Məhkəmə qərarları › İş №e-2-2(117)-706/2022

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-706/2022

25.05.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-706/2022 25.05.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlu, iddiaçı 14 saylı Ərazi Vergilər İdarəsinin cavabdeh Cavabdeh MMC-yə qarşı “səyyar vergi yoxlamasının keçirilməsi zəruri olan sənədlərin 01 yanvar 2019-cu il tarixdən - 1 fevral 2022-ci il tarixədək olan dövr üzrə ilkin mühasibat sənədlərini, o cümlədən qeyd edilən dövr üzrə mühasibat kitabları, uçot registrləri və dövriyyə cədvəlləri, malların istehsalı ilə bağlı ilkin sənədləri, mal (iş, xidmətin) alınması və təqdim edilməsinə dair müqavilələr, mal (iş, xidmətin) alınamsı və təqdim edilməsinə dair qaimə-fakturalar, elektron vergi hesab-fakturaları, elektron qaiməfakturaları, alış aktları, təhvil-təslim aktları, əmtəə nəqliyyat qaimələri, qaimə fakturaya əlavələr, mal-materialın hərəkətini təsdiq edən sənədlər (aylar üzrə material hesabatları) və digər sənədlər, 01 yanvar 2019-cu il , 01 fevral 2019-cu il və 01 fevral 2022-ci il tarixlərə mal qalığı barədə məlumatlar (hər bir mal üzrə miqdar,məbləğ göstərilməklə), nəzarət kassa aparatlarının aylar üzrə hesabatları, malların daşınmasını və çatdırılmaını təsdiq edən sənədlər, işçilərlə bağlanmış əmək müqavilələrinin elektron bazaya daxil edilməsi bildirişləri, əmək haqqı cədvəlləri, ştat cədvəlləri və s. analoji sənədlər, vəkalətnamələr, bank, çek və xəzinə sənədləri, pul vəsaitinin, debitor və kreditorların qalığı və hərəkətinə dair sənədlər, gömrük rəsmiləşdirilməsi sənədləri, əmlak və torpağa dair mülkiyyət sənədləri, tikinti işlərinin aparılmasına dair bağlanmış müqavilələr, görülmüş işlərin təsdiq edilmiş smeta, forma 2, forma 3, təhvil-təslim aktları, material silgilərinə dair ilkin sənədlər, icarə müqavilələri, vergilərin hesablanmasına aid digər ilkin sənədlər və elektron faylların cavabdehdən götürülməsi” tələbinə dair iş materiallarına baxaraq, müəyyən etdi: İddiaçı 14 saylı Ərazi Vergilər İdarəsi Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək “səyyar vergi yoxlamasının keçirilməsi zəruri olan sənədlərin 01 yanvar 2019-cu il tarixdən - 1 fevral 2022-ci il tarixədək olan dövr üzrə ilkin mühasibat sənədlərini, o cümlədən qeyd edilən dövr üzrə mühasibat kitabları, uçot registrləri və dövriyyə cədvəlləri, malların istehsalı ilə bağlı ilkin sənədləri, mal (iş, xidmətin) alınması və təqdim edilməsinə dair müqavilələr, mal (iş, xidmətin) alınamsı və təqdim edilməsinə dair qaimə-fakturalar, elektron vergi hesabfakturaları, elektron qaimə-fakturaları, alış aktları, təhvil-təslim aktları, əmtəə nəqliyyat qaimələri, qaimə fakturaya əlavələr, mal-materialın hərəkətini təsdiq edən sənədlər (aylar üzrə material hesabatları) və digər sənədlər, 01 yanvar 2019-cu il , 01 fevral 2019-cu il və 01 fevral 2022-ci il tarixlərə mal qalığı barədə məlumatlar (hər bir mal üzrə miqdar,məbləğ göstərilməklə), nəzarət kassa aparatlarının aylar üzrə hesabatları, malların daşınmasını və çatdırılmaını təsdiq edən sənədlər, işçilərlə bağlanmış əmək müqavilələrinin elektron bazaya daxil edilməsi bildirişləri, əmək haqqı cədvəlləri, ştat cədvəlləri və s. analoji sənədlər, vəkalətnamələr, bank, çek və xəzinə sənədləri, pul vəsaitinin, debitor və kreditorların qalığı və hərəkətinə dair sənədlər, gömrük rəsmiləşdirilməsi sənədləri, əmlak və torpağa dair mülkiyyət sənədləri, tikinti işlərinin aparılmasına dair bağlanmış müqavilələr, görülmüş işlərin təsdiq edilmiş smeta, forma 2, forma 3, təhvil-təslim aktları, material silgilərinə dair ilkin sənədlər, icarə müqavilələri, vergilərin hesablanmasına aid digər ilkin sənədlər və elektron faylların cavabdehdən götürülməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 14 saylı Ərazi Vergilər İdarəsinin 02 mart 2022-ci il tarixli **********154913 nömrəli səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarı ilə "xxxx" MMC-də 01 fevral 2019-cu il tarixdən 01 fevral 2022-ci il tarixədək olan vergi dövrü üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş və təyin edilmiş səyyar vergi yoxlamasının 03 mart 2022-ci il tarixdə başlanılması nəzərdə tutulmuşdur. Səyyar vergi yoxlamasının başlaması ilə əlaqədar yoxlayıcılar 03 mart 2022-ci il tarixdə vergi ödəyicisinin təsərrüfat subyektinin olduğu ünvana - Qazax rayonu Daş Salahlı kəndinə getmiş, lakin "xxxx" MMC-nin həmin ünvanda, yəni Qazax rayonu, Daş Salahlı kəndində olmadığı və fəaliyyət göstərmədiyi müəyyən edilmişdir. Bununla əlaqədar yoxlayıcılar tərəfindən 03 mart 2022-ci il tarixli imtina aktı tərib edilmiş və Qazax rayon İHB-nın Daş Salahlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsindən 03 mart 2022-ci il tarixli 1120/422 nömrəli arayış alınmışdır. Vergi orqanının məlumat bazasına əsasən "xxxx" MMC tərəfindən Qazax rayonu, Daş Salahlı kəndindəki təsərrüfat subyekti Qazax rayonu Daş Salahlı kənd sakini X1 icarəyə götürüldüyü üçün X1 müvafiq izahat alınmışdır. X4 təqdim etdiyi 03 mart 2022-ci il tarixli izahatında özünə məxsus Qazax rayonu, Daş Salahlı kəndində 0,12 ha həyətyanı torpaq sahəsində yerləşən ferma tikilisini aylıq 1000 manat icarə haqqı müqabilində 01 avqust 2019-cu il tarixdə 1 il müddətinə Cavabdeh MMC-yə icarəyə verdiyini, razılaşmaya əsasən icarə haqqı məbləğini 3 ay ərzində hər ay 300 manat olmaqla Cavabdeh MMC-nin nümayəndəsindən əlbə-əl götürdüyünü, icarə müqaviləsinin müddətinin 3 ay çəkdiyini və bundan sonra həmin şəxslərlə heç bir əlaqəsinin olmadığını bildirmişdir. Cavabdeh MMC-nin faktiki olaraq Qazax rayonu Daş Salahlı kəndində olmadığı və həmin ünvanda fəaliyyət göstərmədiyi müəyyən edildiyi üçün idarənin 02 mart 2022-ci il tarixli **********154913 nömrəli səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarının surəti, təyin edilmiş səyyar vergi yoxlamasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alınması barədə 02 mart 2022-ci il tarixli KY seriyalı ********* nömrəli sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış və 03 mart 2022-ci il tarixli **********154940 nömrəli vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında tələbnamə vergi orqanı tərəfindən 03 mart 2022-ci il tarixli **********263900 nömrəli məktubla cəmiyyətin hüquqi ünvanına - Çöyçay rayonu Alxasafa kəndinə göndərilmişdir. Həmçinin idarənin əməkdaşları tərəfindən tərtib edilmiş 03 mart 2022-ci il tarixli İmtina aktı, Qazax rayonu İHB-nın Daş Salahlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 03 mart 2022-ci il tarixli 1120/422 nömrəli arayışının və Qazax rayonu Daş Salahlı kənd sakini X2 izahatının surəti vergi orqanı tərəfindən 05 mart 2022-ci il tarixli **********786600 nömrəli məktubla cəmiyyətin hüquqi ünvanına - Çöyçay rayonu Alxasafa kəndinə göndərilmişdir. Göstərilənləri nəzərə alaraq "xxxx" MMC-də təyin olunmuş növbədənkənar səyyar vergi yoxlamasını cəmiyyətin rəhbəri X8 bildirmək üçün 03 mart 2022-ci il tarixdə hüquqi şəxsin vergi orqanının məlumat bazasında olan 055- ***-**-** nömrəli mobil telefona yoxlayıcılar tərəfindən zəng edilmişdir. Telefon zənginə cavab verən şəxs cəmiyyətin rəhbəri X10 hal-hazırda Bakı şəhərində olduğunu və 05 mart 2022-ci il tarixdə vergi orqanına gələcəyini bildirmişdir. Lakin "xxxx" MMC-nin rəhbəri X10 05 mart 2022-ci il tarixdə vergi orqanına gəlməmiş, ondan sonra yoxlayıcılar tərəfindən dəfələrlə zənglər edilməsinə baxmayaraq telefon zənglərinə cavab verməmiş, səyyar vergi yoxlamasının keçirilməsi üçün müvafiq şərait yaradılmamış və səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlər təqdim edilməmişdir. Qeyd olunanları nəzərə alaraq "xxxx" MMC-nin rəhbəri X7 tapılması, səyyar vergi yoxlamasının keçirilməsi üçün şərait yaradılması və səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün vergi orqanı tərəfindən 10 mart 2022ci il tarixli **********376600 nömrəli məktubla Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə müraciət edilmişdir. Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən 16 mart 2022-ci il tarixli **********138200 nömrəli xidməti məktubla 16 mart 2022-ci il tarixdə "xxxx" MMC-nin rəhbəri X7 tapılmasının təmin edildiyi, onun araşdırmaya təqdim etdiyi yazılı izahatında 17 mart 2022-ci il tarixdə aidiyyəti üzrə vergi orqanına gedərək yoxlamanın keçirilməsinə lazımi şərait yaradacağını bildirdirdiyi, bundan əlavə adı qeyd olunan cəmiyyətin fəaliyyətinə faktiki rəhbərliyi həyata keçirmiş 20 may 1965-ci il təvəllüdlü X3 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi əldə olunaraq onunla da əlaqə yaradıldığı və yaranmış zərurətlə bağlı həmin idarəyə getməsinin vacibliyi barədə xəbərdar edildiyi bildirilmişdir. Bununla əlaqədar olaraq X10 17 mart 2022-ci il tarixdə vergi orqanına gəlmiş və təqdim etdiyi izahatında Cavabdeh MMC-nin rəhbərliyinin onun tərəfindən formal olaraq həyata keçirildiyini, görülən işlərdən heç bir məlumatının olmadığını və bütün işlərin Hüseyn adlı şəxs tərəfindən həyata keçirildiyini bildirmişdir. Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən yenidən 18 mart 2022-ci il tarixli **********218500 nömrəli xidməti məktubla X3 təqdim etdiyi izahatda "xxxx" MMC-nin işlərinin onun tərəfindən həyata keçirildiyini, X7 bu işlərlə bağlı heç bir anlayışının olmadığını və 18 mart 2022-ci il tarixdə vergi orqanına gedəcəyini bildirdiyi bildirilmişdir. X6 18 mart 2022-ci il tarixdə vergi orqanına gəlmiş və təqdim etdiyi izahatda vergi orqanına gələn zaman "xxxx" MMC-yə aid heç bir sənəd gətirmədiyini, hazırlıqsız gəldiyi üçün təkrar olaraq 28 mart 2022-ci il tarixdə cəmiyyətə aid bütün sənədləri götürüb vergi orqanına gəlməyi öhdəsinə götürmüşdür. Yoxlayıcılar tərəfindən 28 mart 2022-ci il tarixdə, saat 09:40-da X5 məxsus ***-***-**-** mobil telefon nömrəsinə zəng edildikdə o cəmiyyətə aid sənədləri tapa bilmədiyini, sənədlərin tapılması üçün əlavə olaraq ona 2-3 gün vaxt lazım olduğunu və sənədləri toplayan kimi vergi orqanına gələcəyini bildirmişdir. Göstərilənlərlə bağlı yoxlayıcılar tərəfindən 28 mart 2022-ci il tarixli imtina aktı tərtib edilmiş və tərtib edilmiş imtina aktı 28 mart 2021-ci il tarixli, **********251400 nömrəli məktubla cəmiyyətin hüquqi ünvanına - Çöyçay rayonu Alxasafa kəndinə göndərilmişdir. Vergi ödəyicisinə göndərilmiş 03 mart 2022-ci il tarixli, **********154940 nömrəli Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında tələbnamədə sənədlərin təqdim edilməsi üçün nəzərdə tutulan müddət 31 mart 2022-ci il tarixdə başa çatdığı üçün həmin gün yenə də yoxlayıcılar tərəfindən X5 məxsus ***-***-**-** nömrəli mobil telefona dəfələrlə zənglər edilməsinə baxmayaraq X6 tərəfindən telefon zənglərinə cavab verilməmiş və səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması təmin edilməmişdir. Yoxlayıcılar tərəfindən bununla bağlı 31 mart 2020-ci il tarixli İmtina aktı tərtib edilmişdir və tərtib edilmiş 31 mart 2020-ci il tarixli İmtina aktı 01 aprel 2022-ci il tarixli, **********584200 nömrəli məktubla cəmiyyətin hüquqi ünvanına, 01 aprel 2022-ci il tarixli, **********598700 nömrəli məktubla cəmiyyətin rəhbəri yaşadığı ünvana və 01 aprel 2022-ci il tarixli, **********585900 nömrəli məktubla cəmiyyətin fəaliyyətinə faktiki rəhbərliyi həyata keçirmiş Hüseyn İbrahimovun yaşadığı ünvana göndərilmişdir. Göstərilənlərə baxmayaraq cəmiyyətin fəaliyyətinə faktiki rəhbərliyi həyata keçirmiş X6 tərəfindən səyyar vergi yoxlamasının keçirilməsi üçün müvafiq şərait yaradılmamış və səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlər təqdim edilməmişdir. Qeyd olunanları nəzərə alaraq "xxxx" MMC-nin fəaliyyətinə faktiki rəhbərliyi həyata keçirmiş X6 tərəfindən səyyar vergi yoxlamasının keçirilməsi üçün şərait yaradılması və səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün yenidən vergi orqanı tərəfindən 04 aprel 2022-ci il tarixli **********610400 nömrəli məktubla Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə müraciət edilmişdir. Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən 08 aprel 2022-ci il tarixli **********082500 nömrəli xidməti məktubla "xxxx" MMC-nin fəaliyyətinə faktiki rəhbərliyi həyata keçirdiyi müəyyən olunmuş 20 may 1965-ci il təvəllüdlü X6 ilə əlaqə yaradıldığı, müvafiq sənədlərin yoxlamaya təqdim edilməsinin zəruri olduğunun ona izah edildiyi və X3 yaxın zaman ərzində yoxlamanın keçirilməsinə lazımi şəraitin yaradacağını bildirdiyi bildirilmişdir. Səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlər yoxlamaya təqdim edilmədiyi üçün 15 aprel 2022-ci il tarixli, **********156416 nömrəli sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında qərar çıxarılmışdır. Əlaqə saxlamaq mümkün olmadığı üçün idarənin 15 aprel 2022-ci il tarixli **********156416 nömrəli sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında qərarı 15 aprel 2022-ci il tarixli **********521800 nömrəli məktubla cəmiyyətin hüquqi ünvanına və 15 aprel 2022-ci il tarixli, **********577500 nömrəli məktubla cəmiyyətin rəhbəri yaşadığı ünvana göndərilmişdir. Əlaqə saxlamaq və sənədlərin götürülməsi mümkün olmadığı üçün yoxlayıcılar tərəfindən 21 aprel 2022-ci il tarixli, **********156767 nömrəli sənədlərin və nümunə kimi əşyaların verilməsindən imtina barədə akt tərtib edilmişdir. Tərtib edilmiş 21 aprel 2022-ci il tarixli, **********156767 nömrəli sənədlərin və nümunə kimi əşyaların verilməsindən imtina barədə akt 21 aprel 2022-ci il tarixli **********459700 nömrəli məktubla cəmiyyətin hüquqi ünvanına və 21 aprel 2022-ci il tarixli **********465600 nömrəli məktubla cəmiyyətin rəhbəri yaşadığı ünvana göndərilmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Vergi Məcəlləsinin 42.1-ci maddəsinə əsasən, səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 38.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə göndərdiyi bildirişlə birlikdə yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada tələb edə bilər. Sənədlərin və ya elektron faylların verilməsi barəsində tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 15 iş günü müddətində vergi orqanına təqdim etməlidir. 43.11-ci maddəsinə əsasən, vergi ödəyicisinin bu maddədə nəzərdə tutulmuş qaydada sənədləri və əşyaları vermədiyi halda həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilir. İş materialları ilə müəyyən olunur ki, iddiaçının səyyar vergi yoxlamasının keçirilməsi haqqında 02 mart 2022-ci il tarixli **********154913 nömrəli qərarı ilə "xxxx" MMC-də 01 fevral 2019-cu il tarixdən 01 fevral 2022-ci il tarixədək olan vergi dövrü üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş və təyin edilmiş səyyar vergi yoxlamasının 03 mart 2022-ci il tarixdə başlanılması nəzərdə tutulmuşdur. Bundan sonra iddiaçı Vergi Məcəlləsinin 42-ci maddəsinə əsasən, cavabdehə “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi haqqında” 03 mart 2022-ci il tarixli **********154940 nömrəli tələbnamə təqdim edilmişdir. Cavabdeh tərəfindən tələb edilən sənədlər vergi orqanına təqdim edilmədiyindən 28 mart 2022-ci il tarixdə sənədlərin təqdim edilməsindən imtina barədə akt tərtib edilmişdir. İddiaçı yoxlama üçün zəruri sənədləri təqdim etmədiyindən iddiaçı tərəfindən iddia ilə məhkəməyə müraciət edilmişdir. Göründüyü kimi, iddiaçının qərarı ilə cavabdeh barəsində səyyar vergi yoxlaması həyata keçirilməsini qərara almış və iddiaçıya görə cavabdeh yoxlama ilə bağlı zəruri sənədləri təqdim etməkdən imtina etmişdir. Bu səbəbdən tərəflər arasında iddiaçının inzibati orqan kimi fəaliyyətinin həyata keçirilməsi ilə bağlı mübahisə yaranmışdır. Tərəflər arasında mübahisə cavabdehin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olsa da, hazırkı vəziyyətdə sahibkarlıq subyekti ilə vergi orqanı arasında yaranmış mübahisə inzibati hüquq münasibətləri ilə bağlı olmaqla inzibati məhkəmə icraatı qaydasında həll edilə bilər. Belə ki, iddiaçının qəbul etdiyi aktın nəticəsində iddiaçı ilə cavabdeh arasında publik hüquq münasibətləri yaranmışdır. İddiaçı cavabdehə münasibətdə hakimiyyət səlahiyyətlərinə malikdir. Buna baxmayaraq Vergi Məcəlləsinin 43.10-cu maddəsinə görə iddiaçı sənədlərin götürülməsi barədə özü qərar qəbul etmək səlahiyyətinə malik olmadığından mübahisə məhkəmə icraatı qaydasında həllini tapa bilər. İddiaçı ilə cavabdeh arasında inzibati hüquq münasibəti yarandığından mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Sonda məhkəmə onu da qeyd edir ki, məhkəmənin hazırki mövqeyi Azərbaycan Respulikası Ali Məhkəmənin 03.06.2020-ci il tarixli 2-2(102)-126/2020 nömrəli qərarında nümayiş etdirdiyi mövqeyə uyğundur. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı 14 saylı Ərazi Vergilər İdarəsinin cavabdeh Cavabdeh MMC-yə qarşı “səyyar vergi yoxlamasının keçirilməsi zəruri olan sənədlərin 01 yanvar 2019-cu il tarixdən - 1 fevral 2022-ci il tarixədək olan dövr üzrə ilkin mühasibat sənədlərini, o cümlədən qeyd edilən dövr üzrə mühasibat kitabları, uçot registrləri və dövriyyə cədvəlləri, malların istehsalı ilə bağlı ilkin sənədləri, mal (iş, xidmətin) alınması və təqdim edilməsinə dair müqavilələr, mal (iş, xidmətin) alınamsı və təqdim edilməsinə dair qaimə-fakturalar, elektron vergi hesabfakturaları, elektron qaimə-fakturaları, alış aktları, təhvil-təslim aktları, əmtəə nəqliyyat qaimələri, qaimə fakturaya əlavələr, mal-materialın hərəkətini təsdiq edən sənədlər (aylar üzrə material hesabatları) və digər sənədlər, 01 yanvar 2019-cu il , 01 fevral 2019-cu il və 01 fevral 2022-ci il tarixlərə mal qalığı barədə məlumatlar (hər bir mal üzrə miqdar,məbləğ göstərilməklə), nəzarət kassa aparatlarının aylar üzrə hesabatları, malların daşınmasını və çatdırılmaını təsdiq edən sənədlər, işçilərlə bağlanmış əmək müqavilələrinin elektron bazaya daxil edilməsi bildirişləri, əmək haqqı cədvəlləri, ştat cədvəlləri və s. analoji sənədlər, vəkalətnamələr, bank, çek və xəzinə sənədləri, pul vəsaitinin, debitor və kreditorların qalığı və hərəkətinə dair sənədlər, gömrük rəsmiləşdirilməsi sənədləri, əmlak və torpağa dair mülkiyyət sənədləri, tikinti işlərinin aparılmasına dair bağlanmış müqavilələr, görülmüş işlərin təsdiq edilmiş smeta, forma 2, forma 3, təhvil-təslim aktları, material silgilərinə dair ilkin sənədlər, icarə müqavilələri, vergilərin hesablanmasına aid digər ilkin sənədlər və elektron faylların cavabdehdən götürülməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar