Məhkəmə qərarları › İş №e-2-2(117)-740/2022

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-740/2022

06.06.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-740/2022 06.06.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlu, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 oğlu və İddiaçı7 Cavabdeh ASC-yə qarşı “İddiaçı3 kredit borcu üzrə 14900 manatın 50%-i 7450 manatının, İddiaçı6 10200 kredit borcu üzrə 50 %-i 5100 manatının, X1 15000 kredit borcu üzrə 50 %-i 7500 manatının, İddiaçı1 kredit borcu üzrə 11600 manatın 50 %-i 5800 manatının, İddiaçı5 oglunun 14900 manat kredit borcu üzrə 50 %-i 7450 manatının, X3 oglunun 13600 manatın kredit borcu üzrə 50 %-i 6800 manatının, İddiaçı2 oglunun 10200 manatın kredit borcu üzrə 50 %-i 5100 manat borclarının Aqrarkredit Qapalı Səhnmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına ödəilməsi və bank qarşısında götürdüyü 50 % - lik zaminlik öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 oğlu və İddiaçı7 Cavabdeh ASC-yə qarşı “İddiaçı3 kredit borcu üzrə 14900 manatın 50%-i 7450 manatının, İddiaçı6 10200 kredit borcu üzrə 50 %-i 5100 manatının, X1 15000 kredit borcu üzrə 50 %-i 7500 manatının, İddiaçı1 kredit borcu üzrə 11600 manatın 50 %-i 5800 manatının, İddiaçı5 oglunun 14900 manat kredit borcu üzrə 50 %-i 7450 manatının, X3 oglunun 13600 manatın kredit borcu üzrə 50 %-i 6800 manatının, İddiaçı2 oglunun 10200 manatın kredit borcu üzrə 50 %-i 5100 manat borclarının Aqrarkredit Qapalı Səhnmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına ödəilməsi və bank qarşısında götürdüyü 50 % - lik zaminlik öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İlk öncə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş iddia ərizəsinin formasına və məzmununa dair tələblərə iddiaçı tərəfindən riayət edilməmiş, yəni iddia ərizəsində cavabdehə qarşı yönəlmiş tələb aydın deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2-ci maddəsinə əsasən, iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı, işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları, iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu, nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına riayət edilməsinə dair məlumat və ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilir. Göründüyü kimi iddia ərizəsində iddiaçının tələbi dedikdə, cavabdehə qarşı aydın və dəqiq ifadə edilmiş tələbdən söhbət gedir ki, iddiaçıların hazırki tələbi MPM-in 149-cu maddəsinin tələblərinə cavab vermir. Belə ki, iddiaçılar kredit borcunun 50 % - ni tələb etsələr də, həmin məbləğləri hansı əsasla (zamin kimi, dəymiş ziyan kimi və s.) tələb etmələrini göstərməmişlər. Halbuki, iddiaçı tələbini dəqiq və aydın ifadə etməlidir. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.3-cü maddəsinə əsasən iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göründüyü kimi, bir-birilə bağlı olan bir neçə iddia tələbinin bir iddiada birləşdirilməsinə yol verilir. Hazırki iş materiallarının məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddia tələbləri bir cavabdehə qarşı yönəlsə də, bir-birilə bağlı deyildir. Belə ki, iddiaçıların hər biri ayrı-ayırılıqda Maraqlı şəxs QSC BOKT ilə kredit müqavilələri, "xxxx" MMC ilə zaminlik müqavilələri bağlanmış və onlar ayrı-ayrılıqda hər biri tütün məhsulları əkmiş, kredit götürmüşlər. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırki iddia tələbləri bir iddiada birləşdirilə bilməz və iddia ərizəsi geri qaytarılmalıdır. Bundan əlavə iddiaçının nəzərinə çatdırılır ki, hazırki iş üzrə cavabdeh qismində Cavabdeh ASC göstərilsə də, mübahisə predmeti olan müqavilələr "xxxx" MMC ilə bağlanmışdır. Bu səbəbdən həmin müqavilələr üzrə cavabdeh sonuncu hüquqi şəxs olmalıdır. İddiaçının diqqətinə çatdırılır ki, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən hər biri ayrı iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilərlər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 oğlu və İddiaçı7 Cavabdeh ASC-yə qarşı “İddiaçı3 kredit borcu üzrə 14900 manatın 50%-i 7450 manatının, İddiaçı6 10200 kredit borcu üzrə 50 %-i 5100 manatının, X1 15000 kredit borcu üzrə 50 %-i 7500 manatının, İddiaçı1 kredit borcu üzrə 11600 manatın 50 %-i 5800 manatının, İddiaçı5 oglunun 14900 manat kredit borcu üzrə 50 %-i 7450 manatının, X3 oglunun 13600 manatın kredit borcu üzrə 50 %-i 6800 manatının, İddiaçı2 oglunun 10200 manatın kredit borcu üzrə 50 %-i 5100 manat borclarının Aqrarkredit Qapalı Səhnmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına ödəilməsi və bank qarşısında ğötürdüyü 50 % - lik zaminlik öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar