Məhkəmə qərarları › İş №e-2-2(117)-7/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-7/2024

08.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-7/2024 08.02.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “9143,57 manat əsas, 2005,78 manat faiz və AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 1007,11 manat faiz borcu, iş üzrə ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 200 manat pulun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi” tələbi üzrə işə məhkəmənin binasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “9143,57 manat əsas, 2005,78 manat faiz və AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 1007,11 manat faiz borcu, iş üzrə ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 200 manat pulun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh2 xx.xx.2024-cü il tarixdə məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək cavabdeh LPO İddiaçı ASC-nin üzərinə, X2 İddiaçı ASC-də olan hesabına köçürmə etmək məqsədilə mədaxil etmiş və LPO İddiaçı ASC-in Şəki Kommersiya Məhkəməsinə 24 oktyabr 2023-cü il tarixli, **********354 nömrəli məktubunda 531.591.08 RUR, yəni 12226 AZN kimi qeydi ilə öz təsdiqini tapmış pul vəsaitinin, Cavabdeh2 xx.xx.2019-cu il tarixli, 09/0245/KBK saylı kredit müqaviləsi üzrə yaranmış borc ilə əvəzlənməsi öhdəliyi qoyulması” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilmişdir. Məhkəmə iclasının xx.xx.2024-cü il tarixli protokolun qərardadına əsasən AX3 iddia tələbi üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Cavabdeh2 ilə "xxxx" ASC arasında xx.xx.2019-cu il tarixli 09/0245/KBK nömrəli kredit xətti müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, bank fərdi mikro kredit məqsədilə ümumi məbləği 15 000 manat olan borc pulu (bundan sonra kredit) aylıq faiz dərəcəsi 23 % olmaqla, 12 ay müddətinə kredit alana verməyi, kredit alan bu müqavilənin ayrılmaz hissəsi olan 1 saylı Əlavədə göstərilən ödəniş planına uyğun olaraq krediti və faizi banka qaytarmağı öz öhdəsinə götürmüşdür. Kredit müqaviləsinə əlavə hesab olunan ödəniş planından isə görünür ki, cavabdeh kredit vəsaitini hər ay ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 4.5-ci bəndinin tələbinə görə, bir qayda olaraq müqavilə üzrə nəzərdə tutulan qrafikdə göstərilən məbləğdən az ödənişin aparılmasına yol verilmir. Əgər borclu qrafikdə göstərilən məbləğdən az vəsaitin ödənişin aparılmasını xahiş edərsə, bu halda vəsait qəbul edilərkən ponun hesabından silinir. “Bank”hər gecikdirilən gün üçün qrafik üzrə ödənilməli əsas borca gündəlik 0,3% məbləğində penya hesablanır. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi zaminlər Cavabdeh3 və Cavabdeh1 ilə 09/0245/KBK nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən zaminlər faizlərin borc tutulması üzrə borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla kreditor qarşısında borclu ilə eyni həcmdə və birgə məsuliyyət daşıyırlar. Həmin Müqavilənin 4.3-cü bəndinə əsasən, bu Müqavilə tərəflərin onu imzaladığı tarixdən qüvvəyə minir və öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində “Bank”ın Zamin”ə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi, Cavabdeh1 və üçüncü şəxs X4 məhkəmə iclasında iştirak etməmiş, Bankın nümayəndəsi iddiaya nümayəndlərinin iştirakı olmadan baxılmasını xahiş etmiş, digər tərəflər bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə qeyd edilən şəxslərin iştirakı olmadan baxmışdır. Cavabdeh2 iddianı qəbul edərək bildirdi ki, iddiaçı Bankdan kredit götürmüş, lakin tam ödəniş aparmamış və borcu yaranmışdır. Buna baxmayraq oğlu oğlu X2 iddiaçı Bankdan təxminən 12000 manat məbləğində vəsaiti qaytarılmamış və həmin borcu tələb etmək hüququ atası olaraq ona güzəşt edilib. Ona görə də tələb edir ki, ona qarşı olan tələb əvəzləşdirilsin. Cavabdeh X5 bildirdi ki, əsas borcla bağlı kredit kötürən şəxslə yəni F.Abdürəhimovla oğlu X3 arasında tələbin güzəşti haqqında müqavilə bağlanmış, borc məbləği güəşt edilmişdir. Ona görə də əsas borclu ilə Bank arasında həm debitor, həmdə kreditor borc olaraq qarşılıqlı öhdəlikləri mövcuddur. Ona görə də öhdəliklərin əvəzləşdirilməsi daha məqsədəuyğun olardı. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixə Cavabdeh2 3552/K nömrəli müqavilə üzrə 9143,57 manat əsas borc, 2005,78 manat faiz, 1007,11 manat cərimə borcu mövcuddur. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/7206 nömrəli ekspert rəyinə əsasən, xx.xx.2020-ci il tarixə 9143,56 manat əsas, 1226,76 manat faiz borcu, xx.xx.2023-cü il tarixə 9143,56 manat əsas borcu, 2233,82 manat faiz borcu (1226,76 manat əsas faiz borcu, 1007,06 manat 5 faizlə hesablanmış faiz borcu) mövcuddur. İddiaçı tərəfindən aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: kredit müqaviləsi, ödəniş cədvəli və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verib hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, Cavabdeh2 ilə "xxxx" ASC arasında xx.xx.2019-cu il tarixli 09/0245/KBK nömrəli kredit xətti müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, bank fərdi mikro kredit məqsədilə ümumi məbləği 15 000 manat olan borc pulu (bundan sonra kredit) aylıq faiz dərəcəsi 23 % olmaqla, 12 ay müddətinə kredit alana verməyi, kredit alan bu müqavilənin ayrılmaz hissəsi olan 1 saylı Əlavədə göstərilən ödəniş planına uyğun olaraq krediti və faizi banka qaytarmağı öz öhdəsinə götürmüşdür. Kredit müqaviləsinə əlavə hesab olunan ödəniş planından isə görünür ki, cavabdeh kredit vəsaitini hər ay ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 4.5-ci bəndinin tələbinə görə, bir qayda olaraq müqavilə üzrə nəzərdə tutulan qrafikdə göstərilən məbləğdən az ödənişin aparılmasına yol verilmir. Əgər borclu qrafikdə göstərilən məbləğdən az vəsaitin ödənişin aparılmasını xahiş edərsə, bu halda vəsait qəbul edilərkən onun hesabından silinir. “Bank” hər gecikdirilən gün üçün qrafik üzrə ödənilməli əsas borca gündəlik 0,3% məbləğində penya hesablanır. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi zaminlər Cavabdeh3 və Cavabdeh1 ilə 09/0245/KBK nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən zaminlər faizlərin borc tutulması üzrə borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla kreditor qarşısında borclu ilə eyni həcmdə və birgə məsuliyyət daşıyırlar. Həmin Müqavilənin 4.3-cü bəndinə əsasən, bu Müqavilə tərəflərin onu imzaladığı tarixdən qüvvəyə minir və öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində “Bank”ın Zamin”ə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə tərəflərin təqdim etdikləri və ekspert rəyi nəticəsində əldə edilmiş sübutlar əsasında əsas borcun mövcudluğu və iddia tələbində qeyd edilən məbləğlə eyni olması müəyyən edilmişdir. İddia tələbinin “pul məbləğinin ödənilməsini gecikdirdiyinə görə 2005,78 manat faiz borcunun tutulması” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh bağlanmış kredit müqaviləsinə əsasən, kredit faizi illik 23% müəyyən edilmişdir. Məhkəmə tələb üzrə faiz borcuna münasibətdə qeyd edir ki, ekspert rəyində faiz borcu iddia tələbinə nisbətən az hesablandığından məhkəmə həmin məbləği əsas götürür. Çünki ekspert rəyi iddiaçı tərəfindən faiz borcuna münasibətdə təqdim edilən sübutlarla təkzib edilmir. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh X1 9143,56 manat əsas borc, 1226,76 manat faiz borcu tutulmalıdır. Məhkəmə iddia tələbinin “kredit müqaviləsinin müddəti bitdikdən sonra Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən hesablanan 1007,11 manat pulun tutulması” hissəsinə münasibətdə bildirir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarında qeyd edilir ki, MM-in 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni, kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Həmçinin, qeyd edilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. MM-in 445.7-ci maddəsi borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. MM-nin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Ekspert rəyində həmin məbləğ 1007,06 manat qeyd edildiyindən məhkəmə hesab edir ki, cüzi fərq də olsa ekspert rəyindəki məbləğ əsas götürülməlidir. Odur ki, məhkəmə hesab edir ki, bu hissədə də tələbində haqlıdır. İddia tələbinin “zaminlərdən pulun tutulması”na münasibətdə bildirir ki, hazırki iddia tələbi üzrə iddiaçı əsas borcludan əsas borcun tutulması hissəsində haqlı olsa da, digər cavabdehlər olan zaminlərdən borcun tutulmasını tələb etməkdə haqlı deyildir. Belə ki, zaminlik müqaviləsinin 3.3-cü bəndinə əsasən bu müqavilə kredit müqaviləsinin bütün şərtləri tam yerinə yetirildikdən sonra qüvvədən düşür. Mülki Məcəllənin 477.0.4-cü maddəsində nəzərdə tutulan kəsici müddətin keçməsi ilə bağlı müddəa tətbiq edilməlidir. Həmin maddəyə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Maddənin məzmunudan görünür ki, zaminliyin verilməsinin konkret müddəti göstərilə bilər və ya belə müddət müəyyən edilməyə bilər. Əgər müddət müəyyənləşdirilməmişdirsə, öhdəliyin icrası müddətinin çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilməlidir. Məhkəmə Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsaslanaraq hesab edir ki, zaminlik müqaviləsində xitam verilmə müddəti dəqiq müəyyən edilməmişdir. Çünki bu halda, öhdəliklərin tam icra olunması anı əvvəlcədən bəlli olmadığından zaminliyin verilməsinin konkret müddətindən asılı etmək mümkün deyildir. Həmçinin nəzərə almaq lazımdır ki, müddət hüquqi anlayış kimi həmişə özündə konkretliyi ehtiva edir. Hazırki iş üzrə zaminlik müqaviləsinin qüvvədə olma müddəti dəqiq göstərilmədiyindən kredit müqaviləsinin müddətinin bitməsindən sonrakı il ərzində yəni, xx.xx.2021-ci il tarixədək 1 il ərzində zaminə qarşı iddia irəli sürülə bilərdi. Zaminlik müqaviləsinin də 4-cü abzasında eyni müddəa nəzərdə tutulmuşdir. Kredit müqaviləsinin icrrası müddəti xx.xx.2020-ci il tarixdə bitmiş, həmin tarxdən 1 il müddətində zaminlərə qarşı iddiaçı iddia qaldırmalı olsa da, bunu etməmişdir. Bu səbəbdən iddia tələbi zaminlərə münasibətdə rədd edilməsi qanunvericiliyin tələbinə uyğundur. Məhkəmə hesab edir ki, iddiaçı Cavabdeh2 9143,56 manat əsas borc, 1226,76 manat faiz borcu və AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 1007,06 manat faiz borcun tutulmasını tələb etməkdə haqlı olduğundan, iddia tələbi həmin hissədə təmin edilməli, qalan hissədə rədd edilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən 200 manat mediasiya xərci ödəildiyindən həmin xərc tələb edilsə də, eyni zamanda dövlət büdcəsinə dövlət rüsumu ödənilmişdir. Bildiyimiz kimi mediasiya xərcini ödəyən şəxs ilkin müraciət zamanı dövlət rüsumunu ödəməkdən azad edilir. Qanunvericiliyin tələbinə görə dövlət rüsumu iddia tələbinin həll edilmə nəticəsinə uyğun tərəflər arasında bölüşdürüldüyündən, həmçinin cavabdehin əleyhinə qətnamə qəbul edilibsə, o yalnız bir dəfə rüsum ödəyə bilər. Ona görə də cavabdehdən mediasiya xərci iddiaçının xeyrinə tutulmalı dövlət rüsumu isə tutulmamalıdır. İddia tələbi qismən təmin edilsə də, tələb əsas hissədə təmin edildiyindən və cavabdehdən mediasiya xərcinin əvəzinin tutulması barədə qərar qəbul edildiyindən ondan təkrarən dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi qanunsuzdur. Məhkəmə iclasında cavabdeh tərəfin iddiaçı Bankla tələblərin qarşılıqlı əvəzlədirilməsi ilə bağlı müraciətləri ilə bağlı qeyd edir ki, Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə Cavabdeh2 qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsindən prosessual qanunvericiliyin tələbləri baxımından imtina edilsə də, istər ədalətli yanaşma baxımından, istərsə də iş materiallarında və iddiaçı tərəfindən özünün də təsdiq etdiyi mövqedə cavabdeh tələbin güzəşti halları və qarşılıqlı iddiada tərəflərin öhdəliklərinin qarşılıqlı əvəzləşdirilməsi tələbində ədalətlilik və qanunilik baxımından haqlı görünür. Belə ki, məhkəməyə təqdim edilən xx.xx.2020-ci il tarixli mədaxil qəbzindən də görünür ki, X2 "xxxx"da olan hesabında 200 000 rubl, 330 000 və 1590 rubl, cəmi 531591,08 pulu vardır və o, əsas borclu olan Cavabdeh2 oğludur. Mülki qanunvericilik bu kimi hallarda “tələbin güzəşti”ni nəzərdə tutur. İddiaçının ləğv prosesində olması tələbin güzəşti halının tətbiqini istisna etmir. AR Mülki Məcəlləsinin 441.1-ci maddəsinə əsasən, tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya qarşı hüquqları və tələbləri mövcuddur və qarşılıqlı surətdə əvəzləşdirilməklə icra edilməsi mübahisənin və öhdəliklərin icrasının ən düzgün həlli üsuludur. Məhkəmə hesab edir ki, bu halda bir tərəfin hüquq və azadlıqlarına digər tərəf ləğv edilmə prosesində olma səbəbindən üstünlük verilə bilməz. Eyni zamanda, bu halda hansı trəfin hüquqları üstün tutula bilməz. Çünki brada qarşılıqlı olaraq tələblərin ödənilməsindən söhbət gedir. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” AR Konstitusiya Məhkəməsinin 13 iyun 2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2-ci maddəsinin “dayandırma” ifadəsi bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərlə bağlı mülki məhkəmə icraatında olan işlərin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254-cü maddəsində nəzərdə tutulmuş qaydada icraatının dayandırılmasını deyil, bu Məcəllənin 261.0.1-ci maddəsinə əsasən icraatına xitam verilməsini nəzərdə tutur. Həmin andan daxil olan ərizələrin qəbul edilməsindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən imtina olunmalıdır. Həmin Qərarda qeyd edilir ki, qanunverici, ləğv edilən bankın vəsaitləri onun kreditorlarının tələblərinin ödənilməsi üçün yetərli olmadığı təqdirdə mövcud vəsaitlərin bankın kreditorları arasında bölüşdürülməsinin ədalətli tarazlığına nail olunmasını təmin etmək məqsədilə növbə daxilində ödənişlərin tələblərə proporsional faizlə bölüşdürülməsinin qaydasını nəzərdə tutmuşdur. Göstərilənlərdən müəyyən olunur ki, müflis elan olunmuş bankın ləğvetmə prosedurunda bankın kreditorlarının banka qarşı tələblər irəli sürməsi və bu tələblərin icrası mülki və mülki prosessual qanunvericilikdə nəzərdə tutulan ümumi əsaslar və qaydalar üzrə deyil, məhz “Banklar haqqında” Qanunun yuxarıda qeyd edilən maddələrinin xüsusi tələbləri çərçivəsində həyata keçirilir. İflas proseduruna məhkəmə nəzarəti məhz bu prosedur çərçivəsində müəyyən edilmişdir. Belə fərqləndirmə mübahisələrin mülki məhkəmə icraatı qaydasında və yaxud iflas proseduruna məhkəmə nəzarəti qaydasında baxılmalı olmasını şərtləndirir. Ona görə yuxarıda qeyd edilən qanunvericiliyin tələbləri baxımından hazırkı iş üzrə cavabdeh tərəfin tələbin əvəzləşdirilməsi ilə bağlı müraciətini məhkəmə hazırkı icraat çərçivəsində həll etməmişdir. Mülki Məcəllənin 194-195-ci maddələrinin tələblərinə əsasən tələb sahibi tələbini üçüncü şəxsə güzəşt edərsə, bu barədə borcluya məlumat verməlidir. Cavabdeh F.Abdurahmanov xx.xx.2024-cü il tarixdə bağlanmış müqavilə əsasında tələbin ona güzəşt edilməsi barədə "xxxx" ASC (LPO)-yə məlumat verməmiş, birbaşa məhkəməyə müraciət etmişdir. Bu səbəbdən cavabdehə izah edir ki, qeyd edilən tələblərin qarşılıqlı əvəzləşdirilməsi ilə bağlı qarşı tərəfə müraciət etməli və məhkəmə qərarının icrası zamanı tələblərin qarşılıqlı əvəzləşdirilməsi yolu ilə bu məsələni həll etməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 9143,56 manat əsas borc, 1226,76 manat faiz borcu və AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 1007,06 manat faiz borcu və 187,19 manat mediasiya xərci tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissələrdə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar