xx.2020-ci il tarixdə bağlanmış 005M**********01 nömrəli ipoteka müqaviləsi üzrə yüklülüyü qeydiyyata alınmışdır. "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixli ƏEN/İ51-515/22 nömrəli məktubla təqdim edilmiş fərdi yaşayış evinin qiymətləndirilməsi barədə hesabata əsasən ipoteka predmeti olan Cavabdeh3 məxsus ünvan 1 ünvanında yerləşən 41.6 kv.m-lik ümumi sahədən ibarət xüsusi mülkiyyətli 2 nömrəli mənzilin likvid dəyəri 24000 manat və Cavabdeh2 məxsus Shacman SX3315TD366 markalı özüboşaldan yük avtomobilin likvid dəyəri isə 22 000 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/4838 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasının rəyində xx.xx.2020-ci il tarixli 005R********** nömrəli kredit razılaşması üzrə Cavabdeh xx.xx.2022ci il tarixə (banka olan borcu ümumilikdə 35438,52 manat (əsas borc üzrə 27264,83 manat və faiz borcu 8173,69 manat) qeyd edilmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara kredit müqaviləsi, ipoteka müqaviləsi, bildiriş, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, dövlət rüsumunun ödənilməsi barədə sənəd və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 449.1, 470.1, 472.1, 739.2). İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Uzunmüddətli kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixli 005R********** nömrəli kredit razılaşmasına əsasən bank tərəfindən cavabdehə fərdi kredit olaraq 36 ay müddətinə aylıq 1,75 faiz dərəcəsi ilə 35000 manat məbləğində kredit vəsaiti verilmişdir. Kredit müqaviləsinə əlavə hesab olunan ödəniş planından isə görünür ki, cavabdeh kredit vəsaitini hər ay 1324 manat, sonuncu ay isə 1323,17 manat olmaqla annuitet qaydada ödəməyi öhdəsinə götürmüşdür. 35000 manat vəsait bank tərəfindən cavabdehin **********831872 nömrəli hesabına köçürülmüşdür. xx.xx.2020-ci il tarixli 005S**********02 nömrəli (zamin Cavabdeh3) və 005S**********01 nömrəli (zamin Cavabdeh1) nömrəli zaminlik müqavilələrindən görünür ki, həmin müqavilə bankla borclu – Cavabdeh2 arasında bağlanmış 120 ay müddətinə 300 000 manat məbləğində kredit xətti açılması barədə 13 fevral 2020-ci il tarixli, 005L**********02 nömrəli Uzunmüddətli kredit müqaviləsi və həmin müqavilənin ayrılmaz hissəsi olan “Kredit razılaşması”, “Bank qarantiyası verilməsi haqqında müqavilə” və “Bank hesabının kreditləşməsi barədə razılaşma” formasında bağlanan (gələcəkdə bağlanacaq) ayrıca razılaşmalar (Kredit razılaşmaları) üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanmışdır. Zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən, borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zaminlər bank qarşısında tam məsuliyyəti öz üzərlərinə götürmüş və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımasını bəyan etmişlər. xx.xx.2020-ci il tarixdə bağlanmış 005L**********2 nömrəli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən 41.6 kv.m-lik ümumi sahədən ibarət xüsusi mülkiyyətli 2 nömrəli mənzil dəyəri (tərəflərin qarşılıqlı razılığı ilə) 16000 manat qiymətləndirilməklə ipoteka qoyulmuşdur. Həmçinin, Cavabdeh2 məxsus Shacman SX3315TD366 markalı özüboşaldan yük avtomobil dəyəri (tərəflərin razılığı ilə) 20000 (iyirmi min) manat qiymətləndirilməklə ipoteka qoyulmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış»ın surətinə əsasən 41.6 kv.m olan Yevlax şəhəri, Nizami Gəncəvi prospekti ev 41, mənzil 2 (tam) (yüklülüyün növü ipoteka), xx.xx.2020-ci il tarixdə bağlanmış 30000 ABŞ dolları məbləğində kredit müqaviləsinə görə hüququ yüklü edilən şəxslər kimi – Cavabdeh3 tərəfindən iddiaçının xeyrinə yüklü edilmişdir. Çıxarış xx.xx.2010-cu il qeydiyyat tarixi (qeydiyyat nömrəsi **********) ilə daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 34 nömrəli vərəqində qeydiyyata alınmışdır. İddiaçının “kredit razılaşmasının ləğv edilməsi” hissəsinə münasibətdə qeyd edilməlidir ki, tərəflər arasında bağlanmış uzunmüddətli kredit müqaviləsinin 3.1.2-ci bəndinə əsasən kredit alan borcu ödəniş planına uyğun qaytara bilmədikdə bankın kredit müqaviləsinə xitam vermək və borcu faizlərlə birlikdə qaytarmağı tələb etmək hüququna malikdir. Bu səbəbdən məhkəmənin qənaəti belədir ki, tərəflər arasına kredit razılaşmasının ləğv edilməsini iddiaçı tələb edə bilər. İddia tələbinin borcun tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/4838 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasının rəyində xx.xx.2020-ci il tarixli 005R********** nömrəli kredit razılaşması üzrə cavabdeh xx.xx.2022ci il tarixə banka olan borcu ümumilikdə 35438,52 manat (əsas borc üzrə 27264,83 manat və faiz borcu 8173,69 manat) qeyd edilmişdir. İddiaçı isə tələbində cavabdehlərin 27378,54 məbləğində əsas borc, 5088,84 faiz borcu və 16562,71 manat cərimə borcunun ödənilməsini tələb edir. Qeyd edilənləri nəzərə alaraq, faiz borcu iddia ərizəsində tələb edilən məbləğin ekspert rəyində olan məbləğdən aşağı olduğundan məhkəmə cavabdehlərin faiz borcuna münasibətdə iddia tələbində tələb edilən məbləği, əsas borc isə borcu isə ekspert rəyində aşağı olduğundan həmin məbləği əsas tutur. Məhkəmənin müvafiq olaraq faiz borcuna münasibətdə iddia tələbindən kənara çıxmaq hüququnun olmadığını, həmçinin əsas borca münasibətdə ekspert rəyinin tələbə münasibətdə daha az müəyyən edilməsini nəzərə alır. Məhkəmənin hazırkı qənəatinin əksi olaraq tərəflər hər hansı bir sübut təqdim etməmiş və bu arqumenti aradan qaldıran hal müəyyən edilməmişdir. Müqavilə üzrə hesablanmış cərimə borclarına münasibətdə məhkəmə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi tərəflər arasında bağlanmış kredit razılaşmasının 4.2.2-ci bəndinin tələbinə görə, Kreditalan ödəniş planı üzrə krediti və ona hesablanmış faizləri vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödəməyi öhdəsinə götürmüşdür. Odur ki, tərəflərin davranışı, iddiaçının vaxtında tələbi irəli sürməməsi, bununla da cərimə borcunun artmasına şərait yaradılması, eyni zamanda cavabdehin müqavilə müddəti ərzində öhdəlikləri lazımi qaydada icra etməməsi, həmçinin tərəflərin əmlak mənafeləri nəzərə alınaraq cavabdehdən 800 manat cərimə borcunun tutulması qanuni, əsaslı, ədalətli və ağılabatandır. Bundan başqa, məhkəmə iddia tələbinin “tutmanın Cavabdeh2 məxsus Shacman SX3315TD366 markalı özüboşaldan yük avtomobilə və Cavabdeh3 məxsus ünvan 1 ünvanında yerləşən 41.6 kv.m-lik ümumi sahədən ibarət xüsusi mülkiyyətli 2 nömrəli mənzilə yönəldilməsi” hissəsinə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən iddiaçıya borcu yaranmışdır və bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı tələbin ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 39.3.3-cü maddəsinə əsasən, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Bundan başqa, ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, işin məhkəmə araşdırması zamanı "xxxx" MMC tərəfindən təqdim edilmiş fərdi yaşayış evinin qiymətləndirilməsi barədə hesabata əsasən ipoteka predmeti olan Cavabdeh3 məxsus ünvan 1 ünvanında yerləşən 41.6 kv.m-lik ümumi sahədən ibarət xüsusi mülkiyyətli 2 nömrəli mənzil dəyəri (tərəflərin qarşılıqlı razılığı ilə) likvid dəyəri 24000 manat və Cavabdeh2 məxsus Shacman SX3315TD366 markalı özüboşaldan yük avtomobilin likvid dəyəri isə 22 000 manat müəyyən edilmişdir. İddia tələbinin “tutma yönəldildikdən və o satıldıqdan ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlərin çıxarılması” münasibətdə qeyd edilməlidir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun xx.xx.2019-cu il tarixdən qüvvəyə minmiş 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Qeyd edilən Qanunun maddəsi əslində prosessual münasibətləri nizamlamaqla, ipoteka qoyan şəxsin (şəxslərin) ipoteka predmeti olan mənzildən çıxarılması ilə bağlı əlavə qərarın qəbul edilməsinə zərurət olmadığını bildirir. İddia tələbinin satışdan əldə olunan vəsaitin borcun ödənilməsinə kifayət etməməsi halına dair qanunvericiliyin tənzimləməsi mövcuddur ki, hazırkı qətnamə ilə borc məbləğinin tutulması, qətnamənin sonrakı icrası ipoteka predmetinin hansı qiymətə satışından asılı olduğundan, bunlar isə icra mərhələsində həll edilməli məsələ olduğundan və məhkəmə qətnaməsi özündə mübahisə edilən hüquq münasibətləri ilə bağlı ehtimallara deyil, mövcud vəziyyətə əsaslanmalı olduğundan məhkəmə hesab edir ki, iddia qiymət verilən hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən və iddia üzrə dövlət rüsumu 237,09 manat olduğundan, dövlət rüsumu tərəflər arasında bölüşdürülməli, 80,64 manat hissəsi iddiaçıya, 156,45 manat hissəsi cavabdehə aid edilməlidir. İddiaçı tərəfindən 37,09 manat ödənildiyindən, məhkəmə hesab edir ki, həmin 37,09 manat iddiaçı tərəfindən ödəniləcək dövlət rüsumundan çıxılaraq iddiaçıdan 43,55 manat, cavabdehdən 156,45 manat dövlət rüsumu dövlət gəlirinə tutulmalı, iddiaçı tərəfindən ödənilmiş 37,09 manat isə Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamandan ödənilmiş 200 manat mediasiya xərcinin 68,03 manat hissəsi iddiaçıya aid edilməli, 131,97 manat hissəsi isə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumunun 13,61 manat hissəsi iddiaçıya aid edilməli, 26,39 manat hissəsi isə Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 116.2-ci maddəsinə əsasən, məhkəmənin tapşırığı ilə gördükləri işlər ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsinə aid deyildirsə, onlar gördükləri işlərin əvəzinə haqq alırlar. Ödənilən haqqın, yaşayış sahəsinin icarə haqqının məbləği məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin razılığı ilə məntiqli həddə müəyyən edilir. 117.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Ekspertiza tədqiqatının dəyəri olan 145 manat pulun 72,5 manatı İddiaçı QSC-dən və 72,5 manatı Cavabdeh2 tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X1 bank hesabına (h/h – AZ34CTRE********************, m/h – AZ41NABZ013601**********3944, kod – 210005, swift – CTREAZ22) hesabına köçürülməlidir. İpoteka predmetinin qiymətləndirilməsi üçün aparılmış tədqiqatın dəyəri olaraq təqdim edilən 400 manat məbləğin həddindən artıq müəyyən edildiyindən məhkəmə həmin xərcin 200 manat məbləğində müəyyən edilməsini qanuni və əsaslı, həmçinin ağılabatan hesab edir. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, 200 manat xərcin 100 manatının İddiaçı QSC-dən və 100 manatının Cavabdeh2 tutularaq "xxxx" MMC-nin "xxxx" ASC-də bank hesabına (h/h – AZ30GUNA4006 **********000000, m/h – AZ25NABZ********************, kod – 505594, swift – GUNAAZ22) ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 005R********** nömrəli kredit razılaşması ləğv edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 005R********** saylı kredit razılaşması üzrə 27264,83 manat əsas, 5088,84 manat faiz borcu, 800 manat cərimə borcu, 131,97 manat mediasiya xərci, 37,09 manat dövlət rüsumu və 26,39 manat ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınmasına görə dövlət rüsumu tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Borc məbləği Cavabdeh3 məxsus ünvan 1 ünvanında yerləşən 41.6 kv.m-lik ümumi sahədən ibarət xüsusi mülkiyyətli 2 nömrəli mənzilə və Cavabdeh2 məxsus Shacman SX3315TD366 markalı özüboşaldan yük avtomobilinə yönəldilsin. İpoteka predmeti olan Cavabdeh3 məxsus ünvan 1 ünvanında yerləşən 41.6 kv.m-lik ümumi sahədən ibarət xüsusi mülkiyyətli 2 nömrəli mənzilin likvid dəyəri 24000 manat və Cavabdeh2 məxsus Shacman SX3315TD366 markalı özüboşaldan yük avtomobilin likvid dəyəri isə 22 000 manat müəyyən edilsin və həmin əmlak açıq hərrac vasitəsi ilə satılsın. Satışdan əldə edilmiş vəsait Cavabdeh2 İddiaçı QSC-yə olan borcunun ödənilməsinə yönəldilsin. İddia qalan hissələrdə rədd edilsin. Ödənilməmiş 43,55 manat dövlət rüsumu iddiaçı AccessBank” Qapalı Səhmdar Cəmiyyətindən tutularaq dövlət büdcəsinə ödənilsin. Cavabdeh2 156,45 manat dövlət rüsumu tutulub dövlət büdcəsinə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 145 manat pulun 72,5 manatı İddiaçı QSC-dən və 72,5 manatı Cavabdeh2 tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X1 bank hesabına (h/h – AZ34CTRE********************, m/h – AZ41NABZ013601**********3944, kod – 210005, swift – CTREAZ22) hesabına köçürülsün. İpoteka predmetinin qiymətləndirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan və məhkəmə tərəfindən azaldılan 200 manat pulun 100 manatı İddiaçı QSC-dən və 100 manatı Cavabdeh2 tutularaq "xxxx" MMC-nin "xxxx" ASC-də bank hesabına (h/h – AZ30GUNA4006 **********000000, m/h – AZ25NABZ********************, kod – 505594, swift – GUNAAZ22) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar