Məhkəmə qərarları › İş №e-2-2(117)-706/2023

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-706/2023

24.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-706/2023 24.08.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “500738,39 manat borcun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydiyyata alınması üçün köçürülmüş 15 manat dövlət rüsumunun,120 manat xidmət haqqının, 400 manat mediasiya xərcinin və 391,29 manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetlərinin açıq hərracda satılması, əmlakın boşaldılması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “500738,39 manat borcun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydiyyata alınması üçün köçürülmüş 15 manat dövlət rüsumunun,120 manat xidmət haqqının, 400 manat mediasiya xərcinin və 391,29 manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetlərinin açıq hərracda satılması, əmlakın boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında tərəflərin imzası ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli barışıq sazişini araşdırıb hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq olunmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı ASC-nin nümayəndəsi X1 və cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin aşağıdakı şərtləri təsdiq edilsin: 1.Expressbank” ASC ilə Cavabdeh2 arasında bağlanmış 29 aprel 2022 il tariхli, 600875- 752426/3 nömrəli krеdit müqaviləsi üzrə yaranmış 473,690 manat əsas borc, 27,048.39 manat məbləğində faiz borcu olmaqla, cəmi 500,738.39 (Beş yüz min yeddi yüz otuz səkkiz (.39)) manat məbləğində kredit borcu, 926.29 (doqquz yüz iyirmi altı manat,(.29)) manat məbləğində məhkəmə xərci olmaqla, ümumilikdə 501,664.68 (Beş yüz bir min altı yüz altmış dörd manat, (.68)) manat məbləğində pulu 25 ay müddətində, yəni 24 ay ərzində hər ay 5,000 (beş min) manat olmaqla 120,000 (bir yüz iyirmi min) manat və sonuncu ayda isə qalan 381,664.68 manat olmaqla İddiaçı ASC-yə müştərək qaydada ödəməyi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 öhdələrinə götürürlər.

2. Cavabdehlər tərəfindən cəmi 501,664.68 (Beş yüz bir min altı yüz altmış dörd manat, (.68)) manat məbləğində pul vəsaiti İddiaçı ASC-yə tam ödənildikdən sonra İddiaçı ASC xx.xx.2019-cu il tariхli, GA.752426.2 nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən banka ipotekaya qoyulmuş Şəki şəhəri, X4 küçəsi ünvanında yerləşən 0.2372 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 1247.1 kv,m olan qeyri yaşayış binasının ½ hissəsini yüklülükdən azad etmək barədə müvafiq orqana müraciət etməyi öhdəsinə götürür.

3. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən bu sazişdə nəzərdə tutulmuş məbləğlər 30 gün müddətində ödənilmədiyi təqdirdə, xx.xx.2022-ci il tarixli, 600875- 752426/3 nömrəli kredit xətti müqaviləsi üzrə yaranmış borcun ödənilməsi üçün tutma ipoteka predmeti olan Şəki şəhəri, X4 küçəsi ünvanında yerləşən 0.2372 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 1247.1 kv,m olan qeyri yaşayış binasının ½ hissəsinə yönəldilsin, ipoteka predmetinin hərracda satılması üçün ilkin satış qiyməti 600,000 (altı yüz min) manat* müəyyən edilsin, ipoteka predmeti açıq hərracda satılsın və satışdan əldə olunacaq vəsait hesabına borc ödənilsin. * Qeyd: xx.xx.2019-cu il tariхli, GA.752426.2 nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən banka tam hissədə ipotekaya qoyulmuş Şəki şəhəri, X4 küçəsi ünvanında yerləşən 0.2372 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 1247.1 kv,m olan qeyri-yaşayış binasının tam hissədə likvid qiyməti İddiaçı ASC-nin təqdim etdiyi və bankın Girovların qiymətləndirilməsi və nəzarət bölməsi tərəfindən təsdiq edilən ***-**** № li, 26 iyul 2023-cü il tarixli Daşınmaz əmlak üzrə qiymətləndirmə hesabatına əsasən 1,110,740 (Bir milyon yüz on min yeddi yüz qırx) manat müəyyən edilmişdir. Lakin bu barışıq sazişinin şərtlərinə əsasən tələb ipotekaya qoyulmuş əmlakın ½ hissəsinə yönəldiyi üçün ipoteka predmetinin hərracda satılması üçün ilkin satış qiyməti 600,000 (altı yüz min) manat müəyyən edilir.

4. İpoteka predmeti hərracda satıldıqda cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Şəki şəhəri, X4 prospekti ünvanında yerləşən, ümumi sahəsi 0.2372 ha torpaq sahəsindən və üzərində yerləşən qeyri-yaşayış binasından çıxmağı və qeyri-yaşayış binasının boşaldılmasını öhdələrinə götürürlər. İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “500738,39 manat borcun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydiyyata alınması üçün köçürülmüş 15 manat dövlət rüsumunun,120 manat xidmət haqqının, 400 manat mediasiya xərcinin və 391,29 manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetlərinin açıq hərracda satılması, əmlakın boşaldılması” tələbinə dair işin icraatına xitam verilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən : Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar