Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-735/2024 21.06.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “004R********** saylı kredit razılaşması üzrə 1555.19 manat məbləğində kredit borcu, 140.18 manat məbləğində faiz borcu və 37.34 manat cərimə borcu, 004R********** saylı kredit razılaşması üzrə 593.71 manat məbləğində kredit borcu, 59.43 manat məbləğində faiz borcu və 14.72 manat cərimə borcu olmaqla, ümumilikdə 2400.07 manat məbləğində borcun, ödənilmiş 44 manat məbləğində dövlət rüsumunun tutulması” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “004R********** saylı kredit razılaşması üzrə 1555.19 manat məbləğində kredit borcu, 140.18 manat məbləğində faiz borcu və 37.34 manat cərimə borcu, 004R********** saylı kredit razılaşması üzrə 593.71 manat məbləğində kredit borcu, 59.43 manat məbləğində faiz borcu və 14.72 manat cərimə borcu olmaqla, ümumilikdə 2400.07 manat məbləğində borcun, ödənilmiş 44 manat məbləğində dövlət rüsumunun tutulması” tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 004L**********03 nömrəli uzunmüddətli kredit müqaviləsinə əsasən, cavabdehə 120 ay müddətinə 100000 manat məbləğində kredit xətti açılmışdır. Həmin uzunmüddətli kredit müqaviləsi üzrə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli 004R********** saylı kredit razılaşması imzalanmış və həmin razılaşmaya əsasən cavabdehə 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2,1667% olmaqla 7000 manat kredit verilmişdir. Eyni zamanda həmin müqavilə əsasında tərəflər arasında xx.xx.2022-ci il tarixli 004R********** saylı kredit razılaşması imzalanmış və həmin razılaşmaya əsasən cavabdehə 15 ay müddətinə, aylıq faiz dərəcəsi 2,1667% olmaqla 1800 manat kredit verilmişdir. Həmin razılaşmaların 1.2-ci bəndinə əsasən kredit alan bu razılaşmaların ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına uyğun olaraq krediti və faizi banka qaytarmağı öz öhdəsinə götürür. Kredit razılaşmasının 4.1.1-ci bəndinin tələbinə görə kredit razılaşması imzalandıqdan sonra 30 gün ərzində kredit alan krediti hesabından çıxarmazsa, bank kredit alana kredit verməkdən imtina etmək və ondan bu kredit müqaviləsinin 1.1-ci bəndində göstərilmiş illik faiz dərəcəsinin 1/12 hissəsinə bərabər məbləğdə cərimə faizi hesablayıb tələb etmək hüququna malikdir. Kredit razılaşmasının 4.2.2-ci bəndinin tələbinə görə kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1% məbləğində cərimə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 004R**********S və 004R**********S nömrəli sazişlərə əsasən kredit alan müvafiq olaraq kredit razılaşmaları üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizi xx.xx.2023-cü il tarixdən etibarən aylıq faiz dərəcəsi 2.4167 faiz olmaqla, habelə nəzərdə tutulduğu halda cərimə borcunu bu sazişə əlavə olunan xx.xx.2023-cü il tarixli Ödəniş Planına uyğun olaraq ödəməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli sazişlə cavabdehin 004R********** nömrəli razılaşma üzrə qalıq borcu restrukturizasiya olunmuş və xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək isə 188 manat, sonuncu ay isə 192.29 manat məbləğində ödəniş etməyi öz öhdəsinə götürmüşdür. Eyni zamanda həmin tarixdə 004R********** nömrəli razılaşma üzrə qalıq borc da restrukturizasiya olunmuş və cavabdeh xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək 67.00 manat, sonuncu ay isə 73.79 manat məbləğində ödəniş etməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan ödəniş sənədindən görünür ki, X1 **********010177 nömrəli hesabına müvafiq olaraq 7000 və 1800 manat məbləğində pul köçürülmüşdür. Cavabdehlər kredit müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirməmiş və nəticədə onların ödənilməmiş borcları qalmışdır. Cavabdeh kredit məbləğindən xx.xx.2021-ci il tarixli razılaşma üzrə cəmi 5444.81 manat ödəniş etmiş və onun ödənilməmiş 1555.19 manat borcu, xx.xx.2022-ci il tarixli razılaşma üzrə isə cəmi 1206.29 manat ödəniş etmiş və onun ödənilməmiş 593.71 manat borcu qalmışdır. Həmçinin iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışlarından görünür ki, cavabdehin həmin tarixə 004R********** saylı razılaşma üzrə 1555.19 manat əsas borcu, 140.18 manat faiz borcu və 250 gün gecikdirmə üçün hesablanmış 37.34 manat cərimə borcu olmaqla ümumilikdə 1732.71 manat borcu, 004R********** saylı razılaşma üzrə isə 593.71 manat əsas borcu, 59.43 manat faiz borcu və 232 gün gecikdirmə üçün hesablanmış 14.72 manat cərimə borcu olmaqla ümumilikdə 667.86 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 284-5.1-ci maddəsinə əsasən rəsmi qaydada bildiriş xx.xx.2024-cü il tarixdə Cavabdeh təqdim olunmasına baxmayaraq, iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim etməmişdir. Məhkəmə, MPM-in 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara uzunmüddətli kredit müqaviləsi, kredit razılaşması, ödəniş planı, maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbayacan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM): 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 004L**********03 nömrəli uzunmüddətli kredit müqaviləsinə əsasən, cavabdehə 120 ay müddətinə 100000 manat məbləğində kredit xətti açılmışdır. Həmin uzunmüddətli kredit müqaviləsi üzrə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli 004R********** saylı kredit razılaşması imzalanmış və həmin razılaşmaya əsasən cavabdehə 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2,1667% olmaqla 7000 manat kredit verilmişdir. Eyni zamanda həmin müqavilə əsasında tərəflər arasında xx.xx.2022-ci il tarixli 004R********** saylı kredit razılaşması imzalanmış və həmin razılaşmaya əsasən cavabdehə 15 ay müddətinə, aylıq faiz dərəcəsi 2,1667% olmaqla 1800 manat kredit verilmişdir. Həmin razılaşmanın 1.2-ci bəndinə əsasən kredit alan bu razılaşmanın ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına uyğun olaraq krediti və faizi banka qaytarmağı öz öhdəsinə götürür. Kredit razılaşmasının 4.1.1-ci bəndinin tələbinə görə kredit razılaşması imzalandıqdan sonra 30 gün ərzində kredit alan krediti hesabından çıxarmazsa, bank kredit alana kredit verməkdən imtina etmək və ondan bu kredit müqaviləsinin 1.1-ci bəndində göstərilmiş illik faiz dərəcəsinin 1/12 hissəsinə bərabər məbləğdə cərimə faizi hesablayıb tələb etmək hüququna malikdir.Kredit razılaşmasının 4.2.2-ci bəndinin tələbinə görə kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1% məbləğində cərimə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli sazişlə cavabdehin 004R********** nömrəli razılaşma üzrə qalıq borcu restrukturizasiya olunmuş və xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək isə 188 manat, sonuncu ay isə 192.29 manat məbləğində ödəniş etməyi öz öhdəsinə götürmüşdür. Eyni zamanda həmin tarixdə 004R********** nömrəli razılaşma üzrə qalıq borc da restrukturizasiya olunmuş və cavabdeh xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək 67.00 manat, sonuncu ay isə 73.79 manat məbləğində ödəniş etməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan ödəniş sənədindən görünür ki, X1 **********010177 nömrəli hesabına müvafiq olaraq 7000 və 1800 manat məbləğində pul köçürülmüşdür. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən 004R********** saylı razılaşma üzrə 1555.19 manat məbləğində kredit borcu və 140.18 manat məbləğində faiz borcunun, 004R********** saylı razılaşma üzrə isə 593.71 manat məbləğində kredit borcu və 59.43 manat məbləğində faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır. Cavabdehlər iddia tələbi ilə bağlı hər hansı bir etiraz bildirməmiş, borc məbləğlərini mübahisələndirməmiş, bu səbəbdən məhkəmə borc məbləği ilə bağlı hər hansı bir əsaslı arqument olmadığından əlavə araşdırma, yəni ekspertiza təyin etmə, sorğu vermə və.s və digər prosessual hərəkətlər aparmamışdır. Məhkəmə iddia tələbinin “müvafiq olaraq 37.34 manat və 14.72 manat məbləğində cərimə borcunun tutulması” hissəsinə münasibətdə bildirir ki, tərəflər arasında bağlanmış müqavilənin 4.2.2-ci bəndinin tələbinə görə kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1% məbləğində cərimə ödəməyi öhdəsinə götürmüşdür. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə hesab edir ki, tərəflərin əmlak mənafeləri və digər hallar nəzərə alınmaqla iddiaçı 004R********** saylı razılaşma üzrə 37.34 manat və 004R********** saylı razılaşma üzrə isə 14.72 manat cərimə borcunun tutulmasını tələb etməkdə haqlıdır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən 004R********** saylı razılaşma üzrə 1555.19 manat əsas, 140.18 manat faiz borcu, 37.34 manat cərimə borcu, 004R********** saylı razılaşma üzrə isə 593.71 manat əsas, 59.43 manat faiz borcu, 14.72 manat cərimə borcu tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən 44 manat dövlət rüsumu cavabdehlərdən tutulmalıdır.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 004R********** saylı razılaşma üzrə 1555.19 manat əsas, 140.18 manat faiz borcu, 37.34 manat cərimə borcu, 004R********** saylı razılaşma üzrə isə 593.71 manat əsas, 59.43 manat faiz borcu, 14.72 manat cərimə borcu və 44 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mübariz Hüseynov