Məhkəmə qərarları › İş №e-2-2(117)-727/2022

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-727/2022

14.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-727/2022 14.07.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh “X1” ASC-yə qarşı icarə müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə yaranmış 11847 manat borc, 200 manat mediasiya xərci cavabdehdən tutulması” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İcarəyəverən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi ilə icarəçi Cavabdeh ASC arasında bağlanmış xx.xx.2018-ci il tarixli icarə müqaviləsinə əsasən ünvan 1i ünvanındakı İdman Sağlamlıq Mərkəzinin yarımçıq tikilisinin yerləşdiyi 62562,2 kv.m torpaq sahəsi icarəçi tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilmişdir. İcarəçi Cavabdeh ASC müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyindən ödənilməmiş icarə haqqı borcu qalmışdır ki, iddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixə yaranmış 11847 manat borcun tutulması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, cavabdehə göndərilmiş məhkəmə bildirişləri çatdırılmadığından (zavod işləmir qeydi aparıldığından) məhkəmə bildirişi çatdırılması üçün Göyçay Rayon İcra HAkimiyyətinə göndərilmişdir. Buna baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmışdır. İş materiallarına əlavə edilmiş Cavabdeh ASC-nin şəxsi hesab vərəqəsindən görünür ki, xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müəyyən aralıqlarla ümumilikdə 9263,18 manat ödəniş edilmiş, cavabdehin icarə borcu 11847 manat təşkil edir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara tərəflər arasında bağlanmış müqavilə və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Torpaq icarəsi haqqı tərəflərin razılığı ilə müəyyənləşdirilir. İcarə haqqının ödənilməsi formaları və qaydaları torpaq icarəsi müqaviləsi ilə müəyyənləşdirilir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1, 700.2. 710.1. 710.3). Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, icarəyəverən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi ilə icarəçi Cavabdeh ASC arasında bağlanmış xx.xx.2018-ci il tarixli icarə müqaviləsinə əsasən ünvan 1i ünvanındakı İdman Sağlamlıq Mərkəzinin yarımçıq tikilisinin yerləşdiyi 62562,2 kv.m torpaq sahəsi xx.xx.2018ci ildən xx.xx.2033-cü il tarixinədək cavabdehin icarəsinə verilmiş və aylıq icarə haqqı 417,08 manat, illik icarə haqqı isə 5005 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh hazırda icarəyə verilmiş qeyri-yaşayış sahəsindən istifadəni davam etdirir. Cavabdeh ASC-nin şəxsi hesab vərəqəsindən görünür ki, xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müəyyən aralıqlarla ümumilikdə 9263,18 manat ödəniş edilmişdir. İcarəçi Cavabdeh ASC müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyindən məhkəmə onun ödənilməmiş 11847 manat icarə haqqı borcu qalmışdır ki, həmin borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Cavabdeh isə iddiaya qarşı münasibət bildirməmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, 11847 manat icarə haqqı borcu cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Eyni zamanda 200 manat mediasiya xərci iddiaçı tərəfindən ödənildiyindən və iddiaçı mediasiya xərcini cavabdehdən tələb etdiyindən 200 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda, ödənilməli olan dövlət rüsumu da cavabdehdən tutulub dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə: İddia təmin edilsin. Cavabdeh “X1” ASC-dən 11847 manat icarə haqqı borcu, 200 manat mediasiya xərci tutularaq iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin hesabına ödənilsin. Cavabdeh “X1” ASC-dən 125,54 manat dövlət rüsumu dövlət gəlirinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə etməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar