Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-744/2024 29.05.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Cavabdehnə qarşı “təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktın etibarsız hesab edilməsi və **********00056 nömrəli abonent hesabına yazılan 540 manat borc pulun silinməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq müəyyən etdi: İddiaçı cavabdeh “Azərişıq” İstehsalat Birliyinə qarşı ərizə ilə müraciət edərək “təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktın etibarsız hesab edilməsi və **********00056 nömrəli abonent hesabına yazılan 540 manat borc pulun silinməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, hazırkı iş üzrə iddianın qiymətinə uyğun olaraq ödənilməli dövlət rüsumu “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 30 manat olmalıdır. Buna baxmayaraq, iddia ərizəsinin məzmunudan da göründüyü kimi, iddiaçı “İstehlakçıların Hüquqlarının Müdafiəsi” ilə bağlı qanunu əsas göstərərək dövlət rüsumunu ödəməmişdir. Məhkəmə qeyd edir ki, qanunda istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı verdikləri iddianın dövlət rüsumundan azad olunması ilə bağlı müddəa nəzərdə tutulsa da, hazırkı iş üzrə iddiaçı şəxsi tələbatını ödəyən istehlakçı deyil, sahibkarlıq fəaliyyəti göstərən fərdi sahibkardır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun 1-ci maddəsində göstərilmişdir ki, istehlakçı — şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxsdir. Belə olan halda iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilməlidir ki, hazırkı vəziyyətdə 30 manat rüsumun ödənilməsini təsdiq edən sənəd məhkəməyə təqdim edilmədiyindən məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, qanunvericilikdə kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin cavabdehə çatdırılması ilə bağlı tələb müəyyən edilmişdir. Hazırkı iş üzrə elektron iddia ərizəsinin və pretenziya məktubunun cavabdehə çatdırılması ilə bağlı heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Bütün bunları ümumiləşdirərək məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsi və əlavə edilmiş sənədləri geri qaytarır. MPM-in 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2021-ci il tarixli 1403 nömrəli Fərmanına əsasən MPM-in 150.2-ci maddəsində “orqanın (qurumun) informasiya sistemi” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemi nəzərdə tutulur. Yuxarıda şərh olunan hallara əsasən pretenziya və iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə lazımi qaydada çatdırılmamış, MPM-in 150.2-ci maddəsinin tələblərinə riayət edilməmişdir. Qeyd edilən halların hər biri ayrılıqda hazırkı ərizənin və ona əlavə edilmiş sənədlərin qaytarılması üçün əsaslardır və MPM-də bununla bağlı hallar sadalanmışdır. MPM-in 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə tərəfindən iddiaçının diqqətinə çatdırılır ki, yuxarıda göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdeh İstesalat Birliyinə qarşı “təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktın etibarsız hesab edilməsi və **********00056 nömrəli abonent hesabına yazılan 540 manat borc pulun silinməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-744/2024
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-744/2024
29.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver