Məhkəmə qərarları › İş №e-2-2(117)-746/2023

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-746/2023

01.08.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-746/2023 01.08.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı Cavabdeh İB-nə qarşı “xx.xx.2022-ci il tarixli akt sasında hesablanmış 4320 manat borcun iddiaçının abonent hesabından silinməsi və ödənilmiş mediasiya xərcinin cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair işə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçının istifadəsində olan qeyri-yaşayış sahəsi Cavabdeh İB X3 İdarəsi tərəfindən qazla təmin edilmiş və abonent kodu verilmişdir. Cavabdeh İB-nin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə iddiaçının istifadəsində olan qeyri-yaşayış sahəsinə quraşdırılmış sayğac xətdən çıxarılaraq dövlət yoxlamasına göndərilmiş, xx.xx.2022-ci il tarixdə Metrologiya Departamenti tərəfindən yoxlanılmışdır. Yoxlama zamanı sayğacın daxilinin çirkli və yağlı olması, impuls ötürücüsünün normal olması, rotorların kiplənməsi, hava keçirməməsi, göstəricilər arasında fərq olması, ekranda “error” işarəsi olması, impuls ötürücüsünə vurulan plombun daxilində ağ yapışqana bənzər maddə mövcud olması, plombum içlik plasmas dişlərinin birinin aşkar olunmaması, digər 7 ədəd dişlərin qismən əyilməsi, kənar təsir nəticəsində qurğuşun plomblarının əzilməsi və ətrafında izlər olması, dişli çarxın 32 ədədin 16 ədədi, hesabat mexaniziminin üzərindəki dişli çarxın 40 ədəd dişinin 20 ədədinin kənar təsir nəticəsində kəsilməsi, dişli çarxlarının rənglərinin fərqli olması və xətaların normaya uyğun olmaması müəyyən edilərək xx.xx.2022-ci il tarixdə SS № 29/1640-01382 nömrəli qeyriəhali qaz sayğacının yoxlanılması haqqında akt tərtib edilmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə Cavabdeh İB tərəfindən iddiaçı barəsində təbii X1 pozulması haqqında ******* nömrəli akt tərtib edilmiş və dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən çıxarılmış sayğacın nominal qazburaxma qabiliyyəti 16 m3/saat, günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq itirilmiş qazın dəyəri 17280 kub.m – 4320 manat müəyyən edilmişdir. İddiaçı akt əsasında ona hesablanmış borcun silinməsi ilə bağlı məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, istifadəsində olan qeyri-yaşayış sahəsi təbii qazla təchiz edilmişdir. 2022-ci il in noyabr ayına kimi cavabdeh təşkilatla aralarında hər hansısa mübahisə olmamış, istifadə edilmiş qazın dəyəri vaxtlı-vaxtında ödənilmişdir. Lakin 2022-ci ilin noyabr ayında Cavabdeh İB-nin əməkdaşları qeyri-yaşayış sahəsinə quraşdırılmış sayğacı açıb götürürərək müayinə laborotoriyasında növbədənkənar dövlət yoxlaması aparmış, yoxlama nəticəsində ona 4320 manat cərimə hesablanmışdır. Mübahisəli qaz sayğacı küçə xəttində quraşdırılmışdır. Eyni zamanda tərəfin iddia etdiyi kimi sayğaca hər hansı müdaxilə edilməsi faktı olsa belə, iddiaçının bundan heç bir məlumatı olmamışdır. Bundan əlavə aparılmış yoxlamalar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında”, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununlarının və “X2”nın tələblərinə uyğun aparılmamışdır. Cavabdeh İB elektron kabinet vasitəsilə iddia tələbinə etiraz etmiş və etirazını onunla əsaslandırmışdır ki, İddiaçı adına rəsmiləşdirilmiş **********00010 saylı qaz hesabında 4076,47 manat borc vardır. Həmin borcun tam hissəsi isə itirilmiş qaz sərfiyyatı kimi hesablanmış borc məbləğidir və iddiaçı akta əsasən hesablanmış borcu mübahisələndirməkdədir. Zaqatala RQİİ-nin mütəxəssisləri tərəfindən İddiaçı istifadəsində olan G6 markalı 77038088 nömrəli qaz sayğacına istehlakçının nümayəndəsinin iştirakı ilə qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismar qəbulu haqqında xx.xx.2022-ci il tarixli ******* nömrəli aktla çıxarılaraq dövlət yoxlamasına göndərilmiş, əvəzində isə ********* nömrəli sayğac quraşdırılmışdır. Dövlət yoxlamasından keçirilmiş qaz sayğacının texniki vəziyyəti ilə bağlı rəy verən Metrologiya Departamentinin xx.xx.2022-ci il tarixli 29/1640-01382 nömrəli aktında göstərilmişdir ki, sayğacın daxili çirkli və yağlıdır, rotorlar hava keçirmir, ekranda error işarəsi var, kənar təsir nəticəsində qurğuşun plombların əzilib, ətrafında izlər var, sayğacın dişli çarxları kəsilib və rəngləri fərqlidir. xx.xx.2022xx.xx.2022-ci il tarixləri əhatə eədn saatlıq arxivə əsasən maksimal mütləq təzyiq P=1.24 bar, korreksiya olunmuş maksimal qaz həcmi 7 m3, korreksiya olunmamış qaz həcmi 7 m3 qeydə alınmışdır, alaram zamanı sərfiyyat P=5.25 bar ilə aparılmışdır. Arxivə əsasən son sərfiyyat xx.xx.2022-ci il tarixində qeydə alınmışdır, batareyanın istismar müddərinin sonuna 63% qalıb, təzyiq borusu yoxlanıldı, sızma yoxdur, temperatur və təzyiq çevriciləri normaldır, elektron göstərici V mexaniki göstəricidən 508 m3 çoxdur, impuls ötürücüsü yoxlanıldı, yoxlama zamanı verilən impulslar qeydə alındı, impuls ötürücüsü işləyir, P=1.01325 bar, T=20 C, alarm rejimində sərfiyyat qeydə alınıb, bu səbəbdən korreksiya olunmuş qaz həvcmi V=61988 m3-dir və yoxlamanın nəticəsi olaraq xətalar normaya uyğun deyil və batareya tələb olunur. Bununla əlaqədar iddiaçının iştirakı ilə qaz cihazlarının inventarizasiyası aparılmaqla istehlakçının iştirakı ilə təbii X1 pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* saylı akt tərtib edilmişdir. G-6 markalı qaz sayğacın nominal qaz buraxma qabiliyyəti 16m3, orta günlük iş rejimi 12 saat, hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla itirilmiş qazın miqdarı Azəriqaz İB-nin İSQNŞ-nin xx.xx.2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 17280 m3 (4320 manat) həcmində müəyyən edilmişdir. Mübahisəli qaz sayğacına yerində baxış keçirilərkən və yoxlanışdan keçirilərkən onun sadəcə zədələndiyi deyil, ona qəsdi olaraq müdaxilə olunduğu müəyyən edilmişdir. Göstərilənlərə əsasən iddia ərizəsinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş elektron kabinet vasitəsilə xx.xx.2023-cü il tarixdə təqdim olunmuş və sonuncu xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsilə etirazını və etirazının əsasını təşkil edən sənədləri məhkəməyə təqdim etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddələrinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Abonentin saldosu, Aktlar, Dəymiş ziyanla bağlı tələbnamə, Pretenziya məktubu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Əvvəla məhkəmə onu qeyd edir ki, mübahisə predmeti olan 4320 manat borc sayğac göstəricisinə əsasən istehlak edilmiş təbii qazın dəyəri olmamaqla akt əsasında cavabdehə hesablanmış borc məbləğidir ki, bu işin mübahisələndirilməyən halıdır. İddianın hüquqi əsasına qiymət verən məhkəmə ilk öncə onu qeyd edir ki, Cavabdeh İB tərəfindən iddiaçının istifadəsində olan qeyri-yaşayış sahəsində quraşdırılmış qaz sayğacına keçirilmiş baxış və aparılmış yoxlama qanunvericiliyin tələbinə uyğun olmamışdır. Belə ki, mübahisə predmeti olan qeyri-yaşayış sahəsinə xidmət edən qaz sayğacına keçirilmiş baxış və ya yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun təsir dairəsinə daxildir və vahid məlumat reyestrində qeydiyyata alınmalıdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanununun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Hazırki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh İB onun tərəfindən aparılan yoxlamanın sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid reyestrində qeydiyyata alınmalı olduğu halda bunu etməmişdir. Göründüyü kimi aparılmış yoxlama qanunsuzdur. Belə olan halda qanunsuz yoxlama nəticəsində tərtib edilmiş akt və onun əsasında hesablanmış borc da qanunsuzdur. Yoxlama nəticəsində müəyyən edilmiş hallar, tərtib edilmiş akt və hesablanmış ziyana münasibətdə məhkəmə qeyd edir ki, akt tərtib edilərkən “X2”nın pozulması faktlarına əsaslanmış, qeyd olunan pozuntu (sayğacın daxilinin çirkli və yağlı olması, rotorların hava keçirmədiyi, ekranda error işarəsinin olduğu, kənar təsir nəticəsində qurğuşun plombların əzildiyi, ətrafında izlərin olduğu, sayğacın dişli çarxlarının kəsildiyi və rənglərinin fərqli olması, xətaların normaya uyğun olmaması) istehlakçının təqsiri ucbatından baş verdiyi əsası ilə iddiaçıya itirilmiş qaz sərfiyyatı müəyyənləşdirilərək borc hesablanmışdır. Belə ki, dəymiş ziyanın bərpasına dair tələbnamədə dəymiş ziyanın bərpasına əsas kimi qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “X1 1.3 bəndinə uyğun olaraq bağlanmış qazın alqısatqısı barədə müqavilənin 2.2.6-cı bəndinin (istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək) tələblərinə əsasən itirilmiş qaz bərpa edilməlidir. Məhkəmə qeyd edir ki, sayğacda pozuntular müəyyən edildiyi halda itirilmiş qazın dəyərinin ödənilməsi qazpaylayıcıya o halda hüquq verir ki, müəyyən olunmuş pozuntuda istehlakçının təqsiri olmuş olsun. Belə ki, “X1” 2.2.5-ci bəndinə əsasən istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək paylayıcının hüquqlarına aid edilmişdir. Hazırki işin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh İB tərəfindən fiziki şəxs İddiaçı istifadəsində olan qeyri-yaşayış sahəsinə xidmət edən qaz sayğacına laborotoriya baxışı keçirilmişdir. Sayğacın sayğacın daxilinin çirkli və yağlı olması, impuls ötürücüsünün normal olması, rotorların kiplənməsi, hava keçirməməsi, göstəricilər arasında fərq olması, ekranda “error” işarəsi olması, impuls ötürücüsünə vurulan plombun daxilində ağ yapışqana bənzər maddə mövcud olması, plombum içlik plasmas dişlərinin birinin aşkar olunmaması, digər 7 ədəd dişlərin qismən əyilməsi, kənar təsir nəticəsində qurğuşun plomblarının əzilməsi və ətrafında izlər olması, dişli çarxın 32 ədədin 16 ədədi, hesabat mexaniziminin üzərindəki dişli çarxın 40 ədəd dişinin 20 ədədinin kənar təsir nəticəsində kəsilməsi, dişli çarxlarının rənglərinin fərqli olması, xətaların normaya uyğun olmaması aşkar edilərək, bununla bağlı akt tərtib edilmişdir. İtirilmiş qaz 17280 m3 olmaqla dəyəri 4320 manat məbləğində müəyyən edilərək abonentə dəymiş ziyanın bərpasına dair tələbnamə göndərilmişdir. “X1” 4.8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi fərdi sahibkar olan iddiaçının istifadəsində olan qeyri-yaşayış binasına xidmət edən qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı olan cavabdeh daşıyır. Bundan başqa aşkar edilmiş pozuntularla bağlı digər sübutetmə vasitələri (foto, video çəkiliş və s.) məhkəməyə təqdim edilməmiş və cavabdehin qurumu olan laborotoriyada sayğacın yoxlanılması zamanı iddiaçının iştirakının təmin edilməsi ilə bağlı görülən tədbirlər barədə sübutlar mövcud deyildir ki, digər sübutetmə vasitələri olmadan cavabdehin qurumu olan laborotoriyanın rəyi mötəbər deyildir. Belə ki, laborotoriya cavabdehin qurumudur və sonuncunun mənafeyinə uyğun rəy verə bilməsi mümkündür. Bundan əlavə Qaz təchizatı haqqında Azərbaycan Respublikası Qanununun 8-1-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X2 ilə tənzimlənir. Göründüyü kimi tərtib edilmiş aktın bir nüsxəsi inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana təqdim edilməli və istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Hazırki iş üzrə isə qanunvericiliyin sadalanan tələblərinə iddiaçı tərəfindən əməl edilməsini təsdiq edən sübutlar təqdim edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh təşkilat tərəfindən yoxlama qanuni əsas olmadan aparılmış, sayğacda qüsur, pozuntu aşkar edilməsi, əlavə olaraq sayğaca məhz iddiaçı tərəfindən müdaxilə edilməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından, hətta qüsurların aşkarlanması həqiqəti əks etdirsə belə, aparılmış yoxlama qanunsuz olduğundan və fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından borcun hesablanmasına dair Azəriqaz İB-nin hərkətləri qanunsuz olmuşdur. Bu səbəbdən də iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın qiymətinə uyğun olaraq ödənilməli dövlət rüsumu 63,20 manat təşkil edir. İddia tələbi təmin edildiyindən cavabdehdən 63,20 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda iddiaçı tərəfindən 60 manat mediasiya xərci ödənildiyindən və iddiaçı həmin məbləği tələb etdiyindən 60 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh İB tərəfindən xx.xx.2022-ci il tarixli akt sasında İddiaçı təbii qazın itkisinə görə hesablanmış 4320 manat manat borc onun abonenet hesabından silinsin. Cavabdeh İB-dən 60 manat mediasiya xərci tutularaq İddiaçı ödənilsin. Cavabdeh İB-dən 63,20 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar