Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-729/2022 15.11.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “Cavabdeh1 ilə bağlanmış xx.xx.2019-cu il tarixli 005R********** saylı kredit razılaşmasının və xx.xx.2020-ci il tarixli 005R**********S saylı sazişin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək müsştərək qaydada İddiaçı QSC-nin xeyrinə 005R********** saylı krdit raılaşması üzrə 20826,4 manat məbləğində kredit borcu, 6478,98 manat məbləğində faiz borcu və 9684,87 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 36990,25 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 0,97 manat məbləğində dövlət rüsumunun və 200 manat mediasiya xərcinin, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 60 manat xidmət haqqının tutulması, Cavabdeh1 mülkiyyətində olan ünvan 3ndə yerləşən 0,02 ha torpaq sahəsi və Abşeron rayonu, ünvan 2də yerləşən 0,0072 ha torpaq sahəsi və onun üzərində olan 110 saylı fərdi yaşayış evinin, yeni qaydalarla ünvan 1 küçəsində yerləşən 330 saylı fərdi yaşayış evinin açıq hərracdan satılması, 36990,25 manat məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 0,97 manat məbləğində dövlət rüsumunun və 200 manat mediasiya xərcinin, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 60 manat xidmət haqqının həmin əmlakların hərracdan satışından əldə olunan vəsait hesabına "xxxx" QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2 ümumi qaydada tutulması, Cavabdeh1 mülkiyyətində olan ünvan 3ndə yerləşən 0,02 ha torpaq sahəsi və Abşeron rayonu, ünvan 2də yerləşən 0,0072 ha torpaq sahəsi və onun üzərində olan 110 saylı fərdi yaşayış evinə, yeni qaydalarla ünvan 1 küçəsində yerləşən 330 saylı fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 mülkiyyətində olan ünvan 3ndə yerləşən 0,02 ha torpaq sahəsi və Abşeron rayonu, ünvan 2də yerləşən 0,0072 ha torpaq sahəsi və onun üzərində olan 110 saylı fərdi yaşayış evi, yeni qaydalarla ünvan 1 küçəsində yerləşən 330 saylı fərdi yaşayış evindən çıxarılması, həmin fərdi yaşayış evinin və torpaq sahəsinin boşaldılması və alıcıya təhvil verilməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “Cavabdeh1 ilə bağlanmış xx.xx.2019-cu il tarixli 005R********** saylı kredit razılaşmasının və xx.xx.2020-ci il tarixli 005R**********S saylı sazişin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək müsştərək qaydada İddiaçı QSC-nin xeyrinə 005R********** saylı krdit raılaşması üzrə 20826,4 manat məbləğində kredit borcu, 6478,98 manat məbləğində faiz borcu və 9684,87 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 36990,25 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 0,97 manat məbləğində dövlət rüsumunun və 200 manat mediasiya xərcinin, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 60 manat xidmət haqqının tutulması, Cavabdeh1 mülkiyyətində olan ünvan 3ndə yerləşən 0,02 ha torpaq sahəsi və Abşeron rayonu, ünvan 2də yerləşən 0,0072 ha torpaq sahəsi və onun üzərində olan 110 saylı fərdi yaşayış evinin, yeni qaydalarla ünvan 1 küçəsində yerləşən 330 saylı fərdi yaşayış evinin açıq hərracdan satılması, 36990,25 manat məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 0,97 manat məbləğində dövlət rüsumunun və 200 manat mediasiya xərcinin, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 60 manat xidmət haqqının həmin əmlakların hərracdan satışından əldə olunan vəsait hesabına "xxxx" QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2 ümumi qaydada tutulması, Cavabdeh1 mülkiyyətində olan ünvan 3ndə yerləşən 0,02 ha torpaq sahəsi və Abşeron rayonu, ünvan 2də yerləşən 0,0072 ha torpaq sahəsi və onun üzərində olan 110 saylı fərdi yaşayış evinə, yeni qaydalarla ünvan 1 küçəsində yerləşən 330 saylı fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 mülkiyyətində olan ünvan 3ndə yerləşən 0,02 ha torpaq sahəsi və Abşeron rayonu, ünvan 2də yerləşən 0,0072 ha torpaq sahəsi və onun üzərində olan 110 saylı fərdi yaşayış evi, yeni qaydalarla ünvan 1 küçəsində yerləşən 330 saylı fərdi yaşayış evindən çıxarılması, həmin fərdi yaşayış evinin və torpaq sahəsinin boşaldılması və alıcıya təhvil verilməsi” barədə iddia tələbi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət etmişdir. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Davit Tsiklauri xx.xx.2022ci il tarixdə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2019-cu il tarixli 015R********** saylı kredit sazişi üzrə borc məbləği tam şəkildə banka ödədikləri üçün iddia tələblərindən imtina etdiklərini bildirmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini nəzərdən keçirib və iş materiallarını araşdırıb hesab edir ki, hazırki vəziyyətdə iddiaçının iddiadan imtina etməsi qanuna ziddi olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM): 52.1-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/5131 nömrəli rəyində tədqiqatın dəyərinin 50 manat olması müəyyən edilir. Eyni zamanda, ipoteka predmetlərinin likvid dəyərinin müəyyən edilməsi ilə bağlı "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 45-509/2022 nömrəli mütəxəssis rəyində tədqiqatın dəyərinin 300 manat təşkil etdiyi qeyd edilmişdir. MPM-in: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 122.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə, onun çəkdiyi xərclər cavabdeh tərəfindən ödənilmir. 122.2-ci maddəsinə əsasən iddia verildikdən sonra iddia tələblərinin cavabdeh tərəfdən könüllü surətdə təmin edilməsi nəticəsində iddiaçı öz tələblərini müdafiə etməzsə, iddiaçının xahişi ilə məhkəmə onun çəkdiyi bütün xərcləri cavabdehdən alır. Məhkəmə qeyd edilən normaların tətbiqi nəticəsində belə qənaətə gəlir ki, tərəflər məhkəmə xərclərinin bölüşdürülməsi ilə bağlı razılığı olmadığından MPM-in 119.1-ci maddəsinin tələbləri baxımından xərclər tərəflər arasında bərabər bölüşdürülməlidir. Bundan əlavə iddiaçı iddiasından imtina etməklə iddia ərizəsində tələb etdiyi mediasiya 200 manat xərcindən, həmçinin digər dövlət rüsumu və xidmətlərinin haqqından da imtina etmişdir. Lakin iddiaçı ilkin olaraq məhkəməyə müraciət edən zaman mediasiya xərci ödədiyindən və dövlət rüsumundan azad edildiyindən dövlət büdcəsinə dövlət rüsumu ödənilməmişdir. MPM-in 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumunun qaytarılması nəzərdə tutulmuşdur. Qeyd edilən normanın tələbinə görə ödənilməli dövlət rüsumu tərəflərdən tutulmamalıdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “Cavabdeh1 ilə bağlanmış xx.xx.2019-cu il tarixli 005R********** saylı kredit razılaşmasının və xx.xx.2020-ci il tarixli 005R**********S saylı sazişin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək müsştərək qaydada İddiaçı QSC-nin xeyrinə 005R********** saylı kredit razılaşması üzrə 20826,4 manat məbləğində kredit borcu, 6478,98 manat məbləğində faiz borcu və 9684,87 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 36990,25 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 0,97 manat məbləğində dövlət rüsumunun və 200 manat mediasiya xərcinin, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 60 manat xidmət haqqının tutulması, Cavabdeh1 mülkiyyətində olan ünvan 3ndə yerləşən 0,02 ha torpaq sahəsi və Abşeron rayonu, ünvan 2də yerləşən 0,0072 ha torpaq sahəsi və onun üzərində olan 110 saylı fərdi yaşayış evinin, yeni qaydalarla ünvan 1 küçəsində yerləşən 330 saylı fərdi yaşayış evinin açıq hərracdan satılması, 36990,25 manat məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 0,97 manat məbləğində dövlət rüsumunun və 200 manat mediasiya xərcinin, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 60 manat xidmət haqqının həmin əmlakların hərracdan satışından əldə olunan vəsait hesabına "xxxx" QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2 ümumi qaydada tutulması, Cavabdeh1 mülkiyyətində olan ünvan 3ndə yerləşən 0,02 ha torpaq sahəsi və Abşeron rayonu, ünvan 2də yerləşən 0,0072 ha torpaq sahəsi və onun üzərində olan 110 saylı fərdi yaşayış evinə, yeni qaydalarla ünvan 1 küçəsində yerləşən 330 saylı fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 mülkiyyətində olan ünvan 3ndə yerləşən 0,02 ha torpaq sahəsi və Abşeron rayonu, ünvan 2də yerləşən 0,0072 ha torpaq sahəsi və onun üzərində olan 110 saylı fərdi yaşayış evi, yeni qaydalarla ünvan 1 küçəsində yerləşən 330 saylı fərdi yaşayış evindən çıxarılması, həmin fərdi yaşayış evinin və torpaq sahəsinin boşaldılması və alıcıya təhvil verilməsi” tələbinə dair iş üzrə icraata xitam verilsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 manatın 25 manatı iddiaçıdan, 25 manatı Cavabdeh1 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İpoteka predmetlərinin likvid dəyərinin müəyyən edilməsi üçün aparılmış mütəxəssis tədqiqarının dəyəri olan 300 manatın 150 manatı iddiaçıdan, 150 manatı Cavabdeh1 tutulub "xxxx" MMC-nin hesabına ödənilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-729/2022
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-729/2022
15.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver